Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8809/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X9, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X2 və vəkili X10 iştirakı ilə, İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5) ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəməyə müraciət edərək X2 ünvan 1 ünvanından qeydiyyata alınmasının ləvğ edilməsini cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Suraxanı rayon Pİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi həmin qanunun tələbinə əməl etməyərək 34-35 ildən sonra əsassız olaraq X3 dövlətə məxsus mənzilə qeydiyyata almışdır. 01 oktyabr 2009-cu il tarixli Mənzil Məcəlləsinin 60-cı "maddəsinin 1-ci hissəsinin tələbində qeyd edilir ki, ’’İcarədar və onların ailə üzvləri müvəqqəti caşqa yerə getdikdə onların yaşayış sahəsi 6 (altı) ay saxlanılır. X1 ailə üzvüdür? 35 il müddətin keçməsi isə onun daimi yaşayış yeri olduğunu təsdiq edir. Araşdırmalar nəticəsində məlum olub ki, cavabdeh X5 36 oktyabrın 2018-ci ildə həmin mənzilə qeydiyyata düşüb. Dövlət Mənzil fondu mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olmaqla müvafiq icra orqanı tərəfindən qorunur. Cavabdehin hansısa yolla və necə həmin mənzilə qeydiyyata alınması, həmin mənzilə köçürülmə hüququ alması qeyri-qanuni və əsassızdır. X2 Suraxanı rayonu Qaraçuxur qəs. 4048-49-ci məhəllə ev 10 m.3 guya istifadə hüququ Orjenikidze (indiki Suraxanı rayon) Məhkəməsinin 19 dekabr 1988-ci il tarixli qətnaməsi ilə tanınmışdır. Əgər belədirsə hanı onun sərəncamı, orderi, və yaxud sosial kirayə müqaviləsi bağlamaq haqqında rəsmi sənədi? Mənzil həmişə dövlətin balansında olub, bu gündə dövlətin balansındadır və toxunulmazdır. 3-cü şəxs X5 ilə digər X13, X6 arasında qeyri-qanuni mübahisələr, məhkəmə çəkişmələri olmuşdur və bu günədək davam edir. Bütün bunlar Suraxanı İH-nin nəzarətindən kənarda həyata keçirilib. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Cavabdeh Suraxanı rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndini tələbinə zidd olduğundan iddiaçının müraciətinin müsbət həlli mümkün deyildir. İddiaçının aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 noyabr 2017-ci il tarixli 2(010)- 8688/2017 saylı qətnaməsi ilə onun sözügedən mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə 25 sentyabr 2018-ci il tarixdə icra edilmiş və iddiaçı həmin mənzilə köçürülmüşdür. İddiaçı qanuni əsaslarla - yəni məhkəmə qətnamələrinə əsasən həmin mənzildə yaşadığını bildirdi.
7. Üçüncü şəxsin vəkili iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd edilməsini xahiş etdi.
8. Cavabdeh Suraxanı rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
10. Üçüncü şəxs X2 mübahisəli mənzilə hüquqlarının olması ilə bağlı: -Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli 2-79/1988 saylı qətnaməsi ilə Ordjonikidze rayonu 63 saylı MİK-nın X4 qarşı Serebrovski qəsəbəsi 4048/49-cu məhəllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılması iddiası rədd edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “cavabdeh X5 mübahisələndirilən mənzildə muzdlu tutan tərəfindən yerləşdirilmişdir və onlar birlikdə 1987-ci ilin yanvar ayından avqust ayına kimi, yəni muzdlu tutanın vəfat etməsinə kimi yaşamışdır. Həyatda oğlduğu dövrdə birgə təsərrüfat aparmışlar və onların münasibəti ailə xarakteri daşıyıb...Məhkəmə hesab edir ki, B.Ə.Babayeva Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq mübahisələndirilən mənzilin yaşayış sahəsinə hüquq qazanmışdır və buna görə də iddia rədd edilməlidir. Mənzil 16.59 kv.m sahəli, bütün kommunal şəraiti olan bir otaqdan ibarətdir ki, cavabdeh ondan istifadə hüququna malikdir.” -Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X7 cavabdeh X4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin olunaraq cavabdeh X2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Məhkəmə iddianı təmin edərkən: 1. Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsi ilə X7 iddiasının təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun tanınmaqla onunla kirayə müqaviləsinin bağlanmasının qət edilməsinə; 2. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 22 nömrəli sərəncamı ilə 3 nömrəli mənzilə kirayə müqaviləsinin X7 adına dəyişdirilməklə onun həmin mənzilin kirayəçisi hesab edilməsinə istinad etmişdir. -Cavabdeh B.Babayeva bu qətnamədən apellyasiya şikayəti versə də, müddət ötürüldüyündən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, bu qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə, sonuncu qərardad isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qəraradadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Lakin daha sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X11 qarşı mənzilə köçürülmə tələbi təmin olunaraq iddiaçı X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. -Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Həmin qərarada Ali Məhkəmə Ordjonikidze rayonu Xalq məhkəməsinin xx.xx.1988-ci il tarixli, 2-79/1988 saylı qətnaməsi ilə B.Babayevanın mübahisəli mənzilə istifadə hüququnun olması faktını və onun həmin mənzildən çıxarılmasının mümkünsüzlüyünün artıq müəyyən edildiyinə, B.Babayevanın yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində istinad olunan Suraxanı rayon Məhkəməsinin xx.xx.2013-cu il tarixli qətnaməsinin və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 22 nömrəli sərəncamının sonradan ləğv olunduğuna istinad etmiş, Vəfa Qədirovanın mübahsəli mənzilə istifadə hüququnun olmadığını, B.Babayevanın isə mübahisəli mənzilə istifadə hüququnun olmasını təsbit etmişdir. Həmçinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X8 B.Babayevanın mübahisəli mənzilə yaşamaq-istifadə və qeydiyyat hüququnun itirilməsi barədə iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamə ilə həmin məhkəmə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarında qüvvədə olan məhkəmə qətnamələrinə əsasən iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Beləliklə, sadalananlara əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırkı üçüncü şəxs B.Babayevanın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilinə istifadə hüququnun olması tam təsbit olunmuşdur və bu, artıq işin mübahisəsiz halını təşkil edir.
11. İş materiallarına olan məhkəmə qərarlarının surətlərindən görünür ki, üçüncü şəxs X5 ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarında olan məhkəmə qərarlarına əsasən, X2 cavabdehlər X13, X6 və X12 qarşı ünvan 1 ünvanındakı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş və qeyd edilən məhkəmə qərarı icra edilmişdir. Həmin evdə hazırda X5 yaşayır.
12. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
13. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək, qeyd edilən mənzilə dair hüquqi marağını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir.
14. Məhkəmə qeyd edir ki, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı müəyyən etmək üçün iddiaçının hüquqi marağını təsdiq edən sübutlar təqdim edilməyib.
15. Məhkəmə hesab edir ki, üçüncü şəxsin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarıması tələbinə dair iddia tələbi iddiaçının hüquqi marağı olmadığına görə mümkün sayılmamalıdır.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva