Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8794/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarşın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2008-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 10 saylı fərdi yaşayış evinin X5 məxsus olan 2/16 hissəsini İddiaçı (bunda sonra – iddiaçı) satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0352563 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 10 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 8/16 hissədən bir hissə X6, 8/16 hissədən bir hissə X9, 8/16 hissədən bir hissə X1, 8/16 hissədən bir hissə X15 və 8/16 hissəsi isə iddiaçının paylı mülkiyyətində olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX0575315 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 0,00282 ha torpaq sahəsi X6, 0,00282 ha torpaq sahəsi X3, 0,00282 ha torpaq sahəsi X9, 0,00282 ha torpaq sahəsi X1, 0,00282 ha torpaq sahəsi X15 və 0,030282 ha torpaq sahəsi iddiaçının paylı mülkiyyətindədir. İddiaçı X10, X8, X22 və X7 adlarını xx.xx.2021-ci il tarixli, **********6 nömrəli iddiaçının adına verilmiş çıxarışdan çıxarılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2025-ci il tarixdə müraciət etmiş, cavabdeh müraciətinə imtima edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda adları qeyd edilmiş X10, X22, X11 və X1 adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin daşınmaz əmlaka dair adına yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildən başlayaraq ünvan 3 ünvanda olan uçulub dağılmaqda olan daxma tipli evləri alqı-satqı müqaviəsi əsasında almışdır. Alqı-satqı zamanı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışından aydın oldu ki, C.Məmmədquluzadə küçəsi 10 saylı ünvanda adları reyestrdə qalan 1916-cı il təvəllüdlü X10 xx.xx.1957-ci ildə qeydiyyatdan çıxıb, 1918-ci il təvvəlüdlü X22 xx.xx.1959-cu ildə qeydiyyatdan çıxıb, X12 və X8 haqqında heç bir arxiv sənədləri yoxdur. Bu şəxslər qeydiyyatdan çıxana kimi paylarını qeyri-rəsmi olaraq alıcılara satmışlar. Adları çəkilən şəxslərə aid mənzil sahəsinin pulunu da faktiki sahiblik edən xx.xx.1941-ci il təvəllüdlü X5 verildi. Çox çalışsa da, həmin 4 nəfərin rəsmi hüquqi varislərini belə tapa bilməmişdir. Bu səbəbdən alqı-satqı müqaviləsi tərtib edilməmiş qaldı. Bu günə kimi də həmin şəxslərin hüquqi varisləri nə üzə çıxmayıb, nə gəlib əmlak və ya əlavə pul tələb etməyib. C.Məmmədquluzadə küçəsi 10 saylı ünvandakı yaşayış evlərini xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışla, C.Məmmədquluzadə küçəsi 8 saylı ünvandakı yaşayış evlərini xx.xx.2015-ci il, ******* nömrəli çıxarışla öz adına rəsmlədirmişdir. Adları reyestrdə qalan tapılmayan şəxslər də daxil olmaqla istinad etdiyi reyestrdə fərdi yaşayış evinin hüquq növü mülkiyyət, torpaq sahəsinin mülkiyyət növü isə dövlət yazılıb. 2013-cü ildən yararsız evlər uçduğundan çoxusu söküldü. Rəsmi qaydada adında olan yaşayış sahələrini təmir edib saxlayıb. 2013-cü ildə həmin sahədə tikinti tikmək üçün Nəsimi rayon İcra hakimiyyətinə müraciət edib. Ərizələrində həmin evlərin uçulmuş və sökülmüş vəziyyətdə olmasını da yazıb. Yenidən 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mülkiyyətində olan fərdi ayaşayış evlərinə məxsus həyətyanı torpaqların xüsusi mülkiyyətinə verilməsini xahiş etdi. Cavabdeh orqanın nümayəndələri yerindəcə baxıb araşdırmadan hər iki ünvanı C.Məmmədquluzadə küçəsi 8 saylı ünvanında birləşdirərək torpaqları xüsusi mülkiyyətə verdi. Torpaq üzərindəki fərdi evlər isə çıxarışda göstərilmədi. Adları çıxarışda qalan, həyatda olmayanları da C.Məmmədquluzadə küçəsi 10 saylı ünvandan 8 saylı ünvana keçirdilər. Beləliklə onun adına xx.xx.2021-ci il tarixli **********6 nömrəli reyestr çıxarışı verildi. Həyatda olmayan və hüquqi varisləri tapılmayan şəxslər də daxil. Həmin ili cavabdeh orqana müraciət edərək da C.Məmmədquluzadə küçəsi 8 saylı ünvanda səhvən adları saxlanılmış şəxslər onun mülkiyyət hüququnu pozmasını qeyd etdi. Onların adlarının həmin ünvana verilmiş çıxarışdan çıxarılmasını xahiş etdi. Həmin ərazidə qeyri-yaşayış obyekti olan tikili tikilib. Azərbaycan Respubnlikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Fərmanının icrası ilə əlaqədar tikilinin qeydiyyatı üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Cavabdeh orqanın tərtib etdiyi Yerquruluşu planının mülkiyyət barədə məlumat bölməsində X10, X22, X12 və X1 adları yazıldığından həmin şəxslərin tikili üçün razılığı tələb olunur. Bu tələbi yerinə yetirə bilmədi. Çünki onlar həyətda yoxdurlar. Hüquqi varisləri də yoxdur. Beləliklə bu səbəbdən tikili üzərində mülkiyyət hüququnu qeyd etdirə bilmir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ünvan 4 ünvanında olan torpaq sahəsi əvvəllər ünvan 5 ünvanlarında olan iki ayrı fərdi yaşayış evlərinin sökülməsi və torpaqlarının birləşdirilməsi nəticəsində yaranmışdır. Ev 8 ünvanında yerləşən əmlakın tək mülkiyyətçisi İddiaçı olsa da, ev 10 ünvanında yerləşən əmlak üzərində İddiaçı 8/16 hissədə, X10, X22, X11 və Məsməxanım Heybətqulu qzının isə 8/16-in qalan hissəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən də sökülmüş fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri birləşdirildikdən hər bir mülkiyyətçinin payına müvafiq sahələr ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda öz əksini tapmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 0,00282 ha torpaq sahəsi X6, 0,00282 ha torpaq sahəsi X3, 0,00282 ha torpaq sahəsi X9, 0,00282 ha torpaq sahəsi X1, 0,00282 ha torpaq sahəsi X15 və 0,030282 ha torpaq sahəsi iddiaçının paylı mülkiyyətindədir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı çıxarışda adları qeyd edilmiş X10, X22, X11 və X1 adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin daşınmaz əmlaka dair adına yeni çıxarışın verilməsinə yönəlmişdir. Cavabdeh iddianın müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Məhkəmə sorğusu əsasında sözügedən evə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisi tərəfindən təqdim olunmuş 4Ə/2-274 nömrəli alq-satqı müqaviləsindən müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi X4 xüsusi mülkiyyətində olmuşdur. Daha sonra xx.xx.2008-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 iddiaçıya satılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, fərdi yaşayış evinin X10, X22, X11 və X1 adlarına qeydiyyata alınmasına dair sənədlər arxiv qovluğunda aşkar edilməmişdir. İşin hallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evinin payçılarından X10, X22, X11 və X1 adlarına qeydiyyata alınmasına dair arxiv qovluğunda hər hansı bir sənəd yoxdur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X10, X22, X11 və X8 barəsində vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar olunmamışdır. Göründüyü kimi, iş materiallarına əsasən ümumiyyətlə belə bir şəxslərin olması, o cümlədən mübahisə predmeti olan daşınmaz əmlaka paylı mülkiyyət kimi reyestr qeydinin aparılmasının əsasları müəyyən edilmir. Mülki Məcəllənin sadalanan normalarından göründüyü kimi, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Mübahisə predmeti olan əmlakın digər paylı mülkiyyətçisi olan iddiaçı əmlaka dair müstəqil sərəncam verə bilmir. Həmçinin heç bir sənədi və əsası olmadığı halda mübahisəli fərdi yaşayış evinə dair X10, X22, X11 və X1 adına qeydiyyat aparılması nəticəsində, iddiaçıya düşən payın azalmasına səbəb olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda adları qeyd edilmiş X10, X22, X11 və X1 adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin daşınmaz əmlaka dair İddiaçı adına yeni çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-8794/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8794/2025
21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver