Məhkəmə qərarları › İş №2-1(112)-8827/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8827/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8827/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Qobu Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının tanınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobu Bələdiyyəsi tərəfindən 01 avqust 2007-ci il tarixli, 17 saylı aktla ona verilmiş 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07 avqust 2007-ci ildə Bakı şəhəri, Qobu bələdiyyəsindən 17 saylı qərarla 0.04 ha torpaq sahəsi almışdır. Həmin fakt Abşeron Rayon İcra hakimiyyəti və memarlıq tikinti şöbəsinin müdiri və X3 Komitəsinin Abşeron Rayon şöbəsinin müdiri tərəfindən 01 avqust 2007-ci il tarixli 1073 saylı aktla təsdiq edilmişdir. Bu barədə DT və XK- Abşeron Rayon şöbəsinin müdiri tərəfindən müsbət rəy verilmişdir. Həmin torpağın alınması üçün 19 avqust 2007-ci ildə 005600 saylı qəbzlə pul ödənilmişdir. Göstərilən torpaq üzərində mülkiyyət hüququnun verilməsi barədə cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli 3-21 3- 32/2 - M- 006 - 8\2023 saylı cavab məktubu ilə arxiv arayışının, alqı-satqı aktının ərizəyə əlavə edilmədiyini və torpaq çıxarışında DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq İH orqanının memarlıq şöbəsi tərəfindən təsdiqlənmədiyini göstərməklə torpaq üzərində mülkiyyət hüququnun tanınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana göndərilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron rayonu Qobu Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. İddiaçı nümayəndəsi X2 (iddia ərizəsini imzalamış şəxs) xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Qobu Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının tanınması” barədə inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar