Məhkəmə qərarları › İş №2-1(112)-8784/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8784/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8784/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “adın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hazırkı doğum haqqında şəhadətnaməsində qeyd olunan “Suren” adının “Seyran” adına dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anası - azərbaycanlı X4, atası isə erməni milliyətindən olan X5. Məlum hadisələrlə bağlı valideynləri arasında olan rəsmi nikaha Ваkı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il qətnaməsi ilə xitam verilmişdir. Etdiyi müraciət əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə onun ad, soyad və ata adı olan X10 adının dəyişdirilərək X1 qeydə alınmasına dair Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi müdirinin qanunsuz hərəkətlərindən şikayəti təmin edilməmiş, AR Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarı ilə məhkəmə kollegiyasının qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş üzrə AR Apellyasiya Məhkəməsinin MİÜMKnın 1mk-5027/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsi ilə əvvəlki ad, soyad və ata adı olan X10 adının dəyişdirilməsindən imtinaya dair Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi müdirinin hərəkəti qanunsuz hesab edilərək ad, soyad və ata adının dəyişdirilərək X7 olması barədə ona doğum haqqında şəhadətnamə verilməsinə dair Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi müdirinin üzərinə vəzifə qoyulmuşdur. Bununla, yəni ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı məhkəmə qətnaməsi icra edilərkən qeydiyyat şöbəsində məlum olmuşdur ki, ilkin doğum haqqında şəhədətnaməsində adı “Seyran” kimi yox, “Suren” kimi qeyd edilib. Lakin ad, soyad və ata adını dəyişdirmək üçün qanunla müəyyən edilmiş 18 yaşına çatdıqda AR DİN-in Yasamal RPİ-nin qeydiyyat şöbəsi tərəfindən ona verilmiş seriya № 0******* saylı, xx.xx.2005-ci il tarixli şəxsiyyəti təsdiq edən sənəddə adı “Seyran” kimi yazıldığı üçün əvvəlki məhkəmə işində adı məhz qeyd edilən dövlət orqanı tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd edildiyi kimi “Seyran” kimi göstərilmişdir. Beləliklə, Bakı şəhərinin qeydiyyat şöbələrində adı “Suren”, AR DİN-in qeydiyyat şöbələrində isə adı “Seyran” kimi qeydə alındığından, bu ziddiyyətin aradan qaldırılması məqsədilə “Suren” adının “Seyran” adına dəyişdirilməsi ilə bağlı təkrar Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etsə də həmin şöbənin xx.xx.2022-ci il tarixli, 05/Q-369/15 saylı cavab məktubunda ərizəsi təmin edilməyərək adının dəyişdirilməsi üçün adiyyəti üzrə məhkəməyə müraciət etməyi ona tövsiyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı (münasibəti) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1985-ci il təvəllüdlü X9 ünvan 1 ünvanında qeydiyyatdadır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1mk-5027/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 21 dekabr 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, X6 ərizəsi təmin olunmuş, S.R.Ağacanyanın soyadının və ata adının dəyişdirilməsindən imtinaya dair Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi müdirinin hərəkəti qanunsuz hesab edilmiş, X6 soyadı və ata adı dəyişdirilərək, soyadının Zülfüqarov, ata adının Rafiq olması barədə ona doğum haqqında şəhadətnamə verilməsinə dair Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi müdirinin üzərinə vəzifə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ № 105742 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 12B nömrəsi ilə qeyd edilmişdir. Atası X11, anası X3r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli, 43/4 nömrəli məktubda bildirilmişdir ki, sizin doğum akt qeydində olan məlumata əsasən Apellyasiya Məhkəməsinin 1mk-5027/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən soyadınız “Ağacanyan”-dan “Zülfüqarov”a, ata adınız isə “Rubenoviç”-dən “Rafiq oğlu”-na düzəliş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-5067/13 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1987-ci ildə Nərimanov rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında bərpa akt qeydi nəzərdən keçirilərkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən onun soyadının “Ağacanyan”dan “Zülfüqarov”a, ata adının isə “Rubenoviç”dən “Rafiq”ə dəyişdirildiyi müəyyən edilmişdir. Həmin məktubla göndərilmiş xx.xx.1987-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X10 xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, atası X11, anası X3r. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli, 2/5668 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkumluğu, eləcə də barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Ysamal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 091-59192-1222 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı (X9)in fərdi uçot kartoçkası Yasamal RPİ-nin X2 kartotekasında aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli tələbnaməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 012- 13781-1222 nömrəli məktubuna əlavə edilmiş cavabına vurulmuş xx.xx.2022-ci il tarixli möhüründə qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 012-13792-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 03/4095xid/2867 nömrəli məktubunda bildirilmişdir ki, Baş Prokurorluğun İstintaq idarəsində xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (X9, X10) barəsində cinayət işi istintaq olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 02/61 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü X6 digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2022-ci il tarixli, 1776 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü X9 xx.xx.2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 17b maddəsinə AR NK-nın xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarına əsasən “Mülayim ifadəli dissosiativ-konversion pozuntusu, anamnezində özünükəsmələr F44.7” diaqnozu ilə ehtiyata verilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q- 369/15 nömrəli məktubda bildirilmişdir ki, Nərimanov rayonu qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 12 saylı, xx.xx.1987-ci il tarixli doğum haqqında akt qeydinin uşaq bəndində adın “Suren” yazılmasına baxmayaraq şəxsiyyəti təsdiq edən sənəddə “Seyran” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirilir ki, sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydinin uşaq bəndində adın “Suren”dən “Seyran”a dəyişdirilməsi imkanımız xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəmədə iddia qaldırmazdan öbcə cavabdeh orqana müraciət etmişdir. İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ad hüququndan bəhs edən 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi fiziki şəxsin ad hüququ özündə üç elementi ad, ata adı və soyadı vahid olaraq birləşdirir. Qanunvericilik fiziki şəxsin adının birinci dəfə dəyişdirilməsinə bilavasitə icazə verdiyi halda, növbəti dəfə dəyişdirilməsinə ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşin hallarından müəyyən olunur ki, xx.xx.1987-ci ildə Nərimanov rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydinə əsasən iddiaçının adı X8muş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən onun soyadı “Ağacanyan”dan “Zülfüqarov”a, ata adı isə “Rubenoviç”dən “Rafiq”ə dəyişdirilmişdir. Göründüyü kimi iddiaçı adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Adının növbəti dəfə dəyişdirilməsi isə yalnız yuxarıda sadalanan Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə ididiaçıya münasibətdə həmin hallar mövcud deyildir. Belə olan halda iddiaçının adının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdeh imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar