Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8812/2022 28.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “tikintiyə icazə verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi Qəsəbəsi, 10-cu may küçəsi,496 ünvanında yerləşən 1 mərtəbəli xüsusi mülkiyyətimdə olan qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsini tikmək üçün təqdim etdiyim Layhiyə (Memarlıq- Planlaşdırma-Bölməsi) cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təsdiq edilməsi, tikintiyə icazə verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında uzun müddətdir ki, xüsusi mülkiyyətində olan 1 mərtəbəli qeyri- yaşayış sahəsinin 2-ci mərtəbəsini tikmək məqsədilə AR Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq eskiz (Memarlıq- Planlaşdırma Bölməsi) layihəsini təsdiq etdirmək, tikintiyə icazə verilməsi üçün AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edib. Lakin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən ona verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx-1996 saylı cavab məktubunda heç bir əsas göstərmədən 2-ci mərtəbənin layihəsini (memarlıq-planlaşdırma bölməsi) təsdiq etməkdən imtina etmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi heç bir ciddi əsas olmadan layihəni təsdiq etməkdən qanunsuz olaraq boyun qaçırmaqla mülkiyyət üzərindəki hüquqlarını pozmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Təqdim etdiyi sənədlərə və mülkü qanunvericiliyimizin normalarına əsasən hesab edir ki, uzun müddətdir ki, xüsusi mülkiyyətində olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsilə bağlı təqdim etdiyi 361,87 kv.m. eksiz layihənin (Memarlıq-Planlaşdırma Bölməsi) təsdiq edilməsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilməlidir. Qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən seriya RX №********** saylı verilmiş çıxarışa əsasən mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsində qeyd olunur ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 23,48, 75,79,80 və digər maddələrinin tələblərinə uyğun olaraq təqdim etdiyi layihəni Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi təsdiq etməliydi. Hesab edir ki, mülkiyyətində olan 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində tikmək istədiyi layihənin (memarlıq-planlaşdırma bölməsi) inşası digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığına görə təsdiq edilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin və digər qanunvericiliklə müəyyən olunmuş qayda da xüsusi mülkiyyətdə olan həm torpaq sahəsinin, həm də onun üzərində inşa edilmiş 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsini mülküyətçiyyə qanuna uyğun olaraq inşa edilməsinə dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etdiyi layihənin təsdiq etməməsiylə mülkiyyət hüquqlarını pozmuşdur. Hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bu hərəkətləri qanunsuzdur. Xüsusi qeyd edir ki, iddia tələbinə Bakı İnzibati Məhkəməsində bir dəfə baxılmış, iddia tələbim qismən təmin edilmiş, 2-1(112)-411/2022-016, xx.xx.2022-ci il tarixli Qərar çıxarmış və icraya yönəltmişdir. Lakin AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə birinci verdiyi imtina cavabını yenidən təkrar olaraq Məhkəmə tərəfindən qəbul edilmiş qərara verməklə məhkəmə qərarını ciddiyə almamışdır.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı Şəhəri, Binəqədi rayonu, Bınəqədi qəsəbəsi, 496 ünvanında yerləşən qeyri-yaşayış binası və altındakı 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-411/2022 nömrəli üzrə xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsi üçün təqdim etdiyi Layihənin (Memarlıq- Planlaşdırma Bölməsi) təsdiq edilməsi və tikintiyə icazə-verilməsi müraciəti ilə bağlı iddiaçının xeyrinə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəliyin qoyulması qərara alınmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-411/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsi üçün layihənin (memarlıq-planlaşdırma bölməsi) təsdiq edilməsi və tikintiyə icazə verilməsi barədə iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4-cü maddəsinə əsasən müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqini təmin etmək, tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin etmək, bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin texniki-iqtisadi əsaslandırma (və smeta) sənədlərinin hazırlanmasını və müvafiq icra hakimiyyəti orqanı ilə və (və ya) əlaqədar qurumlarla razılaşdırılmasını təmin etmək, bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin isə həm də texniki- iqtisadi əsaslandırma və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin etmək, müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə almaq, tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin etmək, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət etmək sifarişçinin vəzifəsidir. Nəzərinizə çatdırılmışdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalan"nın tələblərinə uyğun olaraq, qeyd olunan ünvanda aparılması nəzərdə tutulan tikinti işlərinin mümkünlüyünə dair şəhərsalma əsaslandırılması təqdim edildikdən sonra qaldırılan məsələyə baxılacaqdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir və ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi əlavə olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 15.1.1-ci maddəsinə əsasən şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə ərazi planlaşdırılması sənədləri, norma və qaydaları, habelə şəhərsalma əsaslandırılması ilə bağlı texniki normativ hüquqi aktlar daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci İİ12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalan"nın 1.4-cü bəndinə əsasən şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır.
6. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya hüquqi yardım göstərərək izah edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin 5-ci bəndinə əsasən, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini təmin edir. Habelə həmin maddənin 6-cı və 8-ci bəndlərinə əsasən, tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Bununla əlaqədar, məhkəmə iddia tələbini tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməsi kimi dəqiqləşdirməsini təklif etmiş və iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bidirilmişdir ki, İddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsi üçün layihənin (memarlıq-planlaşdırma bölməsi) təsdiq edilməsi və tikintiyə icazə verilməsi barədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilmiş və araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq, qeyd olunan ünvanda aparılması nəzərdə tutulan tikinti işlərinin mümkünlüyünə dair şəhərsalma əsaslandırılması təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə İddiaçı müraciətinin təmin edilməsi mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli xx/xx-1996 nömrəli və xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2-2022-1914 nömrəli məktublarla cavab verilmişdir. Məlum olduğu kimi, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir və ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi əlavə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalı və həmin reyestrdən çıxarışla rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 15.1.1-ci maddəsinə əsasən şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə ərazi planlaşdırılması sənədləri, norma və qaydaları, habelə şəhərsalma əsaslandırılması ilə bağlı texniki normativ hüquqi aktlar daxildir. Göründüyü kimi, tikinti obyektinin tikintisinə icazənin verilməsi üzrə icraat Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci və 75-ci maddələrinin və bununla bağlı digər normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4-cü maddəsinə əsasən müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqini təmin etmək, tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsin! təmin etmək, bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin texniki-iqtisadi əsaslandırma (və smeta) sənədlərinin hazırlanmasını və müvafiq icra hakimiyyəti orqanı ilə və (və ya) əlaqədar qurumlarla razılaşdırıİmasını təmin etmək, bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin isə həm də texniki-iqtisadi əsaslandırma və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin etmək, müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə almaq, tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin etmək, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət etmək sifarişçinin vəzifəsidir. Qeyd olunanlardan da göründüyü kimi, iddia ərizəsində göstərilən məsələlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.
8. Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisi üzrə müfəssəl planın mövcudluğu barədə məlumatın təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bilirilmişdir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən müfəssəl planların sifarişçisi qismində yerli icra hakimiyyəti orqanları çıxış edir. Həmin Fərmanın 4.6-cı bəndinə əsasən müfəssəl planların təsdiq edilməsi səlahiyyətlərini Komitə həyata keçirir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayonunun müfəssəl planının təsdiq edilməsinə dair sifarişçi tərəfindən Komitəyə müraciət daxil olmamışdır.
9. İddiaçı işi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-411/2022 nömrəli qərarının icra vəziyyəti ilə bağlı məlumatın təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, məhkəmə qərarı baş idarə tərəfindən icra olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2-2022-2041 nömrəli məktubla məhkəməyə məlumat verilmişdir.
10. Məhkəmənin hazırlıq icraatı üzrə əvvəlki mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, hazırkı mübahisə əvvəllər məhkəmə araşdırmasının predmeti olmasına baxmayaraq, qəbul edilən yekun məhkəmə aktında iddia qismən təmin edilmişdir, lakin cavabdeh inzibati orqan məhkəmə qərarını lazımi qaydada icra etməmişdir. Ona görə hesab edir ki, həmin mübahisə yenidən məhkəmə araşdırmasının predmeti ola bilər. Eyni zamanda hesab edir ki, iddia tələbi dəqiqləşdirilmədən hazırkı tələb üzrə işə mahiyyəti üzrə baxılmalı və iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməlidir.
11. Məhkəmənin hazırlıq icraatı üzrə əvvəlki mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi.
II. İddianın mümkünlüyü
12. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
13. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
14. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
17. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.
18. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X1 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
19. Belə ki, qüvvədə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-411/2022 nömrəli üzrə xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin tikilməsi üçün təqdim etdiyi Layihənin (Memarlıq-Planlaşdırma Bölməsi) təsdiq edilməsi və tikintiyə icazə-verilməsi müraciəti ilə bağlı iddiaçının xeyrinə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəliyin qoyulması qərara alınmışdır.
20. Həmin iş üzrə məhkəmə inzibati orqan tərəfindən inzibati icraatın qüsurlu həyata keçirildiyini müəyyən etdiyindən, məhkəmənin nəticəsi inzibati orqanın məsələyə yenidən baxılmasının cavabdehə həvalə edilməsi deyil, inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı olmuşdur. (İPM 73.2-ci maddəsi)
21. Lakin həmin məhkəmə qərarının icrası ilə bağlı məlumatın təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq məhkəmə qərarının baş idarə tərəfindən icra olunduğu bildirilsə də, qərarda qeyd edildiyi kimi iddiaçının xeyrinə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi müəyyən edilmir.
22. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi məhkəmə qərarının tam icra olunmaması ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir. Həmin tədbirlər yeni iddia qaldırmaqla deyil, “məhkəmə prosesi”nin ayrılmaz hissəsi olan məhkəmə qərarının icrası qaydasında həyata keçirilməlidir.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva