Məhkəmə qərarları › İş №2-1(112)-8838/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8838/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8838/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsinə dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh İB-nin Bakı Regional Qazın X1 balansı və satışı şöbəsinin 10-cu dərəcəli mühəndisi vəzifəsi üzrə işinə bərpa olunmasını, Cavabdeh İB-dən onun xeyrinə məcburi iş buraxmaya görə işə bərpa olunacağı günə qədər olan əmək haqqının tələb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) sistemində 1996-cı ildən işləyirəm. 13 may 2015-ci il tarixindən 30 mart 2020-ci il tarixinədək Cavabdeh Bakı X3 Qurğularına Xidmət Departamentində 10-cu dərəcəli mühəndis vəzifəsində çalışmışdır. Qeyd olunan departament 2020-ci ilin yazında ləğv edilərək Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departmenti ilə birləşdirilmişdir. Cavabdeh İB tərəfindən 30 mart 2020-ci il tarixində əmək qanunvericiliyinə zidd olaraq yenidən işçilərlə əmək müqaviləsi bağlanılıb. “Azəriqaz" İB tərəfindən hər bir işçi ilə əsasən müddətli əmək müqaviləsi bağlanılır. İddiaçı 30 mart 2020-ci il tarixindən 31 mart 2023-cü il tarixi də daxil olmaqla, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 10-cu dərəcəli mühəndis vəzifəsində işləmiş və aylıq vəzifə maaşı 988.00 manat təşkil etmişdir. İddiaçı Cavabdeh İB-nin baş direktorunun 31 mart 2023-cü il tarixli, 14-2-2/3-1K-199/2023 №-li əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində təqaüd yaşına çatmışdır. İşəgötürən tərəfindən işdən çıxması üçün iddiaçıya təzyiqlər olmuşdur. Təqaüd yaşına çatdığı üçün Cavabdeh İB-nin İnsan Resursları Departamenti iddiaçıya hədə-qorxu gələrək, onun iradəsi əleyhinə, Əmək Məcəlləsinin tələblərinə zidd olaraq, birtərəfli qaydada əmək müqaviləsinə xitam vermək istəmişdir. Ailəməişət vəziyyəti, təyin edilmiş təqaüdün azlığı, ailənin yeganə qazanc gətirəni olması, səhhətinin qənaətbəxş olması səbəbinə görə əmək fəaliyyətini davam etdirmək istəmişdir. İddiaçı işəgötürənin tələbinin Əmək Məcəlləsinin 68-ci maddəsinə zidd olması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qarşısının alınması və əmək fəaliyyətimi davam etdirmək məqsədi ilə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Şəbinə xanım Əliyevaya, Dövlət Neft Şirkətinin(SOCAR) prezidenti Rövşən Nəcəfə və Cavabdeh İB- nin baş direktoru Ruslan Əliyevə elektron məktubla müraciət etmişdir. Cavabdeh İB-nin baş direktoru Ruslan Əliyevə ünvanlanmış müraciət X2 Departamenti tərəfinfən cavablandırılmışdır: “Sizinlə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 243 nömrəli əmək müqaviləsinin 9-cu paraqrafının 9.5.1-ci maddəsinin “d” bəndinin 1-ci abzasına əsasən işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda, bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinə ünvanlanmış müraciətinə cavab məktubunda qeyd edilir ki, Cavabdeh ilə aranızda bağlanmış əmək müqaviləsinin müvafiq bəndi qanunvericiliklə müəyyən edilmiş təqaüd yaşına çatdığınız tarixdən 1 ay müddətində əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsini nəzərdə tutub. Şəhid ailəsi üzvü olduğunuzu və sosial vəziyyətinizi nəzərə alaraq, müstəsna hal kimi, əmək münasibətlərinin 08.11 2022-ci il tarixindən 1 il müddətinə uzadılması barədə qərar qəbul olunmuş, müvafiq şərtləri özündə əks etdirən müqavilə layihəsi imzalanması üçün təqdim edilmişdir. Siz həmin sənədi imzalamaqdan imtina edərək, müddətsiz müqavilə əsasında əmək fəaliyyətini davam etdirmək istədiyinizi bildirmisiniz”. Digər müraciətləri cavablandırılmamışdır. İddiaçı ünvanladığı müraciətlərdən aldığı cavablarla qane olmasa da, əmək fəaliyyətini davam etdirmişdir. 30 mart 2020-ci il tarixli, 243 nömrəli müddətli əmək müqaviləsinin müddətinin 30 mart 2023-cü il tarixində başa çatması ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən 31 mart 2023-ci il tarixində qeyd edilən əmək müqaviləsinə xitam veriləcəyi barədə Əmək Məcəlləsinin 70 və 77-ci maddələrinin tələblərinə zidd olaraq, 15 mart 2023-cü il tarixli, 14-2-2/3-11- 10079/2023 №-li bildiriş iddiaçıya 28 mart 2023-cü il tarixində, saat 17 radələrində təqdim edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh müddətli əmək müqaviləsi bağlaması Əmək Məcəlləsinin 45 və 47-ci maddəsinin maddələrinə ziddir. Cavabdeh İB işçiləri maksimum asılı vəziyyətdə saxlamaq üçün onlarla müddətli əmək müqaviləsi bağlayır. Cavabdeh İB-nin baş direktorunun 14-2-2/3-1K-199/2023 №-li, 31 mart 2023-cü il tarixli əmri ilə 30 mart 2020-ci il tarixli, 243 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası işəgötürən tərəfindən pozulmuşdur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bütün bunlar 30 mart 2023-cü il tarixində icra edilməli olduğu halda, işəgötürən tərəfindən icra edilməmişdir. 31 mart 2023-cü il tarixində sahər saaat 8-30-dan saat 17-dək işdə olmuşdur. İşə davamiyyət jurnalında imzası var. Qeyd edilən gün üçün əmək fəaliyyətimi təsdiq edəcək faktlar mövcuddur və ərizəyə əlavə edilir. Saat 5-də işdən azad olunmağı barədə şifahi məlumat almışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 14-2-2/3-1 K-199/2023 №-li, 31 mart 2023-cü il tarixli əmrin sürəti kitabçasını 05 aprel 2023-cü il tarixində Cavabdeh İB-nin kitabçasını 05 aprel 2023-cü il tarixində Cavabdeh İB-nin İnsan Resursları Departamentindən təhvil almışdır. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr 03 aprel 2023-cü il tarixində Cavabdeh İB tərəfindən bank hesabına ödənilmişdir.

3. İş materiallarından göründüyü kimi Dövlət Neft Şirkəti Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixində bir il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən iddiaçı, Cavabdeh İBnin Bakı Regional Qazın X1 balansı və satışı şöbəsinin 10-cu dərəcəli mühəndisi İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 15 mart 2023-cü il tarixdə 30 mart 2020-ci il tarixli 243 nömrəli əmək müqaviləsinin müddəti 30 mart 2023-cü il tarixdə başa çatdığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1 -ci maddəsinə əsasən 31 mart 2023-cü il tarixində bu əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş ünvanlanmışdır.

5. 03.04.2023-cü il tarixində Cavabdeh tərəfindən İddiaçı “əmək kitabçasının təhvil verilməsi barədə” məktub ünvanlanmışdır. Məktubda Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) İddiaçı əmək müqaviləsinə Cavabdeh xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1k-199/2023 nömrəli əmri ilə xitam verilərək tutduğu vəzifədən azad edilməsi barədə qeyd var.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun çıxış edərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

10. Məhkəmə qeyd edir ki, Cavabdeh İB inzibati orqan deyil və iddiaçı ilə həmin qurum arasında dövlət qulluğundan irəli gələn xidməti hüquq münasibətləri mövcud deyildir.

11. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi verməklə nail ola bilər.

12. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

13. Odur ki, iddiaçıya müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar