Məhkəmə qərarları › İş №2-1(112)-8770/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8770/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8770/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Hərbi X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilmiş “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” haqqında arayışda dəyişiklik edilərək, onun hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi keçdiyi xidmət illərinə xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək olan müddət, yəni 10 ay 28 gün (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 Nq-İİ qərarına əsasən isə 1 il 9 ay 26 gün) əlavə olunaraq hesablanması və ümumi xidmət illərinin 37 il 3 ay 9 gün sayılmaqla bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müvafiq arayış verilməsi öhdəliyinin Azərbaycan Respublikası Hərbi X2 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 sentyabr 1992-cü ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında xidmətə başlamış və həmin vaxtdan 14 fevral 2024-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda müxtəlif vəzifələrdə xidmət etmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Hərbi prokurorunun 107 №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.3-cü maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 155-ci maddəsinin 3-cü abzasına, 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığıma görə mənə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunmuşdur. Lakin, xidmətini mülkü rütbədə davam etdirmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasını Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığıma görə xx.xx.2024-cü il tarixdə prokurorluq orqanlarında tutduğu vəzifədən azad olunmuşdur. Bununla bağlı hərbi pensiyanın yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edən zaman xidmət illərinin düzgün hesablanmamasını aşkar olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin 16 aprel 2024-cü il tarixli 3-3-100/02-205/24 №-li məktubuna əsasən həmin vaxt Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsi tərəfindən verilmiş “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” haqqında arayışda faktiki olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarında hərbi vəzifədə olmaqla hərbi xidmətdə olmağına və ehtiyatda leytenant olmağına baxmayaraq, xx.xx.1993-cü il tarixədək olan müddət əsassız olaraq hərbi xidmət illərinə sayılmamış, hərbi xidmət illərinin başlanğıcı xx.xx.1993-cü il tarixdən hesablanmışdır. İddiaçı hesab edir ki, cavabdehin irəli sürdüyü bu mövqeyi Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərinə zidd olmaqla qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə əvəz edilməsini, “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” haqqında arayışı” ifadəsinin isə “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” haqqında yeni məlumat” ifadəsi kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.1992-ci il tarixli 70 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarına işə qəbul olunaraq Hərbi Dəniz Qüvvələri Prokurorluğuna stajçı-müstəntiq vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli 0361 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və yenidən attestasiya yolu ilə “ədliyyə” hərbi rütbəsi verilməklə Azərbaycan Respublikası Baş hərbi prokurorunun sərəncamına göndərilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.1993-cü il tarixli 266 nömrəli əmrlə attestasiya keçməsi ilə əlaqədar Hərbi Dəniz Qüvvələri Prokurorluğunun müstəntiqi vəzifəsinə təsdiq edilmiş, xx.xx.1996-cı il tarixli 181-J1 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi, xx.xx.1998-ci il tarixli 275n/6 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə verilmiş xx.xx.2001-ci il tarixli 03/187-K nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, xx.xx.2001-ci il tarixli 03/999-K nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin rəis müavini vəzifələrinə təyin edilmiş, xx.xx.2004-cü il tarixli 09/165-k nömrəli əmrlə ona Tərtər hərbi prokuroru vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2005-ci il tarixli 10/239-k nömrəli əmrlə həmin vəzifəyə təyin edilmiş, xx.xx.2010-cu il tarixli 11/172-k nömrəli əmrlə ona Qazax hərbi prokuroru vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2010-cu il tarixli 11/192-k nömrəli əmrlə həmin vəzifəyə təyin edilmiş, xx.xx.2015-ci il tarixli 11/337-k nömrəli əmrlə ikinci səlahiyyət müddətinə Qazax hərbi prokuroru vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli 11/176-k nömrəli əmrlə tutduğu vəzifədən azad olunmuş, xx.xx.2018-ci il tarixli 11/283-k nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.2020-ci il tarixli 141 nömrəli əmrlə isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifələrinə təyin edilmiş, Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə verilmiş xx.xx.2024-cü il tarixli 2-2-100/114-k nömrəli əmrlə isə prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə həmin tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı Müdafiə Nazirliyi üzrə verilmiş xx.xx.1993-cü il tarixli 0361 nömrəli əmrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılaraq ona “ədliyyə leytenantı”, xx.xx.1994-cü il tarixli əmrlə “ədliyyə baş leytenantı”, xx.xx.1997-ci il tarixli 0122/rt nömrəli əmrlə “ədliyyə kapitanı”, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.2000-ci il tarixli 05 nömrəli əmrlə xx.xx.2000-ci il tarixdən hesablanmaqla “ədliyyə mayoru”, xx.xx.2004-cü il tarixli 016 nömrəli əmrlə mükafatlandırma qaydasında “ədliyyə polkovnik-leytenantı”, xx.xx.2008-ci il tarixli 75 nömrəli əmrlə isə mükafatlandırma qaydasında vaxtından əvvəl “ədliyyə polkovniki” hərbi rütbələri verilmiş, xx.xx.2020-ci il tarixli 107 nömrəli əmrlə isə müvafiq qanunvericiliyin tələblərinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə verilmiş xx.xx.2020ci il tarixli 11/599-k nömrəli əmrlə daşıdığı “ədliyyə polkovniki” hərbi rütbəsinə uyğun “baş ədliyyə müşaviri” xüsusi rütbəsi verilmişdir. Hərbi qulluqçuların statusunun əldə edilməsi və itirilməsini müəyyən edən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən “Vətəndaşlar Azərbaycan Respublikasının qanununvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları ...gündən bu statusu itirirlər.” Göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi işlədiyi müddətdə hərbi qulluqçu statusuna malik olmamışdır. Yalnız xx.xx.1993-cü il tarixdən xx.xx.2020-ci il tarixə kimi hərbi qulluqçu statusuna malik olmuşdur. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda hərbi xidmətdən ibarət olduğundan İddiaçı xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə qəbul olunduğundan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən hərbi qulluqçu statusunu əldə etmişdir. Hərbi xidmətin başlanğıcını müəyyən edən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin “d” bəndinin 2-ci abzasında “zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün- ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün” onun xidmət ilinin başlanğıcının olması əksini tapmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.9-cü maddəsində hərbi qulluqçular dedikdə ehtiyatda deyil, həqiqi hərbi xidmətdə olan şəxslər başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11,1992-ci il tarixli 631 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda vəzifəyə təyin olunma deyil, hərbi xidmətə təyin olunma günündən zabit heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin sonuncu bəndində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur” norması müəyyən olunmuşdur. Burada göstərilən “müvafiq icra hakimiyyəti orqam”nın səlahiyyətlərini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli, 692 nömrəli Fərmanının (6 dekabr 2017-ci il tarixli, 1709 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə) 2-ci bəndinin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir. Göründüyü kimi Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin sonuncu bəndi prokurorluq orqanlarına şamil edilə bilməz. 30 sentyabr 2005ci il tarixli 1018-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş əlavə və dəyişikliklərə əsasən hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və ya istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir. Sözügedən qanunvericilikdə edilmiş dəyişikliklərə kimi hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və ya istefaya buraxılması məsələsi Müdafiə naziri və ya onun müvafiq müavini tərəfindən həyata keçirilirdi. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. -Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 16 aprel 2024-cü il tarixli, 3-3- 106/02-206/24 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və aşağıdaki məzmunda cavab verilmişdir: -“Sizin Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarında hərbi xidmətə başladığınız gün müraciətinizdə göstərdiyiniz xx.xx.1992-ci il tarixdən deyil, xx.xx.1993-cü il tarixdən, yəni Sizin hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Baş Hərbi prokurorunun sərəncamına göndərildiyiniz gün götürülmüşdür. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci hissəsinin on ikinci abzasına əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda zabit heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət hərbi xidmətə təyin olunma günündən hesablanır. Odur ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün hərbi xidmət illərinə hesablanması və tərtib olunmuş məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsinə göndərilməsi barədə müraciətinizin təmin edilməsi mümkün deyildir.”” Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 09 oktyabr 2024-cü il tarixli 3- 3-100/02-466-24 nömrəli məktubu ilə İddiaçı xidmətinə dair sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Prokurorluğunun 70 №-li, 17 sentyabr 1992-ci il tarixli əmri ilə İddiaçı Respublikası hərbi prokurorluq orqanlarına işə qəbul olunmuş və hərbi dəniz qüvvələri hərbi prokurorluğuna stajçı-müstəntiq vəzifəsinə təyin olunmuşdur; - Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 avqust 1993-cü il tarixli, 036İ nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ehtiyatda olan zabitlər (əmrdə göstərilən siyahının 4-cü bəndində göstərilmişdirehtiyatda olan leytenant attestasiya yolu ilə “Ədliyyə leytenantı” – İddiaçı) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmışlar və yenidən attestasiya yolu ilə “Ədliyyə” hərbi rütbəsinə verilməklə Azərbaycan Respublikası Baş Hərbi Prokurorunun Sərəncamına göndərilmişdirlər. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 30 iyun 2020-ci il tarixli, 106 №-li əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi ədliyyə polkovniki İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə ona təyin edilmiş İ məhərət dərəcəsi ləğv edilmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 30 iyun 2020-ci il tarixli, 107 №-li əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi ədliyyə polkovniki Zamanov X3 Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” olması nəzərə alınaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.3-cü maddəsinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin 3-cü abzasına, 156-cı maddəsinin “v” bəndinə, 164-cü maddəsinə əsasən xəstəliyə görə, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyata almaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə göndərilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Prokurorluğunun 70 №-li, 17 sentyabr 1992-ci il tarixli əmri ilə Respublikası hərbi prokurorluq orqanlarına işə qəbul olunmuş və hərbi dəniz qüvvələri hərbi prokurorluğuna stajçı-müstəntiq vəzifəsinə təyin olunmuş, daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 avqust 1993-cü il tarixli, 036İ nömrəli əmri ilə ona “Ədliyyə” hərbi rütbəsinə verilməklə Azərbaycan Respublikası Baş Hərbi Prokurorunun Sərəncamına göndərilmiş, son olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 30 iyun 2020-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məlumat vərəqəsi göndərilmiş, lakin onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cı il tarixədək hərbi prokurorluq orqanlarında çalışması müddəti hərbi xidmət illərinə daxil edilməmişdir. Hazırda iddiaçının məqsədi hərbi prokurorluq orqanlarında qulluq etdiyi xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək olan müddəti, yəni 10 ay 28 gün (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən isə 1 il 9 ay 26 gün) əlavə olunaraq hesablanmasını və bu barədə yeni məlumat vərəqinin aidiyyəti pensiya qurumuna göndərilməsini xahiş edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən “Vətəndaşlar Azərbaycan Respublikasının qanununvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağrıİdıqları, hərbi tədris - „müəssisələrinə daxil olduqları gur dən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları ...gündən bu statusu itirirlər.” Hərbi xidmətin başlanğıcını müəyyən edən Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin “d” bəndinin 2-ci abzasında “zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün- ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün” onun xidmət ilinin başlanğıcı hesab edilir. Həmin Əsasnamənin 16-ci maddəsinə əsasın həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; v) kursantların həqiqi hərbi xidmətində: çağırışçılar, hərbi vəzifəlilər (zabitlərdən başqa) və qadınlar üçün — hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün; q) gizirlərin və miçmanların həqiqi hərbi xidmətində: müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə getmək günündən tez olmayaraq, gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ehtiyatda olan gizirlər və miçmanlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; d) zabitlərin həqiqi hərbi xidmətində: hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən stajorluq və sınaq müddətləri prokurorluqda iş stajına hesablanır. Hazırkı işin hallarından görünür ki, iddiaçıya əmək pensiyası təyin edilməsi məqsədilə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məlumat vərəqəsi göndərilmiş, lakin iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xidmət illəri hərbi qulluqçu kimi təqvim illərinə hesablanmamışdır. Belə ki, cavabdeh orqan iddiaçıya xx.xx.1993-cü il tarixli əmrlə “ədliyyə leytenantı” hərbi rütbəsi verilməklə könüllülük əsasında Azərbaycan Respublikas Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə qəbul edilməsini əsas gətirərək onun hərbi xidmətə başlaması anını həmin tarixdən hesablamışdır. Məhkəmə qeyd edir ki, hərbi xidmətə başlama anı, şəxsin qanunvericiliklə müəyyən edilmiş prosedurlar çərçivəsində hərbi qulluqçunun hüquqi statusunu qazandığı məqamdır. Bu an, hüquqi baxımından xüsusi əhəmiyyət daşıyır, çünki, o, vətəndaşın ümumi hüquqi rejimdən çıxararaq xüsusi hüquqi rejimə - hərbi xidmət rejiminə daxil olduğu dövrü ifadə edir. Hüquqi perspektiv baxımından nəzərə alınmalıdır ki, doğrudur ki, iddiaçıya xx.xx.1993-cü il tarixdə hərbi rütbə verilmiş, lakin, bu hal onun həmin tarixədək hərbi qulluqçu olması faktını istisna etmir. Belə ki, Prokurorluq orqanlarının statusunu müəyyənləşdirən keçmiş SSRİ-nin qanunvericilik aktlarının Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsinin saxladığının təsdiqi və onların tətbiqi qaydası barədə Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli 292 nömrəli Qanununa əsasən “Hərbi prokurorluq haqqında” 1981-ci il 4 avqust tarixli Əsasnamə sonrakı dəyişiklik və əlavələrlə Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək Azərbaycan Respublikası ərazisində qüvvəsini saxladığı təsdiq edilmişdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.1999-cu il tarixdə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu isə xx.xx.2001-ci il tarixdə qəbul olunmuşdur. Odur ki, qeyd edilən tarixə kimi 4 avqust 1981ci ildə SSRİ X4 Heyətinin Fərmanı ilə təsdiq olunmuş “Hərbi prokurorluq haqqında Əsasnamə” qüvvədə olmuşdur. Həmin Əsasnamənin 33-cü maddəsinə əsasən hərbi prokurorluğun hərbi prokuroru və müstəntiqi vəzifəsinə ali hüquq təhsili olan SSRİ Silahlı Qüvvələrinin zabitləri təyin oluna bilərdilər. Əsasnamənin 34-cü maddəsinə əsasən isə hərbi prokurorluğun zabit heyəti, gizir, miçman, çavuş, əsgər və matrosları həqiqi hərbi xidmətdədirlər. Əsasnamənin 36-cı maddəsinə əsasən hərbi prokurorluqların şəxsi heyəti SSRİ Silahlı Qüvvələrinin nizami heyətinə daxildir və SSRİ Müdafiə Nazirliyinin hərbi hissələrinin və müəssisələrinin şəxsi heyəti ilə bərabər əsasda bütün növ təminatlarla təmin edilir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.15-ci maddələrinə əsasən hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə müvafiq hissəsinə əsasən Hərbi prokurorluq orqanlarının hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət keçir və onlar “Hərbi qulluqçularının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlara malikdirlər. Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçıya mübahisələndirilən dövrlərdə hərbi rütbə verilməsə də, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cı il tarixədək hərbi prokurorluq orqanlarında çalışması onun hərbi qulluçu olması faktını təsdiq edir. Belə ki, hüquq münasibətləri yarandığı dövrdə bu münasibətləri tənzimləyən 4 avqust 1981-ci ildə SSRİ X4 Heyətinin Fərmanı ilə təsdiq olunmuş “Hərbi prokurorluq haqqında Əsasnamə”yə əsasən hərbi prokurorluğun hərbi prokuroru və müstəntiqi vəzifəsinə təyinat ilə Silahlı Qüvvələrinin zabiti rütbəsi şərtlənmiş olur. Başqa sözlə desək, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə hərbi prokurorluğun hərbi prokuroru və müstəntiqi vəzifəsinə yalnız SSRİ Silahlı Qüvvələrinin zabitlərinin təyin olunmaq hüququ olmuşdur. 4 avqust 1981-ci ildə SSRİ X4 Heyətinin Fərmanı ilə təsdiq olunmuş “Hərbi prokurorluq haqqında Əsasnamə”nin müvafiq bəndləri: Статья 33. Требования, предъявляемые к лицам, назначаемым на должности военных прокуроров и следователей. На должности военных прокуроров и следователей военной прокуратуры назначаются граждане СССР - офицеры Вооруженных Сил СССР, имеющие высшее юридическое образование и обладающие необходимыми политическими, деловыми и моральными качествами... ...Подготовка и повышение квалификации офицерских кадров военной прокуратуры осуществляется в системе военно-учебных заведений Министерства обороны СССР и учебных заведений при Прокуратуре Союза ССР. Назначение на должности военных прокуроров и следователей военной прокуратуры офицеров, не имеющих законченного высшего юридического образования, допускается лишь в отдельных случаях и производится в порядке, устанавливаемом Генеральным прокурором СССР Статья 34. Прохождение воинской службы военнослужащими военных прокуратур Офицерский состав, прапорщики, мичманы, сержанты, старшины, солдаты и матросы военных прокуратур состоят на действительной военной службе, на них распространяются воинские уставы и положения, определяющие порядок прохождения воинской службы. Присвоение воинских званий младшего и старшего офицерского состава военнослужащим военных прокуратур производится в порядке, установленном Законом СССР "О всеобщей воинской обязанности", по представлениям Главного военного прокурора и военных прокуроров видов Вооруженных Сил СССР, военных округов (фронтов), округов противовоздушной обороны, групп войск, флотов ... Статья 36. Установление структуры и штатов военных прокуратур Личный состав военных прокуратур и Главной военной прокуратуры входит в штатную численность Вооруженных Сил СССР и обеспечивается всеми видами довольствия наравне с личным составом воинских частей и учреждений Министерства обороны СССР 27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabibetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli müvafiq qərarının 1ci hissəsinə yeni məzmunda yeddinci abzas əlavə edilmiş və müəyyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən Odur ki, qeyd edilən normaları təhlil edərək məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək hərbi prokurorluq orqanlarında çalışdığı müddətə münasibətdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin sonuncu bəndi tətbiq edilməklə həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onun vəzifəyə təyin olunması günü hesab olunmalıdır. Bir daha da qeyd olunur ki, iddiaçıya həmin dövrlərdə hərbi rütbə verilməsə də, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək hərbi prokurorluq orqanlarında çalışması onun hərbi qulluçu olması faktını təsdiq edir. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək xidmət etdiyi dövrlərdə nə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (23 dekabr 2011-ci il, № 274-İVQ), nədəki “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş) qüvvədə olmamışdır. Məhkəmə qeyd edir ki, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmayan qanunun tətbiqi hüquqi dövlət prinsiplərinə, xüsusilə də hüquq təhlükəsizliyi və qanunun geriyə qüvvəsinin istisnalığını prinsiplərinə zidd nəticələr doğura bilər. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmayan qanunun tətbiqi yalnız qanunvericiliklə nəzərdə tutulmuş xüsusi hallarda mümkündür və bu da hüquqi təhlükəsizlik, qanunçuluq və hüquq bərabərliyi prinsiplərinə uyğun olmalıdır. Bu yanaşma hüquq sisteminin stabilliyini qorumaqla yanaşı, hüquqi münasibətlərin səmərəli və ədalətli tənzimlənməsini təmin edir. Belə olan halda, cavabdeh iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixlləri əhatə edən dövrlərə münasibətdə Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərini tətbiq etməkdə haqlı olmamışdır. Odur ki, həmin illər də iddiaçının hərbi qulluqçu kimi təqvim illərinə hesablanmalı və cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) yeni məlumat vərəqəsi göndərilməlidir. Xidmətin bir ayının iki ay hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, müddət xidmət illərinə daxil edildiyi təqdirdə, xidmət illərinin qeyd edilən qaydada hesablanması ilə bağlı mübahisə yoxdur. Belə ki, hərbi prokurorluq orqanlarında 1997-ci ilədək olan xidmət illəri müharibə illəri kimi nəzərə alınaraq xidmətin bir ayı iki ay sayılır. 31.xx.xx.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1993-cü il tarixli Qanunun 68-ci maddəsinə əsasən müharibə illərində arxa cəbhədə iş müddəti pensiya almaq hüququ verən iş stajına ikiqat ölçüdə güzəştli şərtlə daxil edilir. «İnzibati icraat haqqında» Qanununun: 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilmiş “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” haqqında məlumat vərəqəsində dəyişiklik edilərək, İddiaçı hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi keçdiyi xidmət illərinə xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək olan müddət, yəni 10 ay 28 gün (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 №-li qərarına əsasən isə 1 il 9 ay 26 gün) əlavə olunaraq hesablanması və bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni məlumat vərəqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Hərbi Prokurorluğuna həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar