Məhkəmə qərarları › İş №2-1(112)-8798/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8798/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8798/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Böyükağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə və Cavabdeh1nə (üçüncü şəxslər X10, X13 və X15) qarşı “doğum haqqında akt qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə və Cavabdeh1nə (bundan sonra – Cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 doğumu haqqında Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsində edilmiş 1966 nömrəli doğum haqqında akt qeydinin, X3 Danilanın atası hesab olunaraq atalığın müəyyən edilməsi haqqında akt qeydləri Kitabında xx.xx.2015-ci il tarixdə edilmiş 64 nömrəli akt qeydinin və elə həmin tarixdə də bu barədə verilmiş atalığın müəyən edilməsinə dair şəhadətnamənin, həmçinin buna əsasən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin ləğv edilməsi, onun X16 ilə birgə nikahlarından xx.xx.2004-cü il tarixdə doğulmuş Danilanın atası olmasına dair qeydiyyat aparılmaqla ona yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, X16 ilə xx.xx.1999-cu il tarixdən nikahda olmuş və nikahlarının pozulması Bakı şəhəri Nizami rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 151 nömrə ilə qeydə alınmışdır. Nikah pozulandan 5 ay sonra, xx.xx.2004-cü il tarixdə Danila adlı uşaqları doğulmuş, bu barədə 21 dekabr 2004-cü il tarixdə Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən 1966 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X4 Danilanın atası olması barədə məlumatı gizlətmiş, onun ərizəsi əsasında, nikahda olmaması əsas götürülərək uşağın atası kimi X6 göstərilmişdir. X9 hamiləliyi onların birgə yaşadığı və rəsmi nikahı dövründə başladığı üçün Danilanın doğma, bioloji atası odur. Lakin o, daimi yaşayış üçün ölkədən çıxıb getdiyindən Danilanın atası olmağı barədə Qeydiyyat Şöbəsinə müraciət edə bilməmişdir. xx.xx.2014-cü il tarixdə Paxomova Olqa X1 ilə nikaha daxil olaraq ərinin soyadını qəbul etmiş və onun Danilanın atası kimi qeydə alınmasına razılıq vermişdir. X10 da Danilanın atası kimi qeydə alınmasına razı olmuşdur. Suraxanı rayon qeydiyyat şöbəsində o, Danilanın atası hesab olunaraq “atalığın müəyyən edilməsi haqqında akt qeydləri” kitabında xx.xx.2015-ci il tarixdə 64 nömrə ilə qeyd edilmiş, elə həmin tarixdə də bu barədə atalığın müəyən edilməsinə dair şəhadətnamə verilmiş, oğlu ikinci dəfə artıq X2 qeydə alınaraq ona xx.xx.2015-ci il tarixdə yeni doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda onun Danilanın atası olması ilə bağlı heç bir mübahisə yoxdur. Mövsümova (Paxomova) Olqa Nikolayevna bunu inkar etmir və onun Danilanın doğum haqqında şəhadətnaməsində ata kimi qeydə alınmasını istəyir. X10 da onun Danilanın doğma (bioloji) atası olmağını inkar etmir və onun Danilanın atası kimi qeydə alınmasına razıdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətində qeyd etmişdir ki, X9 müraciətinə əsasən oğlu X12 xx.xx.2004-cü il tarixdə doğum haqqında 1966 nömrəli akt qeydi Nizami rayon qeydiyyat şöbəsində tərtib olunmaqla doğum haqqında şəhadətnamə və forma 4 (tək ana) arayışı verilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsində atalığı müəyyən etmək haqqında akt qeydi tərtib olunduqdan sonra isə doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edilməklə X11 doğun haqqında yeni şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə müvafiq olaraq, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10, X13 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs və digər üçüncü şəxs D.Mövsümovun qanuni nümayəndəsi O.Mövsümova iddia tələbinin təmin olunması barədə qərara qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhz bu baxımdan hazırkı iddianın mümkünlük şərtlərini yoxlayan məhkəmə hesab edir ki, iddia tələbi inzibati qaydada baxılmalı olmadığından mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki:

1. 21.12.1999-cu il tarixdə İddiaçı və Paxomova (nikahdan sonra Negahban) Olqa Nikolayevna arasında bağlanmış nikah haqqında 1778 nömrəli akt qeydi tərtib olunmuşdur.

2. İddiaçı və Negahban (Paxomova) Olqa Nikolayevna arasında bağlanmış nikah Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə pozulmuş, bu barədə xx.xx.2004-cü il tarixdə 151 nömrəli akt qeydi tərtib edilmişdir.

3. X14 xx.xx.2004-cü ildə doğulmuş, bu barədə xx.xx.2004-cü il tarixdə 1966 saylı akt qeydi tərtib edilmiş, akt qeydində ata adı X6, ana adı X16 göstərilmiş, ananın nikahı olmadığına görə ata haqqında məlumat ananın sözlərinə əsasən yazılmışdır.

4. xx.xx.2014-cü il tarixdə X10 və X16 nikaha daxil olmuş, nikahdan sonra arvada Mövsümova soyadı verilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1509 nömrə ilə qeyd aparılmışdır.

5. xx.xx.2015-ci il tarixdə valideynlərin birgə ərizəsi əsasında X14 barəsində atalığı müəyyən etmək haqqında ********* nömrəli akt qeydi tərtib edilmiş, atası X10, anası X13 kimi göstərilmiş, atalıq müəyyən edildikdən sonra adı, soyadı və ata adı X2 müəyən edilmişdir.

6. Bundan sonra xx.xx.2015-ci il tarixdə D.Mövsümov barəsində tərtib edilmiş xx.xx.2004-cü il tarixli 1966 saylı doğum haqqında akt qeydinə düzəliş edilmiş, 546785 nömrəli yeni doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı hazırda D.Mövsümovun atası olduğunu iddia edərək onun barəsində tərtib edilmiş doğum haqqında akt qeydinin, atalığın müəyyən edilməsi haqqında akt qeydinin, buna əsasən verilmiş şəhadətnamənin, bundan sonra D.Mövsümova verilmiş şəhadətnamənin ləğv edilməsini və iddaçının D.Mövsümovun atası olması barədə yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. - maddə 164.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. - maddə 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən: - 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Göründüyü kimi, qanunverici vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması əsası kimi yalnız məhkəmə qətnaməsinin mövcudluğunu müəyyən etmiş, bununla bağlı qeydiyyat aparan orqana mülahizə sərbəstliyi verməmişdir. Bu məhkəmə qətnaməsi isə mülki mühakimə icraatı qaydasında qəbul edilən məhkəmə qətnaməsidir. Çünki inzibati mühakimə icraatı qaydasında yalnız vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı səhvə yol verildikdə və qeydiyyat orqanı bu səhvlərin aradan qaldırılması və qeydə düzəliş edilməsindən imtina etdikdə, həmin orqanlara qarşı qaldırılmış iddialara baxılması mümkündür. Deməli, iddiaçının akt qeydlərinin ləğvi barədə tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddaçının D.Mövsümovun atası olması barədə yeni doğum haqqında şəhadətnamə verilməsi barədə tələbə gəldikdə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinə əsasən: - maddə 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. - maddə 188. Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən: - 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; - 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: - 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; - 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; - 2.9. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. - 2.12. Atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. - 6.1. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır. - 6.2. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. - 6.6. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. - 6.7. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. - 6.14. Doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. - Uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. - 6.18. Atalığın müəyyən edilməsi haqqında akt qeydində ana haqqında məlumatlar doğum haqqında akt qeydinə və ya doğum haqqında şəhadətnaməyə əsasən yazılır. Ana atalıq müəyyən edilənədək nikah bağladıqda, atalığın müəyyən edilməsi haqqında akt qeydinin qeydlər üçün müəyyən olunmuş qrafasında nikahın bağlanması haqqında akt qeydinin nömrəsi və tarixi, ananın soyadı barədə məlumatlar göstərilir. - 6.19. Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. Beləliklə, istinad olunan normalardan müəyyən olunur ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Sonradan atalıq müəyyən edildikdə, atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edilir və doğum haqqında yeni şəhadətnamə verilir. İşin yuxarıda istinad edilən hallarından görünür ki, D.Mövsümovun doğumu barədə akt qeydi tərtib edilərkən anası O.Mövsümova nikahı olmayan ana olduğundan doğum haqqında akt qeydində uşağın atasının soyadının əvəzinə ananın soyadı, atasının adı kimi isə ananın göstərişinə əsasən babasının adı yazılmışdır. Sonradan 2014-cü ildə O.Mövsümova nikaha daxil olduqdan sonra əri E.Mövsümovun D.Mövsümovun atası kimi müəyyən olunması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, nəticədə atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilərək buna uyğun olaraq D.Mövsümovun doğum haqqında akt qeydinə düzəliş edilmişdir. İddiaçı hazırda bu akt qeydlərinin ləğv edilməsini və onun D.Mövsümovun atası kimi qeyd aparılmaqla doğum haqqında yeni şəhadətnamə verilməsini xahiş edir, lakin işdə onun atalığının müəyyən edilməsi haqqında akt qeydi mövcud deyil. Belə olan halda aydındır ki, ilk əvvəl İddiaçı X7 atası olması ilə bağlı atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilməlidir. Yanlız bundan sonra D.Mövsümovun doğum haqqında akt qeydinə müvafiq düzəliş edilə (bunun üçün doğum haqqında akt qeydinin ləğvinə ehtiyac yoxdur) və iddiaçının onun atası olması barədə qeyd yazılmaqla doğum haqqında yeni şəhadətnamə verilə bilər. Hazırkı halda belə bir qeydin tərtibi isə yalnız bu barədə müvafiq məhkəmə qətnaməsi mövcud olduqda mümkündür. Çünki yuxarıda da qeyd edildiyi kimi, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 6.14-cü bəndində konkret olaraq göstərilmişdir ki, uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. Hazırkı halda D.Mövsümovun doğum haqqında akt qeydində ata haqqında məlumat atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən yazıldığından, aydındır ki, həmin qeydin dəyişdirilməsi üçün məhkəmə qərarı olmalıdır. Ailə Məcəlləsinin 45.1-ci maddəsində də göstərilmişdir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Deməli, iddiaçı hazırda çatmaq istədiyi məqsədə nail olmaq üçün iddia icraatı qaydasında atalığın müəyyən edilməsi və akt qeydinin ləğv olunması barədə tələblə müvafiq ümumi məhkəməyə müraciət etməli, yalnız həmin məhkəmə icraatı çərçivəsində qərar qəbul edildikən sonra qeydiyyat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, göstərilənlərə əsasən akt qeydlərinin ləğvinin mülki mühakimə icraatı qaydasında qəbul edilən məhkəmə qətnaməsi əsasında mümkün olması, atalıq müəyyən edilmədən iddiaçının D.Mövsümovun atası olması barədə doğum haqqında akt qeydinə düzəliş edilməsi və yeni şəhadətnamə verilməsinin mümkünsüz olması, bu məsələlərin isə mülki mühakimə icraatının predmeti olması səbəbindən məhkəmə hesab edir ki, hazırkı iddia mümkünsüz iddiadır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar