Məhkəmə qərarları › İş №2-1(112)-878/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-878/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-878/2021 05.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X1, üçüncü şəxsin nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) «torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan ölçünün verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi Bakı şəhəri Binəqədi RİH başçısının 29 dekabr 2000-ci il tarixli 2189 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya (İddiaçı) ayrılmış, həmin torpaq sahəsinə dair eskiz-sxem çəkilərək torpaq sahəsi yerində ona təhvil verilmiş və həmin tarixdən də sözügedən torpaq sahəsi onun qanuni istifadəsində olmuşdur. O, qeyd edilən torpaq sahəsinin dövlət reyestrində qeydə alınması barədə reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə hazırlı cavabdehj DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdehin ona ünvanlanmış 14 fevral 2020-ci İl tarixli məktubu ilə müraciətdə qaldırılan məsələnin həllindən imtina edilmiş, imtinanın əsası kimi elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilmşdir. Halbuki, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin onun müraciəti ilə əlaqədar istinad etdiyi hallar tam əsassızdır. Belə ki, iddiaçının sahibliyinə verilmiş həmin torpaq sahəsi artıq 20 ildən çoxdur ki, onun istifadəsindədir və həmin torpaq sahəsindən bu vaxtadək o, fasiləsiz istifadə etmiş, heç bir kəs bununla əlaqədar ona iradını bildirməmişdir. Həmin torpaq sahəsi iddiaçıya yerində ayrılaraq verildiyi zaman həmin ərazi boş ərazi olmuş, həmin torpaq sahəsi yerində mərzləri çəkilərək ona təhvil verilmişdir. Hətta uyğunsuzluq olsa belə, Bakı şəhəri Binəqədi RİH başçısı tərəfindən həmin sahə iddiaçıya faktiki olaraq verildiyinə görə onun da həmin sahəni dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydə aldırmaq hüququ yaranmışdır. Çünki, bu illər ərzində həmin torpaq sahəsinə dair hər hansı bir mübahisə olmamış, o, həmin torpaq sahəsindən heç bir pretenziya olmadan istifadə etmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 24-cü maddəsinə, İPM-in 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri Binəqədi RİH başçısının 29 dekabr 2000-ci il tarixli 2189 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 2 oktyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı X2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinə aid olan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı 22 yanvar 2020-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. Elektron kadastr məlumatına əsasən İddiaçı Yusif oğlu tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X6) adına qeydiyyata alınmış torpa q sahəsi ilə üst-üstə düşdüyündən, onun müraciətinin təmin edilməsi İdarə tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa 14 fevral 2020-ci il tarixli məktub ünvanlanmışdır. Bundan əlavə torpaq sahəsinin yerləşmə cizgisi faktiki yerləşməsi ilə uyğunsuzluq təşkil edir. Göstərilənlərə və AR Mülki Məcəlləsinin 140-cı maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 9.1.3, 11-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X6 iddiaya qarşı aşağıdakı məzmunda yazılı etiraz təqdim etmişdir: - İddiaçı iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi RİH başçısının 29 dekabr 2000-ci il tarixli 2189 saylı sərəncamından görünür ki, Binəqədi rayon qəsəbələri ərazisində İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün nümayəndəliklər tərəfindən əlavə olunmuş eskizlərdə, göstərilən ölçülərə və ünvanlara uyğun olaraq torpaq sahəsi ayrılmışdır. Sözügedən sərəncam əsasında Binəqədi RİH tərəfindən tərtib olunmuş sxem-eskizindən görünür ki, həmin torpaq sahəsi Binəqədi rayonu ərazisində yerləşən qəsəbələri ərazisində deyil, 7-ci mikrorayon ərazisindən yerləşir. Tərtib olunmuş sxem-eskizində qeyd olunan ünvanda isə ona (X5) məxsus torpaq sahəsi yerləşir. İddiaçı iddiasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinə yerləşən 600 kv.m. torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və torpaq sahəsinin xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini cavabdehdən tələb etmişdir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi RİH başçısının 29 dekabr 2000-ci il tarixli 2189 saylı sərəncamı ilə həmin sərəncam əsasında Bakı şəhəri Binəqədi RİH tərəfindən tərtib olunmuş sxem-eskizi arasında ziddiyət vardır. RİH başçısının 29 dekabr 2000-ci il tarixli 2189 saylı sərəncamında Binəqədi rayonu ərazisində yerləşən qəsəbə ərazisində torpaq sahəsinin ayrılması qeyd olunsa da, qeyd olunan sərəncam əsasında RİH tərəfindən tərtib olunmuş sxem-eskizində həmin torpaq sahəsinin Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşdiyi qeyd olunmuşdur. Həmin ərazidə isə, onun (X1) mülkiyyətində olan torpaq sahəsi yerləşir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbi əsassız olduğundan onun rədd olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi, üçüncü şəxs və onun nümayəndəsi (vəkili) gəlmişlər, iddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) X8 təmsil etdiyi şəxsin iddiaya qarşı yazılı münasibətində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı şəhəri Binəqədi RİH başçısının 29 dekabr 2000-ci il tarixli 2189 saylı sərəncamı ilə hazırkı İddiaçı Bakı şəhərinin Binəıqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə torpaq sahəsinin cizgisi də əlavə olnmuşdur (yerləşdiyi qəsəbə göstərilmədən). Lakin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi qaldırılan məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddia edilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin (X1) adına qeydiyyata alınmış torpaq sahəsi iıə üst-üstə düşür. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DƏDR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçıya Bakı şəhəri Binəqədi RİH başçısının 29 dekabr 2000-ci il tarixli 2189 nömrəli sərəncamı ilə Binəqədi rayonunun Binəqədi qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması nəzərdə tutulduğu halda, həmin torpaq sahəsinin (bir hissəsinin) X1 mülkiyyəti kimi Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsində, 15/1 saylı yaşayış binasının yaxınlığında yerləşən 0,045 ha torpaq sahəsi ilə üst-üstə düşməsi ziddiyyətli haldır. Nəzərə alınmalıdır ki, iddiaçı 29 dekabr 2000-ci il tarixli sərəncama istinadən iddia etdiyi torpaq sahəsinin Binəqədi rayonu, Binəqədi qəsəbəsində konkret koordinatlarla yerləşməsini əks etdirən cizgini təqdim etməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından alınmış sərəncamdan çıxarışın “1 vərəq”dən ibarət olması da arxiv sənədlərində torpaq sahəsinin cizgisinin mövcud olmadığı və sonradan alınmış cizgidəki koordinatların “yerləşdiyi qəsəbə göstərilməməklə” formal əks olunduğu qənaətini yaradır. Həmçinin qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10-cu maddəsi üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin cizgisini qeydiyyat orqanına təqdim olunmalı sənədlərin sırasına aid edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunması qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) «torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan ölçünün verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) «torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan ölçünün verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar