Məhkəmə qərarları › İş №2-1(112)-8802/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8802/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8802/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi XXX Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının olmaması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının işlədiyi betonçu vəzifəsi qüvvədə olan siyahıda nəzərdə tutulan asfalt və beton döşəyənlər vəzifəsinə aid olmadığından, onun güzəştli iş stajı olmamışdır. Güzəştli iş stajının olmaması isə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmadığında dəlalət edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 2 saylı sahədə 5-ci dərəcəli suvaqçı rəngsaz; xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək TTİ-də 5-ci dərəcəli rəngsaz; xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərineft” Konsernində 5-ci dərəcəli rəngsaz; xx.xx.1992-ci il tarixdən və xx.xx.1994-cü il tarixədək rəngsaz; xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək rəngsaz; xx.xx.1994-cü il tarixdən 25.09.195-ci il tarixədək rəngsaz; xx.xx.1995ci il tarixdən xx.xx.2002-ci il tarixədək rəngsaz; xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək betonçu; xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək fəhlə; xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək betonçu; xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək betonçu; xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək betonçu; xx.xx.2017ci il tarixdən xx.xx.2021-ci il tarixədək betonçu; xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək betonçu vəzifəsində işləmişdir. İmtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin sizə dair xx.xx.2024-cü il tarixli AZF 2024/29-K nömrəli arayışında iddiaçının xx.xx.2002- 01,05.2004-cxü il, xx.xx.2004-xx.xx.2009-cu il, xx.xx.2012-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə betonçu vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi betonçu vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunmuş asfalt və beton döşəyənlər vəzifəsinə aid deyil. Eyni zamanda, sözgedən arayışda betonçu vəzifəsində işlədiyiniz müddətdə sənaye dəmir-beton borularının çəkilməsi ilə məşğul olub olmadığınız barədə də hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajının olmaması əsası ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. Heydər Əliyev adına Bakı özüllər zavodu tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən rəngsaz peşəsində Bakı Stasionar Dərinlik Özülləri zavodunun Təmir Tikinti sahəsində xx.xx.1984-cü il tarixindən (xx.xx.1984-cü il tarixli 105/k nömrəli əmr) xx.xx.1992-ci il tarixinədək (xx.xx.1992-ci il tarixli 24/k nömrəli əmr) “Şelflayihətikinti” LSTB-nin Təmir Tikinti Quraşdırma sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 71/k nömrəli əmr) 01,02.1994-cü il tarixinədək (xx.xx.1994- cü il tarixli 16/k nömrəli əmr); ’Şelflayihətikinti” İB-nin İxtisaslaşdırılmış Tikinti İdarəsinin 2 №-li sahəsində xx.xx.1995- ci il tarixindən (xx.xx.1995-ci il tarixli 44/k nömrəli əmr) xx.xx.2002-ci il tarixinədək (xx.xx.2002-ci il tarixli 68/k nömrəli əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 15 il 10 ay 22 gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: İstehsalat sahələrində və tikinti meydançalarında, anbarlarda və bazalarda səthlərin köhnə boya və çirkdən təmizlənərək təng püskürdücü avadanlığın, rolik, yastı fırça və s. alətlərin vasitəsi ilə rəngləməsi işlərinin verinə yetirilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35,-Ümumi peşələr bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşqul olan rəngsazlar’ vəzifə koduna uyğundur. "xxxx" MMC tərəfindən verilmiş güzəştli arayışda qeyd olunmuşdur ki, İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş yuxanda göstərilən müvafiq bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Məhkəmə sorğusuna əsasən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmama dair” vətəndaş İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli 14-28/2-S-3-42/2024 nömrəli arayışda qeyd olunan dövrlərdə rəngsaz peşələrində işləmiş olduğu, sonuncu adı “İxtisaslaşmış tikinti sexi” olan iş yerində sonuncu dəfə 2009-cu ildə iş yerinin attestasiyası həyata keçirilmişdir. Belə ki, ARDNŞ-nin xx.xx.2008-ci il tarixli, 136 nömrəli əmrinə əsasən təsdiq olunmuş qrafikə uyğun olaraq Əmək şəraiti normalarının işlənməsi idarəsi tərəfindən 2009-cu ilin noyabr- dekabr ayları ərzində zavod üzrə 419 iş yerinin attestasiyası aparılmış və 146 zərəli iş yeri müəyyən edilmişdir. Həmin attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zəzərli olan peşə və vəzifələr üzrə vəzifə (tarif) maaşına müəyyən edilmiş artım əmsalları ARDNŞ tərəfindən təsdiq edilmiş, bu barədə 10/211-190-SQ nömrəli, xx.xx.2010-cu il tarixli məktub icra uçün zavoda göndərilmişdir. Mikroiqlim şəraiti göstəricilərinin qeydiyyatı cədvəli, havada olan zərərli maddələrin göstəricilərinin qeydiyyatı cədvəli, səs səviyyəsi göstəricilərinin qeydiyyatı cədvəli, radioktiv şüalanma sahəsi göstəricilərinin qeydiyyatı cədvəlilərində İxtisaslaşmış tikinti sexində rəngsaz peşəsi üzrə göstəricilər qeydiyyata alınmışdır. Zavodda sexlər üzrə fəhlələin iş yerlərinin attestasiyasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2009-cu il tarixli cədvəldə üzrə İxtisaslaşmış tikinti sexində rəngsaz peşəsi üzrə işçilərin əmək şəraitində müəyyən edilmiş inqridientlərin adları, yol verilən konsentrasiya və nümunələrin götürüldüyü tarixə faktiki göstəricilərin qeydiyyatı aparılmışdır. “İxtisaslaşmış tikinti sexi” üzrə zəngsaz peşəsində işləyənlərin iş şəraitinin zərərlilik amili olaraq toluol kimi zərərli kimyəvi maddələin istifadəsi, səs-küy səviyyəsinin iş zonasında buraxıla bilən həddindən yüksək olması müvafiq analizlərin nəticəsinə görə müəyyən edilmişdir. İxtisaslaşmış tikinti sexində rəngsaz peşəsi üzrə istifadə olunmuş toluol maddəsinin, səs-küy səviyyəsinin buraxıla bilən həddi ilə həmin amillərin faktiki vəziyyəti arasındakı fərq göstəricilərinə görə təhlükəlilik sinfi 3-cü sinif olan toluol maddəsindən istifadə edilməsi (zərərli kimyəvi maddə olaraq istehsalat mühitinin zərərlilik və təhlükəlilik amilləri üzrə əməyin gigiyenuk təsnifatına uyğun olaraq əmək şəraiti və xarakterinin sinifləri üzrə İ dərəcə zərərli və təhlükəli hesab edilməklə 1 balla qiymətləndirilmişdir), səsküy səviyyəsinin, (səs-küy amili olaraq istehsalat mühitinin zərərlilik və təhlükəlilik amilləri üzrə əməyin gigiyenuk təsnifatına uyğun olaraq əmək şəraiti və xarakterinin sinifləri üzrə İ dərəcə zərərli və təhlükəli hesab edilməklə 1 balla qiymətləndirilmişdir) yüksək olması müəyyən edilərək ümumi zərərli istehsalat amillərinin cəmi əməyin gigyenik təsnifatı üzrə cəmi 2 balla qiymətləndirilmiş, nəticədə rəngsaz peşəsində işləyən şəxslərin attestasiya aparılan dövrdə adı “ixtisaslaşmış tikinti sexi” olan iş yeri üzrə üzrə əmək şəraitinə görə vəzifə maaşına 1,04 faiz artım əmsalı müəyyən edilmişdir. İddiaçı tərəfindən peşə funksiyalarının yerinə yetirilməsi zamanı tətbiq edilmiş və iş yerlərinin əmək şəraitinin attestasiyası zamanı müəyyən olunaraq qiymətləndirilmiş zərərli istehdsalat amillərindən olan toluol maddəsinin təhlükəlilik dərəcəsi 3-cü sinifə aid edilmişdir. Məhkəmə sorğusuna əsasən "xxxx" MMC tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2002-ci il tarixindən qısa fasilələrlə Azfen BM-in (hal-hazırda Azfen MMC-nin) layihələrində betonçu və boruçu peşəsində çalışmışdır. İddiaçı yerinə yetirdiyi betonçu və boruçu peşəsinin əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: • Çalışacağı komanda ilə birlikdə iş öncəsi təlimat alır • Betonlamanın başlanğıc və bitmə vaxtı barədə iş icraçısından məlumatı əldə edir • Əməliyyatlar zamanı keyfiyyət şəraitinin necə təmin olunacağı barədə bilgilər alır • Beton tökmə avadanlıqlarının işə uyğunluğunu yoxlayır • İstifadə olunacaq vibratorlann sayma, tutumuna və növünə baxır • Səthi hamarlaşdıran avadanlığın kəmiyyətinə və iş üçün yararlılığına əmin olur • Hava şəraitinə uyğun olaraq qurutma və mühafizə prosesində istifadə olunacaq materialı hazırlayır. • İstifadə edəcəyi əl alətlərini təmizləyir və onlara qulluq edir ki, istifadəyə hazır olsun. • Beton tökülməsində istifadə olunacaq avadanlıqları müəyyən edir. • Qəliblərə və armaturlara vizual olaraq baxır • Qəlib və armaturda müşahidə olunan çatışmazlıqların aradan qaldırılmasını təmin edir. • Beton töküləcək sahəsinin təmizliyini edir • Beton tökülməzdən əvvəl qəlibi sulayır. • Hava şəraitinə uyğun olaraq beton tökmə üçün müvafiq tədbirlər görür. • Sifariş edilmiş beton sinfinin sənədinə uyğunluğuna əmin olur • Betonda seqreqasiyanın olub olmadığına baxır • Betonda beton üçün uyğun olmayan maddələrin və ya materialların olub olmadığına baxır, varsa kənarlaşdırır • Betonun yerləşdirilməli olduğu müvafiq yerə tökür • Betonun homojenliyinə xələl gətirmədən standarta uyğun olaraq qəlibə yerləşdirir • Beton yerləşdirmələrdə maili laylann əmələ gəlməməsini təmin edir. • Betonu qəlibə lazımi hündürlükdə tökür • Betonu elə yerləşdirir ki, betonda soyuq birləşmələr -dərzlər olmasın. • Betonun qəlibi açmayacaq və armaturun yerdəyişməsinə səbəb olmayan şəkildə tökür • Betonun töküləcəyi hündür elementlər üzərində əlavə borular və ya şlanqlardan istifadə etməklə betonu tökür • Beton töküləcək tikinti elementinə uyğun olaraq uyğun vibratordan istifadə edir. • Armatur və qəliblə təmas etmədən vibratoru uyğun bir müddət ərzində səthə perpendikulyar saxlayır. • Betonun vibratorun ucu ilə üfuqi hərəkət etdirir • Təzə betonu yerinə qoyarkən qalınlığa və lay səviyyəsinə əmin olur • Vibrasiya nöqtələrinin təsir sahələrinin kəsişməsinə diqqət yetirir. • Betonu ən aşağı səviyyədən başlayaraq maili səthləri almaq üçün betonu yuxanya doğru yerləşdirir. • Betonu yerləştirmə işləmi bittiktən sonra uyğun mastar ilə mastarlama işlərini görür • Mastarlama işləmində layihədəki konstruksiya qalınlığını qoruyur • Beton möhkəmliyini almadan öncə ikinci mastarlamanı tamamlayır • Əgər beton səti gələcəkdə boyanacaqsa müvafiq cilalama aləti ilə cilalama prosesini həyata keçirir. • Bütün yuxarıdakı işlərdən sonra hava şəraitini nəzərə alaraq uygun material ilə beton sətini qoruyacaq materialı beton üzərinə çəkir • Dəmir-beton boruların quraşdırılması; • Dəmir-beton boruların quraşdırılması və yığılmasında istifadə olunan elementlərin (tavr, ikitavr, künclük, boru və s.) növləri və tərkibləri haqqında məlumatın olması və iş əsanasında istifadəsi; • Dəmir-beton boruların quraşdırılması işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; • Dəmir-beton bom işləri ilə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ polad və dəmir-beton detalların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi və tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; • Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqini təmin etmək; • Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element, və dəmir-beton boruların hazirlaması, hazırlanmış detal, element və konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə çəkilməsi; • Detal, element və konstruksiyaların hazırlanmasında cilalayıcı elektrik avadanlıqlarından, deşmə avdanlıqlanndan və qazla kəsən alətlərdən istifadə edilməsi; • Qapah sahədə kəsmə zamanı ventilyasiya sisteminin quraşdırılması; • Boruların polad və sendviç panellərin quraşdınlmasından sonra onların cizgilər əsasıda mineral pambıq, seramik materiallarla izolyasiya edilməsi; • Boruların cizgilər əsasında armofleks, xüsusi rezin, mineral pambıq, kömür və s.odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsi; • Boru sistemi şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsi; • Dəmir-beton boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsi İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərannın 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş yuxanda göstərilən müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: - Güzəştli iş stajının olmamasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin güzəştli iş stajının olmaması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Tərəflər arasında mübahisə açan məsələ məhz iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun ümumiyyətlə güzəştli iş stajına malik olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin nümayiş etdirdiyi mövqeyi əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, təqdim olunmuş güzəştli arayışlardan və məhkəmə icraatı zamanı əldə olunmuş iddiaçının əmək funksiyalarını əks etdirən sorğulara cavab məktublarından görünür ki, iddiaçının xx.xx.1984-xx.xx.1992, xx.xx.1992-xx.xx.1994, xx.xx.1995-xx.xx.2002 dövrlərdə rəngsaz peşəsində, həmçinin xx.xx.2002-xx.xx.2004 və xx.xx.2004-xx.xx.2006-cı il tarixədək betonçu peşəsində işlədiyi müddət güzəştli pensiya hüququ verən iş stajına daxil edilməlidir. Belə ki, mövcud olan sənədlərdən də göründüyü kimi iddiaçının həmin dövrdə işlədiyi peşələr ona güzəştli pensiya hüququ verən peşələrin əhatə dairəsinə düşmüşdür. Təqdim olunmuş arayışlardan görünür ki, iddiaçı rəngsaz peşəsində işlədiyi müddət ərzində onu əmək funksiyaları istehsalat sahələrində və tikinti meydançalarında, anbarlarda və bazalarda səthlərin köhnə boya və çirkdən təmizlənərək təng püskürdücü avadanlığın, rolik, yastı fırça və s. alətlərin vasitəsi ilə rəngləməsi işlərinin verinə yetirilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-Ümumi peşələr bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşqul olan rəngsazlar’ vəzifə koduna uyğundur. Betonçu peşəsində işlədiyi müddət ərzində isə onun əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərannın 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş peşəyə uyğun olmuşdur ki, bu hallar müəssisə tərəfindən təqdim olunmuş arayışlar ilə təsdiq olunmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçının işlədiyi həmin peşələr “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na görə iddiaçıya güzəştli iş stajı imkanı verir. İddiaçının faktiki olaraq həmin dövrdə işlədiyi müddəti nəzərə alasaq müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan çox güzəştli iş stajı (19 il 08 ay 03 gün = xx.xx.1984-xx.xx.1992, xx.xx.1992-xx.xx.1994, xx.xx.1995-xx.xx.2002, xx.xx.2002xx.xx.2004 və xx.xx.2004-xx.xx.2006) mövcuddur. Beləliklə, qanunvericilikdə tələb olunan ümumi və güzəştli iş stajı ilə bağlı şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 04 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz pensiya hüququ yarandığı xx.xx.2023-cü tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar