Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8819/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 152 E nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ masivi ünvanında yerləşən, sahəsi 1200 kv.m. olan, 152E saylı bağ sahəsi ona Bağlar təsərrüfatı tərəfindən verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli **********88 nömrəli məktubla imtina edilmiş və bildirilmişdir ki, müqavilədə torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir, bölgü sxemində 145e nömrəsi qeyd edilməmişdir, ümumi hasar daxilində yerləşir, bağ nömrəsi elektron bazada aşkar edilməmiş, torpaq sahəsi digər bağın sahəsinə uyğun gəlir. Ərizənin icrasından qeyd edilən səbəblərə görə imtina edilmişdir. Torpaq sahəsi digər qohumlarında birgə olan ərazidə olduğundan ümumi hasar daxilində torpağı saxlamış, bu kimi halın özəlləşməyə heç bir mənfi təsiri yoxdur, torpaq sahəsinin dəqiq yeri mühəndisə təqdim edilmişdir. Cavabdehin sistemində hər hansısa problemlərə görə vətəndaş məsuliyyət daşımır. Bağ sahəsi yerində torpaq verilmiş ölçülərdədir, nömrəsi məlumdur. Bağ nömrəsi və müqavilənin həqiqiliyini təsdiq etmək üçün cavabdehə müraciət edilmiş və müqavilənin arxiv nüsxəsi də xx.xx.2024-cü ildə əldə edilmişdir, orada da bağ nömrəsi 152E olaraq qeyd edilmişdir. Cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında onun bağ sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22 dək müvafiq İcra Hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı tərəfindən vətəndaşlara ayrılan bağ sahələrinə verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərlə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatın uyğunluğu ilə aparılır. Cavabdehin onun torpaq sahəsinə çıxarışın verilməsindən imtinası əsassızdır və məhkəmə qaydası ilə torpaq sahəsinə çıxarışın verilməsi cavabdehə həvalə edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsi, “152E” ünvanında olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2022-ci il tarixli, **********88 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağın istifadəyə verilməsi haqqında müqavilədə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağ-tikinti kooperativinin sxemində bağ nömrəsi aşkar edilməmişdir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsi 152V saylı bağın ərazisinə uyğun gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 3-21-3-30/2- 10988/2024 **********88 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, bağın istifadəyə verilməsi haqqında müqavilədə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağ-tikinti kooperativinin sxemində bağ nömrəsi aşkar edilməmişdir. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən torpaq sahəsi digər bağın ərazisinə uyğun gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 3-21-3-30/2-R0032- 8/2024 **********52 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Çöl Şüvəlan ərazisində yerləşən 0.12 hektar sahəsi olan 152E (müqavilədə olduğu kimi) saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış 04 yanvar 2005- ci il tarixli 33810 nömrəlıi müqavilə İdarənin arxiv qovluğunda mövcuddur. Sorğunun icarsı ilə əlaqədar olaraq 04 yanvar 2005-ci il tarixli 33810 nömrəlıi müqavilənin arxiv nüsxəsinin təsdiq edilmiş surəti təqdim edilir. X2 və İstismarı Birliyi və İddiaçı arasında bağlanılmış 33810 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan 152 E nömrəli torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 26476/2024 **********76 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin müraciəti barədə məlumat aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti, eləcə də sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 152 E nömrəli torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,1917 ha təşkil edir (717 kv.m artıqdır). Bağ sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir, ara sərhədlər şərtidir. Darvaza yoxdur, giriş sərbəstdir. Qonşu bağ sahələrindən yalnız ikisinə dair (152c və 145e) təqdim olunmuş sənəd surətləri ərizəyə əlavə edilmişdir. Bağ sahəsində 1 - köməkçi tikili və İİ - s/q var. Sxematik xəritəyə əsasən göstərilən sahə 152V saylı bağın ərazisidir. Lakin sxematik xəritədə iki ədəd 152V saylı bağ sahəsi əks olunub. Həmçinin digər 152V saylı bağ sahəsi qeydiyyatdan keçib - **********40. Yol tərəfdən 0.3 - 0.5 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir - 6 KV. Artıq torpaq sahəsinin bir qismi mühafizəyə düşür, lakin 1200 kv.m. mühafizəyə düşmür. **********312 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X8 Bakı şəhəri Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 152 E nömrəli bağ sahəsində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin Rzayev X9 adına özəlləşdirilməsinə, çıxarış və texniki pasport verilməsinə etirazı yoxdur, razıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 39225/2024 **********25 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir. Ara sərhədləri şərtidir. Darvaza yoxdur, giriş sərbəstdir. Faktiki sahəsi 0.1917 ha təşkil edir. Eyni zamanda yol tərəfdən 0.3-0.5.metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir (6kV). Artıq torpaq sahəsinin bir qismi mühafizəyə düşür, lakin 1200.0 kv.m mühafizəyə düşmür. Qeyd olunanlarla yanaşı, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə 152V saylı bağın ərazisidir. Lakin sxematik xəritədə iki ədəd 152V saylı bağ sahəsi əks olunmuşdur. Həmçinin digər 152V saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunmuş 152V saylı bağ ilə üst-üstə düşmür. Bundan əlavə müraciətə dair sənəd surətləri təqdim edilmişdir. Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsi X2 və X4 massivində 119 saylı bağtikinti kooperativi tərəfindən təqdim edilmiş 18 saylı xx.xx.1989-cu il tarixli orderdən görünür ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 11/409 1989-cu il 20 oktyabr tarixli qərarına əsasən vətəndaş X1 119 nömrəli kooperativinin tərkibinə Nardaran massivində 0,12 ha torpaq sahəsi olan 713 B nömrəli bağ sahəsi verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Cavabdeh qurumun imtinası iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən sxematik xəritə ilə uyğunsuzluqlar inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir. Qeyd olunan bağın nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmaması barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bununla bağlı məhkəmə araşdırması zamanı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 152V saylı bağın ərazisinə uyğun gəlməsi, həmin 152V saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyatdan keçməsi, fərgli ərazidə yerləşməklə iddiaçının istifadəsində olan 152E saylı bağ sahəsi ilə üst-üstə düşməməsi öz təsdiqini tapmışdır. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Belə ki, müqavilənin həqiqiliyi və iddiaçının torpaq sahəsi üzərində sahibliyin həyata keçirilməsi ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 152 E nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 152E nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova