Məhkəmə qərarları › İş №2-1(112)-8810/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8810/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8810/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncama düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Baki şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1993-cü il tarixli 2673 saylı sərəncamında X4 və X2 adlarının qarşısında “qızı” sözünün əvəzinə düzəliş edərək “nəvəsi” sözünün yazılması, Bakı şəhəri Cavabdeh xx.xx.1993-cü il tarixli 2673 saylı sərəncamında ata adının “Hacı-Məmməd” əvəzinə düzəliş edərək “Hacıməhəmmədovna” kimi yazılması, xx.xx.1993-cü il tarixli 008171 nömrəli orderdə X4, X5 və X3 adlarının qarşısında “qızı” və “oğlu” sözlərinin əvəzinə düzəliş edərək “nəvəsi” sözünün yazılması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh Başçısının 2673 saylı xx.xx.1993-cü il tarixli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 186 nömrəli mənzil mərhum qayınanası X11 verilmişdir. Sərəncamda X6 5 (beş) nəfər ailə üzvünün (özü, oğlu, gəlini və 2 nəvəsi) olması göstərilmişdir. Həmin sərəncam əsasında isə xx.xx.1993cü il tarixli 008171 nömrəli order verilmişdir. Qayınanası sağlığında həmin mənzil üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Qayınanası öləndən sonra iddiaçı qeyd edilən mənzilə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət etmişdir. Lakin həmin təşkilat ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. İmtinanın əsası kimi Cavabdeh Başçısının 20 iyul 1993-cü il tarixli 2673 saylı sərəncamında və həmin sərəncam əsasında verilmiş xx.xx.1993-cü il tarixli 008171 nömrəli orderdə iddiaçının uşaqları olmasına baxmayaraq X4 və X2 adlarının qarşısında X6 ailə üzvü kimi “nəvəsi” əvəzinə səhvən “qızı” yazılması göstərmişdir. Halbuki həmin sərəncamın özündə 1 və 2-ci abzasda X6 ailə üzvlərinin tərkibini göstərilərkən 2 nəvəsinin olduğu yazılmışdır. Bakı şəhəri Cavabdeh 20 iyul 1993-cü il tarixli 2673 saylı sərəncamında ailə üzvlərinin sayı 5 nəfər (özü, oğlu, gəlini, iki nəvəsi) kimi yazılsa da, həmin sərəncam əsasında verilmiş xx.xx.1993-cü il tarixli 008171 nömrəli orderində ailə üzvlərinin sayı 6 nəfər göstərilmişdir. Bunun səbəbi sərəncam verilən zaman oğlu X3 hələ doğulmaması olmuşdur. Daha sonradan order verilərkən oğlu X9 artıq doğulduğundan onun adı da orderdə yazılmışdır. Lakin onun da adının qarşısında X6 ailə üzvü kimi “nəvəsi” əvəzinə səhvən “oğlu” olması yazılmışdır. Bundan başqa Bakı şəhəri Cavabdeh 20 iyul 1993-cü il tarixli 2673 saylı sərəncamında ata adı da Hacıməhəmmədovna əvəzinə səhvən “Hacı-Məmməd” yazılmışdır. Bundan sonra iddiaçı həmin səhvlərin aradan qaldırılması məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixli 5-19/2-6-A-13-091 nömrəli məktubu ilə həmin səhvlərin aradan qaldırılmasının onların səlahiyyətləri xaricində olmasını bildirmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbi müdafiə edərək onun mümkün sayılmaqla, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Cavabdeh Başçısının aparatının xx.xx.1993-cü il tarixli, 2673 nömrəli sərəncamından görünür ki, BŞİH-nin mənzil sahəsinin uçotu və bölüşdürülməsi baş idarəsinin xx.xx.1993-cü il tarixli məktubu ilə 1960-cı ildən mənzil növbəsində durmuş, ailəni təmin etmək üçün, Yeni Yasamal y/m 1, 14 nömrəli evin dördotaqlı 58.99 kv.m sahəsi 186 nömrəli mənzili Abbasovanın ailəsinə 5 nəfər ailə üzvü ilə (özü, oğlu, gəlini, 2 nəvəsi) təqdim edilməsi, Abbasovaya 5 nəfər ailə üzvü ilə Yeni Yasamal y/m 114 nömrəli evin dördotaqlı 38.99 kv.m sahəsli 186 nömrəli mənzilinə order verilməsi qərara alınmışdır. Sərəncama əsasən orderə aşağıdakılar salınmışdır: X12-özü, 1933; X10- oğlu, 1956; İddiaçı Hacı-Məmməd qızı-gəlini, 1965; X4-qızı, 1988; X5- qızı 1993. İşdə olan xx.xx.1993-cü il tarixli 008171 nömrəli orderdən görünür ki, 186 saylı mənzil X7 verilmiş, orderdə 6 nəfər şəxsin adı qeyd edilmişdir. Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli, 5-19/2-6-A-13-091 nömrəli məktubundan görünür ki, hazırda balansında olduğu Bakı şəhəri, Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 19 saylı Mənzil İstismar sahəsinin iddiaçının mərhum qayınanası X6 adına verdiyi 1787 nömrəli, xx.xx.1996-cı il tarixli şəxsi hesab vərəqində ünvan 2 ünvanı üzrə mərhum X6 xx.xx.1996-cı ildə qeydiyyata alınması tarixi və xx.xx.2024-cü il tarixində qeydiyyatdan çıxarılması qeyd olunmuşdur. Azərbaycan Respublikasının DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışında yuxarıda qeyd olunan sözügedən ünvanda xx.xx.2003-cü il tarixindən X1 qeydiyyata alınması göstərilmişdir. Hazırda Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan mərhum X6 adına verilmiş sözügedən ünvan keçmiş məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur və onlar həmin ünvanda yaşayırlar. Müraciətin həlli Cavabdeh səlahiyyətləri xaricindədir. İddiaçı hazırda bu imtina ilə razılaşmayaraq hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). İşdən görünür ki, mübahisəli sərəncam 1993-cü ildə qəbul edilmiş, iddiaçı həmin sərəncama düzəlişlə bağlı həmin dövrdə qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində cavabdehə müraciət etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar