Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8826/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin cavab məktubunda göstərilənlərin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən 27 saylı evin 80 saylı mənzilinin özəlləşdirilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-cu ildə valideynləri və digər ailə üzvləri qaçqın düşərək Azərbaycana sığınmışlar. Ermənistandan qaçqın düşərkən Göyçə mahalında mövcud olmuş evi, mərhum X2 ünvan 1 ünvanında yerləşən Q.S.Xaçaturyan adında erməni milliyətindən olmuş şəxsə məxsus evlə dəyişmiş və 1989-cu ildən qeyd edilən ünvanda yaşamağa başlamışlar. Həmin evin ümumi ölçüsü 46,2 kvadrat metr olmuş və hal-hazırda da həmin ölçü olduğu kimi qalmış və heç bir dəyişiklik edilməmişdir. Ermənistandan qaçqın düşərkən və ondan əvvəl ailə üzvləri, yəni valideynlərinin hər ikisi və ailə üzvlərindən əksəriyyəti vəfat etmişlər. Ermənistanda olmuş evi, Bakı şəhərində erməni millətindən olan şəxsə məxsus evə dəyişdikdən sonra Bakı şəhəri İcra Komitəsinin 3192 saylı xx.xx.1989-cu il tarixli qərarı əsasında həmin evə qeydiyyata alınmışlar. Ermənistandan qaçqın düşdükdən sonra mərhum valideyinləri ünvan 1 ünvanında yerləşən evi digər qaçqın düşmüş ailələrdən fərqli olaraq, Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış Azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7 və 8-ci bəndlərinin tələbləri əsasında özəlləşdirməmiş və müvafiq çıxarış almamışlar. Mərhum valideynləri sağ olanda qanunun həmin tələblərindən məlumatlı olmamaları səbəbindən müvafiq evi özəlləşdirməmişlər. Bu səbəbdən valideynlərinin vəfatından sonra miras qalmış evə dair qanun üzrə vərəsə olaraq vərəsəlik haqqında şəhadətnamə almamış və mirasa dair digər vərəsələr arasında pay bölgüsü apara bilməmişlər. Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış Azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7 və 8-ci bəndləri Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilsə də, həmin Fərmanın 7-ci və 8-ci bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsininVİİ-ci hissəsinə əsasən geriyə qüvvəsi var. Qeyd edilən səbəbdən ünvan 1 ünvanında yerləşən evə dair forma 2 arayışını, evin dəyişmə müqaviləsinin surətini və digər sənədləri cavabdeh təşkilata göndərərək xahiş etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış Azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7 və 8-ci bəndləri əsasında və həmin bəndləri rəhbər tutmaqla ünvan 1 ünvanında yerləşən evin özəlləşdirilməsi və müvafiq qaydada çıxarışın verilməsi təmin edilsin. Ərizəsinə cavabdeh tərəfindən imtina məktubu təqdim edilmişdir. Həmin imtina məktubunda əlavə olaraq qeyd edilmişdir ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili (evi) özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi: mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (forma 2) mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Cavabdeh təşkilatın cavab məktubu 30 mart 2023-cü il tarixdə poçt vasitəsi ilə ona çatdırılmışdır. Cavabdehin cavab məktubunda göstərilənlər qanunsuzdur. İlk növbədə, 1988-ci ildə Ermənistandan qaçqın olaraq Azərbaycan Respublikasına gəlmiş və məskunlaşmış şəxslərə dair mənzil problemlərinin həlli məqsədi ilə, istisna hal kimi, əvvəlcədən həmin şəxslərə kütləvi surətdə Azərbaycan vətəndaşlığı verilmiş, sonradan isə onların məskunlaşdığı evlərin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış Azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7 və 8-ci bəndləri əsasında Respublika ərazisində olan bütün qaçqınlar məskunlaşdıqları evləri və torpaq sahələrini əvəzsiz özəlləşdirmişdir. 1988-ci ildə qaçqın düşmüş şəxslərin evlərinin özəlləşdirilməsi, həmin şəxslərə kütləvi qaydada Azərbaycan vətəndaşlığının verilməsi dövlət tərəfindən aparılmış bir siyasət olduğundan, qaçqın gəlmiş və məskunlaşmış həmin şəxslərin evlərinin özəlləşdirilməsi “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə deyil, Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış Azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanı ilə tənzimlənir. Qeyd edilənlərə əsasən, cavabdehin müvafiq imtina məktubunda göstərilənlərin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən 27 saylı evin 80 saylı mənzilinin özəlləşdirilməsi haqqında qərar qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq ********** daxilolma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 saylı evin, 80 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim ediləcəyi təqdirdə iddiaçının ərizəsinə qanunamüvafiq qaydada baxılacağı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməli olması barədə vətəndaşa **********02 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, qeyd olunan mənzilə yerli baxışın aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd edilən mənzilə eyni sənədlərlə X7 xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixdə İdarəyə müraciəti daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-R-0042/8 **********02/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 27 saylı evin 80 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. İJ seriyalı 225132 saylı xx.xx.1954-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. X2, anası X9r. AZ-İİ seriyalı 338189 saylı xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1998-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı 405286 saylı xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Bakı şəhəri Nərimanov rayonu X8 İcra Komitəsinin 11 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən texniki vəziyyətindən, yaşayış sahəsinin ölçüsündən və yerləşmə yerindən asılı olmayaraq Ermənistan SSRİ-dən qaçqın düşmüş Azərbaycan milliyyətinə məxsus olan vətəndaşların özbaşına şəkildə inşa olunmuş tikililərdə daimi qeydiyyata salınması RMİ, RDİŞ – nə həvalə olunmuşdur. Qeydiyyat Bakı şəhərindən köçmüş erməni milliyətinə məxsus olan vətəndaşlar ilə icra hakimiyyəti və ya notarial kontoru tərəfindən təsdiq edilmiş qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir. Həmin qərarın icrasına nəzarət icra komitəsinin sədr müavinləri E.K.İbrahimzadənin və N.A.Quliyevanın öhdəsinə qoyulmalıdır. Həmin qərara 3 saylı əlavədən görünür ki, özbaşına inşa olunmuş tikililərin rayonlarında yaşayış sahəsinin dəyişdirilməsini həyata keçirən və Azərbaycan milliyyətinə məxsus vətəndaşların siyahısında M.S.Rəhimov özü və digər 4 nəfərdən ibarət ailə tərkibi qeyd edilmişdir (arvadı, oğlu, qızı, qızı). 38 saylı Mənzil-Kommunal İstismar Sahədi tərəfindən təqdim edilmiş 38/751 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən mərhum X11 həqiqətən M.Arif küçəsində yerləşən 27 saylı evin 80 saylı mənzilində yaşamışdır. Ailəsi 5 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: 1. gəlini X12 (1959) 2007-ci ildən; 2. nəvəsi X13 (2002) 2018-ci ildən; 3. nəvəsi X14 (1996) 2007-ci ildən; 4. nəvəsi X24 (1989) 1989-cu ildən; 5. nəticəsi X16 (2009) 2019-cu ildən. 38 saylı Mənzil-Kommunal İstismar Sahədi tərəfindən təqdim edilmiş 38/468 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X3 həqiqətən M.Arif küçəsində yerləşən 27 saylı evin 80 saylı mənzilində yaşayır. Ailəsi 6 nəfərdən ibarətdir.Daimi qeydiyyatda olanlar: 1. qardaşı arvadı X12 (1959) 2007-ci ildən; 2. qardaşı qızı X13 (2002) 2018-ci ildən; 3. qardaşı qızı X14 (1996) 2007-ci ildən; 4. bacısı qızı X24 (1989) 1989-cu ildən; 5. bacısı nəvəsi X16 (2009) 2019-cu ildən. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 20178/2023 **********78 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, 80 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-14/2-737/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X4 mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində mənzil uçotuna alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı notariat ofisinin 1829 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1998-ci il tarixdən vəfat etmiş ünvan 2 ünvanında qeydiyyatda olmuş, X5 vərəsəlik işi ilə əlaqədar qızı İddiaçı miras əmlakın qəbulu üçün notariat ofisinə yazılı müraciət etmiş vərəsəsidir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-05468/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş Rəhimov M.S. barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Nərimanov rayon XDS İK-nin (indiki Nərimanov RİH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 11 §1-г saylı qərarının təsdiq edilmiş ksero surəti və ona əlavə olunmuş adlı siyahıdan təsdiq edilmiş arxiv çıxarışı göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********65 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu M.Arif (keçmiş Tumanyan) küçəsi, ev 27, 80 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. X1 adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin, həmçinin iddia tələbinə dair subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlərin və mənzilə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiçının nümayəndə və vəkilinə hüquqi yardım göstərərək iddia tələbinin “hüququn ölmüş şəxsə məxsusluğu barədə arayışın verilməsi” kimi dəqiqləşdirilməsini, eləcə də evə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsini təklif etmiş, iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb ola biləcəyi barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (1.1) İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.(1.2) Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.(1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.(2.1) İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(2.2) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, iddia düzgün qaldırılmamışdır və məhkəmə tərəfindən iddia tələbinin “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəlinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi təklif edilsə də, qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-8826/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8826/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver