Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8837/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasının prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən iddiaçının adının kredit borclarının restrukturizasiya edilməli olan şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasının prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən iddiaçının adının kredit borclarının restrukturizasiya edilməli olan şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərаr qəbul еdilməsini хаhiş еtmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında 23 iyul 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən illik faiz dərəcəsi 27 faiz olmaqla 12 ay müddətinə ona 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı 750 manat ödəniş etsə də, maddi vəziyyətinin pisləşməsi səbəbindən sonra ödənişləri həyata keçirə bilməmişdir. Bundan sonra bank iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4211,21 manat əsas borc, 1123,18 manat faiz borcu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və hazırda iş məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ölkə ərazisində vaxtı keçmiş kredit borclarının restrukturizasiyası həyata keçirilmişdir. İddiaçının banka olan borcu da qeyd olunan fərmanın təsir dairəsinə düşür. Lakin iddiaçıya məlum olmayan səbəblərdən onun banka olan borcu restrukturizasiya olunmamışdır. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına və "xxxx" ASC-yə müraciət edərək Azərbaycan Respublikasının prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar vaxtı keçmiş kredit borclarının restrukturizasiyasının ona şamil olunması xahiş edilmiş, lakin iddiaçının müraciəti öz həllini tapmamışdır. Həmin dövr üzrə Kredit Bürosundan çıxarış etdirmişdir. Çıxarışda onun borcunun olmadığı göstərilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı digər banka kredit müraciəti zamanı ona aktiv gecikmədə olan kredit kartının olduğu bildirilmişdir. Araşdırmadan sonra məlum oldu ki, əvvəlki tarixə Bank Respublikası tərəfindən bağlanmış kimi təqdim edilən öhdəlik aktiv edilmişdir. İddiaçı bu məsələ ilə bağlı Mərkəzi Banka müraciət ünvanlamış, cavab verilərək bildirilmişdir ki, Maliyyə Bazarlarının Nəzarət Palatası tərəfindən göndərilən siyahıda onun məlumatları mövcud deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmdən xahiş etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair münasibətini təqdim edərək göstərmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazarlarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə xx.xx.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə Palata Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi “Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanılması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, və imtina cavabını almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır.
6. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
İş materiallarına əlavə edilmiş:
AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1967-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı 08 dekabr 2022-ci il tarixli, 6-1.26-2-2022-1778 nömrəli məktubuna əsasən bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən göndərilən siyahıda iddiaçının adı mövcud deyildir. Qeyd edilən məsələyə bank tərəfindən aydınlıq gətirilərək bildirilmişdir ki, bankın əməliyyat sistemində baş vermiş texniki xəta nəticəsində krediti haqqında məlumat MKR sisteminə güzgün yüklənməmişdir. Məhz bu səbəbdən bank tərəfindən 2019-cu il tarixində MKR sistemində məlumatların yenilənməsinə dair müraciət olunmuşdur. Hazırda Azərbaycan Kredit Bürosunun reyestrində iddiaçıya dair məlumatlar əks olunduğu bank tərəfindən bildirilmişdir. Elektron portaldan çıxarışa əsasən, İddiaçı adına olan əsas kredit borcu (4480.67 manat) kredit təşkilatlara olan borcların restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında göstərilmişdir. Məhkəmə sorğusu əsasında "xxxx" ASC tərəfindən xx.xx.2023-cü ildə məhkəməyə daxil olan 01/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 020CASAMCG213354 saylı kredit xətti müqaviləsinin əsli iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbinə dair mülki işə əlavə edildiyindən və həmin 2(103)- 4318/2023 saylı mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan qeyd olunan müqavilənin təsdiq edilmiş surətinin təqdim edilməsi mümkün olmamışdır. Sorğuda qeyd olunan «həmin müqavilə üzrə iddiaçının (İddiaçı) xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərə əsas kredit borcunun qalıq məbləği barədə ətraflı arayışın təqdim edilməsi» hissəsi ilə bağlı bildiririk ki, tərəflər atrasında bağlanmış kredit xətti müqaviləsici xx.xx.2015-ci il tarixdə bağlandığından tələb olunan birinci tarix üzrə, yəni xx.xx.2015-ci il tarixlərdə tərəflər arasında heç bir öhdəlik (müqavilə və s.) münasibətləri olmamışdır. İkinci tələb olunan tarixdə isə, yəni xx.xx.2015-ci il tarixdə tələb etmə müddəti (kredit borcunu və ya onun qalıq hissəsini) çatmadığından İddiaçı həmin tarixə bank qarşısında qaytarılmalı olan əsas borc öhdəliyi hələ yaranmamışdır. Yəni qeyd olunan müqavilə üzrə xx.xx.2015-ci il tarixdə həmin kredit borcu poblemli kredit statusunda deyildir. Belə ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış ci il tarixli 020CASAMCG213354 saylı kredit xətti müqaviləsinə əsasən «MasterCard Gold» Beynəlxalq ödəniş sisteminin kredit kartlarından istifadə etməklə sonuncuya 12 ay müddətində illik 27% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit xətti açılmışdır. Yəni həmin kredit xətti müqaviləsinin şərtlərinə əsasən bank İddiaçı bank hesabı açmaqla (və ya mövcud hesab üzərindən) müvafiq kart təqdim edərək və həmin kart hesabına 5000 (beş min) manat məbləğində vəsait yerləşdirərək İddiaçı 12 ay müddətində ondan müqavilədə qeyd olunan şərtlər üzrə (müəyyən vaxtadək faiz hesablanmamaq şərti ilə) istifadə etməsinə və müddət bitəndən sonra, yəni 12 ay bitdikdən sonra (əgər müddət uzadılmazsa) istifadə olunmuş əsəs vəsaiti (olduğu təqdirdə) hesablanmış faizləri ilə birlikdə ondan tələb edə bilər. Belə olan təqdirdə hazırki müqavilənin mahiyyət və şərtlərinə əsasən bankın X1 həmin kredit xətti üzrə borcunu yalnız xx.xx.2016-cı il tarixdən sonra tələb etmək hüququ yarandığından həmin kredit xətti müqaviləsi üzrə borc xx.xx.2015-ci il tarixdə problemli kredit statusunda olmamış və həmin tarixə İddiaçı qaytarılmalı olan əsas kredit borcu mövcud olmamışdır. Qeyd olunan kredit xətti üzrə bankın İddiaçı pul tələb etməsi hüququ xx.xx.2016-cı il tarixdən sonra yarandığından İddiaçı xx.xx.2015-ci il tarixli 020CASAMCG213354 saylı kredit xətti müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə "xxxx" ASC-nə 4211.21 manat məbləğində əsas və 1123.18 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5334.39 manat borcu mövcud olmuşdur.
İİİ. Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir:
7. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
8. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Həmin Fərmanın 6 –ci bəndinə əsasən, banklara tövsiyə edilmişdir ki,6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər;6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın məqsədləri üçün müəyyən edilir: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;
9. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır.
10. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri, istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsinin qərara alınması göstərilmişdir.
11. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifəni xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində icra edərək iddiaçının adını restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil etmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında kredit borcların restrukturizasiya ilə bağlı yeni sazişlərin Mərkəzi Bankla bağlanılması nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçının müraciətinin təmin edilməməsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
13. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasının prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən iddiaçının adının kredit borclarının restrukturizasiya edilməli olan şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
14. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2,34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiа təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа