Məhkəmə qərarları › İş №2-1(112)-88/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-88/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-88/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimiQarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi iddiaçı X1 iddiaçının vəkili Nümayəndə cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “əmrlərin ləğv edilməsi barədə» iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2-1(81)- 1214/2019 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli, 2-1(103)-918/2019 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2-1(81)-1214/2019 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2134/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2019-cu il tarixli, 2-1(103)- 918/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və kassasiya şikayəti təmin olunmamışdır. Geri qaytarılmış iş materialları xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə 2-1(112)-104/2020 nömrəsi altında icraatıma verilmişdir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamenti Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki,iddiaçı 2004-cü ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 9-cu zona üzrə şöbədə böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş vəzifəsində işləmişdir. İddiaçının əmək funksiyası və gördüyü işin xarakteri Azərbaycan Respublikasının vergilər nazirinin 2 may 2017-ci il tarixli **********596700 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinin Əsasnaməsinin 7.41 -ci bəndində sadalanmışdır.İddiaçının əmək fəaliyyəti dövründə barəsində intizam tənbehinin tətbiq edilib-edilməməsi barədə məlumatın verilməsi, əgər hər hansı intizam tənbehi tətbiq edilibsə, əmrin surətinin təqdim edilməsi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinə sorğu verilmişdir. Cavabdeh tərəfindən poçt vasitəsi ilə xx.xx.2019-cu il tarixdə daxil olmuş məktuba əsasən məlum olmuşdur ki, iddiaçıya xx.xx.2017-ci il tarixli **********305300 nömrəli və xx.xx.2017-ci il tarixli **********625800 nömrəli intizam tənbehi tədbirləri (qeyri-rəsmi) verilmişdir. Əvvəla qeyd edilməlidir ki, sözügedən əmrlər mövcud qaydalara uyğun tərtib olunmamışdır. Çünki əmr imzalanmamış və rəsmiləşməmişdir. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanının 24-cü bəndinə əsasən sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Belə olan halda sözügedən əmrlər təşkilat rəhbərinin imzası və təşkilatın gerbli möhürü ilə təsdiqlənməli idi. Amma bu qaydalara cavabdeh tərəfindən əməl olunmamışdır. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya sözügedən intizam tənbehi əmrləri rəsmi olaraq tanış edilmədiyindən iddiaçı onun barəsində tətbiq olunmuş həmin intizam tənbehi əmrlərini mübahisələndirmək imkanından məhrum olmuş və şikayət etmək hüququ məhdudlaşdırılmışdır. İddiaçı barəsində tətbiq olunmuş xx.xx.2017-ci il tarixli **********305300 nömrəli və xx.xx.2017-ci il tarixli **********625800 nömrəli intizam tənbehi əmrlərini qanunsuz və əsassız hesab edilir. Belə ki, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsidir. Əmək funksiyasının yerinə yetirilməməsi o halda təqsirli sayılır ki, işçinin əməlində qəsd və ya ehtiyatsızlıq olsun. İşçidən asılı olmayan səbəblərdən əmək funksiyasının yerinə yetirilməməsi intizam xətası sayıla bilməz. Bir çox hallar təsdiq edir ki, xx.xx.2017-ci il tarixli **********305300 nömrəli əmr formal mülahizələrə əsaslanaraq tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq ictaatına başlanmışdır. 16 mart 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətlə çıxış edərək bildirdi ki, iddiaçı öz ərizəsində sözügedən əmrlərdən xəbərsiz olduğunu, həmin əmrlərlə heç vaxt rəsmi şəkildə tanış olmadığını, yalnız inzibati orqana ünvanladığı rəsmi sorğuya verilmiş cavabdan sonra qeyd olunan əmrlər barəsində məlumat aldığını və beləliklə, öz hüquqlarını qorumaq hüquqlarından məhrum olduğunu bildirmişdir. İddiaçı tərəfindən qeyd edilən intizam tənbehi tədbirlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Belə ki, xidməti vəzifələrinin icrası zamanı iddiaçıya xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli əmrlərlə töhmət verilmişdir. İddiaçı barəsində qəbul edilmiş ona elan edilmiş, əmrlərlə tanış olmuş və onun tərəfindən araşdırmaların nəticələrindən narazı olması barədə aidiyyəti üzrə hər hansı müraciət edilməmişdir. İddiaçı qeyd edilən əmrlərdən xəbərsiz olduğunu, həmin əmrləri xx.xx.2019-cu il tarixdə əldə etdiyini bildirsə də, 15 və 18 oktyabr 2018-ci il tarixli ərizələrlə Vergilər Nazirliyinə müraciət etmiş və barəsində əsassız intizam tənbehi tədbirlərinin görülməsinin araşdırılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı ərizəsində qeyd etdiklərinin əksinə olaraq yuxarıda qeyd olunan əmrlərdən də, həmin əmrlərlə bağlı xidməti araşdırmaların gedişatında da vaxtında xəbərdar olmuş, həmin əmrləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, yalnız sonuncu inzibati aktın qəbul edildiyi tarixdən, yəni xx.xx.2017-ci ildən 1 il 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı müvafiq əmrin mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Nümayəndə izahatının sonunda qeyd etdiyi halların nəzərə alınaraq, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin olunmasını xahiş etdi. İddiaçının vəkili çıxışında bildirdi ki, cavabdeh tərəf iddiaçının barəsində qəbul edilmiş əmrlərdən xəbərdar olmasını bildirsə də, həmin əmrlərin surətləri iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddənin tələbindən də göründüyü kimi işçinin hüququnun pozulduğu gün işçiyə müvafiq əmrin verildiyi gündür. Qanunvericilikdə göstərilən sənədləri aldığı andan etibarən işçi öz hüquqlarının pozulması barədə məlumat alır və həmin andan başlayaraq onun məhkəməyə müraciət etmək üçün iddianın müddətinin axımı başlanır. İddiaçı müvafiq əmrləri xx.xx.2019-cu il tarixdə daxil olmuş məktuba əsasən əldə etdikdən sonra tanış olmuşdur. Başqa sözlə, müvafiq əmrlərin surətləri iddiaçıya rəsmi qaydada xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Vəkil çıxışının sonunda işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını, iddiaçının vəkilinin çıxışını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, tərəflərin izahatlarından və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, hazırkı iddianın qaldırılmasında əsas məqsəd xx.xx.2017-ci il tarixli, **********305300 saylı və xx.xx.2017-ci il tarixli, **********625800 saylı əmrlərin ləğv edilməsindən ibarətdir və yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə hazırki iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanuniliyi mübahisələndirilən əmrlərdən məhkəməyə şikayət verilməsi müddətinin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübutu iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında daxili işlər etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarında mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daimi mübahisələndirilməsinə zəmin yaradardı. Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktların qəbul olunmasından 1 ildən artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması ilə məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar