Məhkəmə qərarları › İş №2-1(112)-8831/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8831/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8831/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015xx.xx.2020-ci il tarixlər arasındakı dövr ərzində ona ödənilmiş 16699,63 manat əmək pensiyası məbləğinin tələb edilərək cavabdehin ünvan 1 ünvanında yerləşən hesabına ödənilməsi barədə cavabdehin **********0 saylı xx.xx.2021-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəməyə daxil olduqdan sonra məhkəmə işin ərazi aidiyyətini müəyyənləşdirmək üçün məhkəmə iclasını xx.xx.2021-ci il tarixə təyin etmişdir. Məhkəmə iclasında iddaçının nümayəndəsi (vəkili) iddiaçının məcburi köçkün olmasını, Bakı şəhərində müvəqqəti məskunlaşdığını, habelə iddiaçının hazırkı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "təyin olunmuş pensiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə təyin olunmuş pensiya ödənişinin bərpa edilməsi, pensiya təyin edilməsinin 6 ili tamam olduğu üçün pensiya kapitalının (sığorta və yığım hissələri) yenidən hesablanması və xx.xx.2021-ci il tarixdə ödənilməmiş pensiya məbləğinin bir dəfəyə ödəniməsinin cavabdehin üzərinə qoyulması” barədə idia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini və həmin işin hazırda məhkəmənin icraatında olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümyəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı, 2-1(112)-8831/2021 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7363/2021 saylı (İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının yenidən heablanması və s.” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-7363/2021 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının hazırkı iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir, cavabdeh isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnamənin 1.1-ci maddəsinə Filial “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur və onun səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. İş materiallarına əsasən iddiaçı Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olsa da, AA seriyalı 390995 nömrəli xx.xx.2017-ci il tarixli məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı Füzuli rayonundan məcburi köçkündür və hər il Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xətai rayon sektoru tərəfindən ünvan 2 ünvanı üzrə qeydiyyata alınır. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaydalara əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçının qeydiyyat ünvanı Füzuli rayonu olsa da, məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonunda yaşayır və həmin yaşayış ünvanı üzrə hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır. Belə olan halda, iddiaçının yaşayış yeri Bakı şəhəri, Xətai rayonu hesab olunmalıdır. İddiaçı hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ödənilmiş əmək peniyasının tutulması barədə **********0 saylı xx.xx.2021-ci il tarixli qərarını mübahisələndirmişdir. O, eyni zamanda həmin cavabdehə qarşı digər bir iddia qaldıraraq, hazırda mübahisələndirdiyi qərara əsasən cavabdehin ona ödənilən pensiyanı dayandırmasından ibarət hərəkətini mübahisələndirmiş, pensiya ödənişinin bərpa edilməsi tələbini irəli sürmüşdür. Belə ki, iş materiallarında olan 2-1(112)-7363/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə sərəncamından və iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "təyin olunmuş pensiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə təyin olunmuş pensiya ödənişinin bərpa edilməsi, pensiya təyin edilməsinin 6 ili tamam olduğu üçün pensiya kapitalının (sığorta və yığım hissələri) yenidən hesablanması və xx.xx.2021-ci il tarixdə ödənilməmiş pensiya məbləğinin bir dəfəyə ödəniməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına qəbul olunmuş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı halllar eynidir və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birlikdə baxılması üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8831/2021 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-7363/2021 saylı (İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının yenidən heablanması və s.” tələbinə dair) inzibati işə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-7363/2021 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8831/2021 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati iş həmin məhkmənin icraatında olan 2-1(112)-7363/2021 saylı (İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının yenidən heablanması və s.” tələbinə dair) inzibati işə birləşdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş 2-1(112)-7363/2021 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar