Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-878/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı SC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «8 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı SC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********148146 nömrəli 8 iyul 2021-ci il tarixli qərar qəbul edilmişdir. Sözügedən qərar iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən, 11 fevral 2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət olunmuş, bundan sonra qərar iddiaçının vəkilinin çalışdığı büronun elektron kargüzarlıq ünvanına daxil olmuş 16 fevral 2022-ci il tarixli elektron məktubla verilmişdir. Həmin qərar qanunsuz olduğundan ləğv edilməlidir. Onun inzibati akt kimi əsaslandırma hissəsi, yəni səyyar vergi yoxlaması aktı iddiaçıya təqdim edilmədiyindən iddia ərizəsi bu hissədə dəqiqləşdiriləcək. Sadalanan hallardan da məlum olur ki, inzibati aktın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 ay iddia müddəti keçməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən cavabdehin 8 iyul 2021-ci il tarixli həmin qərarının ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə iddia ilə bağlı ünvanlanmış təqdim olunmuş 7 iyul 2022-ci il tarixli məktubunda – vəsatətində bildirilmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə müraciət olunmamışdır. Vergi ödəyicisi hüququ ünvanı Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 93 olmaqla Azəraqrartikinti ASC-nin X1 binasında qeydiyyata alınmışdır. ASC-nin X5 18 yanvar 2021-ci il tarixli məktubunda həmin ünvanda İddiaçı SCnin AR Nümayəndəliyinin yerləşmədiyini qeyd etmişdir. Vergi ödəyicisinin baza uçot məlumatlarında iddiaçının rəhbərliyi ilə telefon əlaqəsi saxlamağa cəhd olunsa da, telefon danışığı baş tutmamışdır (zəngə cavab verilməmişdir). İAMAS sərhədkeçmə alt sistemində olan məlumat əsasında Nümayəndəliyin direktorunun (Akalan Atillanın) 8 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etməsi müəyyən edlmişdir. Dövlət Miqrasiya Xidmətindən alınmış məlumatlara əsasən adıçəkilən şəxs (direktor) sonuncu dəfə 11 oktyabr 2017-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Nümayəndəliyin ofisi 5 yanvar 2016-cı il tarixdə ləğv edilmişdir, vergi orqanında Nümayəndəliyin digər təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmamışdır. İddiaçının mübahisələndirdiyi 8 iyul 2021-ci il tarixli qərar vergi ödəyicisinin elektron kabinetinə 9 iyul 2021-ci il tarixli məktubla həmin tarixdə göndərilmiş və 15 iyul 2021-ci il tarixdə vergi ödəyicisi tərəfndən oxunmuşdur. Göstərilənlərə və İPM-in 38.1-cimaddəsinə, Vergi Məcəlləsinin 70.2.1-3-cü maddəsinə, əsaslanaraq, məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdeh inzibati orqanın mübahisə predmeti olan 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 14 mart 2022-ci il tarixdə daxil olsa da, həmin qərarın iddiaçıya 16 fevral 2022-ci il tarixədək (iddiaçı tərəfin bildirdiyinə görə) müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia müddəti buraxılmamış saymışdər. Göstərilənlərə, habelə iddiaçının 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarı mübahisələndirmək üzrə subyektiv hüququnun olmasına (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddətin buraxılmamasına, qərarın cavabdeh tərəfindən qəbul edilməsinə, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmamasına əsaslanaraq, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmişdir. Bundan sonra cavabdeh 15 avqust 2022-ci il tarixli vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hazırkı inzibati mübahisə üzrə icraatın Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində başlanmış cinayət işinin icraatı başa çatanadək dayandırılmasını xahiş etmişdir. Vəsatətdə İPM-in 7.2-ci maddəsinə istinad edilmiş və qeyd olunmuşdur ki, Nümayəndəliyin xüsusilə külli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə AR Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır, hazırda cinayət işinin icraatı davam etməkdədir. Qeyd olunan cinayət təqibinin hazırkı inzibati mübahisənin həllinə təsir etməsi halları mövcuddur və hesab olunur ki, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Məhkəmə iş üzrə icraatın dayandırılmasını məğbul qiymətləndirməmiş və vəsatəti təmin etməmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, hazırkı halda iş üzrə icraatın dayandırılmasına zərurət yaranmır. Hazırkı inzibati mübahisənin həlli mübahisələndirilən qərar, hansı ki, vergi orqanı tərəfindən qəbul edilmişdir, əsas götürülməklə aidiyyəti cinayət işi üzrə istintaqı aparan digər orqan tərəfindən (nəzərə alınmalıdır ki, istintaq vergi orqanı tərəfindən aparılır) toplanmış sübutlar çərçivəsində yekun məhkəmə aktından (qərar və ya hökm) asılı deyil. Qanunvericilikdə inzibati məhkəmə icraatı zamanı yetərli sübut və dəlillərin əldə edilməsi və qiymətləndirilməsi imkanları genişdir və onlar heç də cinayət mühakimə icraatı çərçivəsində toplanmış sübutlardan zəif çəkiyə malik deyil. Hazırkı inzibati iş üzrə icraatın müvafiq cinayət işi üzrə icraat başa çatanadək dayandırılması məqsədəuyğun deyil. İddiaçı tərəf məhkəməyə iddianın əsaslandırılması barədə növbəti ərizəsini təqdim etmişdir. Ərizədə aşağıdakılar qeyd olunur: 2022-ci ilin mart ayının 11-də məhkəməyə müvafiq iddia ərizəsi təqdim edilən zaman məhkəməyə bildirilmişdir ki, iş məhkəmənin icraatında olan dövrdə cavabdeh 02 iyun 2021-ci il tarixi **********143386 nömrəli səyyar vergi yoxlaması aktını məhkəməyə göndərmişdir. Həmin aktla tanış olduqdan sonra (akt həmin vaxtadək Nümayəndəliyə təqdim edilməmişdir) iddia ərizəsinin əsaslandırılmasını belə məzmunda təqdim edilir: Yoxlama aktına əsasən iddiaçıya ümumilikdə 683.172,72 manat əlavə vergi məbləği hesablanmış və azaldılmış vergi məbləğinə görə 564.253,48 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 1) (Mənfəət vergisi üzrə) Yoxlama aktında yoxlamanın nəticəsi olaraq 2017 – 2019-cu illər üzrə ümumilikdə 104.002,42 manat əlavə olaraq mənfəət vergisi hesablanmış və 52.001,21 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aktda qeyd edilmiş əlavə vergi məbləğinin hesablanması bazar qiymətlərinin müəyyənləşdirmək məqsədilə tərtib edilmiş ekspert rəyinə və Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsaslanmışdır. Belə ki, yoxlama zamanı “Ekspertizanın təyin edilməsi haqqında” 4 may 2021-ci il tarixli qərar çıxarılmış və “X14” MMC-nin nümayəndəsi ekspert kimi cəlb olunmuşdur. Ekspertə 26 avtonəqliyyat vasitəsinin siyahısı, 2 texnikanın alqı-satqı müqaviləsi təqdim edilmiş və ekspert tərəfindən real bazar qiymətlərinin müəyyənləşdirilməsi barədə 25 may 2021-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. Lakin bazar qiymətini müəyyən etmək üçün ekspert tərəfindən hazırlanmış ekspert rəyində qeyd olunan qiymətlər real bazar qiymətlərini əks etmir. Belə ki, ekspertiza rəyində qiymətlərin formalaşmasında mövcud bazarı əks etdirən mənbələrə istinad edilməmiş, avtonəqliyyat vasitələri və texnikaların texniki vəziyyətləri araşdırılmamış və nəticə etibarı ilə bazarda mövcud olmayan qiymətlər rəydə öz əksini tapmışdır. Beləliklə, yoxlama ilə bazar qiymətlərini özündə düzgün əks etdirməyən ekspert rəyinə əsasən 2017 – 2019-cu illər üzrə gəlir əsassız olaraq 220.964.89 manat şişirdilmişdir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında mənfəəti şərti üsullardan biri ilə müəyyən edilməsini tənzimləyir. Yoxlama aktında Nümayəndəliyin gəlirinin qarşılıqlı əlaqələri təsdiq edən sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmuşdur. Deməli, qarşılıqlı əlaqələri təsdiq edən sənədlər gəlirdən çıxılan xərclərin də müəyyən edilməsinə imkan verir. Nazirlər Kabinetinin həmin qərarının tətbiqi şərti hesablama üsulu olduğundan, belə halda onun tətbiqinə ehtiyac qalmır, yəni qarşılıqlı əlaqələri təsdiq edən sənədlər daha real xərclərin hesablanmasını əhatə edir. Lakin yoxlama aktında şərti hesablama düsturundan istifadə edilməklə əsassız olaraq 2017 – 2019-cu illər üzrə ümumilikdə 104.002,42 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlamaları zamanı ziddiyyətli və aydın olmayan hallar mövcud ola bilər və Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 2) (Əlavə dəyər vergisi üzrə) Yoxlama aktında yoxlama ilə əhatə olunan dövrdə 969.091.25 manat ƏDV-nin əlavə olaraq, 445.174.2 manat ƏDV-nin artıq hesablanması müəyyən olunmuş və nəticədə 523.917,05 manat ƏDV əlavə vəsait kimi hesablanmışdır. Yol verilmiş pozuntuya görə 484.545,64 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Aktda yoxlanılan dövr üzrə 22 avtonəqliyyat vasitəsinin, 2 texnikanın satış dəyəri ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə götürülərək, əsassız olaraq ümumilikdə 115.361,80 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, yoxlama zamanı “X14” MMC-nin nümayəndəsinə (ekspertinə) 26 avtonəqliyyat vasitəsinin siyahısı, 2 texnikanın alqı-satqı müqaviləsi təqdim edilmiş və ekspert tərəfindən real bazar qiymətlərinə dair 25 may 2021-ci il tarixli rəy tərtib edilmişdir. Lakin həmin ekspert rəyində qeyd olunan qiymətlər real bazar qiymətlərini əks etdirmir. Belə ki, həmin ekspertiza rəyində qiymətlərin formalaşmasında mövcud bazarı əks etdirən mənbələrə istinad edilməmiş, avtonəqliyyat vasitələri və texnikaların texniki vəziyyətləri araşdırılmamış və nəticə etibarı ilə bazarda mövcud olmayan qiymətlər rəydə öz əksini tapmışdır. Beləliklə, yoxlama ilə bazar qiymətlərini özündə düzgün əks etdirməyən ekspert rəyinə əsasən yoxlanılan dövrdə əsassız olaraq əlavə ƏDV məbləği hesablanmışdır. Yoxlama aktında 2020-ci ilin oktyabr ayı üzrə 2.287.872,7 manat mal qalığı üzrə 411.808,99 manat vergi hesablanması və 205.904,49 manat maliyyə sanksiyasının tətbiq edilməsi qeyd edilmişdir. Bununla əlaqədar qeyd olunur ki, oktyabr ayında 2.287.872,7 manat mal qalığı mövcud olmamışdır. Yoxlama aktında bu rəqəmin necə hesablandığı barədə heç bir qeyd yoxdur. Bundan əlavə, Vergi Məcəlləsinin müddəalarına müvafiq mal qalığının əskik gəlməsinə görə vergi hesablanması üçün malın mövcudluğunun yoxlanılması barədə nəzarət tədbirləri görülməli və mal qalığının əskik gəlməsi faktı müvafiq qaydada rəsmiləşdirilməlidir. Yoxlama aktında isə, mənbəyi bəlli olmayan rəqəm mal qalığı kimi götürülərək əsassız vergi məbləği hesablanmışdır. Aktda qeyd edilir ki, "xxxx" ASC-dən daxil olan sənədlərə əsəsən Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə 2.473.333.63 manat ödəniş işlər təhvil verildikdən 30 gün keçdikdən sonra, yəni 28 dekabr 2017-ci il tarixdə bank hesabına daxil olduğuna görə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama aktında bu hal pozuntu kimi qəbul edilərək, 222.600,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məlumdur ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Məcəllənin 135-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Nümayəndəlik "xxxx" ASC ilə uzunmüddətli müqavilə bağlamış və bu müqavilədə nəzərdə tutulan işlərin görülməsinin tam başa çatdığı vaxtadək aparılan ödənişlər Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq olaraq ayrıca əməliyyat kimi nəzərə alınmalıdır. Lakin yoxlama ilə Vergi Məcəlləsinin tələbləri pozularaq əsassız maliyyə sanksiyası tətbiq edilmişdir. 3) (Ödəmə mənbəyində tutulan vergi üzrə) Səyyar vergi yoxlaması zamanı Nümayəndəlik tərəfindən Türkiyədə yerləşən X10 Sanayi ve Ticaret Anonim Sirketinə alınmış mallar üçün ödənilmiş 552.532.5 manat baş ofisə (qeyri-rezidentə) dividend ödənilməsi kimi qəbul edilərək, 10% dərəcə ilə 55.253,25 manat ödəmə mənbəyindən tutulan vergi hesablanmış və 27.626.63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X2 Muhendislik İnşaat Sanayi ve Ticaret Anonim Sirketi ilə mal alışına görə müqavilə bağlamış, alınmış mallar Azərbaycan sərhədini keçdikdə Dövlət Gömrük Komitəsi tərəfindən yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və malların dəyəri ödənildikdə bank tərəfindən ödəniş sənədində təyinat mal alışı kimi göstərilmişdir. Lakin yoxlama zamanı rəsmi dövlət orqanlarının sənədləri nəzərə alınmamış, hətta sənədlər şübhə altına alınaraq, şəxsi mülahizəyə əsasən tam əsassız olaraq əlavə 55.253,25 manat vergi və 27.626,63 manat maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə təqdim olunmuş 5 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, cavabdehin 29 dekabr 2020-ci il tarixli qərarı ilə iddiaçının 1 yanvar 2017-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək olan dövrü əhatə edən fəaliyyətində səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamada müvafiq sənədlər təqdim edilməmişdir. ünvan 4 ünvanda yerləşən Nümayəndəliyin ofisi 5 yanvar 2016-cı il tarixdə ləğv edilmişdir. Vergi orqanıda Nümayəndəliyin digər təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmamış, fəaliyyəti 31 yanvar 2020-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək dayandırılmışdır. Araşdırma ilə müəyyənləşdirilmişdir ki, Nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 93 olmaqla Azəraqrartikinti ASC-nin X3 binasında qeydiyyata alınmışdır. Filial sorğuya cavab olaraq 18 yanvar 2021-ci il tarixli məktubunda həmin ünvanda iddiaçının (Nümayəndəliyin) yerləşmədiyini bildirmişdir. Yoxlamanın keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının baxışının keçirilməsi zərurəti yarandığına görə Vergi Məcəlləsinin 41-ci maddəsinə uyğun olaraq Nümayəndəliyin ünvan 6 ünvanına 18 yanvar 2021-ci il tarixdə baxış keçirilmiş və protokol tərtib edilmişdir. Nümayəndəliyin direktoru onun yeri məlum olmadığından, baxışın keçirilməsində iştirak etməmişdir. Baxışın keçirilməsi zamanı həmin ünvanda Nümayəndəliyin ofisi, obyekti, anbarı və mal qalığı aşkar olunmamışdır. İAMAS-ın sərhədkeçmə alt sistemindən alınmış məlumatlar əsasında direktorun 8 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etməsi müəyyən edilmişdir. Yoxlama qarşılıqlı əlaqələrə dair sənədlər əsasında aparılmışdır. "xxxx" ASC , DİN Baş Dövlət Yol Polisi İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, FHN X6 Görülməsi və X4, "xxxx" QSC, "xxxx" Sığorta Şirkəti ASC, "xxxx" MMC, "xxxx" MMC üzrə qarşılıqlı əlaqələrə dair alınmış məlumatlar akta əlavə edilmişdir. Yoxlamanın nəticəsinə dair 2 iyun 2021-ci il tarixli akt tərtib edilmişdir. Müvafiq zərurət yarandığından, avtonəqliyyat vasitələri və texniki vasitələrin real bazar qiymətlərini müəyyənləşdirmək məqsədi ilə “X14” MMC-nin nümayəndəsi ekspert kimi cəlb edilmişdir. 25 may 2021-ci il tarixli rəy tərtib olunaraq yoxlamaya təqdim edilmişdir. Yoxlama müəssisənin digər vergi ödəyicilərinə təqdim etdiyi və digər vergi ödəyicilərindən əldə etdiyi e-qaimə fakturalar, e-vhf, bank hesabları üzrə aparılmış əməliyyatlar barədə bank məlumatları və toplanmış qarşılıqlı əlaqələrə dair məlumatlar əsasında aparılmışdır. Yoxlama ilə əlavə vergi məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir: 1) Mənfəət vergisi üzrə: (2017-ci il) 2017-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində işlərin görülməsində gəlir 2.473.333,63 manat, məzənnə fərqindən mənfi fərq 1.013,27 manat, çıxılmalardan sonra ümumi gəlir 2.472.320,36 manat, ümumi gəlirdən çıxılan cəmi xərc 2.748.043,1 manat, (o cümlədən, əmək haqqı xərci 20.727,06 manat, DSMF ayırması 4.401,55 manat, xammal və materiallar 2.386.606,26 manat, enerji xərci 1.855,63 manat, rabitə xərci 1.275,88 manat, bank xidməti üzrə xərc 23.297,97 manat, borca görə faizlər 11.527,49 manat, amortizasiya ayırması 287.667,29 manat, sığorta xərci 190 manat və gəlirdən çıxılan vergilər 10.493,97 manat qeyd olunmaqla) 275.722,74 manat zərər hesablanmışdır. "xxxx" ASC-dən daxil olan sənədlərə əsasən Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə 28 dekabr 2017-ci il tarixdə bank hesabına 2.473.333,63 manat (10% tutulmanın ödənişi) daxil olmuşdur. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən 2017-ci ildə 7 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2017-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 204.000 manat müəyyyən edilmişdir (ƏDV çıxılmaqla 172.881 manat). 2017-ci il üzrə malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən ümumi gəlir 2.646.214,63 manat (o cümlədən, işlərin görülməsindən (Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri) gəlir 2.473.333,63 manat, malların (DYP-dən alınmış məlumata əsasən 2017-ci ildə satılmış, lakin bəyannamələrə salınmamış nəqliyyat vasitələrinin ekspert tərəfindən müəyyən edilən dəyərinin ƏDV-siz hissəsi) təqdim edilməsindən gəlir 172.881 manat), məzənnə fərqindən mənfi fərq 1.013.27 manat müəyyən edilmişdir. 2017-ci il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edilmiş 2.386.606,26 xammal və materiallar xərci yoxlama ilə təsdiqini tapmadığınndan, mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən 2017-cı ildə müəssisənin hesablama metodu ilə malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən 2.646.214,63 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: Yoxlama ilə 2017-cı il üzrə müəssisənin əldə etdiyi 2.646.214,63 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: M1 = 2.646.214,63/120 x 20 = 441.035,77 manat. 2017-ci il üzrə hesablanmış 441.035,77 manat mənfəətdən 1.013,27 manat məzənnə fərqindən mənfi fərq çıxılmaqla 440.022,50 manat məbləğdən 20% dərəcə ilə 88.004,5 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2017-cı il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 88.004,5 manat (bəyannamə ilə zərər hesablanmışdır) azaldılması müəyyən edilmişdir (VM-in 58.1-ci maddəsinə əsasən 50% maliyyə sanksiyası tətbiq olunmaqla); (2018-ci il) 2018-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 21.186,44 manat, o cümlədən amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 21.186,44, ümumi gəlirdən çıxılan cəmi xərc 278.317,66 manat, (o cümlədən, əmək haqqı xərci 11.714,33 manat, DSMF ayırması 2.635,72 manat, rabitə xərci 486,69 manat, bank xidməti üzrə xərc 2.229,04 manat, amortizasiya ayırması 253.212,05 manat, (amortizasiya ayırması tərkibində təqdim edilmiş əsas vəsaitlərin dəyəri 41.196,.85) sığorta xərci 161,14 manat və gəlirdən çıxılan vergilər 7.878,69 manat qeyd olunmaqla) 257.131,22 manat zərər hesablanmışdır. Yoxlamaya 2018-ci il üzrə qarşılıqlı əlaqələrə dair sənədlər daxil olmuşdur. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən 2018-ci ildə 19 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 558.000 manat müəyyyən edilmişdir (ƏDV çıxılmaqla 472.881 manat). Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən dekabr 2018ci ildə 1 ədəd ekskovator (Komatsu PC-27019) 25.000 manata (ƏDV çıxılmaqla 21.186,45 manat) satılmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 21.186,44 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı xərclərdə təqdim edilmiş əsas vəsaitlərin dəyəri isə 41.196,85 manat hesablanmışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış ekskovatorun dəyəi 50.000 manat (ƏDV çıxılmaqla 42.372.88 manat) müəyyən edilmişdir. Yoxlama ilə ekskovatorun satışından mənfəət 1.176,03 (42.372,88 – 41.196,85) manat müəyyən edilmişdir. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən təqdim edilmiş nəqliyyat vasitələri üzrə vergi ödəyicisi tərəfindən həmin nəqliyyat vasitələrinin satış və qalıq dəyəri barədə heç bir sənəd və ya məlumat verilməmişdir. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi 558.000 manat (ƏDV çıxılmaqla 472.881 manat) müəyyyən edilmişdir. Lakin satılmış nəqliyyat vasitələrinin qalıq dəyəri barədə məlumat olmadığına görə həmin satış üzrə mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən 2018-cı ildə müəssisənin nəqliyyat vasitələrinin təqdim edilməsindən gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: M1 = 472.881/120 x 20 = 78.813,5 manat. 2018-ci il üzrə hesablanmış 79.989,53 manat (1.176,03 + 78.813,5) mənfəətdən 20% dərəcə ilə 15.997,91 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2018cı il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 15.997,91 manat (bəyannamə ilə zərər hesablanmışdır) azaldılması müəyyən edilmişdir (müvafiq maliyyə sanksiyası tətbiq edilməklə); (2019-cu il) 2019-cu il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 23.950 manat, o cümlədən amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 23.950 manat, ümumi gəlirdən çıxılan cəmi xərc 226.301,07 manat, (o cümlədən, əmək haqqı xərci 4.200 manat, DSMF ayırması 819 manat, enerji xərci 2.261,52 manat, rabitə xərci 25,46 manat, bank xidməti üzrə xərc 53 manat, borca görə faizlər 6.115,75 manat, amortizasiya ayırması 206.704,05 manat (amortizasiya ayırması tərkibndə təqdim edilmiş əsas vəsaitlərin dəyəri 23.941,58 manat), sığorta xərci 15,75 manat və gəlirdən çıxılan vergilər 6.106.54 manat qeyd olunmaqla) 202.351,07 manat zərər hesablanmışdır. Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 7 fevral 2019-cu il tarixdə 1 ədəd ekskovator (tamdönərli CAT 330DL) 28.261 manata (ƏDV çıxılmaqla 23.950 manat) satılmışdır. Ekspert tərəfindən 2019-cu ildə satılmış ekskovatorun dəyəri 60.000 manat (ƏDV çıxılmaqla 50.847.46 manat) müəyyyən edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə ümumi gəlir 50.847.46 manat, ümumi gəlirdən çıxılan cəmi xərc 226.301.07 manat (o cümlədən əmək haqqı xərci 4.200 manat, DSMF ayırması 819 manat, enerji xərci 2.261,52 manat, rabitə xərci 25,46 manat, bank xidməti üzrə xərc 53 manat, borca görə faizlər 6.115,75 manat, amortizasiya ayırması 206.704,05 manat (amortizasiya ayırması tərkibində təqdim edilmiş əsas vəsaitlərin dəyəri 23.941,58), sığorta xərci 15,75 manat və gəlirdən çıxılan vergilər 6.106,54 manat) və nəticədə 175.453,61 manat zərər müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisi məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 2017-ci ildə 88.004,5 manat və 2018-cİ ildə 15.997,92 manat azaldılması müəyyən olunmuşdur. Nəticədə mənfəət vergisi üzrə 104.002,42 manat əlavə vəsait hesablanmışdır. Mənfəət vergisi ilə bağlı iddiaçı iddia ərizəsində Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən hesablamaların qanunauyğun olmadığını, xərclərin qarşılıqlı sənədlərlə müəyyən olunduğunu bildirsə də, vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlər təqdim edilməmiş, yoxlama ilə də xərcləri təsdiq edən hər hansı sənəd və ya məlumat aşkar edilməmiş, bu səbəbdən vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 2) Əlavə dəyər vergisi: Yoxlama ilə əhatə olunan 1 noyabr 2017-ci il tarixdən 1 noyabr 2020-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergi qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmış, dekabr ayı üzrə ƏDV bəyannaməsində isə, 2.473.333,63 manat dövriyyə üzrə 445.200,05 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 316.961,39 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 128.238,66 manat vergi hesablanmışdır. "xxxx" ASC-dən daxil olan sənədlərə əsasən Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə ödəniş 30 gün keçdikdən sonra başa çatdığına görə (28 dekabr 2017-ci il tarixdə bank hesabına 2.473.333,63 manat daxil olduğundan) Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin məbləğ 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən 2017-ci ildə cəmi 7 ədəd minik avtomobili, o cümlədən yoxlama ilə əhatə olunan dövrdə, yəni 24 noyabr 2017-ci il tarixdə 3 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2017-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 204.000 manat (ƏDV çıxılmaqla 172.881 manat), o cümlədən yoxlama ilə əhatə olunan dövrdə, yəni 24 noyabr 2017-ci il tarixdə satılmış 3 ədəd minik avtomobilinin dəyəri cəmi ƏDV ilə 120.000 manat (ƏDV çıxılmaqla 101.695 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 101.695 manat məbləğdə 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməli ƏDV 0 manat müəyyən edilmiş, dekabr ayı üzrə ƏDV bəyannaməsində isə, 37.645,41 manat artıq əvəzləşmə aparılması aşkar edilmişdir, o cümlədən "xxxx" MMC-nin 28 dekabr 2017-ci il tarixli HR 24214-24219 nömrəli VHF-lar üzrə "xxxx" ASC-də müvafiq hesab üzrə cəmi 209.000 manat malın dəyərinin ödənişi 5 yanvar 2018-ci il tarixdə başa çatdığına görə cəmi 37.620 manat ƏDV əvəzləşməsi 2017-ci ilin dekabr ayında deyil 2018-ci ilin yanvar ayında aparılmalıdır. "xxxx" MMC-nin HQ 630407 nömrəli və HQ 134127 nömrəli VHF-lər üzrə xidmətin dəyərinin bank hesabı üzrə ödənişi aşkar olunmadığına görə 25,41 manat ƏDV əvəzləşdirilə bilməz. Yoxlama ilə 2017-ci ilin noyabr ayı üzrə 2.575.028,63 (2.473.333,63 + 101.695) manat dövriyyə üzrə 463.505,15 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 463.505,15 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 463.505,15 manat azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə 2017-ci ilin dekabr ayı üzrə 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 279.315,54 manat ƏDV məbləği çıxılmaqla büdcədən qaytarılan məbləğ 279.315,54 manat hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 407.554,2 manat (bəyannamə üzrə 128.238,66 + yoxlama üzrə 279.315,54 manat) artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 37.620 manat az əvəzləşmə aparılması aşkar edilmişdir, o cümlədən "xxxx" MMC-nin 28 dekabr 2017-ci il tarixli HR 24214-24219 nömrəli VHF-lər üzrə "xxxx" ASC-də müvafiq hesab üzrə cəmi 209.000 manat malın dəyərinin ödənişi 5 yanvar 2018-ci il tarixdə başa çatdığına görə cəmi 37.620 manat ƏDV əvəzləşməsi 2018-ci ilin yanvar ayında büdcədən qaytarılan məbləğ kimi hesablanmalıdır. Nəticədə 2018-ci ilin yanvar ayında ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 37.620 manat artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmışdır. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən 2018-ci ilin fevral ayında 19 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 558.000 manat (ƏDV çıxılmaqla 472.881 manat) müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 472.881 manat məbləğ 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 472.881 manat dövriyyə üzrə 85.118,58 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 85.118,58 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 85.118.58 manat azaldılması müəyyən olunmuşdur. 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində 21.186,44 manat dövriyyə üzrə 3.813,56 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 2,7 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 3.810,86 manat vergi hesablanmışdır. Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 2018-ci ilin dekabr ayında 1 ədəd ekskovator (Komatsu PC-27019) satılmışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış ekskovatorun dəyəri 50.000 manat (ƏDV çıxılmaqla 423.72,88 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 42.372,88 manat məbləğ 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində 42.372,88 manat dövriyyə üzrə 7.627,12 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 2,7 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 7.624,,42 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3.813,56 (3.810,86 – 7.624,42) manat azaldılması müəyyən olunmuşdur. 2019cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 23.950 manat dövriyyə üzrə 4.311 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0,38 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 4.310,62 manat vergi hesablanmışdır. Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 2019-cu ilin fevral ayında 1 ədəd ekskovator (tamdönərli CAT 330DL) satılmışdır. Ekspert tərəfindən 2019-cu ildə satılmış ekskovatorun dəyəri 60.000 manat (ƏDV çıxılmaqla 50.847,46 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 50.847,46 manat məbləğ 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 50.847,46 manat dövriyyə üzrə 9.152,54 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0,38 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 8.152,16 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4.841,54 (4.310,62 – 9.152,16) manat azaldılması müəyyən olunmuşdur. 2019cu ilin aprel – sentyabr, noyabr və dekabr ayları üzrə "xxxx" MMC-nin vergi hesabfakturaları üzrə xidmətin dəyərinin bank hesabı üzrə ödənişi aşkar olunmadığına müvafiq məbləğlər əvəzləşdirilə bilməz. Araşdırma zamanı iddiaçı tərəfindən 2016-cı ildə 3.379.992,76 manat məbləğində malın alındığı, 1.153.260,54 manat silindiyi, yoxlama dövrünə aid olan 2017-ci ilin əvvəlinə 2.226.732,22 manat mal qalığının olduğu müəyyən edilmişdir. 2017-ci ildə 1.763.478,02 manat məbləğində malın alındığı, 1.702.382,54 manat məbləğində malın silindiyi müəyyən edilmiş, 2017-ci ilin sonuna 2.287.827,7 (2.226.732,22 + 1.763.478,02 – 1.702.382,54) manat məbləğində mal qalığının mövdud olmalı olduğu aşkar edilmişdir. Nümayəndəliyin fəaliyyəti 31 yanvar 2020-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək dayandırılmışdır. Yoxlama zamanı Nümayəndəliyin ünvan 6 ünvanına baxış keçirilmiş və Nümayəndəliyinin ofisi, obyekti, anbarı və mal qalığı aşkar olunmamış, 1 yanvar 2020-ci il tarixə müəyyən edilmiş mal qalığı Vergi Məcəlləsinin 67.15 və 159.5-cı maddəsi üzrə yoxlama dövrünün sonuncu ayında vergiyə cəlb olunmalıdır. 2020-ci ilin oktyabr ayı üzrə .2287.827,7 manat mal qalığı üzrə 411.808,99 manat vergi hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövrdə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən cəmi 969.091,25 manat azaldılması və 445.174,2 manat artıq hesablanması müəyyən olunmuşdur. Nəticədə ƏDV üzrə 523.917,05 (969.091,25 – 4451.74.2) manat əlavə vəsait müəyyən olunmuşdur. İddiaçı 2017-ci ilin noyabr ayı üçün hesablanmış maliyyə sanksiyasının əsassız olduğunu, Vergi Məcəlləsinin 135-ci maddəsinə istinad edərək gəlirin onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayıldığını bildirir. İddiaçının isitnad etidiyi Vergi Məcəlləsinin 135-ci maddəsi gəlir və mənfəət vergisi məqsədləri üçün istifadə edilə bilər. ƏDV üzrə isə, vergi tutulan əməliyyatın vaxtı Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 2017-ci ildə qüvvədə olan redaksiyasının 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. 3) Ödəmə mənbəyində tutulan vergi: Alınmış mal (alınmış arac makina ekipman üçün ödəniş) adı ilə 4 yanvar 2018-ci il tarixdə "xxxx" ASC-də müvafiq hesabdan xaricə – təsisçi X8 ve Ticaret Anonim Şirketinə ödənilmiş 552.532,5 manat məbləğdə mal alınması müəyyən olunmadığına və nəticədə ödənilmə təyinatının təhrif olunduğuna görə 2017-ci ilin əvvəlinə qalıq olan 362.464 manat xalis mənfəət və 2017-ci il üzrə yoxlama ilə müəyyən olunmuş 352.018,02 manat xalis mənfəət üzrə cəmi 714.482,02 manat xalis mənfəətin bir hissəsinin xaricdəki baş öfisə (qeyri-rezidentə) dividend kimi ötürülməsi kimi qəbul edilmiş və yoxlama ilə Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən 55.253,25 manat (10%) ödəmə mənbəyindən vergi hesablanmışdır. İddianın təmin edilməməsi xahiş olunur. Məhkəmənin 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir: - 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan dövr üzrə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə dair Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 2 iyun 2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə İddiaçı SC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin tədiyə növləri və dövrlər üzrə vergilərin və digər icbari ödənişlərin əlavə hesablanması düzgün aparılmışdırmı? - Əgər düzgün aparılmamışdırsa, İddiaçı SC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan dövrdə vergi ödəyicisinin özünün bəyan etdiyi vergilərin və digər icbari ödənişlərin məbləğlərindən başqa əlavə hesablanmalı və ödənilməli olan vergilərin və digər icbari ödənişlərin məbləğləri tədiyə növləri və dövrlər üzrə müəyyən olunsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2023-cü il tarixli məktubu ilə Mərkəzin həmin tarixli 9/7913 nömrəli ekspertiza rəyi məhkəməyə təqdim olunmuşdur. Rəyin nəticə hissəsində aşağıdakılar bildirilir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı SC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən aparılmış əməliyyatlara görə 126.008,71 manat məbləğində vergilərin az hesablanması müəyyən edilir, o cümlədən ƏDV üzrə 103.427,11 manat, mənəfət vergisi 2018-ci il üzrə 22.581,60 manat. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə təqdim olunmuş 16 fevral 2023-cü il tarixli məktubunda – ekspert rəyinə dair mülahizəsində bildirilir ki, Baş İdarə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 yanvar 2023-cü il tarixli 9/7913 nömrəli rəyin vergi orqanının hesablamasının əsassız sayılması hissəsi ilə razılaşmır və və hesab edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli və ekspert rəyinin vergi orqanının hesablamasının əsassız hesab edildiyi hissəsini mötəbər sübut kimi qəbul etməməlidir. Belə ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılan cinayət işinin ibtidai araşdırılması zamanı təyin edilmiş ekspertiza üzrə 10 may 2022-ci il tarixli 9/1608 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə ekspert tərəfindən vergi orqanının hesablaması ilə razılıq ifadə edilmişdir və həmin rəyi də hazırkı inzibati iş üzrə rəyi verən ekspert tərtib etmişdir. Bundan başqa, rəydə ekspert bir cümlədə bir-birinə zidd iki fikir irəli sürmüşdür. Ekspert rəydə həm də ümumiyyətlə dövrləri səhv salmışdır. Bir tərəfdən, ekspert 2018-ci ilin dekabr və 2019-cu ilin fevral ayları barədə mülahizə bildirir, digər tərəfdən isə 2018-ci ilin fevral ayı üzrə ƏDV ilə bağlı nəticəyə gəlir. Ekspertin istifadə etdiyi faktlar bir-biri ilə əlaqəli deyil. Ekspert tərəfindən hansı sənədlərə istinadən həmin xərclərin təsdiqlənməsi nəticəsinə gəldiyi aydın deyil. Göstərilənlərə əsaslanaraq, ekspert rəyinin vergi orqanının hesablamasının əsassız sayılması hissəsinin mötəbər sübut kimi qəbul edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində və iddianın əsaslandırılması barədə ərizədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (49.1.1) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; (49.1.2) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; (49.1.3) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; (49.1.4) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; (49.1.5) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; (49.1.6) yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, cavabdeh inzibati orqanın 29 dekabr 2020-ci il tarixli qərarı ilə İddiaçı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 2017 – 2020-ci illər üzrə fəaliyyəti ilə bağlı növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 30 dekabr 2020-ci il tarixdə başlanmış, 31 may 2021-ci il tarixdə başa çatdırılmış və 2 iyun 2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında cavabdeh tərəfindən 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərar qəbul edilərək, iddiaçıya 2017-ci ilin noyabr ayı üzrə 463.505,15 manat, 2018-ci ilin fevral ayı üzrə 85.118,58 manat, dekabr ayı üzrə 3.813,56 manat, 2018-cu ilin fevral ayı üzrə 4.841,54 manat və 2020-ci ilin oktyabr ayı üzrə 411.808,99 manat məbləğində ƏDV, 2017-ci il üzrə 88.004,50 manat, 2018-ci il üzrə 15.997,92 manat məbləğində mənfəət vergisi və 2018-ci ilin 1-ci rübü üzrə 55.253,25 manat məbləğində ödəmə mənbəyində tutulan vergi məbləğləri hesablanmışdır. Qərarla həmçinin, 2017-ci ilin dekabr ayı üzrə 407,554,20 manat, 2018-ci ilin yanvar ayı üzrə 37.620 manat məbləğində ƏDV-nin artıq hesablandığı da müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblri rəhbər tutulmaqla ümumilikdə 564.573,48 manat məbləğində maliyyə sanksiyası tətrbiq edilmişdir. İddiaçı hazırda cavabdehin 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarını mübahisələndirir. İddiaçının dəlilləri: 1) yoxlamanın gedişində toplamış qarşılıqlı əlaqələri təsdiqləyən sənədlər müvafiq dövrlər üzrə gəlirdən çıxılan xərclərin müəyyən edilməsinə imkan verdiyindən, mənfəət vergisinin Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarına istinadən hesablanması yolverilən deyil. 2) Yoxlama zamanı “X14” MMC-dən alınmış 25 may 2021-ci il tarixli rəy obyektiv reallaığı əks etdirmir və formal şəkildə əsaslandırılmışdır. Həmin rəy üzrə əsassız olaraq mənfəət vergisi və ƏDV hesablanmışdır. 3) Yoxlama zamanı iddiaçının mal qalığının olmamasına (əskik gəlməsinə) görə ƏDV məbləği hesablansa da, mal qalığının məbləğinin mənbəyi açıqlanmamış, eləcə də həmin qalığın mövcudluğunun müəyyən edilməsində vergi orqanı tərəfindən yetərli nəzarət tədbirləri görülməmişdir. 4) 2017-ci ilin noyabr ayı üzrə görülmüş işlərə görə ƏDV hesablanması əsassızdır, çünki, həmin işlər uzunmüddətli müqaviləyə əsasən həayat keçirildiyindən, həmin işin başa çatdırılması növbəti dövrlərə təsadüf edir, lakin müvafiq vəsaitləri iddiaçının hesabaına həmin ilin dekabr ayında ödənildiyindən, ƏDV 2017-ci ilin dekabr ayına hesablanmalıdır. 5) iddiaçının mal alınması ilə əlaqədar xarici ölkənin hüquqi şəxsinə ödədiyi məbləğ vergi orqanı tərəfindən qeyri-rezidentə divident ödənişi kimi qiymətləndirilərək, ona əsassız olaraq ödəmə mənbəyində tutulan vergi məbləği hesablanmışdır. Cavabdeh hazırda mübahisələndirilən 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarının qəbulunu belə əsaslandırır: 1) Yoxlama zamanı vergi ödəyicisinin müvafiq dövrdə bəyan etdiyi gəlirdən çıxılan xərcləri təsdiqləyən sənədlər olmadığından, Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarı tətbiq edilərək şərti rentabellik əsasında mənfəət vergisi hesablanmışdır. 2) Yoxlama zamanı avtonəqliyyat və texniki vasitələrin real bazarı dəyəri “X14” MMC-dən alınmış rəydə göstərilən qiymət üzrə qəbul edilərək, ƏDV cə mənfəət vergisi hesablanmışdır. 3) vergi ödəyicisi tərəfindən müvafiq işlərin görülməsi 2017-ci ilin noyabr ayına təsadüf etsə də, o, bu işlərə görə ƏDV-ni həmin ilin dekabr ayına bəyan etmişdir. 4) Yoxlanılan dövrün sonuna mal qalığının olduğu müəyyən edilsə də, həmin qalıq mövcud olmadığından, əlavə ƏDV məbləği hesablanmışdır. 5) malın alınmasının müəyyən olunmaması və ödənilmə təyinatının təhrif olunması səbəbindən qeyri-rezidentə ödənilmiş pul vəsaiti divident qismində qəbul edilərək, ödəmə mənbəyində tutulan vergiyə cəlb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (maddə 67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (maddə 67.2). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Həmin Məcəllənin 153.1-ci maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 166.2-ci maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan tələblərinə görə ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Həmin Məcəllənin 166.6-cı maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan tələblərinə görə ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. Həmin Məcəllənin 126-cı maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Əsasnamənin 5.2-ci bəndinə görə yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən edir: - Cavabdeh inzibati orqanın iddiaçının faəliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması haqqında 29 dekabr 2020-ci il tarixli **********143298 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulan yoxlamanın növbədənkənar keçirilməsi əsaslarının heç birinə istinad olunmamış və qərar əsaslandırılmamışdır. Bundan başqa, keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlamanın aparıldığı dövrün bir hissəsində qüvvədə olan tələbləri səyyar vergi yoxlamasının 30 gündən (təqvim günündən) artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 5 ay davam etmiş, bu müddət ərzində 1 dəfə “müddətin uzadılması barədə” və 2 dəfə “yoxlamanın dayandırılması barədə” qərarlar qəbul olunsa da, müddətin artırılması barədə qərarda onun qəbulunu zəruri sayan müstəsna hal göstərilməmiş, habelə yoxlamanın dayandırılması barədə qərarlarda buna səbəb olan xüsusatlar tutarlı şəkildə əsaslandırılmamışdır. Bundan başqa, hazırkı işin hallarından görünür ki, inzibati orqan yoxlama keçirərkən 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, bununla da yoxlamanın müddətini əsassız olaraq uzatmışdır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin müddəalarında səyyar vergi yoxlamasının müddətinin “iş günü” ilə hesablanması barədə müvafiq dəyişiklik 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, yoxlamanın keçirildiyi müddət həmin tarixdən əvvəlki dövrə təsadüf edir; - Cavabdeh inzibati orqan (vergi orqanı) tərəfindən yoxlamanın dayandırılması və yuxarı vergi orqanı tərəfindən müddətinin uzadılması barədə qəbul edilmiş qərarların «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri»nə daxil edilməsi barədə çıxarışların vergi ödəyicisi kimi müəssisəyə (iddiaçıya) təqdim edilməsi təmin olunmamışdır. Bununla da Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 5.2-ci bəndinin tələbləri pozulmuşdur: - Məhkəmə icraatının gedişində keçirilmiş məhkəmə ekspertizasının nəticələri üzrə səlahiyyətli orqanın (Məhkəmə Ekspertiza Mərkəsinin) eksperti tərəfindən məhkəməyə təqdim olunmuş 23 yanvar 2023-cü il tarixli 9/7913 nömrəli rəyində göstərilmişdir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlaması zamanı toplanmış qarşlıqlı əlaqəli sənədlər vergi ödəyicisi kimi hazırkı iddiaçının yoxlanılan dövrdə mənfəətini, o cümlədən gəlir və gəlirdən çıxılan xərclərini müəyyənləşdirmək imkanı verir. AR Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Hazırkı məhkəmə icraatında 13 oktyabr 2022-ci il tarixli məhkəmə qərardadı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 23 yanvar 2023-cü il tarixli 9/7913 nömrəli ekspertiza rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının müvafiq dövr üzrə gəlirləri və gəlirdən çıxılan xərcləri sənədlərlə müəyyən edildiyindən, onun mənfəətinin Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinadən hesablanması əsassızdır. - Yoxlama zamanı iddiaçının satdığı, yəni təqdim etdiyi avtonəqliyyat və texniki vasitələrin bir qisminin dəyərini təsdiqləyən sənədlər mövcud olduğu halda, vergi orqanının təşəbbüsü ilə keçirilmiş ekspertizanın nəticələrinə dair “X14” MMC-dən alınmış rəydə mövcud sənədlər nəzərə alınmadan bütün avtonəqliyyat və texniki vasitələrinin bazar qiymətləri müəyyənləşdirilmişdir. Məhkəmə ekspertizasının nəticələrinə dair rəydə isə, həmin vasitələrin satış sənədlərindəki qiymətlər əsas götürülərək vergi məbləğləri hesablanmışdır. Nəzərə alnmalıdır ki, iddiaçının mal satışını həyata keçirdiyi qurum Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi olmuşdur və malların satışı elektron qaimə fakturalar əsasında həyata keçirilmişdir və məhkəmə ekspertizasının rəyində də həmin qiymətlər əsas görürülməklə dövriyyə və vergi məbləğləri hesablanmışdır. Vergi yoxlaması zamanı “X14” MMC-dən alınmış 25 may 2021-ci il tarixli rəyə gəldikdə isə, həmin rəy mötəbər mənbələrə istinad olunmadan, ümumi sözlərlə formal şəkildə əsasıalndırılmış kimi qiymətləndirilməlidir. Həmin rəy əsasında mənfəət vergisi və ƏDV hesablanması isə, qanuni sayıla bilməz. - Yoxlama zamanı iddaçının müvafiq dövr üzrə fəaliyyəti çərçivəsində onun bəyan etdiyi xərc sənədlərinin mötəbər qəbul edilmədiyi və bununla əlaqədar şərti rentabellik qaydasında mənfəətinin hesablandığı halda, mal qalığının məbləğinin müəyyən edilməsi məntiqi və real görünmür. İddiaçının müvafiq dövr üzrə xərc sənədləri nəzərə alındığı halda, onun mal qalığının hesablanması mümkün ola bilər. Odur ki, məhkəmə cavabehin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçıya mal qalığının hesablanması həm tutarlı süburlarla təsdiqlənmir, həm də vergi orqanının digər istinadları ilə ziddiyyət təşkil edir. Həmin xüsusatla bağlı iddiaçıya hesablanmış ƏDV məbləği və həmin məbləğə görə tətbiq edilmiş 50% miqdarında maliyyə sanksiyası, eləcə də bəyannamənin təqdim edilməməsinə görə VM-in 57.1-ci maddəsi üzrə 40 manar maliyyə sanksiyasının tətbiqi qanunsuzdur. - Vergi orqanı yoxlama zamanı 2017-ci iliin noyabr ayı üzrə heseabladığı ƏDV məbləğini həmin dövr üzrə iddiaçı tərəfindən görülmüş işlərin təqdim edilməsi, daha dəqiq desək təhsil verilməsi ilə əsaslandırır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının gördüyü müvafiq işlər uzun müddətli müqavilə əsasında həyata keçirilmişdir və müqavilədə nəzərdə tutulan işlər tamamlandıqdan sonra onlar təhvil verilmiş sayılır. Odur ki, vergi orqanının iddiaçıya 2017-ci ilin noyabr ayı üzrə bu əməliyyata görə 445.200,05 manat ƏDV hesablaması əsassızdır. Məhkəmə diqqətə çəkir ki, əməliyyatın dəyəti 2017-ci ilin dekabr ayında iddiaçıya ödənildiyindən, həmin vergi məbləğini o, vergi orqanına qüyd olunan dövr (dekabr ayı) üzə özü bəyan etmişdir. - İddiaçının 2018-ci ilin İ rübü üzrə qeyri-rezident kimi özünün xarici ölkədəki baş təşkilatına (ofisinə) malları alışı ilə bağlı ödədiyi məbləğlər və bunun müqabilində aldığı mallar müvafiq bank və gömrük orqanlarının bəyannamələri ilə təsdiqləndiyi halda, vergi orqanı bu sənədlərin mötəbərliyini tutarlı əsas olmadan şübhə altına alaraq, ehtimallara istinadən bu əməliyyatı “qeyri-rezidentə divident ödənişi” kimi qiymətləndirilmiş və əsassız olaraq ödəmə mənbəyində tutulan vergi məbləğiyə cəlb etmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, iddiaçıya hesablanmış 2018ci ilin 1-ci rübü üzrə ödəmə mənbəyində tutulan vergi və həmin məbləğə tətbiq edilmiş 50% maliyyə sanksiyasının, eləcə də bəyannamənin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsi üzrə 40 manar maliyyə sanksiyasının tətbiqi əsassızdır; - Cavabdeh inzibati orqanın (vergi orqanının) 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 15.2, 23, 59, 57, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddəsinə (maliyyə sanksiayaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilib-edilməməsi barədə ümimiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir; - Yuxarıda qeyd olunan əsaslarla qanunsuz sayılan vergi məbləğlərinə münasibətdə Vergi Məcəlləsinin 58.1-ci maddəsi üzrə vergi orqanının tətbiq etdiyi maliyyə sanksiyaları da qanunsuz sayılmalıdır. Məhkəmə bir halı xüsusilə vurğulayır ki, məhkəmə icraatında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış və sübut kimi mötəbər qiymətləndirilmiş 23 yanvar 2023-cü il tarixli 9/7913 nömrəli rəydə iddiaçının səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə apardığı əməliyyatlara görə 126.008,71 manat məbləğində vergilərin – ƏDV üzrə 103.427,11 manat, mənəfət vergisi üzrə 22.581,60 manat az hesablanması müəyyən edilmişdir. Məhkəmə ekspertin bu qənəati ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqanın 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarı həmin məbləğdə vergilərin hesablanması və müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna zidd olmamışdır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehin 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarı qismən, yəni “103.427,11 manat ƏDV və 22.581,60 manat mənfəət vergisinin hesablanması, bu vergi məbləğlərinə görə 50% miqdarında maliyyə sanksiyalarının və bəyannamələrin təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiqi” hissəsində qanuna ziddir. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (8 iyul 2021ci il tarixli **********148146 nömrəli qərar) qismən qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaranır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarı “103.427,11 manat ƏDV və 22.581,60 manat mənfəət vergisinin hesablanması, bu vergi məbləğlərinə görə 50% miqdarında maliyyə sanksiyalarının və bəyannamələrin təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiqi” hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarı “103.427,11 manat ƏDV və 22.581,60 manat mənfəət vergisinin hesablanması, bu vergi məbləğlərinə görə 50% miqdarında maliyyə sanksiyalarının və bəyannamələrin təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiqi” hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-878/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-878/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver