Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8798/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsinin rəisinin 1-ci müavini Araz Kərimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********8249 №-li “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar kimi qadın geyimlərinin pərakəndə satışı ilə məşğul olmaqla qadın geyim mağazası işlədir. Vergi xidməti əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq 1000 manat məbləğində məsuliyyətə cəlb edilmək barədə qərar qəbul edilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsinin rəisinin 1-ci müavini vəzifəsini müvəqqəti icra edən, baş idarəsinin rəis müavini Vüqar Qurbanov tərəfindən “X12nin həyata keçirilməsi" haqqında xx.xx.2024-cü il tarixli. №**********9522 saylı qərar qəbul edilmişdir. Qərarda Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50.2.2-ci maddələri (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) əsas gətirilmiş, səbəb olaraq aparılan müşahidələr zamanı obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulması halları müşahidə edildiyi gösətriİmişdir. Müddət kimi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixləri, vergi nəzarətini həyata keçirəcək şəxslər isə X5. X10 olaraq qeyd edilmişdir. Həmin yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsinin rəisinin 1-ci müavini Araz Kərimov tərəfindən “X12nin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi” haqqında xx.xx.2025-ci il tarixli, №**********4195 saylı qərar qəbul edilmişdir. Həmin qərarla yoxlama aparılacaq şəxslər - X8 və X1 olaraq dəyişdirilmişdir. Yeni əlavə olunmuş vergi müfəttişlərinin adları da yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2024-cü il tarixdə imzalanmış sənədlə daxil edilmişdir. X8 və X1 tərəfindən xx.xx.2025-ci il tarixli, seriya DVX №046359 saylı “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” AKT tərtib edilmiş və aktda xx.xx.2025-ci il tarixdə saat 11:20-də OVN tədbiri zamanı müştəri tərəfindən alınmış 1 ədəd kapron corab üçün 6 manat nağd qaydada ödənişin olunduğu, lakin ödəniş müqabilində müştəriyə NKA çeki təqdim edilmədiyi qeyd edilmişdir. Həmin zaman iddiaçı mağazada olmadığındam onunla əlaqə saxlanılmış və qısa müddət ərzində buraya gəlməyi istənilmiş, lakin həmin müddətdə orada olmağı mümkünsüz olduğundan həmin akt iddiaçının iştirakı olmadan tərtib edilmiş və iddiaçı tərəfindən imzalanmamışdır. Baş İdarədən göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə xx.xx.2025-ci il tarixdə iddiaçı barəsində qəbul ediləcək qərar üzrə materiallara baxmağa çağırılmışdır. İddiaçı həmin tarixdə və qeyd edilən vaxtdan da öncə idarədə olmuş, buna baxmayaraq onun iştirakı təmin edilməmiş, telefonla əlaqə saxladıqda isə artıq qərarın qəbul edildiyi bildirilmişdir. Beləliklə iddiaçı barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsinin rəisinin 1-ci müavini Araz Kərimov tərəfindən xx.xx.2025-ci il tarixli. **********8249 №-li “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar qəbul edilmişdir. Qərara əsasən Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2025-ci il tarixədək 1000 manat məbləğin bıidəcəyə ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. Qərarla birlikdə həmin vəsaitin hesaba ödənilməsi barədə Tələbnamə də göndərilmişdir. Həmçinin hesaba sərəncam qoyulmuşdur.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edilir: Uçot-baza məlumatına əsasən fərdi sahibkarın xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyətinin "qadın geyimlərinin pərakəndə satışı”ndan ibarət olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsinin (bundan sonra - Baş idarə) "X12nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9522 nömrəli qərarına əsasən vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski pr. 887-ci məhəllə, mağaza22 ünvanında yerləşən obyektdə keçirilmiş X12 tədbiri obyektdə X12 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, xx.xx.2025- ci il tarixdə saat 11:20-də OVN tədbiri zamanı müştəri tərəfindən alınmış 1 ədəd kapron corab üçün 6,00 manat nağd qaydada ödəniş edilməsinə baxmayaraq, ödəniş müqabilində NKA çeki təqdim edilməmişdir. Araşdırma zamanı həmin məbləğin NKA-ya mədaxil olunmadığı müəyyən olunmuşdur. Yayındırılmış məbləğ saat 11:31-də 1244 nömrəli çeklə NKA-ya bərpa edilmişdir. "X” hesabatı çıxarılmış, bərpa zamanı NKA çekinin VM-nin 50.8-ci maddəsinin tələblərinə tam və düzgün cavab vermədiyi aşkar edilmişdir Faktla bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2025-ci il tarixli DVX seriyalı 046359 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydfalarına riayət olunması vəziyyəti haqqında” aktın tərtib edildiyi, aktın vergi ödəyicisinin OVN tədbirində iştirak etməməsi səbəbindən imzalanmadığı və bir nüsxəsinin qəbul edilmədiyi müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən xx.xx.2025-ci il tarixli **********8249 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2025-ci il tarixli **********267000 nömrəli məktubun vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna xx.xx.2025-ci il tarixdə göndərilmiş və tərəfindən xx.xx.2025-ci il tarixdə oxunmuşdur. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, "Müştəri qismində mağazaya daxil olmuş xanım əvvəlcə 100 manatlıq alış-veriş etmiş və buna dair NKA çeki ona təqdim olunmuşdur. Çeki aldıqdan sonra xanım əlində bir kapron götürmüş və onun qiymətini soruşmuşdur. Kapronun qiymətinin 7 manat olduğunu bildikdə kassirə 6 manat təqdim edərək onu gözləməsini, qalıq pulu gedib gətirəcəyini bildirmişdir. Məhz bu səbəbdən də həmin 6 manat NKA aparatına vurulmamış, çünki məhsulun dəyəri tam şəkildə ödənilməmişdir.” Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət sahəsində pul hesablasmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qosulmus nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ qeyd edilməlidir. İddiaçının iddia ərizəsində qeyd etdiklərindən də göründüyü kimi müştəri tərəfindən avans ödənişi edilsə də, kassa çeki təqdim edilməmiş və həmin avans məbləği kassa çekində əks olunmamışdır. Hansı ki, müştəri kimi 6 manat ödəniş edilib daha sonra 1 manat verilməsi halında ona yenə nəzarət kassa aparatının çeki təqdim edilməli, həmin 6 manat avans ödənişi kimi qeyd edilməli idi. Eyni zamanda bərpa çekindən də göründüyü kimi nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə tam şəkildə cavab vermir. İddiaçı iddia ərizəsində eyni zamanda qeyd etmişdir ki, "OVN tədbirini həyata keçirilən şəxslərin adları sonradan, yəni xx.xx.2025-ci il tarixli qərar ilə dəyişdirilsə də. həmin şəxslərin adları sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2024-cü il tarixdə imzalanmış sənədlə daxil edildiyi göstərilmişdir. Buradan belə çıxır ki, həmin reyestrə xx.xx.2024-cü il tarixdə bütün vergi müfəttişləri daxil edilir ki, sonradan kimsə əvəz olunsa qanunsuzluq yaranmasın. Lakin nəzərə alınmamışdır ki, 08.01,2025-ci il tarixli qərarla .yoxlama aparacaq şəxslərin - X8 və X1 olaraq müəyyən edilməsi xx.xx.2024-cii il tarixdə reyestrə daxili edilə bilməzdi. Edilibsə burada qanunsuzluq olduğu aşkardır.” İddiaçının arqumentləri tamamilə əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi "X12nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9522 nömrəli qərar xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmişdir. Daha sonra X12nin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4195 nömrəli qərara əsasən vergi orqanının əməkdaşlarından X5 və X10 yoxlamadan çıxarılmış, X8 və X1 yoxlamaya təyin edilmişdirlər. Çap tarixindən də göründüyü kimi dəyişiklik haqqında qərar reyestrə 50.8.4. ci il tarixdə daxil edilmişdir. Sənədin elektron imzalanma tarixində isə xx.xx.2024-cü il tarixinin qeyd olunması X12nin həyata keçirilməsi haqqında qərarın xx.xx.2024- cü il tarixdə imzalanması ilə əlaqədardır ki, burada hər hansı qanunsuzluqdan söhbət gedə bilməz. İddiaçının digər əsaslandırması isə ondan ibarətdir ki, "Cavabdehin X12nin həyata keçirilməsi haqqında qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilmədiyindən, beləliklə də cavabdeh X12nin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmadığından, aparılmış operativ vergi yoxlaması və yoxlama nəticəsində qəbul edilmiş qərar əsassız və qanunsuz hesab edilməlidir.” Qeyd olunanın əksinə bildiririk ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən X12nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Vergi Məcəlləsinin 50.2.2-ci madəsində qeyd olunan mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar deyildikdə hansı məlumatların nəzərdə tutulması Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər X12nin həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olduqda, o cümlədən aşağıda qeyd olunanlarə əhatə edir. 1) vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. 2) sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən X12nin əhatə etdiyi məsələlər barədə qanunvericiliyin pozulmasına dair vergi orqanlarının kifayət qədər əsası olduqda. İddia ərizəsində qeyd olunanın əksinə xx.xx.2024-cü il tarixli "X12nin həyata keçirilməsi haqqında” qərar əsaslandırılmışdır. Belə ki, iş materialına əlavə edilmiş qərardan da göründüyü kimi qərarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50.2.2-ci maddələri əsas tutulmuş (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) və OVN tədbirinin keçirilmə səbəbi kimi qeyd edilmişdir ki, aparılan müşahidələr zamanı obyektdə nağd pul hesablaşmaları qaydalarının pozulması halları müşahidə edilmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində qeyd etmişdir ki, "Qəbul edilmiş qərar Vergi Məcəlləsində müəyyən edilmiş 10 günlük müddət ötürülməklə qəbul edilmişdir. Belə ki, operativ vergi yoxlaması xx.xx.2025-ci il tarixdə aparılmasına baxmayaraq, müvafiq qərar xx.xx.2025-ci il tarixdə yəni yoxlamadan 38 gün sonra qəbul edilmişdir ki, bu da qeyd olunan qərarın ləğv edilməsi üçün mütləq əsas təşkil etməkdədir.” Qeyd olunanların əksinə bildiririk ki, vergi orqanı tərəfindən qərar qəbul edilərkən heç bir prosessual müddət pozulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi vergi ödəyicisinin OVN tdbirində iştirak etməməsi səbəbindən akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Bu səbəbdən də qanunvericiliyin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən qərarın qəbul edilməsi üçün maksimum müddət 30+15+10=55 gün olmuşdur. Vergi orqanı tərəfindən OVN tədbiri xx.xx.2025-ci il tarixdə keçirildiyindən və məsuliyyət qərarı isə xx.xx.2025-ci il tarixində çıxarıldığından heç bir prosessual pozuntudan söhbət gedə bilməz. Göründüyü kimi vergi orqanı tərəfindən OVN tədbiri tamamilə qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş və vergi ödəyicisi sadəcə ümumi ifadələrdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.37-ci bəndinə görə satılan malın pulu ödənilərkən, istehlakçıya malın satıldığını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş qəbz, kassa çeki və ya digər yazılı sənəd verilməlidir. Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarətkassa aparatlarının istismarı Qaydaları”nın 2.3.3-cü bəndinə görə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.9-cu maddəsinə görə lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X12ni keçirmək hüququ vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. X12nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********9522 nömrəli Qərara əsasən İddiaçı (VÖEN **********) məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025-ci il tarixi daxil olmaqla) 2-ci dərəcəli müfəttiş X6 və kiçik vergi xidməti müşaviri X11 tərəfindən X12 həyata keçirilməsi qərara alınmışdır.
5. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY242263000 nömrəli Çıxarışa əsasən İddiaçı məxsus AZ1110 ünvan 2 ünvanda yerləşən qadın geyim mağazasında xx.xx.2024-xx.xx.2025-ci il tarixlərində plandankənar (növbədənkənar) X12 həyata keçirilməsi qərara alınmışdır.
6. X12nin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4195 nömrəli Qərara əsasən 2-ci dərəcəli müfəttiş X6 və kiçik vergi xidməti müşaviri X11 yoxlamadan çıxarılmış, X9 və X2 yoxlamaya təyin edilmişdirlər.
7. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY242263000 nömrəli Çıxarışa əsasən İddiaçı məxsus AZ1110 ünvan 2 ünvanda yerləşən qadın geyim mağazasında xx.xx.2024-xx.xx.2025-ci il tarixlərində plandankənar (növbədənkənar) X12 həyata keçirilməsi qərara alınmışdır.
8. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2025-ci il tarixli, DVX 046359 seriya nömrəli Akta əsasən xx.xx.2025-ci il tarixdə saat 11:20-də OVN tədbiri zamanı müştəri tərəfindən alınmış (1 ədəd kapron corab) üçün 6.00 manat nağd qaydada ödəniş olundu, lakin ödəniş müqabilində müştəriyə NKA çeki təqdim edilmədi. Araşdırma zamanı həmin məbləğin NKA-ya mədaxil olunmadığı vergi orqanı tərəfindən aşkar olunmuşdur. Yayındırılmış məbləğ saat 11:31-də 1244 №-li çeklə NKA-ya bərpa edildi, “X” hesabatı çıxarıldı. Bərpa zamanı NKA çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsinə tam və düzgün cavab vermədiyi aşkar olundu. NKA çeki akta əlavə olundu.
9. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********8249 nömrəli Qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir, xx.xx.2025-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
14. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
15. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
16. Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X12ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. X12 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. X12nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; ...50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş);... 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
17. “X12nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9522 nömrəli Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən İddiaçı (VÖEN: **********) məxsus obyektdə (AZ1110 ünvan 2 ünvanda yerləşən qadın geyim mağazasında) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025-ci il tarixi daxil olmaqla) X12 həyata keçirilməsi qərara alınmışdır.
18. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********8249 nömrəli Qərara əsasən İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
19. Cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********8249 nömrəli Qərarın qəbul edilməsi üçün əsas olaraq qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:20-də OVN tədbiri zamanı müştəri tərəfindən alınmış (1 ədəd kapron corab) üçün 6.00 manat nağd qaydada ödəniş olunmuş, lakin ödəniş müqabilində müştəriyə NKA çeki təqdim edilməmişdir. Araşdırma zamanı həmin məbləğin NKA-ya mədaxil olunmadığı vergi orqanı tərəfindən aşkar olunmuşdur. Yayındırılmış məbləğ saat 11:31-də 1244 №-li çeklə NKA-ya bərpa edilmiş, “X” hesabatı çıxarılmışdır. Bərpa zamanı NKA çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsinə tam və düzgün cavab vermədiyi aşkar olunmuşdur. NKA çeki akta əlavə olunmuşdur.
20. Məhkəmə vergi orqanı tərəfindən həyata keçirilmiş X12 tədbirinə dair video-görüntüləri nəzərdən keçirərək müəyyən edir ki, İddiaçı tərəfindən mal satışı həyata keçirilmiş, istehlakçı tərəfindən ödəniş həyata keçirilmiş, buna baxmayaraq ödənilmiş məbləğ - avans ödənişinə dair çek ödəyici tərəfindən istehlakçıya təqdim edilməmişdir.
21. Məhkəmə xüsusilə qeyd edir ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli Qərarına əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən olunmuşdur.
22. Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli Qərarı: 1.3. NKA-nın istismarında, o cümlədən uçotu və servis texniki xidmətində iştirak edən subyektlərə aşağıdakılar aiddir: 1.3.1. NKA-nın operatorları (bundan sonra – Operator); 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi);... 1.3.3. Vergilər Nazirliyi tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs; 1.3.4. Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyası (bundan sonra – Komissiya); 1.3.5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Nazirlik); 1.3.6. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik). 1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları vergi orqanında uçota alınmış NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi; 8.3. İstifadəçinin vəzifələri: 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;
23. Məhkəmə eyni zamanda nəzərə alır ki, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2025-ci il tarixli, DVX 046359 seriya nömrəli Akta əsasən İddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təqvim ili ərzində birinci dəfə pozulduğu müəyyən edilmişdir. Odur ki, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə istinad olunaraq 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.
24. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
25. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
26. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsi) həmin qərarın (Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4566 nömrəli qərarı) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, İddiaçı küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva