Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8772/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “X7 CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqda qanunsuz saxlanıldığı müddətdə (10 ay) vurulmuş ziyana görə 15.000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan “X7 CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqda qanunsuz saxlanıldığı müddətdə (10 ay) vurulmuş ziyana görə 19500 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan avtomobilinin ona verilməsi barədə Sabunçu rayon icra şöbəsinin məktubunu Sabunçu RPİ-in DYPŞ-nə təqdim etməsinə baxmayaraq 16 sentyabr 2020-ci il tarixdən bu günə kimi avtomobili DİN-in BDYPİ-nin 9 saylı mühafizə olunan duracaqdan ona verilməmişdir. AR DİN-in Sabunçu RPİ DYPŞ-in qanunsuz hərəkəti nəticəsində mülkiyyətində olan “Mersedes Benz VİTO CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqdan buraxılmaması və qanunsuz saxladığı müddətdə (10 ay) ona maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə təqdim edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı ona məxsus olan “Mercedes” markalı, AZ **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin BDYPİ-nin “Siqnal İLİF”-nin 9 saylı mühafizə dayanacağında qanunsuz saxlanıldığını iddia etmiş və həmin dövr üçün əldən çıxmış faydaya görə kompensasiya ödənilməli olduğunu bildirmişdir. İddia əsassızdır və rədd edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə İddiaçı Sabunçu DYPŞ-yə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(103)-5072/2020 nömrəli qətnaməsinə əsasən vətəndaş Salman Pərviz Müzəffər oğlundan alınaraq ona qaytarılmalı olan “Mercedes” markalı, AZ **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq özünə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti əsasında müvafiq araşdırma aparılmış və qeyd olunan avtomobil BDYPİ-nin “Siqnal İLİF-nin 9 saylı mühafizə duracağına yerləşdirilmişdir. Lakin Sabunçu rayon icra və probasiya şöbəsinin əməkdaşlarının iştirakının təmin olunmaması səbəbindən nəqliyyat vasitəsini vətəndaş İddiaçı təhvil vermək mümkün olmamışdır. İddiaçı avtomobilin qanunsuz saxlanıldığını iddia etməsi və əldən çıxmış faydaya görə kompensasiya tələb etməsi üçün hər hansı sübut təqdim etməmişdir. Belə ki o, sürücü işlədiyini qeyd etmiş və şəxsi mülahizəsinə əsasən gündəlik qazancının 50 manat olduğunu bildirsə də, faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(008)-706/2020 saylı qərardadına əsasən Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı mülkiyyətində olan “X7 CDİ” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə qoyulmuş həbs götürülmüş, qərardadın icrası Azərbaycan Respublikası DİN-in BDYPİ-yə həvalə edilmişdir. - Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən Baş X8 İdarəsinin “Siqnal” ixtisaslaşdırılmış-Layihə İstehsalat İdarəsinin 9 nömrəli dayanacağına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə icraata xitam verildiyindən “X7 CDİ” minik markalı **-EU-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı təhvil verilməsi xahiş olunmuşdur. - Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən Baş X8 İdarəsinin Sabunçu rayon X8 şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə icraata xitam verildiyindən borclu İddiaçı məxsus “X7 CDİ” minik markalı **- EU-*** qeydiyyat nişanlı avtomobilin ona təhvil verilməsinə heç bir etirazın olmaması bildirilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Salman Pərviz Müzəffər oğlu cavabdeh İddiaçı qarşı (Azərbaycan Respubliyası DİN-nin Baş DYP İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «X7 CDİ» markalı ** EU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin cavabdeh İddiaçı adına alqı-satqı edilməsi üzrə əqdin etibarsız hesab olunmaqla, verilmiş xx.xx.2017-ci il tarixli AC №955944 saylı qeydiyyat şəhadətnaməsi üzrə qeydin ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşılıqlı iddia verərək, mülkiyyətində olan “X7 CDİ" minik markalı ** EU *** dövlət nömrə nişanlı avtomobilin və qeydiyyat şəhadətnaməsinin Salman Pərviz Müzəffər oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-1510/2019 saylı 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «X7 CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də cavabdeh İddiaçı ilə X1 arasında bağlanmış «nəqliyyat vasitəsinin alqısatqısı» haqqında xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsi əsasında İddiaçı adına verilmiş nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh Salman Pərviz Müzəffər oğluna qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12736/2019 saylı 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)- 1510/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1203/2020 saylı 21 fevral 2020ci il tarixli qətnaməsi ilə (V.İbayev (sədrlik edən, məruzəçi), A.Kalbalıyev, Ə.Əliyev) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5072/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)1510/2019 saylı, 16 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, «X7 CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsinin iddiaçıdan alınaraq cavabdehə qaytarılması qət edilmişdir. Daha sonra Salman Pərviz Müzəffər oğlunun kassasıya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qərar qəbul edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mertedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞdə cavabdeh İddiaçı ilə Salman Pərviz Müzəffər oğlu arasında bağlanmış «nəqliyyat vasitəsinin alqı-satqısı» haqqında xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı adına verilmiş nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Salman Pərviz Müzəffər oğluna qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, ödənilmiş məhkəmə xərcləri cavabdehə aid edilmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 42661/2022-15 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, şöbənin icraatında olan İddiaçı mülkiyyətində olan “X7 CDİ” minik markalı ** EU *** qeydiyyat nişanlı avtomobillə bağlı icra işi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Sabunçu rayon məhkəməsinin 2(008)- 1510/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 2004-cü il istehsalı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli "X7 CDİ" markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də cavabdeh İddiaçı ilə Salman Pərviz Müzəffər oğlu arasında bağlanmış "nəqliyyat vasitəsinin alqı-satqısı" haqqında xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı adına verilmiş nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli AC nömrəli 955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilməlidir. İcra vərəqəsi xx.xx.2022ci il tarixdə icra olunması üçün AR BDYPİ-nə göndərilərək icraatına xitam verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 073-805248-4222 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6219/2021 saylı qərarına əsasən Salman Pərviz Müzəffər oğlunun kassasiya şikayəti təmin edilmişdir. Qeyd edilən qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmişdir. Salman Pərviz Müzəffər oğlu ilə arasında bağlanmış “nəqliyyat vasitəsinin alqı-satqısı” haqqında xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilərək həmin alqı-satqı müqaviləsi əsasında adına verilmiş nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli AC955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir. Avtomobilin xx.xx.2022-ci il tarixində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 9 saylı duracaqdan Salman Pərviz Müzəffər oğluna verilməsi Sabunçu RPİ DYPŞ-nin əməkdaşı tərəfindən təmin edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, ***-*******-3229 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdən etibarən “X7 CDİ” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hər hansı məhdudiyyət mövcud deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 349853 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, tərəfindən təqdim edilmiş məhkəmə qərardadında avtomobilin üzərindən həbsin götürülməsi qeyd edilmişdir. Lakin, göstərilən avtomobilin ona qaytarılması yalnız icra məmurunun iştirakı ilə həll oluna bilər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 046-517xx/xx-4220 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6602/18 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən mülkiyyətində olan “Mercedes” markalı, AZ **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbs edilərək BDYPİ-nin “Siqnal” İLİİ-nin 9 saylı mühafizə olunan duracağına yerləşdirilməsi, borcu ödədikdən sonra icra işinə xitam verilməsi barədə icra şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunu və Sabunçu RPİ DYPŞ-yə tədim edilməsinə baxmayaraq DYPŞ-nin əməkdaşı Anar Qəmbərovun avtomobilin icra məmuruna veriləcəyini bildirərək qanunsuz hərəkətlərə yol verməsi haqda DİN-in rəhbərliyinə ünvanladığı və Bakı Şəhər BPİ DYPİ-yə daxil olmuş müraciətləri Sabunçu RPİ-də araşdırılan eyni məzmunlu şikayəti əsasında toplanmış materiala əlavə olunması üçün aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Müraciətinizə baxılmasının nəticəsi barədə Sabunçu RPİ tərəfindən əlavə məlumat veriləcəkdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon icra şöbəsi tərəfindən Sabunçu rayon X8 Şöbəsinə ünvanlanmış 8(008)706/2020-15 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunun surətinə əsasən Sabunçu rayon məhkəməsinin 8(008)-706 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilməsi üçün göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 016-51718/3S-3220 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən həmin avtomobilin üzərinə həbs qoyulması ilə əlaqədar Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-6602 saylı qərardadı əsasında X6 şəxsi heyəti təlimatlandırılmış, qeydiyyat hərəkətlərinə məhdudiyyət qoyulmuşdur. Həmin avtomobilin saxlanılmasına dair Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Eyni zamanda bildirilmişdir ki, avtomobilin saxlandığı yer barədə məlumata malikdirsə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin məcburi qaydada götürülməsi məqsədi ilə aidiyyəti üzrə Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə müraciət edə bilər. Ərazi üzrə polis orqanı tərəfindən İcra məmurlarına müvafiq köməklik göstəriləcəkdir. - Cavabdehdən tələb edilmiş “Avtonəqliyyat vəsaitinin saxlanca qəbulu” barədə protokolunun surətinə əsasən Sabunçu rayon DYPŞ-nin aktına əsasən xx.xx.2020-ci il tarixdə Mersedes **-FU-*** nömrəli avtomobil Sabunçu rayon DYPŞ inspektoru tərəfindən duracağa təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə avtomaşın duracaqdan X2 təqdim edilərək çıxarılmışdır. Avtomobilin duracaga verilməsi üçün əsas olmuş İddiaçı Sabunçu RPİ DYPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsində bildirilmişdir ki, ona məxsus olan “Mersedes Vito” markalı, 99EU689 nömrə nişanlı avtomobili alqı-satqı yolu ilə xx.xx.2017-ci ildə Salmanov Səmədin borcu olduğu üçün satmış, qarşı tərəf məhkəməyə vermiş, Ali Məhkəmənin 18 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya və rayon məhkəməsinin qərarları ləğv edilmiş, Sabunçu rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə axtarışda oldugundan avtomobilin saxlanılaraq AR DİN BDYPİ-nin duracağına yerləşdirilməsi və ona verilməsinə köməklik edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon icra şöbəsi tərəfindən Azərbaycan Respublikası Baş X8 İdarəsinə ünvanlanmış 314-42661/15 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətinə əsasən Sabunçu rayon məhkəməsinin 2(008)- 1510/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün göndərilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə pul tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı hazırki iddia tələbi ilə avtomobilinin müvəqqəti duracaqda qanunsuz saxlanıldığı müddətdə (10 ay) vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu əmlakın real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İşin hallarına görə iddiaçının avtomobili ilə baglı məhkəmələr həmin mübahisəyə təkrar-təkrar baxmaqla son nəticə olaraq işin faktiki hallarını müəyyən etmişlər. Belə ki, mübahisəsi gedən avtomobil iddiaçıya məxsus olmuş, onun verdiyi etibarnamə əsasında hərəkət edən qardaşı mülkiyyətçinin məlumatı olmadan öz borcunun təminatı (girovu) kimi həmin mübahisə üzrə cavabdehin adına etibarnamə vermiş, sonuncu ona verilən etibarnamədən istifadə edərək avtomobili öz adına rəsmiləşdirmək üçün öz oğluna etibarnamə vermiş, mülkiyyətçinin adından çıxış edən oglu atasına avtomaşının alqı-satqı müqaviləsini bağlamaqla rəsmiləşdirməni başa çatdırmışlar. Bundan sonra da avtomaşın iddiaçının qardaşında qalmaqda davam etmiş və onun adına etibarnamə rəsmiləşdirilmiş, sonuncu avtomaşını əvvəlki kimi başqa-başqa adamlara müvəqqəti istifadə etmək üçün vermiş və hazırda da avtomaşın iddiaçı tərəfin sahibliyindədir. İşə baxmış Ali Məhkəmə Kollegiyası qeyd etmişdir ki, iddiaçının adından bağlanmış əqd əhəmiyyətsiz əqddir. Çünki həmin əqd hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olmuşdur. Əslində həmin əqdi bağlayarkən tərəflər arasında mövcud olmuş borc məsələsini təminatlandırmaq niyyəti güdmüşlər. Məhkəmə gedişatında xx.xx.2020-ci il tarixdə iddiaçı Sabunçu DYPŞ-yə yazdıgı ərizəsində Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5072/2020 nömrəli qətnaməsinə əsasən vətəndaş Salman Pərviz Müzəffər oğlundan alınaraq ona qaytarılmalı olan “Mercedes” markalı, AZ **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq özünə qaytarılmasına köməklik göstərilməsini xahiş etdiyindən müraciəti əsasında cavabdeh səlahiyyəti daxilində müvafiq araşdırma aparmış və qeyd olunan avtomobil BDYPİ-nin “Siqnal İLİF-nin 9 saylı mühafizə duracağına yerləşdirilmişdir. Odur ki, iddiaçının avtomobilin qanunsuz saxlanıldığını iddia etməsi əsassızdır. Göründüyü kimi hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olmasını sübut etmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi və bu zərərin məhz 19500 manat məbləğində olması sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “mülkiyyətində olan “X7 CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqda qanunsuz saxlanıldığı müddətdə (10 ay) vurulmuş ziyana görə 19500 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8
Hakim Mehriban Qarayeva