Məhkəmə qərarları › İş №2-1(112)-8809/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8809/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8809/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə qarşı “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatına alınması barədə cavabdehin qərarının və “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilərək, ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə qarşı “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatına alınması barədə cavabdehin qərarının və “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilərək, ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında iki bina inşa edilmişdir və binaların idarə edilməsi uzun müddət idi ki, İddiaçı MTK tərəfindən həyata keçirilir. İddiaçı MTK-nm idarəetmə dövründə bəzi bina sakinləri yaşayış binalarının saxlanılması üçün yığılmalı olan kommunal xidmət haqlarını ödəmədiyinə görə, küllü miqdarda borcları yaranmışdır. Yaranmış bu bəzi bina sakinləri sui-istifadə edərək, kommunal borclarını ödəməkdən yayınmaq üçün 15.03.2020-ci və 11 avqust 2020-ci il tarixli “Ümumi Yığıncağının” qərarlarına əsasən "Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adlı qeyri kommersiya hüquqi şəxsi yaratmışdırlar və yaradılmış cəmiyyət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin 11 avqust 2020-ci il tarixli, 1120- MM7-0180 saylı qərarı ilə “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adı altında dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin tələbləri kobud pozulmaqla yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən hər iki binanın sahə mülkiyyətçilərinin 15.03.2020-ci və 11 avqust 2020-ci il tarixdə “Ümumi Yığıncağının” keçirilməsi ilə bağlı bütün mənzil mülkiyyətçilərinə məlumat verilməli olduğu halda, əksər mənzil mülkiyyətçilərinə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44-cü maddəsinin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməlidir. Həmçinin bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər. Bundan əlavə sahə mülkiyyətçilərinin səslərinin sayı onların çoxmənzilli binada olan əmlakının ümumi sahəsinə mütənasibdir. Göründüyü kimi qanunvericiliyin tələbləri pozulsada, qeyd olunan hallar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən nəzərə alınmadan “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan hal həm cəmiyyətin yaradılmasında iştirak etməmiş digər mənzil mülkiyyətçilərinin və həmçinin binaları idarəedən "xxxx" MMC-nin hüquqlarını pozur. “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət olunsada, lakin 16.09.2020-ci il tarixli, 05/1247/2-14 saylı məktubla hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsindən imtina edilmişdir. Qeyd olunan məktub İddiaçı MMC-yə 5-6 gün əvvəl təqdim olunmuşdur. Məktubda göstərilir ki, hüquqi şəxsin ləğv edilməsi barədə qərar vermək səlahiyyəti cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətinə aiddir. Yanlış və natamam məlumatlar təqdim edilsədə, qanunvericilik aktlarının tələblərinə riayət olunmasada, hüquqi şəxs qanunsuz olaraq dövlət qeydiyyatına alınmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə qarşı “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatına alınması barədə cavabdehin qərarının və “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilərək, ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə qarşı “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin dövlət qeydiyyatına alınması barədə cavabdehin qərarının və “Nizami-11” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilərək, ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar