Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8793/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC) “pasport qeydiyyatına alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC) “pasport qeydiyyatına alınma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 55C ünvanında yerləşən 10 nömrəli mənzilə qeydiyyata alınması öhdəliyinin Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 55C ünvanında yerləşən 10 saylı mənzil 8 iyul 2001-ci il tarixli orderlə iddiaçının əri X1 verilmişdir və həmin tarixdən iddiaçı bu mənzildə yaşayır. Həmin mənzilə dair orderdə iddiaçının da adı qeyd edilmişdir. İddiaçı 22 ildir bu mənzildə yaşayır, təsərrüfatı aparır və faktiki olaraq həmin mənzilə sahiblik edir, ondan istifadə edir. Həmin yaşayış sahəsinə aid kommunal xərclər onun tərəfindən ödənilir, mənzil iddiaçının daimi yaşayış yeridir və başqa yerdə yaşayış yeri yoxdur. Mənzilin mülkiyyət vəsiqəsi olmasa da, yaşayış sahəsi kimi mövcuddur, kommunal şəraitə malikdir. İddiaçı sözügedən ünvana pasport qeydiyyatına alınması ilə bağlı Binəqədi RPİ-nə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmiş və məhkəməyə müraciət edilməsi hüququnun olması göstərilmişdir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8793/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadına əsasən "xxxx" QSC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- "xxxx" QSC İstehsalat Xidmətləri İdarəsinin xx.xx.2022-ci il tarixli 50 nömrəli arayışından görünür ki, X3 ünvan 2 ünvanında qeydiyyatsız yaşayır və ailə üzvləri İddiaçı (həyat yoldaşı), X8 (oğlu) və X2 (qızı) ibarətdir. - Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən iddiaçı ünvan 3 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana qeydiyyata alınması qanuna müvafiq deyildir. Bu məsələ ilə bağlı iddiaçının məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. - Nikahın bağlanması haqqında xx.xx.1987-ci il tarixli 366200 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 arasında nikah bağlanmış, nikahdan sonra ərə “Qurbanov”, arvada “Qurbanova” soyadı verilmişdir. - Məhkəmənin sorğusu əsasında "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-3/2-3101/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 55C ünvanında yerləşən bina "xxxx" QSC-nin (ASCO) balansındadır. Sorğuda adı göstərilən vətəndaşın sözügedən ünvanda yerləşən 10 saylı mənzilə qeydiyyata alınmasına razılıq verilib-verilməməsi məsələsi ilə bağlı qeyd edilir ki, həmin binada heç kəs qeydiyyata alınmamışdır. Belə ki, bina yataqxana kimi yaşayış üçün nəzərdə tutulmamışdır və illər öncə yaranmış zərurətlə əlaqədar olaraq bəzi əməkdaşların orada müvəqqəti yaşamasına icazə verilmişdir. Həmçinin, binanın yerləşdiyi ərazidə ASCO və aidiyyəti dövlət qurumu tərəfindən birgə həyata keçiriləcək sosial layihə çərçivəsində başqa bir obyektin tikintisi planlaşdırılmışdır. Qeyd olunan səbəblərdən vətəndaşın həmin ünvanda qeydiyyata alınması məqsədəuyğun hesab edilmir. - Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı məxsus AA ******* nömrəli (FİN 0PGP9BW) şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan ünvan 5ASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir və təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciətinə cavab olaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlayaraq qeyd etmişdir ki , “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən iddiaçı ünvan 3 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana qeydiyyata alınması qanuna müvafiq deyildir. Bu məsələ ilə bağlı iddiaçının məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" QSC İstehsalat Xidmətləri İdarəsinin xx.xx.2022-ci il tarixli 50 nömrəli arayışından görünür ki, X3 ünvan 3 ünvanında qeydiyyatsız yaşayır və ailə üzvləri İddiaçı (həyat yoldaşı), X8 (oğlu) və X2 (qızı) ibarətdir. İş materiallarında olan nikahın bağlanması haqqında xx.xx.1987-ci il tarixli 366200 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 ilə X5 arasında xx.xx.1987-ci ildə nikah bağlanmış, nikahdan sonra ərə “Qurbanov”, arvada “Qurbanova” soyadı verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-3/2-3101/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 55C ünvanında yerləşən bina "xxxx" QSC-nin (ASCO) balansındadır. Sorğuda adı göstərilən vətəndaşın sözügedən ünvanda yerləşən 10 saylı mənzilə qeydiyyata alınmasına razılıq verilib-verilməməsi məsələsi ilə bağlı qeyd edilir ki, həmin binada heç kəs qeydiyyata alınmamışdır. Belə ki, bina yataqxana kimi yaşayış üçün nəzərdə tutulmamışdır və illər öncə yaranmış zərurətlə əlaqədar olaraq bəzi əməkdaşların orada müvəqqəti yaşamasına icazə verilmişdir. Həmçinin, binanın yerləşdiyi ərazidə ASCO və aidiyyəti dövlət qurumu tərəfindən birgə həyata keçiriləcək sosial layihə çərçivəsində başqa bir obyektin tikintisi planlaşdırılmışdır. Qeyd olunan səbəblərdən vətəndaşın həmin ünvanda qeydiyyata alınması məqsədəuyğun hesab edilmir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı məxsus AA ******* nömrəli (FİN 0PGP9BW) şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan ünvan 8riallarında olan, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən verilmiş 4 nömrəli xx.xx.2001-ci il tarixli “Xidməti order”in surətindən görünür ki, həmin order X9 (iddiaçının həyat yoldaşı) oğluna verilmiş və həmin mənzilə qeydiyyata alınma hüququnun olmadığı orderdə qeyd edilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X1 (iddiaçının həyat yoldaşı) məxsus AA ******* nömrəli (FİN 10JGUBK) şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan ünvan 9allarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X6 (iddiaçının qızı) məxsus AA ******* nömrəli (FİN 4RJ92H4) şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Masallı rayonu olaraq qeyd edilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X7 (iddiaçının oğlu) məxsus AA ******* nömrəli (FİN 4RJRVYP) şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Masallı rayonu olaraq qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən əsasla iddiaçıları mübahisəli ünvana pasport qeydiyyatına almaqdan imtinası əsaslıdır. Belə ki, iddiaçıların mübahisə predmetini təşkil edən ünvanında yerləşən daşınmaz əmlak üzərində hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçılar sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birinə malik olmalı olduğu halda, iddiaçının həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının həyat yoldaşına verilmiş orderdə isə qeydiyyata alınmaq hüququ istisna edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, həmin binada heç kəs qeydiyyata alınmamışdır. Belə ki, bina yataqxana kimi yaşayış üçün nəzərdə tutulmamışdır və illər öncə yaranmış zərurətlə əlaqədar olaraq bəzi əməkdaşların orada müvəqqəti yaşamasına icazə verilmişdir. Həmçinin, binanın yerləşdiyi ərazidə ASCO və aidiyyəti dövlət qurumu tərəfindən birgə həyata keçiriləcək sosial layihə çərçivəsində başqa bir obyektin tikintisi planlaşdırılmışdır. Qeyd olunan səbəblərdən vətəndaşın həmin ünvanda qeydiyyata alınması məqsədəuyğun hesab edilmir. Göründüyü kimi balanssaxlayıcı qurum də iddiaçının həmin ünvana qeydiyyata alınmasına etiraz etmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal da iş üzrə mövcud deyildir. Belə ki, İddiaçı məxsus (elektron məhkəmə sistemindən çıxarışdan) AA ******* nömrəli (FİN 0PGP9BW) şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan ünvan 12ı İddiaçı hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, həmin ünvandan qeydiyyatdan çıxarılmadığı müəyyən edildiyindən və faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədləri olmadığından cavabdeh tərəfindən yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən sözügedən evə nəticə etibarı ilə qeydiyyata alınması üçün hər hansı bir sənəd təqdim edilməmişdir. Hazırki iş üzrə iddiaçıların sözügedən mənzilə mülkiyyət hüququnun olmaması müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası mahiyyətcə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı İddiaçı Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 55C ünvanında yerləşən 10 nömrəli mənzilə qeydiyyata alınması öhdəliyinin Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev