Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-883/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuşdur daha sonra onun tərəfindən sökülərək yerində digər qeyriyaşayış binası tikilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi 609 saylı məhəllədə (indiki ünvan 2) yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Daha sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamına əsasən qeyd olunan hüquqlar X4, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli sərəncamına əsasən isə İddiaçı keçmişdir. Bundan sonra, iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsini sökərək onun yerinə razılaşdırılmış qaydada yeni qeyri-yaşayış sahəsi tikmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli məktubundan göründüyü kimi tikilinin memarlıqplanlaşdırılmasının eskiz həlli razılaşdırılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli rəyindən də göründüyü kimi qeyri-yaşayış sahəsi tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin xx.xx.2019-cu il tarixli aktından da görünür ki, qeyri-yaşayış sahəsi bütün tikinti tələblərinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövlət Müfəttişliyi tərəfindən xx.xx.2020-ci il tarixdə Ö/003549 nömrəli “X5” verilmişdir. Qeyd olunan sənədləri aldıqdan sonra, iddiaçı ünvan 2 ünvanında yerləşən və onun istifadəsində olan torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh orqanın sözügedən cavab məktubu tamamilə əsassızdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyri-yaşayış binasının bir hissəsi sənəd üzrə olan sahədən kənarda inşa edilmiş və həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə dair qərar və istismarına icazə sənədi təqdim edilməmişdir. Bundan əlavə, qeydiyyatdan keçmiş qeyriyaşayış binasının söküldüyünü nəzərə alaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunmasına dair notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edilməlidir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********93 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq, qeyri-yaşayış binasının sənəd üzrə olan sahədən kənarda yerləşən hissəsi “Göyəzən” Səhmdar Cəmiyyətinin dövlət əmlakı kimi baza məlumatının bir hissəsidir. Həmçinin qeyriyaşayış binası çoxmərtəbəli yaşayış binasının yaxınlığında yerləşir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuşdur daha sonra onun tərəfindən sökülərək yerində digər qeyriyaşayış binası tikilmişdir. Həmin ünvanda yerləşən 0,2644 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi 609 saylı məhəllədə yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Daha sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamına əsasən qeyd olunan hüquqlar A.T.Həsənovun adına və təyinatı biznes mərkəzinə keçirilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli sərəncamına əsasən isə İddiaçı adına və təyinatı qeydi-yaşayış binasına keçirilmişdir. Bundan sonra, iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsini sökərək onun yerinə razılaşdırılmış qaydada yeni qeyri-yaşayış sahəsi tikmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli məktubundan göründüyü kimi tikilinin memarlıq-planlaşdırılmasının eskiz həlli razılaşdırılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli rəyinə əsasən qeyri-yaşayış sahəsi tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin xx.xx.2019-cu il tarixli aktından da görünür ki, qeyri-yaşayış sahəsi bütün tikinti tələblərinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövlət Müfəttişliyi tərəfindən xx.xx.2020-ci il tarixdə Ö/003549 nömrəli “X5” verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbini irəli sürmüşdür. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuşdur daha sonra onun tərəfindən sökülərək yerində digər qeyriyaşayış binası tikilmişdir. Həmin ünvanda yerləşən 0,2644 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi 609 saylı məhəllədə yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Daha sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamına əsasən qeyd olunan hüquqlar A.T.Həsənovun adına və təyinatı biznes mərkəzinə keçirilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli sərəncamına əsasən isə İddiaçı adına və təyinatı qeydi-yaşayış binasına keçirilmişdir. Bundan sonra, iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsini sökərək onun yerinə razılaşdırılmış qaydada yeni qeyri-yaşayış sahəsi tikmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli məktubundan göründüyü kimi tikilinin memarlıq-planlaşdırılmasının eskiz həlli razılaşdırılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli rəyinə əsasən qeyri-yaşayış sahəsi tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin xx.xx.2019-cu il tarixli aktından da görünür ki, qeyri-yaşayış sahəsi bütün tikinti tələblərinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövlət Müfəttişliyi tərəfindən xx.xx.2020-ci il tarixdə Ö/003549 nömrəli “X5” verilmişdir. Cavabdehtin tikintiyə icazə və istismara icazə sənədinin təqdim edilməməsi dəlillərinə münasibət məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003, xx.xx.2012 və xx.xx.2015-ci il tarixli sərəncamlarından görünür ki, mübahisə predmeti qeyri-yaşayış binasının tikintisinə iddiaçıya icazə verilmişdir. Tikilinin memarlıq-planlaşdırılmasının eskiz həlli razılaşdırılmış və tikili iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərinə, tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq, Ö/003549 nömrəli xx.xx.2020-ci il tarixli obyektin X5 tərtib olunmuşdur. Cavabdehin qeyri-yaşayış binasının sənəd üzrə olan sahədən kənarda yerləşən hissəsi “Göyəzən” Səhmdar Cəmiyyətinin dövlət əmlakı kimi baza məlumatının bir hissəsi olması dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin özü tərəfindən təqdim edilmiş ortofotodan görünür ki, həmin tikili iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Həmin tikilinin qarşısında istifadə olunan torpaq sahəsi iddianın predmeti deyildir. “Göyəzən” Səhmdar Cəmiyyətinin dövlət əmlakı kimi baza məlumatı kimi qeyd edilmiş hissə həmçinin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini də əhatə edir. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd edilən dəlillər əsassız olmaqla iddianın təmin edilməsinin qarşısını alan hal kimi çıxış edə bilməz. Məhkəmə cavabdeh orqanın imtinasının (etirazının) dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində müəyyən olunmuşdur. İddiaçının sözügedən qeyri-yaşayış obyektinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün cavabdeh tərəfindən irəli sürülmüş etiraz dəlillərinin heç biri, həmin Qanunun 15-ci maddəsində müəyyən olunan əsaslara aid edilmir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının inşa etdiyi qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-883/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-883/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver