Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-880/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin səbəb əlaqəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.N3cü il tarixində aldığı “UİX gərginlik stenokardiyası İİİ f.s infaktdan sonrakı kardiosmroz QDY-İİ dərəcə diaqnozu ilə “Bərdə RMX xəstəxanasında phş polkilinika şöbəsinin kardioloq həkimində müalicədə və müayinədə aldığı travmanın “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N3-cü ildən Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissədə zabit kimi hərbi xidmətə daxil olmuş, hərbi xidmətini yerinə yetirərkən N3-cü ilin iyul ayının N8-də Qubadlı rayonunun Topağac yüksəkliyi uğrunda gedən döyüşlərdə Ermənistan ordusu tərəfindən atılan atəş nəticəsində bədən travması almışdır. Aldığı travmadan sonra döyüşçü yoldaşları tərəfindən ona yerində ilkin tibbi yardım göstərilmiş və oradan da birbaşa Qubadlı rayon mərkəzi xəstəxanasına təxliyyə olunmuşdur. Xəstəxanada ona infakt diaqnozu qoyulmuş, həmin xəstəxanada statisonar şəraitdə müalicə almışdır. xx.xx.N3-cü ildə Bərdə rayonuna qısa müddətli məzuniyyətə gəlmiş, xx.xx.N3-cü ildə Bərdə rayonunun mərkəzi xəstəxanasının poliklinikasının kardiologiya şöbəsində o “UİX gərginlik stenokardiyası İİİ f.s infaktdan sonrakı kardiosmroz QDY-İİ dərəcə” diaqnozu ilə Bərdə RMX-sı PHŞ-də polkilinika şöbəsinin kardioloq həkimi tərəfindən müalicə və müayinədə olmuşdur. Döyüşən ordunun tərkibində aldığı travmanın səbəb əlaqəsinin tibbi şəhadətləndirilməsi üçün xx.xx.2023-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasına müraciət etmiş, həmin komissiya tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Bərdə rayon şöbəsindən onun şəhadətləndirilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, Mərkəzi Hərbi Həkim Komissiyasi tərəfindən ona qarşı ədalətsizlik edilmiş, xəsarət aldığı şərait nəzərə alınmamışdır. Nəticədə ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”qərarı verilməli idi. İddiaçı “Hərbi Qulluqçuların Statusu” haqqında AR Qanununun N-ci maddəsinin 3-cü bəndində istinad edərək şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin-ekspert həkim sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyətin müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşdüyünü qeyd edərək, həmçinin “Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “a” bəndinə istinad edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçının iyun xx.xx.N3-cü il tarixində xidməti vəzifələrini yerinə yetirərkən aldığı travmanın səbəb-əlaqəsinin yenidən müəyyən edilərək ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.” qərarı verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, cavabdeh İddiaçı iddia tələbi əsassızdır. İddiaçı iddia ərizəsində aldığı travmanın səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamani alınmışdır” kimi təyin edilməsini xahiş etmişdir. Araşdırmanın nəticəsi kimi İddiaçı aid təqdim olunan sənədlər arasında vətəndaşın hərbi xidmət dövründə stasionar müayinə və müalicədə olmasına dair çıxarış epikrizi olmadığı üçün onun xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır. Təqdim olunan sənədlər arasında tibbi sənədlərdən yalnız ambulator kitabça vardır. Bu isə vətəndaşın xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyini üçün əsas götürülə bilməz. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın” N0- N2-ci maddələrinə əsasən MN MHHK-sı Azərbaycan Respublikasında Hərbi həkim ekspertizasına metodik rəhbərlik həyata keçirir. MN MHHK xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.N-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.N.-7.3cü maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.N-ci maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.4-cü maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.N4-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Vətəndaş İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi tələbi cavabdeh inzibatı orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. Yuxarıda qeyd olunanlara görə cavabdeh hesab edir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbi əsassızdır və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA4598087 saylı şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı xx.xx.N96N-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 2A, mənzil 33-də qeydiyyatdadır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə ünvanlanmış N4 fevral 2023-cü il tarixli, 276 nömrəli məktubdan görünür ki, sonuncunun xx.xx.2023-ci il tarixli 3-43-9/2-N29/2023 nömrəli göndərişi və vətəndaş İddiaçı aid sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmış, nəticədə İddiaçı aid təqdim olunan sənədlər arasında vətəndaşın hərbi xidmət dövründə stasionar müayinəyə müalicədə olmasına dair çıxarış epikrizinin olmadığı üçün onun xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini təyin etməyin mümkün olmadığı, təqdim olunan sənədlər arasında tibbi sənədlərdən yalnız ambulator kitabçanın olduğu, bunun isə vətəndaşın xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyini üçün əsas götürülə bilmədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası TƏBİB Bərdə Rayon Mərkəzi X2 Şəxsin xx.xx.2023-cü il tarixli, N659 nömrəli arayışından görünür ki, xx.xx.N980-ci ildə 32093 nömrəli açılmış ambulator tibb kitabçasında İddiaçı xx.xx.N3-cü ildə “ÜİX gərginlik stenokardiyası İİİ f.s. infarktdan sonra kardiosmroz QDY-İİ dərəcə” diaqnozu ilə Bərdə RMX-nin poliklinika şöbəsinin kardioloq həkimində müalicə və müayinədə olub. Əsas: N6/İİİ N980-ci il 32093 xəstənin ambulator kitabçası. xx.xx.2023-cü il tarixdə kardioloqun müayinəsində olmuş, kardioloq xəstəliyi təsdiq edir. -Qubadlı rayon Hərbi Komisarlığı tərəfindən verilmiş ZE ******* №li hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.2000-ci il tarixə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanasi” X4 tərəfindən iddiaçıya eyni məzmunlu N0 may 2023-cü il tarixli 5249 saylı Arayış da verilmişdir. Əsas hissəsində əlavə olaraq xəstənin xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə kardioloqun müalicəsində olduğu qeydi aparılaraq məhkəməyə təqdim etmək üçün müalicə həkimi və poliklinikanın şöbə müdiri tərəfindn təsdiq edilmişdir. -SHXÇDX tərəfidən verilən 30 yanvar 2023-cü il tarixli 3 nömrəli Arayışdan görünür ki, arayış xx.xx.N96N-ci il təvəllüdlü istefada olan kiçik-leytenant İddiaçı ondan ötrü verilmişdir ki, o, xx.xx.N98N-ci il tarixdən xx.xx.N983-cü il tarixədək keçmiş SSRİ Silahli Qüvvələrində xidmət keçmişdir. xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Qubadlı və Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2 nömrəli hərbi səhra cərrahiyyə hospitalında xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək “Sağ baldırın ön səthinin orta kor qəlpə yaralanması” diaqnozuna görə ambulator və stasionar müalicə almışdır. xx.xx.N3-cü il tarixdə Bərdə rayon Mərkəzi Xəstəxanasında “Gərginlik stenokardiyası İİİ f.s. İnfaktdan sonrakı kardioskleroz-ll dərəcə" diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargah rəisinin xx.xx.N3-cü il tarixli Əmrinə müvafiq olaraq N8-ci maddənin “G" bəndinə əsasən (ailə vəziyyətinə görə)xx.xx.N3-cü il tarixli 278 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.20N6-cı il tarixdə istefaya kfeçirilmişdir. Əsas: N. Hərbi bilet ГP № 053664; 2.Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 9/2- 207N nömrəli arxiv arayışı; 3. Ambulator xəstənin fərdi vərəqəsi. Arayış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına təqdim etmək üçün verilir. -Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 2N saylı Tibbi sosial Ekspert Komissiyası tərəfindən verilmiş 23 uyun 20N6-cı il tarixli xxxxxxx0004 nömrəli TSEK alt sistemi məlumatlarından görünür ki, İddiaçı mina partlaması nəticəsində sağ qoltuqaltı nayihənin, sal baldırın yaralanmasından sonra kobud keloid çapıq toxuması. Sağ bazu oynağının kontrakturası.UİX-yi infarktdan sonrakı kardiosmroz gərginlik stenokardiyası İİİ f.s QDÇ-İİ dərəcə sağ yuxarı bə aşağı ətrafın funksiyasının əhəmiyyətli dərəcədə pozulması diqnozu ilə Azərbaycan Respubikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında İddiaçı əlilliyin təyin olunmasına əsas olan sənədlərin (tarixi, müddəti, dərəcəsi, səbəbləri göstərilməklə) təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən altsistem məlumatları göndərilmiş, əlavə olaraq vətəndaşın əlillik vəziyyəti haqqında məktubda aşağıdakılar qeyd edilmişdir: “Bakı şəhər sakini İddiaçı xx.xx.2006-cı il tarixində ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2007-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşın əlillik vəziyyəti xx.xx.20N4-cü il tarixində yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.20N6-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.202N-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildiririk ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.202Nci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AATNR nömrəli göndərişi əsasında xx.xx.202N-ci il tarixində elektron qiymətləndirilmiş və xəstənin diaqnozu ilə əlaqədar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ixtisaslaşmış müayinə və tibbi rəy məsləhət görüldüyündən natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAUMR nömrəli göndərişi və müraciəti əsasında xx.xx.202N-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N5-ci il tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında İddiaçı barəsində xx.xx.2009-cu il tarixli N586 nömrəli Qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən göndərilən istinad edilən qərarda aşağıdakılar qeyd olunmuşdur: “Bərdə RHK tərəfindən N3-cü ildə hərbi xidmətə çağırılmağı, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N3-cü ildə aldığı, xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilə kimi 2 saylı hərbi-səhra cərrahiyyə hospitalında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: «Sağ baldırın ön səthinin orta N/3-nin kor qəlpə yaralanması» və xx.xx.2009-cu ildə Silhlı Qüvvələri Məhkəmə XN Mərkəzində məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: “Mərmi partlaması nəticəsində yaranmış qəlpələrin təsirindən yaranmış sağ baldırın ön səthinin aşağı, orta və yuxarı N/3-nin, sağ qoltuqaltı çuxurun və başın təpə nahiyyəsinin çapıq toxumaları” (Bərdə RHK-nın xx.xx.2009-cu il tarixli 782 saylı məhkəmə-tibbi müayinə aktı, 2 saylı hərbi-səhra cərrahiyə hospitalınan verilmiş N3-cü il tarixli 5N2 nömrəli arayış ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Əsas: Azərbaycan Respublkası Nazirlər Kabinetinin 29.0.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2.maddəsinin a) bəndi. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxi İdarəsi tərəfindən vrilmiş N9 fevral 20N9-cu il tarixli ***-**** nömrəli arxiv arayışında aşağıdakılar qeyd edilmişdir: “Verilir, İddiaçı ondan ötrü ki, N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N6 №-li əmrilə (əsas: səh-N2, sıra-N8, əmrdə hərbi rütbəsi baş çavuş yazılmışdır) baş çavuş İddiaçı müvəqqəti olaraq N №-li hərbi hissədə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N dekabr N2-ci il tarixli 33 №-li əmrilə (əsas: §-N, sıra-3, əmrdə hərbi rütbəsi leytenant yazılmışdır) leytenant İddiaçı nümunəvi hərbi xidmətinə görə 08.N2.92-NN.N2.92-ci il tarixə qədər qısamüddətli məzuniyyətə göndərilmişdir. Qubadlı RHK-dan toplanışa çağırılmış, İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 fevral N3-cü il tarixli 85 №-li əmrilə (əsas: səh-N5, §-5, sıra-NN, əmrdə hərbi rütbəsi qeyd olunmamışdır) bütun növ təminatlarla təmin olunaraq əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. Ehtiyatda olan əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin 3N may N3-cü il tarixli N57 №-li əmrilə (əsas: §-2, sıra-2) şəxsi heyətin siyahıaına, bütün növ təminatlara daxil edilərək, “kiçik leytenant" hərbi rütbəsi verilməklə tağım komandiri təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N0 oktyabr N3-cü ıl tarixli 240 №-li əmrilə (əsas: §-4, sıra-8, əmrdə hərbi rütbəsi kiçik leytenant yazılmışdır) kiçik leytenant İddiaçı N0.N0.93-N5.N0.93-cü il tarixə qədər qısamüddətli məzuniyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N2 oktyabr N3-cü il tarixli 242 №-li əmrilə (əsas: §-N, sıra-43, əmrdə hərbi rütbəsi kiçik leytenant yazılmışdır) kiçik leytenant İddiaçı ailə vəziyəti ilə əlaqədar olaraq maddi yardım verilmişdir. Müdafiə Nazirliyi Bas Qərargah rəisinin N5.NN.93-cü il tarixli əmrinə müvafiq olaraq N8-ci maddənin “G” bəndinə əsasən (ailə vəziyyətinə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduğu üçun tabur komandiri kiçik leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N3-cü il tarixli 278 №-li əmrilə (əsas: səh-2N, §-5, sıra-5. əmrdə hərbi rütbəsi kiçik leytenant yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, lazımi sənədlərlə təmin olunaraq qeydiyyata düşmək üçün Bərdə RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N yanvar N4-cü il tarixli 307 №-li əmrilə (əsas: səh-7, §-NN, sıra-N2, əmrdə hərbi rütbəsi kiçik leytenant yazılmışdır) tağım komandiri kiçik leytenant İddiaçı N3-cü ilin yekununa görə N00 (yüz) faiz əmək haqqı ödənilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin N-ci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: -N.N-ci bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. -N.5-ci bəndinə əsasən, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. -5.N-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. -7.N-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. -7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N4-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. -7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin N.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. -7.5-ci maddəsinə əsasən, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin N.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin etməkdir. Həmçinin göründüyü kimi, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin səbəb əlaqəsini qiyabi (sənədlər üzrə) əsaslarla təyin edilməsi üçün vətəndaşın hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilməsi və ya müalicə almış olması, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olması, vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələrinin olması ilə şərtləndirmişdir. Hazırkı halda işin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.N2-xx.xx.N3-cü iltarixlərdə N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi və iddiaçının hərbi xidmət dövründə Bərdə Rayon Mərkəzi Xəstəxanasında “ÜİX gərginlik stenokardiyası İİİ f.s. infarktdan sonra kardiosmroz QDY-İİ dərəcə” diaqnozu ilə xx.xx.N3-cü il tarixdə müalicədə olduğu mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə yükü daşıyan cavabdeh AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası mövqeyini iddiaçının sənədləri arasında onun hərbi xidmət dövründə stasionar müayinə və müalicədə olmasına dair epikrizin olmadığı üçün onun xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini təyin edilməsinin mümkün olmadığı, iddiaçının təqdim etdiyi sənədlər arasında xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin təyini üçün əsas verməyən yalnız ambulator kitabçanın olması ilə əsaslandırmışdır. Lakin istinad olunan müddaəlardan görünür ki, qanunverici hərbi xidmət dövründə xəstəliyin səbəb əlaqəsinin müəyyən edilməsi üçün şəxsin hərbi xidmət dövründə müalicədə olması ilə şərtləndirmiş, həmin müalicənin ambulator, yaxud stasionar qaydada həyata keçirilməli olmasını konkret müəyyən etməmişdir. Bu isə onu deməyə əsas verir ki, vətəndaşın hərbi xidmət dövründə müalicə almış olması xəstəliklərin səbəb əlaqəsini qiyabi (sənədlər üzrə) müəyyən etmək mümkündür. Həmçinin, iddiaçının xəstəliyinin onun hərbi xidmət dövründə yaranmasının (mövcud olmasının) müəyyən edilməsi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: N. xx.xx.N96N-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.
2. xx.xx.N96N-ci il təvəllüdlü İddiaçı Bərdə rayon Mərkəzi xəstəxanasında açılmış xx.xx.N980-ci il tarixli, 32093 nömrəli ambulator tibbi kitabçasında xx.xx.N3-cü il tarixdə müayinəsi nəticəsində qoyulmuş “UİX gərginlik stenokardiyası İİİ f.s infarktdan sonrakı kardiosmroz QDY-İİ dərəcə diaqnozunun” N iyul N2-ci ildən N5 noyabr N3-cü il tarixləri arasında, yaxud həmin dövrə qədər yarandığı müəyyən edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T 804/2023 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, N96N-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: N. Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə MN Baş Klinik Hospitalında kardioloq tərəfindən “ÜİX; Sol mədəciyin ön divarının ST elevasiyalı miokard infarktından sonrakı kardioskleroz. Koronar Aorta tac damarlarının atereslerozu, aterosklerotik kardioskleroz. Ürəyin keçirici sisteminin Hiss dəsdəsinin sağ ayaqcığının tam blokadası tipli pozulması. Ü.Ç-İ İİ (üçüncü) f.s. Hipertoniya xəstəliyi İİ (ikinci) mərhələ..” Diaqnozu müəyyən edilmişdir.
2. İddiaçı adına Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında tərtib edilmiş ambulator xəstənin fərdi vərəqəsindən görünür ki, o, xx.xx.N3-cü il tarixdə müraciət etmiş və ona “ÜİX Gərginlik stenokardiyası İİİ f.s. İnfarktdan sonrakı kardioskleroz. Ü.D.Ç- İ dərəcə.” diaqnozu qoyulduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının “ÜİX Gərginlik stenokardiyası İİİ f.s. İnfarktdan sonrakı kardioskleroz. Ü.D.Ç- İ dərəcə.” xəstəliyinin onun hərbi xidmətdə olduğu dövrdə yaranması ekspert rəyi ilə də təkzib edilməmişdir. Məhkəmə ekspertin rəyinin əsaslılığına şübhə yaradan hər hansı hal müəyyən etmədiyindən həmin rəyi mötəbər sübut kimi qəbul edir və iddiaçının hərbi xidmət dövründəki tibbi müayinə sənədləri ilə aşkar olunan məlumatlara, o cümlədən, məhkəmə tibbi ekspertizası rəyində gəlinmiş nəticələrə inandırıcı yanaşır. Belə olan halda isə iddiaçının mübahisələndirilən həmin xəstəliyi “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “a” yarımbəndində təsbit olunan meyarlara uyğun gəlir. İPM-in 73.N-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati orqanın diskresion səlahiyyətlərinin qanunauyğun tətbiq edilməməsi ilə (tətbiq edilməsindən imtina ilə) bağlıdır və məhkəmə araşdırmasının nəticəsinə görə konkret qərarın qəbul edilməsi mümkündür. Göstəilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının təqdim etdiyi sənədlər, habelə işin məhkəmə araşdırması zamanı təqdim olunmuş ekspert rəyi hərbihəkim komissiyası tərəfindən iddiaçının “UİX gərginlik stenokardiyası İİİ f.s infarktdan sonrakı kardiosmroz QDY-İİ dərəcə diaqnozu” xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsini mümkün edir. Cavabdehin inzibati aktın qəbulundan imtina etməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməlidir. İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun N7.N-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.N-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.N-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı hərbi xidmətdə olduğu dövrdə yaranmış “UİX gərginlik stenokardiyası İİİ f.s infarktdan sonrakı kardiosmroz QDY-İİ dərəcə diaqnozu” xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov