Məhkəmə qərarları › İş №2-1(112)-884/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-884/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-884/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, Tərtər Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində cəlb edilməklə “əlillik dərəcəsinin bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin bərpa olunması və pensiya ilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Tərtər rayonu, Köçərli kəndində doğulmuşdur. 2002-ci ilin aprel ayında böyrək əməliyyatı olunmuş və nəticədə orqanizmdə əmələ gələn fiziki qüsur səbəbindən 2004-cü il tarixdə müvafiq inzibati orqan tərəfindən əlillik dərəcəsi müəyyən olunaraq ona pensiya təyin olunmuşdur. Göstərilən tarixdən 18 yaşı tamam olan tarixədək, yəni aprel 2018-ci il tarixədək əlillik dərəcəsinə uyğun olaraq pensiya almışdır. Aprel 2018-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən əlillik dərəcəsinə uyğun olan pensiyası dayandırılmışdır. Əlillik dərəcəsi dayandırıldığı gündən hal-hazıradək Tərtər Rayon Mərkəzi Xəstəxanasında 20 gün, həkim təlimatına uyğun olaraq Bakı şəhərində Cavadzadə adına xəstəxanada 14 gün, Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada müalicə almış, yenidən Tərtər Rayon Mərkəzi Xəstəxanasında 3 ay müayinə və müalicə olunmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyd edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı ilə, iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa olunması və pensiya ilə təmin olunma” tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 07 iyun 2021-ci il tarixli qərardadı ilə, Tərtər Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2004-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: “Sağlamlıq imkanları məhdud uşaqlar, X1: XİV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri, Diaqnozun mətni: Tez-tez kəskinləşən sağtərəfli xr.pielonefrit. Sağ böyrəyin daşı. Sidik tur.ulu diatez. Sağ böyrəyin operativ yoxluğu. XBÇ İİ dərəcə; Meyar:2.İki il müddətinə:=> DİGƏR: 1.3” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. Tərtər rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XİV Sinif –Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19- Böyrək çatmamazlığı => N18 – Xroniki böyrək çatmamazlığı => N18.8 – Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Tez-tez kəskinləşən sağtərəfli xr.pielonefrik. Sağ böyrəyin daşı.Sidik tur.ulu diatez. Sağ böyrəyin operativ yoxluğu. XBÇ İİ dərəcə; Meyar: 2. İki il müddətinə: => DİGƏR:1.3” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1:XİV Sinif-Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri, Diaqnozun mətni: Tez-tez kəskinləşən sağtərəfli xr.pielonefrit.Sağ böyrəyin daşı.Sidik tur.ulu diatez.Sağ böyrəyin operativ yoxluğu.XBÇ İİ dərəcə; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.13. böyrəklərin nəzərəçarpan dayanıqlı funksiya pozulmaları, böyrək toxumasında patoloji prosesin yüksək fəallıq dərəcəsi (N00- N16.8,N17-N19,N20-...” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0319003AAE94 saylı göndərişi əsasında baxılmış və “X1:XİV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.9 - Dəqiqləşdirilməmiş xroniki böyrək çatmamazlığı, Diaqnozun mətni: Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, Sağ vahid böyrəyin tez-tez kəskinləşən xroniki piolonefriti, Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması- Səbəb: Son bir ildə stasionar müalicə müddəti yetərsizdir” səbəbi ilə imtina verilmişdir. Tərtər rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0319003AAFG7 saylı göndərişi əsasında baxılmış və “X1: XİV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri =>N11 - Xronik tubulointerstisial nefrit => N11.9 - Dəqiqləşdirilməmiş xroniki tubulointers..., Diaqnozun mətni: N11.9 Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit , Sağ vahid böyrəyin tez-tez kəskinləşən xroniki piolonefriti Ağırlaşma D63.8* Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Toksiki anemiya. Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tələbində əlillik dərəcəsinin bərpa edilməsi və pensiya ilə təmin olunmasını xahiş etsə də, bu tələb mahiyyət etibarilə əlilliyin təyin edilməsidir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır; 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5-ci bəndinə əsasən, Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir; 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3.-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 2.6-cı bəndinə əsasən, Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin faktiki hallarına əsasən, iddiaçının əlillik vəziyyəti Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2004-cü il tarixli göndərişi əsasında baxılmış, Səbəbi: “Sağlamlıq imkanları məhdud uşaqlar, X1: XİV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri, Diaqnozun mətni: Tez-tez kəskinləşən sağtərəfli xr.pielonefrit. Sağ böyrəyin daşı. Sidik tur.ulu diatez. Sağ böyrəyin operativ yoxluğu. XBÇ İİ dərəcə; Meyar:2.İki il müddətinə:=> DİGƏR: 1.3” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra Tərtər rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XİV Sinif –Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19- Böyrək çatmamazlığı => N18 – Xroniki böyrək çatmamazlığı => N18.8 – Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Tez-tez kəskinləşən sağtərəfli xr.pielonefrik. Sağ böyrəyin daşı.Sidik tur.ulu diatez. Sağ böyrəyin operativ yoxluğu. XBÇ İİ dərəcə; Meyar: 2. İki il müddətinə: => DİGƏR:1.3” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1:XİV Sinif-Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri, Diaqnozun mətni: Tez-tez kəskinləşən sağtərəfli xr.pielonefrit.Sağ böyrəyin daşı.Sidik tur.ulu diatez.Sağ böyrəyin operativ yoxluğu.XBÇ İİ dərəcə; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.13. böyrəklərin nəzərəçarpan dayanıqlı funksiya pozulmaları, böyrək toxumasında patoloji prosesin yüksək fəallıq dərəcəsi (N00- N16.8,N17-N19,N20-...” səbəbi ilə üç il müddətinə verilmişdir. Daha sonra Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1:XİV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.9 - Dəqiqləşdirilməmiş xroniki böyrək çatmamazlığı, Diaqnozun mətni: Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, Sağ vahid böyrəyin tez-tez kəskinləşən xroniki piolonefriti, Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Göndərişin natamam doldurulması- Səbəb: Son bir ildə stasionar müalicə müddəti yetərsizdir” səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə Tərtər rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0319003AAFG7 saylı göndərişi əsasında baxılmış və “X1: XİV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10- N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri =>N11 - Xronik tubulointerstisial nefrit => N11.9 - Dəqiqləşdirilməmiş xroniki tubulointers..., Diaqnozun mətni: N11.9 Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, Sağ vahid böyrəyin tez-tez kəskinləşən xroniki piolonefriti Ağırlaşma D63.8* Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Toksiki anemiya. Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2020-ci il tarixli 0319003AAFG7 saylı tibbi göndərişdə - Əsas diaqnoz: “N11.9 Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, Sağ vahid böyrəyin tez-tez kəskinləşən xroniki piolonefriti” Ağırlaşma: “D63.8* Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Toksiki anemiya. N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ.” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: 1.5-ci bəndinə əsasən, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); ... Məhkəmə icraatı zamanı 16 avqust 2021-ci il tarixli qərardadla İddiaçı mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdehə müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ vahid böyrəyin teztez kəskinləşən xroniki pielonefriti. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya. Xroniki böyrək xəstəliyi İİ mərhələ “diaqnozu-anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Məhkəmə araşdırması zamanı, iddiaçının canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0319003AAFG7 saylı göndərişində onun səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsinin əsaslandırılması və iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklərin müəyyən olunub-olunmamasının aydınlaşdırılması üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş materialları iki dəfə ekspertizaya göndərilsə də, iddiaçının iştirak etməməsi səbəbindən ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan ekspertizada iştirak etməməklə ekspertizanın keçirilməsinə mane olduğundan, onun iştirakı olmadan ekspertizanı keçirmək mümkün olmadığından, ekspertiza təyin edilən fakt, yəni iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər müəyyən olunmamış hesab edilməlidir. İPM-in: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər; 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsəsən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıda göndərişdə qeyd olunmuş diaqnoz üzrə xəstəliklər təsdiqini tapmadığından əlillik təyinatının aparılmasından imtina əsaslı olmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, 33 saylı Şəhər Poliklinikası üçüncü şəxs qismində cəlb edilməklə “əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, Tərtər Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində cəlb edilməklə “əlillik dərəcəsinin bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar