Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8836/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Bünyat-zadə X5 nümayəndəsi (oğlu) Bünyat-zadə Orxan Aydın oğlunun, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bünyat-zadə X5 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və tikili üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 2 101 nömrəli evin, 2/4 nömrəli mənzilin torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 107,57 kv.m-dən ibarət mənzilin mövcud vəziyyətdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X7 mülkiyyətində olan 1 (bir) otaqlı, y/s. 38.25 kv.m-dən ibarət ünvan 2 ev 101, mənzil 2/4-ü, 11 iyun 2005-ci il tarixdə 28 saylı notariat kontoru vasitəsilə alqı-satqı edib. Alqı-satqıdan sonra Azərbaycan Respubikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ÖM seriyalı 239927 №-li xx.xx.2005-ci il tarixdə mənə 38.25 kv.m-ə qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsində ünvan 2 ev 101, 2/4 mənzilin ölçüsü 38.25 kv.m qeyd olunsa da, faktiki həmin mənzilin ölçüsü 87.0 kv.m təşkil edir. ünvan 2 ev 101, 2/4 mənzilin ölçüsünün 87.0 kv.m təşkil etməsi barədə 45 saylı MKİSnin sahə bələdçisi tərəfindən eskiz çəkilmişdir. Bundan başqa Azərbaycan Respubikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03Q-8/322 saylı xx.xx.1998-ci il tarixli cavab məktubunda X7 mənzil şəraitinin ağır olduğunu nəzərə alaraq Memarlıq və Şəhərsalma Baş İdarəsi qeyd olunan ünvanda yerləşən otağın tikintisinə etirazının olmamasını qeyd etmişdir. Sonradan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ƏEM/A 38- 289/22 saylı rəy və hesabatında ünvan 2 101 nömrəli evin, 2/4 nömrəli mənzilinin ölçülərinin çəkiləndən sonra ümumi ölçüsünün 107.57 kv.m-dən ibarət olması müəyyən edilmişdir. ünvan 2 ev 101, 2/4 mənzilin mülkiyyətçisiyəm, bütün kommunal (işıq, su və.s.) xərclər tərəfimdən ödənilir. ünvan 2 ev 101, 2/4 mənzil mülkiyyətimdə olmasına baxmayaraq, həmin mənzilin digər hissəsinə sərəncam verə bilmir. Qeyd olunanlara əsasən, ünvan 2 101 nömrəli evin, 2/4 nömrəli mənzilinə dair mənim adıma çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanına müraciət edib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022- ci il tarixli **********20 № li məktubunda sözügüdən mənzilə əlavə inşa edilmiş sahəyə və həmin sahənin yerləşdiyi tikilinin alt torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi qeyd edilmişdir. Bildirir ki, ünvan 2 ev 101, 2/4 mənzili 11 iyun 2005-ci il tarixdə 28 saylı notariat kontoru vasitəsilə alqı-satqı edən zaman da həmin mənzildə əlavə sahə mövcud idi. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən, əlavə inşa edilmiş sahənin yerləşdiyi tikilinin alt torpaq sahəsinə dair heç bir sənəd əldə edə bilməyib. Hesab edir ki, istifadəsində və sahibliyində olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş mənzilə dair dövlət reyestrindən çıxarışı və texniki pasportu vermədiyindən qanunvericiliyin tələblərinə ziddir və mülkiyyətçi kimi hüquqularını pozur.
3. İddiaçının hüquqlarının qeydə alınmasından əvvəlki (xx.xx.2013-cü il tarixli) imtinada qeyd edilmişdir ki, idarənin arxiv sənədlərinə əsasən mənzil yaşayış sahəsi 82,5 kv.m., ümumi sahəsi 147,28 kv.m., olan 3 otaq kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, paylı mülkiyyətdədir, ona aid pay yaşayış sahəsi 38,25 kv.m. olan 1 otaqdan ibarətdir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, mənzilin ona aid hissəsi sökülərək yerində tikintialtı sahəsi 52,64 kv.m. olan iki mərtəbəli, 7 otaqlı mülk inşa edilmişdir.
4. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,28 kv.m., olan 3 otaq kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, paylı mülkiyyətdədir, iddiaçıya aid pay yaşayış sahəsi 38,25 kv.m. olan 1 otaqdan ibarətdir və xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
5. İddiaçının hüquqlarının qeydiyyatından imtina onunla əsaslandırılmışdır ki, əlaqədar olaraq bildiririk ki, sözügedən mənzilə əlavə inşa edilmiş sahəyə və həmin sahənin yerləşdiyi tikilinin altı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (bundan sonra — razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sözügedən mənzilə əlavə inşa edilmiş sahəyə və həmin mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********20 saylı, xx.xx.2022-ci il tarixli cavab ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, ünvan 2 101 nömrəli evin, 2/4 nömrəli mənzili paylı mülk kimi Bünyat-zadə Tacıxanım Qəhrəman qızı (1 otaq-38,25 kv.m), X4 (1 otaq-24,5 kv.m) və X3 (1 otaq-10,5 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında'” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq İcra hakimiyyəti orqanının (bundan sonra — razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurJılması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Azərbaycan Respublikasının Mənzil məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahbyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən rtneydançalan, pilləkənlər, iiftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
7. İddiaçı tərəfindən təqdim edilmiş rəyə əsasən iddiaçının hüqüqlarının qeydə alınmasını tələb etdiyi əmlak ünvan 2 101 nömrəli evin, 2/4 nömrəli mənzili iki mərəbəli olmaqla birinci mərtəbə 40,5 kv.m. (əsas sahə 10,31 kv.m., köməkçi sahə 30,19 kv.m.), ikinci mərtəbə 48,76 kv.m. (əsas sahə 38,67 kv.m., köməkçi sahə 10,09 kv.m.), açıq eyvan 10,64 kv.m. (1-ci mərtəbədə giriş hissə), anbar 4,95 kv.m., həyətyanı sahə 2,72 kv.m. olmaqla 107,57 kv.m-dən ibarətdir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
16. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
17. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
18. İddiaçı tərəfindən məhkəməyə vaxtilə əvvəlki mülkiyyətçinin adına Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş əlavə otaq tikilməsinə razılıq məktubunun kserosurəti təqdim edilmişdir. Lakin əvvəlki mülkiyyətçi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə alqı-satqı predmeti məhz hazırda iddiaçının hüquqlarının qeydə alındığı 1 otaqlı sahəsi 38,25 kv.m. mənzil verilmişdir.
19. Məhkəmə əvvəla qeyd edir ki, həmin icazə kserosurətdir, digər tərəfdən həmin icazədə evə bitişik boş torpaq sahəsində əlavə otağın tikintisinə icazə verilmişdir, iddiaçı isə hazırda iki mərtəbəli mülkə hüquqlarının qeydə alınmasını tələb edir.
20. Mənzil Məcəlləsindən: 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
23. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nə yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması qaydalarına, nə də məlumatlandırma icraatının təbiqi qaydalarına riayət edilməsinə dair sübutlar təqdim edilməmişdir. Eyni zamanda iddiaçının qeydə alınmış hüquqları mənzilin sahəsi 38,25 kv.m. olan 1 otağına olsa da, tikintialtı sahəsi ondan artıqdır (52,64 kv.m.)
24. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
25. Qeyd edilənlərə əsasən, məhkəmə iddianın uğurlu olmadığı qənaətinə gəldiyindən, bununla əlaqədar digər paylı mülkiyyətçilərin maraqlarına toxunmadığından prosessual qənaət prinspindən çıxış edərək mənzilin digər paylı mülkiyyətçiləri X9 və X3 hazırkı inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri hesab etməmişdir.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva