Məhkəmə qərarları › İş №2-1(112)-8779/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8779/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8779/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinə götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx xxxxxx 1991-ci ildə doğulmuşdur. xx.xx.2020-ci il tarixində İİ Qarabağ Müharibəsi başladıqdan sonra o, cəbhəyə yollanmış, gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Son gün xx.xx.2020-ci il tarixində o, ağır yaralanmışdır. O, Vətən Müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı ilə bağlı cavabdehə müraciət etmiş, xx.xx.2021-ci il tarixli məktubla onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin mənzil məsələsi barədə ərizənizə baxılmışdır. Ərizənizdə, Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, Siz Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamı əsasında 1 nəfər (özü) ailə tərkibi ilə Vətən müharibəsi əlili kimi mənzil növbəsinə götürülmüsünüz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Siz xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 50 saylı evin 77 saylı mənzilinə daimi qeydiyyata alınmısınız. Məlumat bildiririk ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, həmçinin yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Şəki Şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 179 nömrəli sərəncamla Sizin 23 noyabr 2021-ci il tarixindən mənzil növbəsinə dayandığınız qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Sizin sosial-məişət şəraitinizin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaqdır. Əlavə olaraq bildiririk ki, Şəki şəhər İcra Hakimiyyətində olan mənzil növbəliliyinizin Bakı şəhərinə keçirilməsi ilə bağlı aidiyyəti üzrə rayon (şəhər) icra hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 89 saylı “İddiaçı Şəki Şəhər icra Hakimiyyətindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə” sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ərizəsi nəzərə alınaraq, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2021-ci il tarixli, 179 saylı sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınmış 3-cü dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2021-ci il tarixli, 179 saylı sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınmış 3-cü dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 179 saylı “ünvan 3 ünvanında yaşayan 3-cü qrup Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması haqqında” sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında kirayədə yaşayan, 3-cü qrup Qarabağ müharibəsi əlili İddiaçı özü və 1 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: İddiaçı ərizə ilə Xətai rayon icra Hakimiyyətinə müraciət edərək Vətən müharibəsi olduğunu bildirərək, yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki o, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamı əsasında 1 nəfər (özü) ailə tərkibi ilə Vətən müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürülmüşdür və eyni zamanda xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 50 nömrəli evin, 77 saylı mənzilinə daimi qeydiyyata alınmışdır. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verildikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vət.İddiaçı xahişinin təmin edilməsinin imkanımız xaricində olduğu nəzərinə çatdırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ünvan 6 ünvanında, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 7 ünvanında qeydiyyatda olmuş, xx.xx.2021-ci il tarixdən hal-hazıradək ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə xx.xx.2026-cı ilədək üçüncü dərəcə əlillik təyin edilmişdir, əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 saylı “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” Qərarının 6-cı bəndinə əsasən Azərbaycan SSR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə icazə verilir ki, əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həmin yaşayış məntəqəsinin müəssisələrində, idarələrində, təşkilatlarında azı üç il, Bakı şəhərində isə azı beş il işləyir, lakin başqa yaşayış məntəqələrində yaşayır və pasport qeydiyyatındadırlarsa, onları istisna qaydasında, müəssisə, idarə, təşkilat müdiriyyətinin və müvafiq həmkarlar ittifaqı respublika komitəsinin birgə xahişi ilə yaşayış yerindən kənarda uçota götürsünlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xx.xx.2021-ci il tarixindən 5 il üçüncü dərəcə əlillik təyin edilmişdir. Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 179 saylı sərəncamına əsasən 3-cü qrup Qarabağ müharibəsi əlili İddiaçı özü və 1 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. Eyni zamanda iddiaçının ərizəsi nəzərə alınmaqla Şəki şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 89 saylı sərəncamına əsasən Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2021-ci il tarixli, 179 saylı sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınmış 3-cü dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2021-ci il tarixli, 179 saylı sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınmış 3-cü dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılması qərara alınmışdır. İddiaçı mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən azı son beş il ərizində Bakı şəhərində yaşamış olmaması əsas gətirilməklə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ünvan 6 ünvanında, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 7 ünvanında qeydiyyatda olmuş, xx.xx.2021-ci il tarixdən hal-hazıradək ünvan 8 ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, iddiaçı Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 179 saylı sərəncamına əsasən 3-cü qrup Qarabağ müharibəsi əlili olaraq 1 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmçinin iddiaçı xx.xx.2021-ci il tarixədək Şəki şəhərində qeydiyyatda olmuşdur. Lakin sonradan iddiaçı Bakı şəhərində mənzil növbəsinə götürülməsi məqsədi ilə ərizəsinə əsasən Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 89 saylı sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol vermişdir. Eyni zamanda iddiaçı xx.xx.2021-ci il tarixdən Bakı şəhərində qeydiyyatdadır. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5567/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə tələbinə dair iddiası rədd edilmişdir (Şəki şəhərində mənzil növbəsində olduğuna görə). Göründüyü kimi iddiaçı uzun müddət Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində mənzil növbəsinə götürülmək üçün ərizəsinə əsasən Şəki şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyatdan çıxarılmışdır, daha sonra Bakı şəhərində qeydiyyata düşmüş, qanunvericiliyin tələbinə uyğun olaraq azı 5 il ərzində Bakı şəhərində yaşamamışdır və hazırda Bakı şəhərində mənzil növbəsinə alınmasını xahiş edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar