Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-884/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Səfərova Aysun Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsinin üzərində bütün normativ tələblərə və qanunlara uyğun formada qeyri-yaşayış binası inşa etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin xx.xx.2014-cü il tarixli rəyindən görünür ki, qeyri-yaşayış sahəsi bütün tikinti tələblərinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X3 Ekspertiza Baş İdarəsinin xx.xx.2019-cu il tarixli Rəyindən də göründüyü kimi qeyri-yaşayış sahəsi tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixli sərəncamına əsasən İddiaçı Ak.Həsən Əliyev və X18 küçələrinin kəsişməsində tikintisi başa çatmış ofis və ticarət mərkəzinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yeni variantda sənədləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2019-cu il tarixli 973 nömrəli rəyinə əsasən qeyri-yaşayış sahəsi tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, qeyri-yaşayış sahəsi bütün tikinti tələblərinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin Baş Dövlət Müfəttişliyi tərəfindən xx.xx.2020-ci il tarixdə Ö/003609 nömrəli “X12” verilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən və istifadəsində olan torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh orqan) müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh orqanın sözügedən cavab məktubu əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ********** daxilolma nömrəli, xx.xx.2022-ci il il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən məsələ ilə əlaqədar bildiririk ki, qeyriyaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasının tikintisinə icazə, faktiki vəziyyətə müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihəsi və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən aparılmış yerli baxış zamanı məlum olmuşdur ki, qeyri yaşayış binasının faktiki 36529.2 kv.m təşkil edir. Bu barədə vətəndaşa **********56 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək ( 2013cü il yanvarın 1-dək)inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir- tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyiniz sənədlər toplusuna əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-04047/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 118 nömrəli Ofis və ticarət mərkəzinin tikintisinə icazə verilməsi haqqında sərəncamı ilə A.T.Həsənova, X15 küçəsində öz vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ofis və ticarət mərkəzinin tikintisinə icazə verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nərimanov rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2011-ci il tarixli, 18/03-8/535 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin xx.xx.2011-ci il tarixli, H-20 saylı razılıq məktubunuzu nəzərə alaraq, vət. X8, Nərimanov rayonu, X15 küçəsində ofis və ticarət mərkəzinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinə baxıb, (Nərimanov LSB-nin işi, memar N.Mustafayev) onu razılaşdırırıq. Sahənin ayrılması və tikintinin aparılması ilə əlaqədar sənədləşdirmə mövcud qanunvericiliyə uyğun müvafiq qaydada aparılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Ak. Həsən Əliyev və X18 küçələrinin kəsişməsində yerləşən ofis və ticarət mərkəzinin yeni variantda sənədləşdirilməsi haqqında xx.xx.2019cu il tarixli, 66 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı, Ak.Həsən Əliyev və X18 küçələrinin kəsişməsində tikintisi başa çatmış ofis və ticarət mərkəzinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yeni variantda sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-14/2-787/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı xx.xx.2014-cü il tarixli, H-12/3 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, B.Nuriyev küçəsi 11 saylı evin 24-cü mənzilində yaşavətəndaş İddiaçı ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı Şəhər MŞBİ-nin xx.xx.2011-ci il tarixli, 18/03-8/535 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 118 JNL’li Sərəncamı ilə Ak.Həsən Əliyev və X18 küçələrinin kəsişməsində tikintisi başa çatmış ofis və ticarət mərkəzinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə yeni variantda sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti qeyd olunan məsələnin müsbət həllinə etiraz etmir və səlahiyyətləriniz daxilində müvafiq qaydada baxılmasını Sizdən xahiş edir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli 18/03-8/3485 nömrəli məktubunda bildirilmişdir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, H-12/3 saylı razılıq məktubu və xx.xx.2011-ci il tarixli, 118 saylı sərəncamı nəzərə alınaraq, vət. İddiaçı qızma Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2011-ci il tarixli, 18/03- 8/535 saylı məktubu ilə, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində ofis və ticarət mərkəzinin razılaşdırılmış memarlıq-planlaşdırma eskiz həllinin təqdim olunmuş mövcud vəziyyətdə yeni variantı ("xxxx" MMC-nin işi, memar İ.Balakişiyev) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Sənədləşdirmə işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin xx.xx.2014-cü il tarixli YTNƏŞ-807 nömrəli Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində 3 mərtəbəli, zirzəmili ofis və ticarət obyektinin tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizasının nəticələri barəsində rəyində qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş layihə sənədləri, qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» AzDTN-nın; 2.08.02-89 «İctimai bina və qurğular» TN və Q-nın; 2.04.02-84 «Su təchizatı. Xarici xəttlər və qurğular» TN və Q-nın; 2.04.01-85 «Binaların daxili su kəmərləri və kanalizasiya» TN və Q-nın; 2.04.09-84 «Bina və qurğuların yanğın avtomatikası» TN və Q-nın; 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» DTN-nın; «X1 Qaydaları»nm; «Tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi Qaydaları»-nın (YTQ 05-86) və digər normativ sənədlərin tələblərinə uyğundur. Avtomatika qurğularının quraşdırılması X14 Xidmətindən xüsusi razılıq (lisenziya) almış təşkilatlar tərəfindən həyata keçirilməli olduğunu nəzərinizə çatdırırıq. Qeyd: Layihələndirmə dövründə elektrik və qaz təchizatının yanğın hadisəsi zamanı dərhal dayandırılmasının ani mümkünlüyü üçün ərazinin giriş hissəsində açarların (siyirtmələrin) dəqiq yerləri göstərilməli, razılaşdırılmış layihə sənədlərinin bir nüsxəsi yanğın təhlükəsizliyi baxımından nəzarətin təmin edilməsi məqsədilə ərazi (regional) X14 İdarəsinə təqdim edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin xx.xx.2019-cu il tarixli, YTNƏŞ-1082 nömrəli Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında tikilmiş zirzəmili (avtodayanacaq və qeyri yaşayış) 3 (+mansard) mərtəbəli ofis və ticarət obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında Aktında qeyd edilmişdir ki, tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.04-09-84“Bina və qurğuların yanğın avtomatikası” TN və Q-nın, 2.11-1 ”Su təchizatı. Xarici xətlər və qurğular” TN və Q-nın, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” və “X1 Qayadaları”nın yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X4 Ekspertiza Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 26667 nömrəli rəyin nəticə hissəsində bildirilmişdir ki, «Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsində ofis və ticarət mərkəzi işçi layihəsini konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edib razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin 19 mart 2019-cu il tarixli, 37/H-00669 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli, 624 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində inşa etdiyiniz ofis və ticarət mərkəzində aparılmış müayinənin 11 mart 2019-cu il tarixli, 973 saylı iclasında müzakirə olunmuşdur. Həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X10 xx.xx.2019-cu il tarixli 973 nömrəli rəyində bildirilmişdir ki, fiziki şəxs İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsində yerləşən ofis və ticarət mərkəzinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 973 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 29 fevral 2020-ci il tarixli Ö/003609 nömrəli X12ndan görünür ki, ünvan 4 ünvanında A, B, İ, J və K saylı qeyri yaşayış binalarının obyektin əsas göstəricilərinde qeyd edilmişdir ki, Blok A, B, J və K - 1 səviyyəli zirzəmili, 3 mərtəbəli, Blok 1-1 səviyyəli zirzəmili, 4 + mansarda mərtəbəli, Obyektinin ümumi sahəsi S=36504,42 kv.m., ümumi həcmi V=105034,54 kb.m., o cümlədən; zirzəmi sahəsi S=8761,9 kv.m., 1-ci mərtəbənin sahəsi S=8546,34 kv.m., 2-ci mərtəbənin sahəsi S=8685,61 kv.m., 3-ci mərtəbənin sahəsi S=8774,99 kv.m., 4-cü mərtəbənin sahəsi S=870,15 kv.m., mansarda mərtəbəsi S=866,24 kv.m.. Bu Akt, obyektdə tikinti-quraşdırma işlərinin: sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********11 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi 139 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki vəziyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, ümumi sahəsi hüquq müəyyən edici sənəd üzrə 36504.42 kv.m., faktiki 36529.2 kv.m., ümumi sahəsi faktiki 0.91072 ha. Təsdiqlənməmiş layihəyə uyğundur. Obyekt zirzəmi + 4 + mansard mərtəbəlidir. Mebel mağazası kimi fəaliyyət göstərir. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 05 mart 2024-cü il tarixli 7446 nömrəli müqavilə ilə “İcarəyəverən” adlandırılacaq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubovun şəxsində bir tərəfdən və bundan sonra “İcarəçi” adlandırılacaq İddiaçı şəxsində digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 41 nömrəli sərəncamına əsasən müqavilə bağlanmışdır. İcarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, 139 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 9160.2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********56 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ile bağlı ********** nömrəli, 30 12.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar ola.aq bildiririk ki, qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedıci sənəd təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasının tikintisinə icazə,faktiki vəziyyətə müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihəsi və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-cı maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qəıar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012cı il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5 və 4.11.12-cı bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən ediimiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 01 yanvar 2013-cü il tarixədək qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Qanunun: -1-ci maddəsinin 6-cı abzasına əsasən dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ-hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur. -12-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. -17-ci maddəsinə görə şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmə hüquqi və fiziki şəxslərin vəzifələridir. -19-cu maddəsinə görə şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. -25-ci maddəsinin 7-ci abzasına əsasən tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. ““Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 30 avqust 1999-cu il tarixli 187 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli 158 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, Respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıq tikinti-xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyələrinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1-3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin, Tikintidə X6 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X7 Görülməsi və X9 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. 2013-cü il yanvarın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 118 nömrəli sərəncamı ilə X15 küçəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ofis və ticarət mərkəzinin tikintisinə icazə verilmiş, Nərimanov rayonu, X15 küçəsində ofis və ticarət mərkəzinin tikintisinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi Azərbaycan Respublikasi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2011-ci il tarixli, 18/03-8/535 nömrəli məktubu ilə razılaşdırılmışdır. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 66 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı, Ak.Həsən Əliyev və X18 küçələrinin kəsişməsində tikintisi başa çatmış ofis və ticarət mərkəzinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yeni variantda sənədləşdirilməsinə icazə verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ünvanında tikilmiş zirzəmili (avtodayanacaq və qeyri yaşayış) 3 (+mansard) mərtəbəli ofis və ticarət obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə xx.xx.2019-cu il tarixli, YTNƏŞ-1082 nömrəli rəy verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə xx.xx.2019-cu il tarixli 973 nömrəli rəy tərtib edilmişdir. Nəhayət, Tikintidə X6 Agentliyinin 29 fevral 2020-ci il tarixli Ö/003609 nömrəli X12 ilə ünvan 4 ünvanında tikilmiş qeyri-yaşayış sahəsi barəsində X12 qəbul edilmişdir. Bundan əlavə Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, 139 ünvanındakı qeyriyaşayış binasının hazırda ümumi sahəsi hüquqmüəyyən edici sənəd üzrə 36504.42 kv.m., faktiki 36529.2 kv.m., ümumi sahəsi faktiki 0.91072 ha təşkil etdiyi, obyektin layihəyə uyğun tikildiyi cavabdehin mütəxəsisləri tərəfindən yerində müəyyən edilmiş və qeyriyaşayış sahəsinin yerləşdiyi 9160.2 kv.m torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə 5 mart 2024-cü il tarixli 7446 nömrəli müqavilə əsasında iddiaçının icarəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda cavabdeh iddia tələbinin əsassızlığını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-884/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-884/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver