Məhkəmə qərarları › İş №2-1(112)-8847/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8847/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8847/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu əmək faəliyyəti ilə məşğul olduğunu, həmçinin həqiqi hərbi xidmətdə olduğu illərin güzəştli iş stajına daxil edilməklə, 20.12.2017-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və yaranacaq fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, 20.12.2017-ci il tarixindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona görə ki, Qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, o, əmək fəaliyyətinə 1981-ci ildən başlamışdır. 29.12.1990-cı ildən 01.10.1997-ci ilə qədər Bakı Ağırelektroqaynaq Avadanlıqları zavodunda teplovoz maşinisti vəzifəsində çalışmışdır. 03.11.1997-ci ildə “Azər-Türk” TAPET BM-nə pompaçı vəzifəsinə təyin edilmişdir. 04.05.2001-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 63-cü maddəsinin 1 -ci bəndinə əsasən köçürmə yolu “Şukoil-Azərbaycan” QTSC-nə keçirilmişdir. 25.07.2008-ci ildə Poladəritmə sexi şixta sahəsinə fəhlə vəzifəsinə qəbul edilmiş, 17.06.2004-cü ildən 01.09.2009-cu il tarixə qədər nəqliyyat sahəsində lokomativ sürücü vəzifəsində çalışmışdır. 01.09.2009-cu il tarixdən bügunə qədər Yükdaşımalar və təmin sahəsinə lokamativ maşinisti vəzifəsində işləyir. Həmçinin, onu da, qeyd edir ki, 20.05.1979-cu il tarixdən 17.06.1981-ci il tarixə qədər Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X3 müraciət etmişdir. Lakin, cavabdeh ona pensiya təyin edilməsindən imtina etmişdir. İmtina məktubunda göstərmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş 21.02.1981 -ci il tarixli, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında 29.12.1990- 01.10.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Ağır Elektroqaynaq Avadanlıqları” zavodunda teplovoz maşinisti vəzifəsində, 17.06.2004-cü 01.09.2009-cu il tarixləri arasındakı dövr ərzində “X6” MMC-nin Nəqliyyat sahəsində lokomativ sürücüsü vəzifəsində və 01.09.2009-15.04.2015-ci il tarixləri arasında dövr ərzində isə adıçəkilən müəssisənin Yükdaşımalar və təmir sexində lokomativ maşinisti vəzifəsində işlədiyi bildirilmişdir. Göründüyü kimi, işlədiyi sahələr dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də, ona güzəştli iş stajının olmadığı bildirilmişdir. Belə ki, cavabdehin imtinası əsassızdır. 29.12.1990-cı ildən 01.10.1997-cı ilə qədər Bakı Ağırelektroqaynaq Avadanlıqları zavodunda teplovoz maşinisti vəzifəsində çalışmışdır. 25.07.2001-ci il tarixdən 17.06.2004-cü il tarixədək Poladəriətmə sexi şixtə sahəsində isti və zərərli iş şəraitində fəhlə, 17.06.2004-cü il tarixdən 01.09.2009-cu il tarixədək Nəqliyyat sahəsində isti və zərərli iş şəraitində lokomativ sürücüsü peşəsində, 01.09.2009cu il tarixdən hal-hazıra qədər Yükdaşımalar və təmir sexində isti və zərərli iş şəraitində lokomativ maşinisti vəzifəsində çalışmışdır. Bildirir ki, işlədiyi zərərli sahələr nəqliyyatın dəmiryol sahəsinə aiddir. Verilmiş cavab məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbləri təhrif edilmiş və onun ərizəsində yazılanlara heç bir münasibət bildirilmədən onun qanuni tələbləri təmin edilməmişdir. Bununla da, “Əmək pensiyaları haqqında” Qanunun 31-ci və 32.1ci maddəsi ilə təsbit olunmuş hüquqları pozulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibatı icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarıxinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri, maşinist köməkçiləri və lokomotiv briqadaların təlimatçıları (maşinistlər) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının, Mərkəzi Filiala təqdim etdiyi 21 fevral 1981 -ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 29.12.1990-01.10.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Ağır Elektroqaynaq Avadanlıqları” zavodunda teplovoz maşinisti vəzifəsində, 17 06 2004-01.09 2009-cu il tarixləri arasındakı dövr ərzində "X6' MMC-nin Nəqliyyat sahəsində lokomotiv sürücüsü vəzifəsində və 01.09.2009-15.04.2015-ci il tarixləri arasındakı dövr ərzində isə adıçəkilən müəssisənin yükdaşımalar və təmir sexində lokomotiv maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi sahələr dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi mümkün hesab edilmir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 60 yaşının tamam olduğu, 20.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 17 iyun 2021-ci il tarixli, **********8 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirmişlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri, maşinist köməkçiləri və lokomotiv briqadaların təlimatçıları (maşinistlər) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 21 fevral 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında 29.12.1990- 01.10.1997-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Ağır Elektroqaynaq Avadanlıqları” zavodunda teplovoz maşinisti vəzifəsində, 17.06.2004- 01.09.2009-cu il tarixləri arasındakı dövr ərzində “X6” MMC-nin Nəqliyyat sahəsində lokomotiv sürücüsü vəzifəsində və 01.09.2009-15.04.2015-ci il tarixləri arasındakı dövr ərzində isə adıçəkilən müəssisənin Yükdaşımalar və təmir sexində lokomotiv maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahələr dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüddür. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 20.05.1979-12.06.1981-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmişdir. İşdə olan iddiaçıya məxsus ИN-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 21.02.1981-ci il tarixdən 01.06.1989-cu il tarixədək, 01.06.1989-cu il tarixdən 29.06.1990-cı il tarixədək, 02.07.1990-cı il tarixdən 24.12.1990-cı il tarixədək, 29.12.1990-cı il tarixdən 01.10.1997-ci il tarixədək, 03.11.1997-ci il tarixdən 04.05.2001-ci il tarixədək, 04.05.2001-ci il tarixdən 25.07.2001-ci il tarixədək, 25.07.2001-ci il tarixdən 17.06.2004-cü il tarixədək, 17.06.2004-cü il tarixdən 01.09.2009-cu il tarixədək, 01.09.2009-cu il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləyir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 155 nömrəli, 15 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən “Azərelektroterm” İ.B-nin Bakı Ağır Elektroqaynaq Avadanlıqları zavodunda işləmişdir və aşağıdakı əmək kitabçasındakı qeydləri təsdiq edirlər: 29.12.1990-ci il tarixindən satış şöbəsinə teplovoz maşinisti qəbul edilib, 01.10.1997-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. “Azərelektroterm” İ.B-nin Bakı Ağır Elektroqaynaq Avadanlıqları zavodu Azərabycan Respublikası Dövlət Əmlakı nazirliyinin 05.08.1998-ci il tarixli, 1158 saylı əmrinə əsasən "xxxx" ASC adalandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gösəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı, Dəmiryol Lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarım bölməsində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri kimi öz əksini tapmışdır. İşdə olan “X6” MMC tərəfindən verilmiş 218/A nömrəli, 06.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 25.07.2001-ci il tarixdən 17 iyun 2004-cü il tarixədək Poladəritmə sexi şixtə sahəsində isti və zərərli iş şəraitində fəhlə, 17 iyun 2004-cü il tarixdən 01 sentyabr 2009-cu il tarixədək Nəqliyyat sahəsində isti və zərərli iş şəraitində lokomativ sürücüsü peşəsində çalışmışdır. Qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri kimi öz əksini tapmışdır. İşdə olan “X6” MMC tərəfindən verilmiş 22/L nömrəli, 11.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 01 sentyabr 2009-cu il tarixindən 15.04.2015-ci il tarixinədək Yükdaşımalar və təmir sexində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində, 15.04.2015-ci il tarixindən 02.08.2016-cı il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində, 02.08.2016-cı il tarixindən hal-hazıradək Nəqliyyat Şöbəsində isti və zərərli iş şəraitində lokomativ maşinisti peşəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21ci Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri kimi öz əksini tapmışdır. Qeyd olaraq göstərilmişdir ki, işçi lokomativ maşinisti kimi eyni şöbədə çalışmışdır. Şöbələrin adları Şirkətin idaretmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə dəyişdirilmişdir. Məhkəmə iddianı aşağıdakılara görə əsaslı hessab edir. - İddiaçı xx.xx.1960-cı il təvəllüddür. İddiaçının 20.12.2020-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının 20.122.2020-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuş, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasına və iş materiallarına əlavə edilmiş, hərbi bilet, orta texniki peşə haqqında attestat, işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtinanın və iddiaya qarşı təqdim edilmiş etirazın əsasında iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması göstərilsə də, məhkəmə cavabdehin həmin mövqeyini əsassız hesab edir. Belə ki, işdə olan iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 155 nömrəli, 15 mart 2021-ci il tarixli və X6” MMC tərəfindən verilmiş 22/L nömrəli, 11.03.2021-ci il tarixli arayışlara əsasən müəyyən edilir ki, iddiaçının 29.12.1990-cı ildən 01.10.1997ci il tarixədək və 01.09.2009-cu il tarixdən 60 yaşının tamam olduğu 20.12.2020-ci il tarixədək güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 20.12.2020-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, eləcə də, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı 20.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar