Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8771/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilmiş “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” haqqında arayışda dəyişiklik edilərək hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi keçdiyi xidmət illərinə 4 fevral 1994-cü ildən 17 yanvar 1996-cı il tarixədək olan müddət, yəni daha 1 il 11 ay 12 gün (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 №-li qərarına əsasən isə 3 il 10 ay 24 gün) əlavə olunaraq hesablanması və ümumi xidmət illəri 34 il 4 ay 25 gün sayılmaqla bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müvafiq arayış verilməsinə dair Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsi qarşısında öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə tərəfindən iddia ərizəsində yol verilən formal xətalar iddiaçı ilə dəqiqləşdirilərək iddia tələbi qeyd edilən dövr nəzərə alınaraq yeni məlumat vərəqinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Hərbi Prokurorluğuna verilməsi kimi nəzərə alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, 4 fevral 1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında xidmətə başlamış və həmin vaxtdan 18 yanvar 2024-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda müxtəlif vəzifələrdə xidmət edib. 2 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Hərbi prokurorunun 187 №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.3-cü maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 155-ci maddəsinin 3cü abzasına, 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin 16 aprel 2024-cü il tarixli 3-3-100/02-205/24 №-li məktubuna əsasən həmin vaxt Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsi tərəfindən verilmiş “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” haqqında arayışda faktiki olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarında hərbi vəzifədə olmaqla hərbi xidmətdə olmağıma baxmayaraq, xidmətə başladığım 4 fevral 1994-cü ildən ilk dəfə zabit rütbəsi aldığını 17 yanvar 1996-cı il tarixədək olan müddət əsassız olaraq hərbi xidmət illərimə sayılmamış, hərbi xidmət illərimin başlanğıcı 17 yanvar 1996-cı il tarixdən hesablanmışdır. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanunun 38-ci və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunun 20.15-ci maddələrinə əsasən «Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir». Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsi 16 aprel 2024-cü il tarixli 3-3-100/02-205/24 №-li məktubunda aşağıdakılara istinad edərək mənim faktiki olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarında hərbi vəzifədə olmaqla hərbi xidmətdə olmağıma baxmayaraq, xidmətə başladığım 4 fevral 1994-cü ildən zabit rütbəsi aldığım 17 yanvar 1996-cı il tarixədək olan müddəti əsassız olaraq hərbi xidmət illərinə saymamışdır: məktubun 1-ci səhifəsinin 2-ci abzasında qeyd olunub ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən “Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər”. Guya Qanunun bu tələbinə əsasaən mən hərbi vəzifəyə təyin olunduğum 4 fevral 1994-cü ildən deyil, yalnız xx.xx.1996-cı ildə həqiqi hərbi xidmətə çağırılmaqla hərbi qulluqçu statusunu əldə edib. Aşağıdakı səbəblərdən bu ehtimal doğru olmamaqla qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, xx.xx.1991-ci il tarixdə qəbul olunmuş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid edilmiş, “müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları” anlayışı bu Qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi vəzifəyə təyin olunmuş əməkdaşları isə hərbi xidmətə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq hərbi xidmətə çağırılır və hərbi xidmətdən tərxis olunurlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə əsasən “Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər”. Habelə, həmin Qanununun 1-ci maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir”. xx.xx.1991-ci il tarixdə qəbul olunmuş və 2018-ci il tarixədək qüvvədə olmuş (29 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 955-VQ Nə-li yeni Qanun qəbul edilmişdir) “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinin tələblərinə əsasən isə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, X3 və hərbi- hava, hərbi-dəniz qüvvələrindən ibarətdir”. Beləliklə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin istinad etdiyi Qanunlar yalnız Silahlı Qüvvələrin hərbi qulluqçularına aiddir. “Müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları” olan Azərbaycan Respublikasının Prokurorluğu orqanlarının əməkdaşlarına qeyd olunan Qanunların şamil olunması əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin məktubunun 1-ci səhifəsinin 4-cü abzasında qeyd olunub ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsinə əsasən həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: d) zabitlərin həqiqi hərbi xidmətində: hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün - ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün. Aşağıdakı səbəblərdən Kadrlar şöbəsinin bu ehtimalı doğru olmamaqla qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsi başlanğıcdan, bütövlükdə oxunduqda, sonuncu abzasdan başqa digər hissəsinin tam şəkildə Silahlı Qüvvələrin hərbi qulluqçularına aid olduğu aydın görünür. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 377-İ Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 2-ci bəndinə əsasən «Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir”. Beləliklə, bu müddəadan açıq görünür ki, həmin Əsasnamə iki qrup şəxslərə yalnız Silahlı Qüvvələrin hərbi qulluqçularına və eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına şamil edilir. Hərbi prokurorluq orqanlarının əməkdaşları hərbi qulluqçu statusuna malik olsalar da, heç bir halda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçuları deyillər və ola da bilməzlər. Buna görə də onlar yalnız “müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları”dırlar. Bunun məhz belə olduğu həm «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin digər müddəalarından, həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan, həm də digər normativ hüquqi aktlardan açıq-aydın görünür. Belə ki, Əsasnamənin 42-ci bəndinin sonuncu abzasına əsasən “zabitlərə həvəsləndirmə qaydasında, polkovnik hərbi rütbəsi də daxil olmaqla vaxtından əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə bütün xidmət dövründə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir dəfə verilə bilər”. Hərbi prokurorluq orqanlarının həmin bənddə qeyd olunan rütbələrini isə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinin tələblərinə əsasən müvafiq icra hakimiyyəti olan Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru verir. Eyni ilə Əsasnamənin 59-cu bəndinə əsasən “Hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir”, yəni Azərbaycan Respublikasının Hərbi prokuroru verir. Oxşar tələblər Əsasnamənin 161, 164 və digər bəndlərində də öz əksini tapmışdır. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13 noyabr 2019-cu il tarixədək qüvvədə olmuş 1.0.3-cü maddəsi aşağıdakı redaksiyada olmuşdur: “1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti) və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir». Yəni qanunverici Azərbaycan Respublikasının Prokurorluğunu da Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti kimi “müvafiq icra hakimiyyəti orqanı”na aid etmişdir. Digər qanunlara sonradan edilmiş dəyişikliklər də yuxanda qeyd olunanları bir daha təsdiq edir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun (23 dekabr 2011-ci il, № 274-İVQ) 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (12 oktyabr 2018-ci il tarixli 1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan” qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2204) ilə 2.0.2-ci maddədə “və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə" sözləri “və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilmişdir); 37.1-Cİ maddəsinə əsasən “Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: ...37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. (27 oktyabr 2020-ci il tarixli 191- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2020-ci il, №240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1338) ilə 37.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 37.1.4-cü maddə əlavə edilmişdir). Mən də xx.xx.1994-cü il tarixdə əmrlə könüllü olaraq (ərizəmə əsasən) birbaşa zabit ştatında olan hərbi prokurorluğun müstəntiqi vəzifəsinə daxil olmuşam. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa sonradan (12 oktyabr 2018-ci il tarixli 1280-VQD nömrəli və 27 oktyabr 2020-ci il tarixli 191- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə) edilmiş bütün bu dəyişiliklər bir daha göstərir ki, həmin dəyişiliklərdən əvvəl hərbi xidmətin başlanğıcı qanunvericilikdə başqa qaydada, yəni həmin vaxt qüvvədə olan «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı bəndinin sonuncu abzasına uyğun hesab edilmişdir. Həmin abzasa əsasən isə «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması gün hesab olunur». məktubun 2-ci səhifəsinin 1 - 3-cü abzaslarında qeyd olunub ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsinin sonuncu abzasında təsbit edilmiş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli 692 №-li Fərmanının (6 dekabr 2017-ci il tarixli dəyişikliklərlə) 2-ci bəndinin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir. Aşağıdakı səbəblərdən məktubun həmin abzaslarında qeyd olunanların ona münasibətdə tətbiq olunması Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərinə zidd olmaqla qanunvericiliyin tələblərinə uyğun deyildir. Birincisi, 30 mart 1998-ci il tarixli 692 №-li Fərmanda Azərbaycan Respublikasının Prokurorluğunun və ya Azərbaycan Respublikası Hərbi Prokurorluğunun “müvafiq icra hakimiyyəti orqanları”na aid olmadığı qeyd olunmayıb (yəni qadağan edilməyib). İkincisi, adının həmin Fərmanda olmaması Azərbaycan Respublikası Prokurorluğunun və ya Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi qulluqçularını “həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına” çevirmir. Üçüncüsü, əgər bu məsələ fərmanla həll olunmamış və açıq qalmışsa, boşluq varsa, daha üstün hüquqi qüvvəyə malik olan Qanun tətbiq olunmalıdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı bəndinin sonuncu abzasına əsasən isə «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması gün hesab olunur». Həmin və yuxarıda qeyd olunan digər Qanunların mahiyyətindən görünür ki, Hərbi prokurorluq orqanlarının əməkdaşları məhz “müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularfdırlar. Dördüncüsü, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin istinad etdiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı 30 mart 1998-ci il tarixdə qəbul olunmuşdur, mən isə 4 fevral 1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında xidmətə başlamışam. Hesab edirəm ki, Fərmanın qüvvəsinin ziyanıma olaraq geriyə tətbiq olunması Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə ziddir. Həmin bəndə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi isə geriyə şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 12, 16, 26, 71, 147 və 149-cu maddələrinə əsasən bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hıquqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz, Qanunla Konstitusiyanın müddəaları arasında ziddiyyət olduqda, ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyası tətbiq olunmalıdır. məktubun 2-ci səhifəsinin 4 və 5-ci abzaslarında qeyd olunub ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 №-li Qərarının 1-ci hissəsinin 12-ci abzasına əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda zabit heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət hərbi xidmətə təyin olunma günündən hesablanır”. Aşağıdakı səbəblərdən bu fikirdə düzgün olmamaqla qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 №-li Qərarının 1-ci hissəsində oxşar qeyd vardır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 №-li Qərarına Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə bağlı dəyişikliklər 2020-ci ildə edilmişdir (27 apıel 2020- ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497) ilə 1-ci hissəsinin on ikinci abzasına “Azərbaycan Ordusunda” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində,” sözləri, “orqanlarında" sözündən sonra habelə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda” sözləri əlavə edilmişdir). Odur ki, həmin Qərarın qüvvəsinin ziyanıma olaraq geriyə tətbiq olunması Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə zidd olduğundan yolverilməzdir. Beləliklə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı bəndinin sonuncu abzasına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunduqları gün hesab olunduğundan və Respublika Hərbi Prokurorluğunun əməkdaşları da yuxarıda qeyd olunmuş Qanunların tələblərinə əsasən faktiki olaraq müvafiq icra hakimiyyəti orqanının, yəni Azərbaycan Respublikası Prokurorluğunun hərbi qulluqçuları olduqlarından, Hərbi Prokurorluq orqanlarında vəzifəyə təyin olunmuş şəxslər üçün həqiqi hərbi xidmətin başlanğıcı onların vəzifəyə təyin olunduqları gün hesab olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 №-li Qərarına əsasən 1992-ci ildən xx.xx.1997-ci il tarixinədək olan müddətdə hərbi qulluqçuların bir il xidməti iki il kimi sayılmışdır. Bu səbəbdən onun hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi keçdiyi xidmət illərinə 4 fevral 1994-cü ildən 17 yanvar 1996-cı il tarixədək olan müddət, yəni daha 1 il 11 ay 12 gün (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 №li qərarına əsasən isə 3 il 10 ay 24 gün) əlavə olunaraq hesablanmalı və ümumi xidmət illərim 30 il 6 ay 1 gün deyil, 34 il 4 ay 25 gün olmalı idi. Odur ki, qeyd olunanlara əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilmiş “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” haqqında arayışda dəyişiklik edilərək mənim hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi keçdiyim xidmət illərinə 4 fevral 1994-cü ildən 17 yanvar 1996-cı il tarixədək olan müddət, yəni daha 1 il 11 ay 12 gün (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli 631 Nq-İİ qərarına əsasən isə 3 il 10 ay 24 gün) əlavə olunaraq hesablanması və ümumi xidmət illərim 34 il 4 ay 25 gün sayılmaqla bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müvafiq arayış verilməsinə dair Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsi qarşısında öhdəlik qoyulmalıdır.
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarında vəzifəyə təyin olunduğu xx.xx.1994-cü il tarixdən ilk dəfə zabit rütbəsi aldığınız xx.xx.1996-cı il tarixədək olan dövrün də hərbi qulluqçu kimi xidmət illərinizə hesablanaraq bu barədə ona və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat verilməsinə dair xx.xx.2024-cü il tarixli müraciətinə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsində baxılmışdır. Müraciətində göstərdiyi xüsusatlarla bağlı bildirilmişdir ki, onun Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarında hərbi qulluqçu kimi hərbi xidmət illəri hesablanarkən müraciətində göstərdiyi xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrdə hərbi qulluqçu statusunda olmadığına görə hərbi xidmət illərinə hesablanmamış, Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarında hərbi qulluqçu kimi hərbi xidmət illəri Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırıldığı tarixdən, yəni xx.xx.1996-cı il tarixdən etibarən hesablanmışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən “Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.” Göründüyü kimi, o, xx.xx.1996-cı il tarixdə həqiqi hərbi çağırılmaqla hərbi qulluqçu statusunu əldə etmisiniz, xx.xx.2020-ci il tarixdə isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla həmin statusu itirmisiniz. Hərbi xidmətin başlanğıcını müəyyən edən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinə əsasən həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: d) zabitlərin həqiqi hərbi xidmətində: hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün - ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün, zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün - ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün, ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün - hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün, ali və orta ixtisas hərbi təhsil müəssisəsini biləvasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün. Müraciətində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin sonuncu abzasında təsbit edilmiş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur” müddəasına istinad edərək 1.1.09.199.2-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün hərbi xidmət illərinizə hesablanmasını xahiş etsəniz"de,həm in müddəada öz əksini tapan “müvafiq icra hakimiyyəti orqam”nın səlahiyyətlərini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli, 692 nömrəli Fərmanının (6 dekabr 2017-ci il tarixli, 1709 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə) 2-ci bəndinin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir. Göründüyü kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli, 692 nömrəli Fərmanının (6 dekabr 2017-ci il tarixli, 1709 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə) 2-ci bəndinin 8-ci abzasında müvafiq icra hakimiyyətlərinin siyahısında prokurorluq orqanları nəzərdə tutulmamışdır.. Bu səbəbdən də Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin sonuncu bəndi prokurorluq orqanlarına şamil edilə bilməz. Buna görə də, onun Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarında hərbi xidmətə başladığı gün müraciətində göstərdiyi xx.xx.1994-cü il tarixdən deyil, xx.xx.1996cı il tarixdən, yəni onun hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Hərbi prokurorunun sərəncamına göndərildiyi gün götürülmüşdür. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci hissəsinin on ikinci abzasına əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda zabit heyətinə mənsüb şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət hərbi xidmətə təyin olunma günündən hesablanır. Odur ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrün hərbi xidmət illərinə hesablanması və tərtib olunmuş məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsinə göndərilməsi barədə müraciətinin təmin edilməsi mümkün deyildir.
5. İddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə ünvanladığı iddia ərizəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə xidmət etdiyini, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.2020-ci il tarixli 187 nömrəli əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinin 3-cü abzasına, 156-cı maddəsinin “v” bəndində (xəstəliyə görə) və 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq ona hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğunu və hərbi xidmət illərinin vəzifəyə təyin olunduğu xx.xx.1994-cü il tarixdən deyil, xx.xx.1996-cı il tarixdən hesablandığını göstərərək xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan 01 il 11 ay 12 gün müddətin, o cümlədən güzəştli xidmət illərinin (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərara əsasən 03 il 10 ay 24 gün) xidmət illərinə əlavə olunaraq ümumi xidmət illərinin 34 il 04 ay 25 gün sayılmaqla bu barədə müvafiq arayışın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsinə göndərilməsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi hərbi prokurorluq orqanlarında işlədiyi müddətin hərbi qulluqçu kimi hesablanması xahişini “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1- ci və 2-ci maddələrinə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı və 42-ci maddələrinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli 692 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına əsaslandırmaqla etmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.1994-cü il tarixli 027 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına işə qəbul olunaraq X3 və Hərbi X1rın icrasına nəzarət üzrə prokurorluğun stajçı müstəntiqi, xx.xx.1995-ci il tarixli 017 nömrəli əmrlə həmin prokurorluğun müstəntiqi, Baş Prokurorluq üzrə verilmiş xx.xx.1998-ci il tarixli 414-Л nömrəli əmrlə İxtisaslaşdırılmış hərbi prokurorluğun böyük müstəntiqi, xx.xx.2001-ci il tarixli 03/999-Л nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, xx.xx.2005-ci il tarixli 10/250-k nömrəli əmrlə həmin idarənin mühüm işlər üzrə böyük müstəntiq, xx.xx.2006-cı il tarixli 10/139-k nömrəli əmrlə Lənkəran hərbi prokuroru, xx.xx.2010-cu il tarixli 11/242-k nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.2014-cü il tarixli 17 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçisi, xx.xx.2014-cü il tarixli 68 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Baş Prokurorluq üzrə verilmiş xx.xx.2018-ci il tarixli 11/282-k nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin rəis müavini, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.2020-ci il tarixli 141 nömrəli əmrlə isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin böyük prokuroru vəzifələrinə təyin edilmiş, Baş Prokurorluq üzrə verilmiş 18.01,2024-cü il tarixli 2-2-100/64-k nömrəli əmrlə isə prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə həmin tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Bundan əlavə, İddiaçı Müdafiə Nazirliyi üzrə verilmiş xx.xx.1996-cı il tarixli 0107 nömrəli əmrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılaraq ona “ədliyyə leytenantı”, xx.xx.1998-ci il tarixli 08/rt nömrəli əmrlə “ədliyyə baş leytenantı”, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.2001-ci il tarixli 02 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdən hesablanmaqla “ədliyyə kapitanı”, xx.xx.2003-cü il tarixli 01 nömrəli əmrlə “ədliyyə mayoru”, xx.xx.2007-ci il tarixli 05 nömrəli əmrlə “ədliyyə polkovnik-leytenantı”, xx.xx.2012-ci il tarixli 62 nömrəli əmrlə isə “ədliyyə polkovniki” hərbi rütbələri verilmiş, xx.xx.2020-ci il tarixli 187 nömrəli əmrlə isə müvafiq qanunvericiliyin tələblərinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Baş Prokurorluq uzrə verilmiş xx.xx.2020-ci il tarixli 10/924-k nömrəli əmrlə daşıdığı “ədliyyə polkovniki” hərbi rütbəsinə uyğun “baş ədliyyə müşaviri” xüsusi rütbəsi verilmişdir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların statusunun əldə edilməsi və itirilməsini müəyyən edən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən “Vətəndaşlar Azərbaycan Respublikasının qanununvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağrıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları ...gündən bu statusu itirirlər.” Göründüyü kimi, A.İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi işlədiyi müddətdə hərbi qulluqçu statusuna malik olmamışdır. Yalnız xx.xx.1996-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi hərbi qulluqçu statusuna malik olmuşdur. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda hərbi xidmətdən ibarət olduğundan İddiaçı xx.xx.1996-cı il tarixdə Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə qəbul olunduğundan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən hərbi qulluqçu statusunu əldə etmişdir. Hərbi xidmətin başlanğıcını müəyyən edən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin “d” bəndinin 2-ci abzasında “zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün-ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün” onun xidmət ilinin başlanğıcının olması əksini tapmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.9-cü maddəsində hərbi qulluqçular dedikdə ehtiyatda deyil, həqiqi hərbi xidmətdə olan şəxslər başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda vəzifəyə təyin olunma deyil, hərbi xidmətə təyin olunma günündən zabit heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin sonuncu bəndində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur” ifadəsi öz əksini tapmışdır ki, burada öz əksini tapan “müvafiq icra hakimiyyəti orqanTnın səlahiyyətlərini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli, 692 nömrəli Fərmanının (6 dekabr 2017-ci il tarixli, 1709 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə) 2-ci bəndinin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir. Göründüyü kimi Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin sonuncu bəndi prokurorluq orqanlarına şamil edilə bilməz. 30 sentyabr 2005-ci il tarixli 1018-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş əlavə və dəyişikliklərə əsasən hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və ya istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir. Sözügedən qanunvericilikdə edilmiş dəyişikliklərə kimi hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata və ya istefaya buraxılması məsələsi Müdafiə naziri və ya onun müvafiq müavini tərəfindən həyata keçirilirdi. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi hərbi prokurorluq orqanlarında işlədiyi müddətin hərbi qulluqçu kimi hesablamaqla bütün xidmət illərinin, o cümlədən güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə müvafiq arayışın tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsinə göndərilməsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə öhdəlik qoyulması haqqında iddia ərizəsi əsassızdır.
6. İddiaçının xidməti barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbacan Respublikası Hərbi Prokurorluğu tərəfindən bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.1994-cü il tarixli 027 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına işə qəbul olunaraq X3 və Hərbi X1rın icrasına nəzarət üzrə prokurorluğun stajçı müstəntiqi, xx.xx.1995-ci il tarixli 017 nömrəli əmrlə həmin prokurorluğun müstəntiqi, Baş Prokurorluq üzrə verilmiş xx.xx.1998-ci il tarixli 414-Л nömrəli əmrlə İxtisaslaşdırılmış hərbi prokurorluğun böyük müstəntiqi, xx.xx.2001-ci il tarixli 03/999-Л nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, xx.xx.2005-ci il tarixli 10/250-k nömrəli əmrlə həmin idarənin mühüm işlər üzrə böyük müstəntiq, xx.xx.2006-cı il tarixli 10/139-k nömrəli əmrlə Lənkəran hərbi prokuroru, xx.xx.2010-cu il tarixli 11/242-k nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş 21,02.2014-cü il tarixli 17 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçisi, xx.xx.2014-cü il tarixli 68 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Baş Prokurorluq üzrə verilmiş xx.xx.2018-ci il tarixli 11/282-k nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin rəis müavini, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.2020-ci il tarixli 141 nömrəli əmrlə isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin böyük prokuroru vəzifələrinə təyin edilmiş, Baş Prokurorluq üzrə verilmiş xx.xx.2024-cü il tarixli 2-2-100/64-k nömrəli əmrlə isə prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə həmin tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Bundan əlavə, İddiaçı Müdafiə Nazirliyi üzrə verilmiş xx.xx.1996-cı il tarixli 0107 nömrəli əmrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılaraq ona “ədliyyə leytenantı”, xx.xx.1998-ci il tarixli 08/rt nömrəli əmrlə “ədliyyə baş leytenantı”, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.2001- ci il tarixli 02 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdən hesablanmaqla “ədliyyə kapitanı”, xx.xx.2003-cü il tarixli 01 nömrəli əmrlə “ədliyyə mayoru”, xx.xx.2007-ci il tarixli 05 nömrəli əmrlə “ədliyyə polkovnik-leytenantı”, xx.xx.2012-ci il tarixli 62 nömrəli əmrlə “ədliyyə polkovniki” hərbi rütbələri verilmiş, xx.xx.2020-ci il tarixli 187 nömrəli əmrlə isə müvafiq qanunvericiliyin tələblərinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Baş Prokurorluq uzrə verilmiş xx.xx.2020-ci il tarixli 10/924-k nömrəli əmrlə daşıdığı “ədliyyə polkovniki” hərbi rütbəsinə uyğun “baş ədliyyə müşaviri” xüsusi rütbəsi verilmişdir.
7. Cavabdehin iddiaya etirazına yazılı münasibətində iddiaçı bildirir ki, o, hərbi prokurorluq orqanlarına hərbi müstəntiq vəzifəsinə qəbul olunarkən hərbi prokurorluq əməkdaşlarının hüquqi vəziyyətini tənzimləyən konkret norma olmamış, habelə hərbi vəzifəyə təyin olunub faktiki olaraq ilk gündən bu vəzifələri icra etdiyi halda, dərhal hərbi xidmətə çağırılmamağımın səbəbi ondan asılı olmamışdir. Cavabdeh tərəfin etirazda və 16 aprel 2024-cü il tarixli 3-3-100/02-205/24 №-li məktubda istinad etdiyi normativ aktlarda hərbi prokurorluğun əməkdaşları və ya heç olmazsa “müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları” barədə də heç bir qeyd olmamışdır. Sonradan, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 377-İ Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 2-ci bəndində «Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir” müddəaları daxil edilmişdir. Bu Əsasnamə Azərbaycan Respublikasında hərbi qullquqçu olan bütün şəxslərə (bütün digər nazirlik və qurumların hərbi qulluqçularına, o cümlədən prokurorluğun hərbi qulluqçularına da) şamil olunur. Və Əsasnamədə iki kateqoriya hərbi qulluqçular qeyd olunub - birincisi Silahlı Qüvvələrin hərbi qulluqçularıdır. Hərbi prokurorluq əməkdaşlarını bu kateqoriya şəxslərə aid etmək olarmı, əlbəttə ki yox. Deməli, prokurorluq orqanlarının əməkdaşları bu Qanunun məqsədləri üçün yalnız müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları kateqoriyasına aiddirlər. Əsasnamənin 16-cı bəndinin son abzasına əsasən “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur”. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun müvafiq icra hakimiyyəti orqanı olması Əsasnamənin mahiyyətindən də aydın görünür (daha aşağı qüvvəyə malik normativ aktlarda bu barədə sonradan nə yazılmasından asılı olmayaraq, çünki geriyə qüvvəsi ola bilməz). Belə ki, «Hərbi xidmətkeçmə haqqında»Əsasnamənin 42-ci bəndinin sonuncu abzasına əsasən “zabitlərə həvəsləndirmə qaydasında, polkovnik hərbi rütbəsi də daxil olmaqla vaxtından əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə bütün xidmət dövründə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir dəfə verilə bilər”. Hərbi prokurorluq orqanlarının həmin bənddə qeyd olunan rütbələrini isə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinin tələblərinə əsasən müvafiq icra hakimiyyəti olan Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru verir. Eyni ilə Əsasnamənin 59-cu bəndinə əsasən “Hərbi qulluqçulara ilk zabit rütbəsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı verir”, yəni Azərbaycan Respublikasının Hərbi prokuroru verir. Oxşar tələblər Əsasnamənin 161 (“Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır”), 164 (“Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir”) və digər bəndlərində də öz əksini tapmışdır. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13 noyabr 2019-cu il tarixədək qüvvədə olmuş 1.0.3-cü maddəsi aşağıdakı redaksiyada olmuşdur: “1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti) və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir». Yəni qanunverici Azərbaycan Respublikasının Prokurorluğunu da Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti kimi “müvafiq icra hakimiyyəti orqanı”na aid etmişdir. Digər qanunlara sonradan edilmiş dəyişikliklər də yuxarıda qeyd olunanları bir daha təsdiq edir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun (23 dekabr 2011-ci il, № 274-İVQ) 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (12 oktyabr 2018-ci il tarixli 1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2018-ci il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2204) ilə 2.0.2-ci maddədə “və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə” sözləri “və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilmişdir); 37.1-ci maddəsinə əsasən “Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: ...37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. (27 oktyabr 2020-ci il tarixli 191-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 noyabr 2020-ci il, №240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1338) ilə 37.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 37.1.4-cü maddə əlavə edilmişdir). Mən də xx.xx.1994-cü il tarixdə əmrlə könüllü olaraq (ərizəmə əsasən) birbaşa zabit ştatında olan hərbi prokurorluğun müstəntiqi vəzifəsinə daxil olmuşam. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa yuxarıda qeyd olunmuş sonradan (12 oktyabr 2018-ci il tarixli 1280-VQD nömrəli və 27 oktyabr 2020-ci il tarixli 191-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə) edilmiş bütün bu dəyişiliklər bir daha göstərir ki, həmin dəyişiliklərdən əvvəl hərbi xidmətin başlanğıcı qanunvericilikdə başqa qaydada, yəni həmin vaxt qüvvədə olan «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı bəndinin sonuncu abzasına uyğun hesab edilmişdir. Həmin abzasa əsasən isə «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması gün hesab olunur». İddia olunduğu kimi hərbi prokurorluq müvafiq icra hakimiyyəti orqanı deyilsə, o da “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qeyd olunduğu kimi könüllü olaraq, yəni öz ərizəsinə əsasən (buna bağlaşma da deyə bilərsiniz) həmin xidmətə (hərbi prokurorluğa) daxil olub. Bu halda da o, qeyd olunan gündən hərbi qulluqçu statusu əldə edir. İkincisi, xx.xx.1991-ci il tarixdə qəbul olunmuş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid edilmiş, “müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları” anlayışı bu Qanunda nəzərdə tutulmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərinə əsasən “Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər”. Həmin Qanunun 1-ci maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir”. xx.xx.1991-ci il tarixdə qəbul olunmuş və 2018-ci il tarixədək qüvvədə olmuş (29 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 955- VQ №-li yeni Qanun qəbul edilmişdir) “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin tələblərinə əsasən isə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, X3 və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir”. Qeyd olunanlardan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsinə əsasən “Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir”. Prokurorluq isə nə Ordu, nə də başqa silahlı birləşmə deyildir. Beləliklə, etirazda istinad olunmuş bu Qanun yalnız Silahlı Qüvvələrin hərbi qulluqçularına aiddir. “Müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları” olan Azərbaycan Respublikasının Prokurorluğu orqanlarının əməkdaşlarına qeyd olunan Qanunun şamıl olunması əsassız olmaqla qanunvericiliyin tələblərinə ziddir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı maddəsi başlanğıcdan, bütövlükdə oxunduqda, sonuncu abzasdan başqa digər hissəsinin tam şəkildə Silahlı Qüvvələrin hərbi qulluqçularına aid olduğu aydın görünür. Hərbi prokurorluq orqanlarının əməkdaşları hərbi qulluqçu statusuna malik olsalar da, yuxarıda qeyd olunan səbəblərdən heç bir halda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçuları deyillər və ola da bilməzlər. 30 mart 1998- ci il tarixli 692 №-li Fərmanda Azərbaycan Respublikasının Prokurorluğunun və ya Azərbaycan Respublikası Hərbi Prokurorluğunun “müvafiq icra hakimiyyəti orqanları”na aid olmadığı qeyd olunmayıb (yəni qadağan edilməyib). Prokurorluğun adının həmin Fərmanda olmaması Azərbaycan Respublikası Prokurorluğunun və ya Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi qulluqçularını “həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına” çevirmir. Əgər bu məsələ fərmanla həll olunmamış və açıq qalmışsa, boşluq varsa, daha üstün hüquqi qüvvəyə malik olan Qanun tətbiq olunmalıdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 16-cı bəndinin sonuncu abzasına əsasən isə «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması gün hesab olunur». Həmin və yuxarıda qeyd olunan digər Qanunların mahiyyətindən görünür ki, Hərbi prokurorluq orqanlarının əməkdaşları məhz “müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları”dırlar. Etirazda istinad olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı 30 mart 1998-ci il tarixdə qəbul olunmuşdur, mən isə 4 fevral 1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğu orqanlarında xidmətə başlatıb. Hesab edir ki, Fərmanın qüvvəsinin ziyanına olaraq geriyə tətbiq olunması Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə ziddir. Həmin bəndə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi isə geriyə şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 12, 16, 26, 71, 147 və 149-cu maddələrinə əsasən bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hıquqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz, Qanunla Konstitusiyanın müddəaları arasında ziddiyyət olduqda, ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyası tətbiq olunmalıdır. Etirazda «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.9-cü maddəsinə istinad olunaraq “hərbi qulluqçular dedikdə ehtiyatda deyil, həqiqi hərbi xidmətdə olan şəxslər başa düşülür” sözləri yazılmışdır. Bu fikir də mübahisənin mahiyyətinə uyğun deyildir. Birincisi, həmin maddədə birbaşa olaraq belə bir müddəa yoxdur (Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: ... 2.0.9. hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar), ikincisi, mən iddia ərizəmdə ehtiyatda olduğum müddətin həqiqi hərbi xidmət dövrümə aid edilməsi ilə bağlı heç bir tələb irəli sürməmişəm. Bütün bunlardan başqa qeyd olunmalıdır ki, cavabdeh tərəfin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarının (hərbi qulluqçularının) hüquqi vəziyyəti ilə bağlı istinad etdiyi normativ aktların hərbi prokurorluğun əməkdaşlarına da şamil olunması barədə birbaşa heç bir qeyd yoxdur, istinaq olunan digər normativ aktlar isə xx.xx.1997-ci il tarixindən sonra, yəni «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin qüvvəyə minməsindən sonra qəbul olunmuşdur. Onlara istinad edilməsi isə Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə ziddir. Bundan başqa, «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanunu 7 dekabr 1999-cu il tarixdə, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunu isə 29 iyun 2001-ci il tarixdə qəbul olunmuşdur. Həmin vaxta kimi isə 4 avqust 1981-ci ildə SSRİ X5 Heyətinin Fərmanı ilə təsdiq olunmuş “Hərbi prokurorluq haqqında Əsasnamə” qüvvədə olmuşdur. Bu əsasnamənin 33-cü maddəsinə əsasən hərbi prokurorluğun hərbi prokuroru və müstəntiqi vəzifəsinə ali hüquq təhsili olan SSRİ Silahlı Qüvvələrinin zabitləri təyin oluna bilərdilər. Əsasnamənin 34-cü maddəsinə əsasən isə hərbi prokurorluğun zabit heyəti, gizir, miçman, çavuş, əsgər və matrosları həqiqi hərbi xidmətdədirlər. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanunun 38-ci və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunun 20.15-ci maddələrinə əsasən «Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir». «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən “Hərbi prokurorluq orqanlarının hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət keçir və onlar “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlara malikdirlər (bu müddəadan da görünür ki, hərbi prokurorluqda hərbi qulluqçular xidmət edirlər). Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir” (yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən). Beləliklə, bu qanunlardan da açıq görünür ki, hərbi prokurorluğa müstəntiq və ya köməkçi vəzifəsinə təyin olunan şəxslər təyin olunduqları gündən həqiqi hərbi xidmətdədirlər. Xidmət etdiyi dövrdə 1997-ci il tarixədək olan müddətdə normativ aktlarda hərbi prokurorluğun əməkdaşları və ya “müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları” barədə də heç bir qeyd olmamışdır. Sonradan, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 377-İ Q nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 2-ci bəndində «Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir” müddəaları daxil edilmişdir.
8. Şifahi məhkəmə dinləmələri zamani iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə dinləmələri zamani cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.1994-cü il tarixli 027 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına işə qəbul olunaraq X3 və Hərbi X1rın icrasına nəzarət üzrə prokurorluğun stajçı müstəntiqi təyin edilmiş və Müdafiə Nazirliyi üzrə verilmiş xx.xx.1996-cı il tarixli 0107 nömrəli əmrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılaraq ona “ədliyyə leytenantı” hərbi rütbəsi verilmişdir. İddiaçı qeyd edilən dövrü 1 il 11 ay 12 günlük dövrü Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 №-li qərarına əsasən xidmətin bir ayı iki ay sayılmaqla 3 il 10 ay 24 gün kimi nəzərə alınaraq xidmət illərinə əlavə edilməklə yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini tələb edir.
16. Qeyd olunmalıdır ki, hərbi qulluqçuların statusunun əldə edilməsi və itirilməsini müəyyən edən “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən “Vətəndaşlar Azərbaycan Respublikasının qanununvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağrıİdıqları, hərbi tədris - „müəssisələrinə daxil olduqları gur dən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları ...gündən bu statusu tirirlər.” Hərbi xidmətin başlanğıcını müəyyən edən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin “d” bəndinin 2-ci abzasında “zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün- ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün” onun xidmət ilinin başlanğıcı hesab edilir.
17. “Hərbi Xidmət keçmə haqqında” Əsasnamənin 16-cı maddəsinə əsasən həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddət həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; v) kursantların həqiqi hərbi xidmətində: çağırışçılar, hərbi vəzifəlilər (zabitlərdən başqa) və qadınlar üçün — hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün; q) gizirlərin və miçmanların həqiqi hərbi xidmətində: müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə getmək günündən tez olmayaraq, gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ehtiyatda olan gizirlər və miçmanlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; d) zabitlərin həqiqi hərbi xidmətində: hərbi təhsil müəssisəsini qurtarmış kursantlar üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; zabit vəzifəsində olan (təyin olunan) hərbi qulluqçular üçün — ilk zabit hərbi rütbəsi verilməsi haqqında əmr imza edilən gün; ilk zabit hərbi rütbəsi verilməklə zabit vəzifəsinə təyin olunmuş ehtiyatda olan zabitlər, hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün; ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi komissarlıq tərəfindən göstərilmiş məzuniyyətə gedilən gün. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçuları üçün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur.
18. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən stajorluq və sınaq müddətləri prokurorluqda iş stajına hesablanır.
19. Hazırkı işin hallarından görünür ki, iddiaçıya əmək pensiyası təyin edilməsi məqsədilə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məlumat vərəqəsi göndərilmiş, lakin iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikas Hərbi Prokurorluğunda xidmət illəri hərbi qulluqçu kimi təqvim illərinə hesablanmamışdır. Belə ki, cavabdeh orqan iddiaçıya xx.xx.1996-cı il tarixli əmrlə “ədliyyə leytenantı” hərbi rütbəsi verilməklə könüllülük əsasında Azərbaycan Respublikas Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə qəbul edilməsini əsas gətirərək onun hərbi xidmətə başlaması anını həmin tarixdən hesablamışdır.
20. Məhkəmə cavabdeh orqanın mövqeyini əsassız hesab edir və bildirir ki, iddiaçıya xx.xx.1996-cı il tarixdə hərbi rütbə verilməsinə baxmayaraq o, xx.xx.1994-cü il tarixli 027 nömrəli əmrlə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarında işləməyə başlamışdır.
21. Prokurorluq orqanlarının statusunu müəyyənləşdirən keçmiş SSRİ-nin qanunvericilik aktlarının Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsinin saxladığının təsdiqi və onların tətbiqi qaydası barədə Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli 292 nömrəli Qanununa əsasən “Hərbi prokurorluq haqqında” 1981-ci il 4 avqust tarixli Əsasnamə sonrakı dəyişiklik və əlavələrlə Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək Azərbaycan Respublikası ərazisində qüvvəsini saxladığı təsdiq edilmişdir.
22. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunu 07.121999-cu il tarixdə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu isə xx.xx.2001-ci il tarixdə qəbul olunmuşdur. Odur ki, qeyd edilən tarixə kimi 4 avqust 1981-ci ildə SSRİ X5 Heyətinin Fərmanı ilə təsdiq olunmuş “Hərbi prokurorluq haqqında Əsasnamə” qüvvədə olmuşdur. Həmin Əsasnamənin 33-cü maddəsinə əsasən hərbi prokurorluğun hərbi prokuroru və müstəntiqi vəzifəsinə ali hüquq təhsili olan SSRİ Silahlı Qüvvələrinin zabitləri təyin oluna bilərdilər. Əsasnamənin 34-cü maddəsinə əsasən isə hərbi prokurorluğun zabit heyəti, gizir, miçman, çavuş, əsgər və matrosları həqiqi hərbi xidmətdədirlər. Əsasnamənin 36-cı maddəsinə əsasən hərbi prokurorluqların şəxsi heyəti SSRİ Silahlı Qüvvələrinin nizami heyətinə daxildir və SSRİ Müdafiə Nazirliyinin hərbi hissələrinin və müəssisələrinin şəxsi heyəti ilə bərabər əsasda bütün növ təminatlarla təmin edilir.
23. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.15-ci maddələrinə əsasən hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.
24. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə müvafiq hissəsinə əsasən Hərbi prokurorluq orqanlarının hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət keçir və onlar “Hərbi qulluqçularının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlara malikdirlər. Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir.
25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya həmin dövrlərdə hərbi rütbə verilməsə də, onun xx.xx.1994-cü il tarixl il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi prokurorluq orqanlarında çalışması onun hərbi qulluçu olması faktını təsdiq edir. Belə ki, 4 avqust 1981-ci ildə SSRİ X5 Heyətinin Fərmanı ilə təsdiq olunmuş “Hərbi prokurorluq haqqında Əsasnamə”yə əsasən hərbi prokurorluğun hərbi prokuroru və müstəntiqi vəzifəsinə təyinat ilə Silahlı Qüvvələrinin zabiti rütbəsi şərtlənmiş olur.
26. 4 avqust 1981-ci ildə SSRİ X5 Heyətinin Fərmanı ilə təsdiq olunmuş “Hərbi prokurorluq haqqında Əsasnamə”nin müvafiq bəndləri: Статья 33. Требования, предъявляемые к лицам, назначаемым на должности военных прокуроров и следователей На должности военных прокуроров и следователей военной прокуратуры назначаются граждане СССР - офицеры Вооруженных Сил СССР, имеющие высшее юридическое образование и обладающие необходимыми политическими, деловыми и моральными качествами... ...Подготовка и повышение квалификации офицерских кадров военной прокуратуры осуществляется в системе военно-учебных заведений Министерства обороны СССР и учебных заведений при Прокуратуре Союза ССР. Назначение на должности военных прокуроров и следователей военной прокуратуры офицеров, не имеющих законченного высшего юридического образования, допускается лишь в отдельных случаях и производится в порядке, устанавливаемом Генеральным прокурором СССР Статья 34. Прохождение воинской службы военнослужащими военных прокуратур Офицерский состав, прапорщики, мичманы, сержанты, старшины, солдаты и матросы военных прокуратур состоят на действительной военной службе, на них распространяются воинские уставы и положения, определяющие порядок прохождения воинской службы. Присвоение воинских званий младшего и старшего офицерского состава военнослужащим военных прокуратур производится в порядке, установленном Законом СССР "О всеобщей воинской обязанности", по представлениям Главного военного прокурора и военных прокуроров видов Вооруженных Сил СССР, военных округов (фронтов), округов противовоздушной обороны, групп войск, флотов... Статья 36. Установление структуры и штатов военных прокуратур Личный состав военных прокуратур и Главной военной прокуратуры входит в штатную численность Вооруженных Сил СССР и обеспечивается всеми видами довольствия наравне с личным составом воинских частей и учреждений Министерства обороны СССР.
27. 27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabibetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli müvafiq qərarının 1ci hissəsinə yeni məzmunda yeddinci abzas əlavə edilmiş və müəyyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən
28. Odur ki, qeyd edilən normaları təhlil edərək məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1994cü il tarixl il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi prokurorluq orqanlarında çalışdığı müddətə münasibətdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsinin sonuncu bəndi tətbiq edilməklə həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onun vəzifəyə təyin olunması günü hesab olunmalıdır.
29. Odur ki, iddiaçıya həmin dövrlərdə hərbi rütbə verilməsə də, onun xx.xx.1994-cü il tarixl il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi prokurorluq orqanlarında çalışması onun hərbi qulluçu olması faktını təsdiq edir. Odur ki, həmin illər də iddiaçının hərbi qulluqçu kimi təqvim illərinə hesablanmalı və cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti qurumuna (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) yeni məlumat vərəqəsi göndərilməlidir.
30. Xidmətin bir ayının iki ay hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, müddət xidmət illərinə daxil edildiyi təqdirdə, xidmət illərinin qeyd edilən qaydada hesablanması ilə bağlı mübahisə yoxdur. Belə ki, hərbi prokurorluq orqanlarında 1997-ci ilədək olan xidmət illəri müharibə illəri kimi nəzərə alınaraq xidmətin bir ayı iki ay sayılır.
31. 01.01.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1993-cü il tarixli Qanunun 68-ci maddəsinə əsasən müharibə illərində arxa cəbhədə iş müddəti pensiya almaq hüququ verən iş stajına ikiqat ölçüdə güzəştli şərtlə daxil edilir.
32. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi keçdiyi xidmət illərinə xx.xx.1994-cü tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrün güzəştli xidmət illərinə əlavə olunmaqla (xidmətin bir ayı iki ay kimi hesablanmaqla) yeni məlumat vərəqinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva