Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8801/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1988-ci il tarixdə Gürcüstanın Rustavi şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı yaşayış sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd tələb edilmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1421/2006 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında hazırda yaşadığı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildən Azərbaycan Respublikasının ərazisində yaşasam da Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir və doğulduğu ölkənin vətəndaşlığını isə itirmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti onun müraciətinə R/M - 521 saylı xx.xx.2020-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, onun Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün müraciət edə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-697/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tələbi təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası prezidentinin 3654 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Hazırda ünvan 1 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən BMT QAK-ın himayəsində olan şəxs kimi həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-1421/2006 saylı iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında hazırda yaşadığı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmağının təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı səbəbindən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilsin. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cüil tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-8801/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8801/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver