Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8800/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X2rşı “ödənilmiş təhsil haqqının geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun X3 xaric edilməyi və 2024/2025-ci il tədris ili üçün (1-ci kurs) ödədiyi 1000 (bir min) manat təhsil haqqının geri qaytarılmasının Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X6 həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2024-cü il tarixdən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X4 "Qida məsullarının təhlükəsizliyi ixtisası üzrə əyani/ödənişli əsaslarla təhsil alır. 2014-cü il sentyabr-oktyabr ayında yağmurlu hava şəraitində X5 Keşlə qəsəbəsində yerləşən tədris binasındakı otaqlara yağış suyunun keçməsi, divarların islanması, həmçinin dəhlizin, sanitar qovşağının yararsız vəziyyəti və sadalamadığını digər səbəblərdən tədrisin mümkünsüz olduğu üçün, mövcud problemə diqqəti cəlb etmək məqsədi ilə çəkiliş edərək sosial şəbəkədə paylaşım etdi. Tədrisin qeyri- professional formada təşkili X5 təhsil müəssisisə kimi fəaliyyətinə kölgə salır. Məhz bu hadisədən sonra, dərsə gələn kimi, onu kollecin müdiri Sevinc Həmzəyevə otağına çağırtdırıb, sosial şəbəkədə həmin paylaşıma görə aşağılayaraq təhqir etdi və kollecdən qovacağı ilə hədələdi. Hətta onun yaşlı olduğunu gülüş obyektinə çevirərək psixoloji təsir edib, mənəvi əzab verməyi bacardı. X5 müdiri Sevinc Həmzəyevə dediyi hədələrini həyata keçirə bildi və onun həmin kollecdə oxumağını inzibati yollarla mümkünsüz etdi. Bundan sonra, həm Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və həm də X6 rəsmi qaydada ərizə ilə müraciət (xx.xx.2025) edib onun Kollecdən xaric edilməyini və ödədiyi 1000 (bir min) manat təhsil haqqını geri qaytarılmasın xahiş etdi. Ancaq, müraciətindən xeyli vaxt keçməsinə baxmayaraq nə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, nə də X10 müraciətinə cavab vermişdir. Bu səbəbdən də hüquqlarının müdafiəsi üçün Məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, iddiaçı Məmmədova Aİmaz İsa qızının Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevə və eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində X5 direktoruna ünvanladığı 03 fevral 2025-ci il tarixli ərizələri əsasında və 2024/2025-ci tədris ilinin payız semestrinin 15 həftəsinin azı 10 həftəsində dərslərdə iştirak etdiyi, 29 noyabr 2024-cü il tarixdən etibarən dərslərə gəlmədiyi üçün-Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 saylı X7 X8 Komissiyasının Sədri Nadir Tağıyevin 29 noyabr 2024-cü il tarixli, 3-11-30/2-121-2024 nömrəli arayışı bu faktı təsdiq edir-Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində X5 direktorunun 14 mart 2025-ci il tarixli, 02T nömrəli əmri ilə-“Qida məhsullarının təhlükəsizliyi”-ixtisası üzrə əyani təhsil formasında ödənişli əsaslarla təhsil alan 11 kurs QMT-124 A saylı qrup tələbəsi İddiaçı ərizəsinə əsasən 14 mart 2025-ci il tarixdən tələbələr sırasından xaric edilmişdir. Eyni zamanda İddiaçı 2024/2025-ci tədris ilinin payız semestrinin 15 həftəsinin azı 10 həftəsində dərslərdə iştirak etdiyi, 29 noyabr 2024-cü il tarixdən etibarən dərslərə gəlmədiyi üçün onun tərəfindən ödənilmiş təhsil haqqı məbləğinin yarısının geri qaytarılması həmin Əmrlə baş mühasibə həvalə edilmişdir. Əlavə olaraq, həmin əmr və onun tərəfindən ödənilmiş təhsil haqqı məbləğinin yarısının geri qaytarılması barədə əmrlə bağlı İddiaçı mobil telefon vasitəsi ilə və eyni zamanda 18 mart 2025-ci il tarixli, 48/012 nömrəli məktubla, AZ1002 saylı Poçt Şöbəsi vasitəsi ilə sifarişli məktubla məlumat verilmiş, AZ1002 saylı Poçt Şöbəsinin müdiri tərəfindən göndərilmiş 08 aprel 2025-ci il tarixli sorğu əsasında AZ1089 saylı Poçt Şöbəsinin məlumatına əsasən İddiaçı 01 aprel 2025-ci il tarixdə 18 mart 2025-ci il tarixli, 48/012 nömrəli məktubu alması təsdiq edilmşdir, lakin bu günə kimi adına olan müvafiq bank hesabı barədə məlumat verməmiş və onun tərəfindən ödənilmiş təhsil haqqı məbləğinin yarısının geri qaytarılması barədə baş mühasibə müraciət etməmişdir. Odur ki, yuxarıda adları qeyd edilən sübutların əsasında iddia tələbinin mümkün sayılmamasma dair qərardad qəbul edilməsi xahiş edilmişdir.
4. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində X5 iddiaçıya ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Siz Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X9; ünvanladığınız xx.xx.2025-ci il tarixli ərizənizə əsasən kollecin 02T/112 saylı xx.xx.2025 ci il tarixli əmri ilə kollecin tələbələri sırasından xaric olunmuşunuz. Ödədiyiniz təhsil haqqının qanunvericiliyin tələbinə uyğun şəkildə Sizə geri qaytarılması üçün adınıza olan müvafiq bank hesabı barədə məlumatları qısa müddət ərzində kollecə təqdim etməyiniz zəruridir.”
5. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində X5 02T/112 saylı xx.xx.2025 ci il tarixli əmrinə əsasən İ. “Qida məhsullarının təhlükəsizliyi” ixtisası üzrə əyani təhsil formasında ödənişli əsaslarla təhsil alan İİ kurs QMT-124A saylı qrup tələbəsi İddiaçı ərizəsinə əsasən xx.xx.2025-ci il tarixindən tələbələr sırasından xaric olunsun. İİ. “Qida məhsullarının təhlükəsizliyi” ixtisası üzrə kollecin tələbəsi İddiaçı tərəfindən 2024/2025-ci tədris ili üzrə 1000 AZN təhsil haqqı məbləği ödənildiyi, tədris ilinin payız və yaz semestrlərindən ibarət olduğu, İddiaçı 2024/2025-ci tədris ilinin payız semestrinin 15 həftəsinin azı 10 həftəsində dərslərdə iştirak etdiyi, xx.xx.2024-cü il tarixindən etibarən dərslərə gəlmədiyi üçün onun tərəfindən ödənilmiş təhsil haqqı məbləğinin yarısının geri qaytarılması baş mühasib M.Əsgərova həvalə edilsin.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
8. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Təhsil sahəsində dövlətin vəzifələri 29.0.10-1. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;
9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
11. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
12. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” Qaydalarının: Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-2-ci maddəsinə əsasən hazırlanmışdır və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra - tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir. 3.1. Tələbələr aşağıdakı hallarda orta ixtisas təhsili müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə;.. 3.2. Orta ixtisas təhsili müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə orta ixtisas təhsili müəssisəsində tələbənin şəxsi işində saxlanılır.
13. İşin araşdırılmış hallarına əsasən İddiaçı 2024-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X6 qəbul olmuş və “Qida məhsullarının təhlükəsizliyi” ixtisası üzrə əyani təhsil formasında ödənişli əsaslarla təhsil almışdır. Hazırda iddiaçı Kollecdən xaric edilməsi və 2024/2025-ci il tədris ili üçün (1-ci kurs) ödədiyi 1000 (bir min) manat təhsil haqqının geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 14.8. Təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir. 27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. 27.3-1. Təhsil haqqında dövlət sənədində və bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş arayışda göstərilən məlumatlar X1 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların X1 Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək təhsil müassisəsindən xaric edilməsini və təhsil haqqının geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X10 tərəfindən 02T/112 saylı əmrlə “Qida məhsullarının təhlükəsizliyi” ixtisası üzrə əyani təhsil formasında ödənişli əsaslarla təhsil alan İİ kurs QMT-124A saylı qrup tələbəsi İddiaçı (öz arzusu ilə) xx.xx.2025-ci il tarixdən tələbələr sırasından xaric edilmişdir. Eyni zamanda 2024/2025-ci tədris ilinin payız semestrinin 15 həftəsinin azı 10 həftəsində dərslərdə iştirak etdiyi, 29 noyabr 2024-cü il tarixdən etibarən dərslərə gəlməməsi nəzərə alınaraq onun tərəfindən ödənilmiş təhsil haqqı məbləğinin yarısının geri qaytarılması baş mühasibə həvalə edilmişdir.
16. Göründüyü kimi cavabdeh təhsil müəssisəsi tərəfindən iddiaçının hüquqlarına hər hansı müdaxilə müəyyən olunmur, belə ki, “Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” Qaydalarının 3.1.1. maddəsinə müvafiq olaraq iddiaçının öz arzusu ilə orta ixtisas təhsil müəssisəsindən xaric edilməsi Kollecin daxili əmri ilə baş tutmuş və bu barədə iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla məlumat təqdim olunmuşdur.
17. Məhkəmə təhsil haqqının geri qaytarılmasına münasibətdə hesab edir ki, iddiaçının 2024/2025-ci il tədris ilində payız və yaz semestrlərindən ibarət orta ixtisas təhsilinin payız semestrinin 15 həftəsinin azı 10 həftəsində dərslərə gəlməsi və xx.xx.2024-cü il tarixdən etibarən keçirilmiş dərslərdə iştirak etməməsi onun 2024/2025-ci il tədris ili üzrə ödədiyi təhsil haqqının tam geri alması hüququnun olmamasına əsas verir. Odur ki, cavabdeh haqlı olaraq ödənilmiş təhsil haqqının yalnız yarısının geri qaytarmalısına dair əmr qəbul etmişdir.
18. Əmrin icrası qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh orqan tərəfindən həyata keçirilmiş, iddiaçıya ödənilmiş təhsil haqqının yarısının geri qaytarmalısını təmin etmək üçün ondan müvafiq bank hesabı barədə məlumat istənilmiş, lakin iddiaçı cavabdehin sorğusuna cavab verməmişdir.
19. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
20. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva