Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8777/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Göyçay rayonunun Şəkili kəndində anadan olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1983-cü il tarixədək Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İlk dəfə əmək fəaliyyətinə 1983-cü ildə başlamış, əmək fəaliyyətini fasiləsiz olaraq davam etdirmiş və hal-hazırda Heydər Əliyev adına X3 Xam neftin ilkin emalı üzrə 6 nömrəli istehsalatın sahə rəhbərliyi 13-cü dərəcəli böyük mühəndis vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olduqdan sonra, hazırda işlədiyi Heydər Əliyev adına X6 tərəfindən verilmiş zərərli iş şəraiti haqqında xx.xx.2022-ci il tarixli arayışı əlavə etməklə ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubunda göstərilmişdir ki, Mərkəz Filiala təqdim edilən SOCAR-ın “Heydər Əliyev adına X6”nun xx.xx.2022-ci il tarixli SOCAR**********81200601B00028 nömrəli arayışında xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində 8 nömrəli sexin məşəl təsərrüfatı sahəsində işlədiyi sahə rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş vəzifələrə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfmn qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1-ci bəndinə növbə rəisləri, qurğu rəisləri, texnoloji sexlərin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 12 gün (xx.xx.1991-xx.xx.1998-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sahə rəisi vəzifəsinin sözügedən siyahıda nəzərdə tutulmaması əsası ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı Heydər Əliyev adına X5 xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək zavodun məşəl təsərrüfatı sahəsinin təyinatı və texnoloji mahiyyəti haqqında arayış (açıqlama) verilməsini xahiş etmişdir. Heydər Əliyev adına X4 (SOCAR-ın rəhbərliyinin müvafiq əmrinə əsasən Heydər Əliyev adına X4 strukturunun idarə edilməsi səlahiyyəti "xxxx" MMC-yə həvalə edilmişdir) xx.xx.2023-cü il tarixli, 14-2-27/2-41/2023 saylı cavab məktubunda göstərilmişdir ki, müraciətlə bağlı zavodun müfaviq struktur bölməsinə sorğu göndərilmiş və sorğuya alınmış cavablardan müəyyən olunmuşdur ki, məşəl təsərrüfatı sahəsinə 701 nömrəli EİOU-AVT-6 (2009-cu ilə qədər istismar olunub), 202 və 305 nömrəli ELOU-AVT-2 Xam neftin ilkin emalı, 501 nömrəli yağların, dizelin və kerosinin hidrogenlə təmizləmə qurğularından qoruyucu klapanlar vasitəsi ilə atılan karbohidrogen tərkibli məşəl qazların, qaz kondensatın və hidrogen tərkibli qazın (hidrogen sulfidin, separatorda qazdan kondensatın ayrılması) Məşəl qurğusunda “Texnoloji reqlament”ə əsasən utilizasiya prosesi aparılmışdır. Utilizasiya prosesi-yuxarıda sadalanan tullantıların yığılması, separasiyası qazdan ayrılmış kondensatın (benzinin) əmtəəaltı çöküntü və sudan təmizlənməsi, alınan benzinin mərkəzdənqaçma nasosu vasitəsi ilə əmtəə çənlərinə nəqli, qalıq qazların yandırılması üçün hər hansı məşəl lüləsinə (2 ədəd) yönəldilməsi və məşəl lüləsinə yüksək təzyiqli (P=10 atm) su buxarı, təbii və ya təsirsiz qaz (seyrəkliyi təmizləmək üçün) verməklə tüstüsüz və təhlükəsiz yandırılmasından ibarətdir. Bütün bu texnoloji prosesi həyata keçirmək üçün Məşəl qurğusunda 2 ədəd 100 m3- lik qaz kondensatı ayırıcısı (separator), 1 ədəd 30 m3 -lik qaz kondensatı tutumu, 4 ədəd mərkəzdənqaçma nasosu, 2 ədəd hündürlüyü 40 metr olan məşəl lüləsi, məşəl lüləsini məsafədən alışdırmaq üçün 2 ədəd alışdırıcı lövhə, ümumi texnoloji prosesi idarə etmək üçün 19 ədəd tənzimləyici klapanlardan istifadə olunmuşdur. Məşəl təsərrüfatı sahəsinin Məşəl qurğusu partlayış yanğın təhlükəsinə görə “A” tipli istejsalat kateqoriyasına, elektrik qurğuların qurulma qaydalarına (EQQQ) əsasən “B-1 r” sinfinə, sanitar xüsusiyyətlərinə görə iş prosesində zərərli və iyli məhsulların işlədilməsi ilə əlaqədar olan istehsalat proseslərin İİİB qrupuna aiddir. Məşəl qurğusunda utilizasiya olunan ГОСТ 12.1.007-76 üzrə təhlükəlilik sinfinə görə karbohidrogen tərkibli məşəl qazı - 4, qaz kondensatı - 4, hidrogen tərkibli qaz - 4 aiddir. Sadalanan xüsusiyyətlər texnoloji qurğuların (202, 305, 701 və 501) zərərlilik və təhlükəlilik dərəcəsinə aid olan göstəricilərdir. Məşəl təsərrüfatı qurğusu kiçik texnoloji qurğudur və ştat cədvəlinə əsasən işçilərin peşəsi texnoloji qurğu operatoru adlanır. Heydər Əliyev adına X4 xx.xx.2023-cü il tarixli arayışını əldə etdikdən sonra yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi üçün müraciət etmiş, Filial tərəfindən ikinci dəfə güzəştli şərtlərlə pensiya təyinatından imtina olunmuş və bu barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-37844/2023 nömrəli cavab məktubu verilmişdir. Cavabdeh orqanın imtinası əsassız hesab edilməli və xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmalıdır. Belə ki, Heydər Əliyev adına X4 SOCAR**********812006001B00028 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək 1 nömrəli sex, 101 nömrəli qurğu, texnoloji qurğuların operatoru və xx.xx.1994-cü ildən xx.xx.1995-ci il tarixədək 1 nömrəli yağ istehsalatı, 101 nömrəli qurğu, texnoloji qurğu əməliyyatçısı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci Siyahı) Şifrə 2130301а- 16081, Xİİ bölmənin 3-cü yarımbölməsi, xx.xx.1995-ci ildən 27.01 1998-ci il tarixədək Təmizləmə istehsalatı, 41 nömrəli qurğunun rəisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci Siyahı) Şifrə ******* b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi, xx.xx.2004-cü ildən xx.xx.2009-cu il tarixədək 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci Siyahı) Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi, xx.xx.2015-ci xx.xx.2021-ci il tarixədək 25 nömrəli (texnoloji) sahə, rəis müavini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi zərərli peşələrdə işləmişdir. Cavabdeh orqan xx.xx.2004 cü ildən xx.xx.2009-cu il tarixədək işlədiyi 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi vəzifəsinin sözügedən siyahıda nəzərdə tutulmadığını əsas gətirərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Halbuki, Heydər Əliyev adına X4 13.01,2023-cü il tarixli, 14-2-27/2- 41/2023 saylı məktubunda da göstərilmişdir ki, məşəl təsərrüfatı qurğusu kiçik texnoloji qurğudur və ştat cədvəlinə əsasən işçilərin peşəsi texnoloji qurğu operatoru adlanır. Bundan başqa cavabdeh iddiaçıya verdiyi güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M- 37844/2023 nömrəli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1-ci bəndində rəhbərlər və mütəxəssislər yarımbəndində (b) növbə rəisləri, qurğu rəisləri, texnoloji sexlərin rəisləri və onların müavinləri vəzifələrinin nəzərdə tutulduğu, həmin siyahıda sahə rəisi vəzifəsinin nəzərdə tutulmadığı göstərilmişdir. Heydər Əliyev adına X4 xx.xx.2022-ci il tarixli SOCAR**********81200601B00028 nömrəli arayışından da görünür ki, iddiaçının xx.xx.2004-xx.xx.2009-cu il tarixlərdə işlədiyi 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda (2-ci Siyahı) Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsində əks olunmuşdur. Cavabdeh orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1-ci bəndinə istinad edərək iddiaçıya güzətşli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Göründüyü kimi cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı qüvvəyə minənə qədər, yəni xx.xx.2004- xx.xx.2007-ci il tarixədək olan dövrdə iddiaçının işlədiyi 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə (2-ci Siyahı) Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsinin təsir dairəsinə düşməsinə baxmayaraq cavabdeh orqan həmin dövrü nəzərə almadan onun cəmi 11 il 6 ay 12 gün güzəştli iş stajı olması qənaətinə gəlmişdir. Halbuki hesablama zamanı xx.xx.2004-xx.xx.2007-ci il tarixədək olan dövr də nəzərə alınmalı idi. Həmin dövrü də nəzərə alınsa iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışdığı müddət 13 il 7 ay 28 gün təşkil edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Heydər Əliyev adına X6”nun ona dair 6 may 2022-ci il tarixli SOCAR**********81200601B00028 nömrəli arayışında xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində 8 №li sexin məşəl təsərrüfatı sahəsində sahə rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Beləki, Azərbaycan Respublikasa Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1-ci bəndində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə rəhbərlər və mütəxəssislər yarımbəndində (b) növbə rəisləri, qurğu rəisləri, texnoloji sexlərin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı işlədiyi sahə rəisi vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilən vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 12 gün (xx.xx.1991-xx.xx.1998-ci il və xx.xx.2015-xx.xx.2021- ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
5. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
6. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
7. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.
İş materiallarında olan:
AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 15 iyul 2022-ci il tarixli, **********5 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasa Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1-ci bəndində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə rəhbərlər və mütəxəssislər yarımbəndində (b) növbə rəisləri, qurğu rəisləri, texnoloji sexlərin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. SOCAR-ın “Heydər Əliyev adına X6”nun ona dair 6 may 2022-ci il tarixli SOCAR**********81200601B00028 nömrəli arayışında xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində 8 №li sexin məşəl təsərrüfatı sahəsində sahə rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi İddiaçı işlədiyi sahə rəisi vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilən vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 12 gün (xx.xx.1991-xx.xx.1998-ci il və xx.xx.2015-xx.xx.2021- ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Dövlət Neft Şirkətinin (SOCAR) 13 yanvar 2023-cü il tarixli, 14-2-27/2-41/2023 nömrəli “Müraciətə cavab verilməsi barədə” məktubunda bildirilmişdir ki, məşəl təsərrüfatı sahəsinə 701 nömrəli ELOU-AVT-6 (2009-cu ilə qədər istismar olunub), 202 və 305 nömrəli ELOU-AVT-2 Xam neftin ilkin emalı 501 nömrəli yağların, dizelin və kerosinin hidrogenlə təmizləmə qurğularından qoruyucu klapanlar vasitəsi ilə atılan karbohidrogen tərkibli məşəl qazların, qaz kondesatlın və hidrogen tərkibli qazın (hidrogen sulfidin, seperatorda qazdan kondensatın ayrılması) Məşəl qurğusunda “Texnoloji reqlament”ə əsasən utilizasiya prosesi aparılmışdır. Utilizasiya prosesi yuxarıda sadalanan tullantıların yığılması, separasiyası qazdan ayrılmış kondensatın (benzinin) əmtəəaltı çöküntü və sudan təmizlənməsi alınan benzinin mərkəzdənqaçma nasosu vasitəsi ilə əmtəə çənlərinə nəqli, qalıq qazların yandırılması üçün hər hansı məşəl lüləsinə (2 ədəd) yönəldilməsi və məşəl lüləsinə yüksək təzyiqli (P=10 atm) su buxarı, təbii və ya təsirsiz qaz (seyrəkliyi tənzimləmək üçün) verməklə tüstüsüz və təhlükəsiz yandırılmasından ibarətdir. Bütün bu texnoloji prosesi həyata keçirmək üçün məşəl qurğusunda 2 ədəd 100 kub metrlik qaz kondensatı ayırıcısı (seperator), 1 ədəd 30 kub metrlik qaz kondensatı tutumu, 4 ədəd mərkəzdənqaçma nasosu, 2 ədəd hündürlüyü 40 metr olan məşəl lüləsi, məşəl lüləsini məsafədən alışdırmaq üçün 2 ədəd alışdırıcı lövhə, ümumi texnoloji prosesi idarə etmək üçün 19 ədəd tənzimləyici klapanlardan istifadə olunmuşdur. Məşəl təsərrüfatı sahəsinin məşəl qurğusu partlayış yanğın təhlükəli və zərərli obyektlər qrupuna aiddir. Məşəl təsərrüfatı sahəsinin Məşəl qurğusu partlayış yanğın təhlükəsinə görə “A” tipli istehsalat kateqoriyasına, elektrik qurğuların qurulma qaydalarına (EQQQ) əsasən “B-1r” sinifinə, sanitar xüsusiyyətinə görə iş prosesində zərərli və iyli məhsulların işlədilməsi ilə əlaqədar olan istehsalat proseslərin İİİB qrupuna aiddir. Məşəl qurğusunda utilizasiya olunan ГОСТ 12.1.007-76 üzrə təhlükəlillik sinifinə görə karbohidrogen tərkibli məşəl qazı – 4, qaz kondensatı – 4, hidrogen tərkibli qaz – 4 aiddir. Sadalanan xüsusiyyətlər texnoloji qurğuların (202,305, 701 və 501) zərərlilik və təhlükəlilik dərəcəsinə aid olan göstəricilərdir. Məşəl təsərrüfatı qurğusu kiçik texnoloji qurğudur və ştat cədvəlinə əsasən işçilərin peşəsi texnoloji qurğuların operatoru adlanır. Dövlət Neft Şirkətinin (SOCAR) 06 may 2022-ci il tarixli “Zərərli iş şəraiti haqqında” arayışında göstərilmişdir ki, İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli peşələrində çalışmışdır:- 1. xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək 1 №-li sex, 101 nömrəli qurğu, texnoloji qurğuların operatoru. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsi) 2. xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək 1 nömrəli yağ istehsalatı, 101 nömrəli qurğu, texnoloji qurğu əməliyyatçısı. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsi) 3. xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək təmizləmə istehsalatı, 41 nömrəli qurğunun rəisi. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi) 4. xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.05.(Neftin, qazın, qaz kondensatının emalı (dıniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi) 5. xx.xx.2015-ci ildən xx.xx.2021ci ilədək 25 nömrəli (texnoloji) sahə, rəis müavini. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi. QEYD: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi Heydər Əliyev adına X3 mövcud ştat cədvəlində olan texnoloji qurğu əməliyyatçısı peşələri ilə eynilik təşkil edir. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə edilmiş surətinə əsasən, iddiaçı xx.xx.1978-xx.xx.1983-cü il tarixlərində Azərbaycan Politexnik İnstitutunda təhsil “Nord” Elmi-İstehsalat Birliyi, xx.xx.1983-cü il tarixdə “Nord” Elmi-İstehsalat Birliyinin 240 saylı şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə “Nord” Elmi-İstehsalat Birliyinin təcrübə-sənaye zavodunun 102 saylı şöbəsinə mühəndis-texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə yeni əmək haqqı şərtlərinə keçirilməsi ilə əlaqədar olaraq 3-cü kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ildə yeni əmək haqqı şərtlərinə keçirilməsi ilə əlaqədar olaraq 3-cü kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı ildə 3-cü kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə köçürülmüş, xx.xx.1991-ci ildə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin “5” bəndinə əsasən “Azərneftyağ” BNEZna köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1991-ci ildə 1 saylı texnoloji sexə “Nord” Elmi-İstehsalat Birliyindən köçürülmə yolu ilə 5-ci kateqoriya texnoloji qurğuların operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə 1 nömrəli yağ istehsalatı, 101 nömrəli qurğu, texnoloji qurğu əməliyyatçısı, xx.xx.1995-ci ildə təmizləmə istehsalatı, 41 nömrəli qurğunun rəisi, xx.xx.2004-cü ildə 8 nömrəli sexin məşəl təsərrüfatı sahəsinə 12-ci dərəcəli vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə həmin sexdə məşəl təsərrüfatının sahə rəisi (13-cü dərəcəli) vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə zavodun 8 saylı (çirkab suların təmizlənməsi) sexinin məşəl təsərrüfatı sahəsində 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu ildə zavodun idarə aparatının istehsalat şöbəsində 14-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu ildə istehsalat-texniki şöbədə 14-cü dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü ildə 15-ci dərəcə təyin edilmiş, xx.xx.2015-ci ildə əmək müqaviləsi ləğv olunmuş, xx.xx.2015-ci ildə zavodun idarəetmə aparatında istehsalat şöbəsinə 15-ci (on beş) dərəcəli istehsalatın hazırlanması üzrə aparıcı mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci ildə 25 nömrəli (texnoloji) sahənin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə xam neftin ilkin emalı üzrə 6 nömrəli istehsalatın sahə rəhbərliyi 13-cü (on üç) dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il hal-hazıradək işləyir. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə 073349 nömrəli hərbi biletinin surəti və Mənşəl təsərrüfatının texnoloji reqlamentindən çıxarışları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən inzibati icraat materialları təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
12. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir.
13. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
14. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
15. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
16. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.
17. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.
18. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redakiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
19. İnzibati iş materiallarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtləri mövcuddur.
20. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtinasını - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi “sahə rəisi” vəzifəsinin nəzərdə tutulmaması və bu səbəbdən onun güzəştli iş stajının 12 il 6 aydan az (11 il 6 ay 12 gün) təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajına əlavə edilməyən dövr xx.xx.2004-xx.xx.2009-cu ilədək olan dövrdür. Məhkəmə hesab edir ki, iddiaçıya yuxarıda göstərilən dövr üzrə xx.xx.2004-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək güzəştli iş stajının müəyyən olunub-olunmaması üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” tətbiq edilməlidir. İddiaçının həmin dövr ərzində işlədiyi və sosial sığorta ödənişləri etdiyi zaman Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarı ilə təsdiq edilmiş siyahısı qüvvədə idi. İş materiallarında olan Dövlət Neft Şirkətinin (SOCAR) 06 may 2022-ci il tarixli arayışında iddiaçının xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındaki dövr ərzində işlədiyi 8 nömrəli sex, məşəl təsərrüfatı sahəsi, sahə rəisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi Heydər Əliyev adına X3 mövcud ştat cədvəlində olan texnoloji qurğu əməliyyatçısı peşələri ilə eynilik təşkil edildiyi qeyd edilmişdir. xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatorları peşəsi zərərli iş kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının sahə rəisi peşəsində işlədiyi xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək olan dövr (2 il 1 ay 14 gün) iddiaçının güzəştli iş stajına əlavə edilməlidir. Belə olan halda iddiaçının güzəşli iş stajı 12 il 6 aydan çox təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
21. Beləliklə məhkəmə iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi iddiasını əsaslı hesab edir.
22. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
23. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
24. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
25. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları (o cümlədən iddiaçının xeyrinə olan halları) hərtərəfli, tam və obyektiv araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır.
28. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
30. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova