Məhkəmə qərarları › İş №2-1(112)-8800/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8800/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8800/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ HakimAbdullayeva Aygün Abdulla qızınınsədrliyi, MəhkəməiclaskatibiHəsənli X4katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65 yaşı tamam olduğuna görə, ona xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Onun bu müraciətinə cavabdeh imtina ilə cavab vermişdir. Bildirir ki, 31 mart 2022-ci il tarixli imtina məktubunu o, xx.xx.2022-ci il tarixində əldə etmişdir. Qeyd edir ki, cavabdeh inzibati orqan öz imtinasında bildirmişdir ki, onun yaşa görə əmək pensiyası almaq üçün yetərli sosial sığorta stajı yoxdur. Cavabdeh məktubunda yazır ki, onun 22 il 24 gün sosial sığorta stajı vardır. Məhkəməyə bildirir ki, bu doğru deyildir və onun sosial sığorta stajı qanunla tələb olunan müddətdən artıqdır. Bunu onun əmək kitabçası sübuta yetirir. Odur ki, belə hesab edir ki, cavabdeh orqan tərəfindən onun sosial sığorta stajı hesablanarkən bilərəkdən, yaxud bilməyərəkdən düzgün hesablanmama həyata keçirilmiş və çalışdığı bəzi illər hesaba alınmamışdır. Hansı illərin hesablanmaması cavabdeh inzibati orqan tərəfindən qeyd edilməmiş və buna müvafiq əsaslandırma verilməmişdir. Bildirir ki, təhsil müddəti, hərbi xidmət illəri və əmək kitabçası üzrə olan işlədiyi illər nəzərə alındıqda 33 il 7 ay 19 gün sosial sığorta stajı olduğu görünür. Cavabdehin imtinasında olan digər uyğunsuzluq isə belədir ki, araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli № 40N-10/3-191 saylı əmək haqqı cədvəlinə əsasən əmək kitabçasında xx.xx.1978-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək qeyd olunmuş Tunel Tikinti İdarəsində ona xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 6 il 8 ay əmək haqqı ödənilmişdir. O, əmək fəaliyyətini 2004-cü il tarixində dayandırmışdır. Necə ola bilər ki, onun adına 2022-ci il tarixli əməkhaqqı cədvəli olsun. Bildirir ki, hazırda onun 65 yaşı vardır (təvəllüdü - xx.xx.1957). Bundan əlavə olaraq məhkəməyə bildirir ki, "xxxx" QSC-də işlədiyi dövr üzrə hər zaman əmək haqqı almışdır. Cavabdeh qeyd edir ki, xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək müəyyən müddət əmək haqqı ödənilməmişdir, lakin imtina məktubunda açıqlama vermir və bundan əlavə olaraq imtina məktubunda qeyd edilən “Bakı Metropoliteni" QSC-nin xx.xx.2022-ci il tarixli № 40N-10/3-191 saylı əmək haqqı cədvəlin surətini sübut kimi qeyd etməsinə baxmayaraq imtina mktubunun qoşma sənədlərinə qeyd olunan cədvəli əlavə etməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək göstərmişdir ki, imtina qanuni və əsaslı olmduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmaqla qanunvericiliklə müəyyən edilmiş yaş həddi xx.xx.2022-ci il tarixdə tamamlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli məktubla Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək kitabçasında qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin araşdırlması zərurətinin olması bildirilmişdir. Daha sonra araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, № 40N-10/3-191 saylı əməkhaqqı cədvəlinə əsasən əmək kitabçasında xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixədək qeyd olunmuş Tunel Tikinti İdarəsində iddiaçıya xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək cəmi 6 il 8 ay əmək haqqı ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən sözügedən dövr üzrə (xx.xx.1992-xx.xx.2004-cü il) İddiaçıa əmək haqqı ödənilməyən dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanununla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanan müraciətin araşdırılması zamanı "xxxx" QSC-yə verilən sorğuya cavab olaraq əldə edilən xx.xx.2022ci il tarixli, 40N-10/3-191 saylı əmək haqqı cədvəlinə əsasən iddiaçının əmək kitabçasında xx.xx.1978-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək qeyd olunmuş Tunel Tikinti İdrəsində ona xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixədək 6 il 8 ay əməkhaqqı ödənildiyi müəyyən edilmişdir. Belə ki, təqdim edilən cədvəldə iddiaçıya ödənilən əməkhaqqı aylar, illər üzrə aşağıdakı kimidir: 1) xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 1992- 1995-ci illər; 2) 1996-cı ilin İ-İİİ ayları; 3) 1997-ci ilin İ-V, İX, Xİ-Xİİ ayları; 4) 1998-ci ilin İ ayı; 5) 1999-cu ilin İİİ, Vİİ, İX, Xİİ ayları; 6) 2000-ci ilin İİİ, Vİ-Vİİ, İX, Xİİ ayları; 7) 2001-ci ilin X, Xİİ ayları; 8) 2002-ci ilin İV-İX, Xİİ ayları; 9) 2003-cü ilin Xİ-Xİİ ayları üzrə ümumilikdə 6 il 8ay. Əlavə olaraq iddiaçı məhkəmə icraatının gedişi zamanı təqdim etdiyi əmək kitabçası cavabdeh inzibati orqana müraicət zamanı təqdim edilmədiyindən müvafiq orqan tərəfindən qeyd edilən əmək kitabçasına münasibət bildirilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən qeyd olunan kitabçada olan dövrlərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 31 mart 2021-ci il tarixli, **********5 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı omayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1-1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi xx.xx.1978-ci il tarixli, ИТ-İ № ******* saylı əmək kitabçasına və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 22 il 24 gün təşkil edir ki, qanunla tələb olunan 25 ildən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirmişlər ki, xx.xx.1978-ci il tarixində adına tərtib olunmuş əmək kitabçasında qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, № 40N-10/3-191 saylı əmək haqqı cədvəlinə əsasən əmək kitabçasında xx.xx.1978-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək qeyd olunmuş Tunel Tikinti İdarəsində ona xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 6 il 8 ay əmək haqqı ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən sözügedən dövr üzrə (xx.xx.1992-xx.xx.2004-cü il) ona əmək haqqı ödənilməyən dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirmişlər ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddəyə əsasən ona xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sosial müavinət kartını əldə etmək üçün “Azərbaycan Beynəlxalq Bankı”nın Xətai rayon filialına müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan iddiaçıya məxsus НВ seriyalı, 972024 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş 1985ci ildə həmin institutda sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.1976-xx.xx.1978-ci illərdə Azərbaycan SSR Silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 12 may 1975 – 12 may 1978-ci illərdə Sovet Ordu sıralarından xidmət keçmiş, xx.xx.1978-ci ildə SmUT Baktunelstroy Trestinə 2-ci dərəcəli yardımçı fəhlə işinə qəbul olmuş, xx.xx.1980-ci il tarixdə 2-ci dərəcəli suvaqçı adı verilmiş, xx.xx.1980-ci il tarixdə 3-cü dərəcəli suvaqçı adı verilmiş, xx.xx.1983cü il tarixdə 2-ci dərəcəli izolyatorçu peşəsi adı verilmiş, Tikinti Nazirliyinin xx.xx.1983-cü il tarixli, 66 saylı əmrinə müvafiq olaraq SMU-771 adı Baktunelstroy TB 28-nə dəyişdirilib, 4cü dərəcəli suvaqçı adı verilib. xx.xx.1988-ci il tarixdə 2 saylı sahənin 5-ci dərəcəli suvaqçısı adı verilmiş, Aztunelmetrostroy İB-nin 21 yanvar 1992-ci il tarixli əmrinə uyğun olaraq Baktunelstroy TB-28 adı Aztunelstroyun TTİ-3-nə dəyişdirilmiş, xx.xx.1992-ci il tarixdə 2 saylı sahənin 6-cı dərəcəli suvaqçısı adı verilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1998-ci il tarixi, 581 saylı sərəncamı ilə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin 3 nömrəli Tunel Tikinti İdarəsi adlandırılmışdır. xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" QSC tərəfindən təqdim edilmiş 14 sentyabr 2022-ci il tarixli, 40N-10/3-1126 nömrəli cavab məktubundan görünür ki, Q. Məmmədlieyv xx.xx.1978-ci il tarixindən “Bakıtuneltikinti” idarəsinin 3 №-li Tikinti- Quraşdırma İdarəsinə 2-ci dərəcə ilə yardımçı fəhlə peşəsinə qəbul edilmiş (Əmr № 156/K, xx.xx.1978-ci il), xx.xx.1980-ci il tarixində suvaqçı peşəsinə keçirilmiş (Əmr № 51/K), xx.xx.2004-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 38/K, xx.xx.2004-cü il). Azərbaycan Respublikası Prezidentinin 851 saylı, xx.xx.1998-ci il tarixli sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti” SC adlandırılmışdır. “Azərtunelmetrotikinti” SC-nin xx.xx.1992-ci il tarixli, 01/H saylı əmrinə əsasən 3 №-li Tunel-Quraşdırma İdarəsinin adı dəyişdirilib 1 №-li Tunel Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Sözügedən məktuba qoşma şəklində 1978, 1979, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2002-ci illər üzrə əmək haqqı cədvəlləri təqdim edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət X3 tərəfindən 14 sentyabr 2022-ci il tarixli, 986 nömrəli və 986 a nömrəli məktubla təqdim edilmiş arxiv çıxarışından görünür ki, İddiaçı 01 oktyabr 1974-cü ildə Dmitrov adına qoyunçuluq sovxozunun 4 nömrəli qara-mal şöbəsinin ayrı-ayrı qara-mal briqadasına mövsümü ot çalımına və təmir işinə fəhlə təyin edilmişdir. 1975-ci ilin aprel ayı və 1991-ci ilin aprel ayına kimi İddiaçı Dmitrov sovxozunda işləməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” 31 mart 2022-ci il tarixli, **********5 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki mübahisənin predmetini iddiaçının hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya hüququna malik olub-olmaması təşkil edir. Həmin maddənin tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən artıq təşkil edir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 22 il 24 gün təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı müddəti isə onun Tunel Tikinti İdarəsində xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan müddətdir. Cavabdehin dəlili isə ondan ibarətdir ki, Tunel Tikinti İdarəsində iddiaçıya xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək 6 il 8 ay əmək haqqı ödənilmiş, əmək haqqı ödənilməyən dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan (25 il) az təşkil edir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının 1996-2000-ci illərdə Suraxanı Avtodəstəsinin tərkibində iş stajının digər mötəbər sübutlar əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, həmin dövrə aid iş stajı müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslı hesab edilərək, təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşından, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar