Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-885/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinəalınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu 2011-ci il dekabr ayından mənzil növbəsinə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Bakı şəhəri Cavabdeh tanınmaqla, onun ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1991-ci ildən 2011-ci ilədək 20 təqvim ili hərbi xidmətdə olmuşdur. O, mövcud qanunvericiliyə əsasən onun ehtiyyatda olan zabit kimi mənzil növbəsinə alınması üçün cavabdeh Bakı şəhəri Cavabdehnə rəsmi ərizə ilə müraciət emişdir. Lakin müraciətinin müsbət həllindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və o, qanunvericiliyin tələblərinə əsasən ailə üzvləri – həyat yoldaşı, qızı və oğlu ilə birlikdə mənzil növbəsinə alınmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və iş üzrə iddiaya qarşı cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 6-B-36/2-068/2-t/1 saylı məktubda qeyd olunur: Cavabdehnə ünvanladığınız ərizənizdə, mənzil növbəsinə götürülməyinizi xahiş etmisiniz. Ərizə ilə təqdim etdiyiniz, Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 78 saylı məktubuna əsasən bildiririk ki, xx.xx.2011-ci ildən həqiqi hərbi xidmətdən “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmısınız. Təkrarən nəzərinizə çatdırırıq ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat-qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş, yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” x xxxxxx 2012-ci il tarixli, 174 saylı Qərarı əsasında müəyyən edilmiş məbləğdə və qaydada ödəyirlər. Siz 8 il sonra mənzil növbəsinə alınmağınızla bağlı RİH-nə müraciət etmisiniz. Bu “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2012-ci il tarixli, 174 saylı Qərarına ziddir. Qeyd edirik ki, adi qaydada mənzil növbəsinə alınmaq üçün tələb olunan hüquqi sənədlərinizi RİH-nə təqdim etdikdən sonra müraciətinizə yenidən baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən qanunla qorunan hüquq və azadlıqlarınızın, eləcə də maraqlarınızın pozulduğunu hesab etdiyiniz təqdirdə, məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna maliksiniz. İş materiallarında olan iddiaçıya məxsus AA serialı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ZE serialı ******* saylı xx.xx.2011-ci il tarixli hərbi biletin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmişdir), İddiaçı 1988-1998-ci il tarixlərdə Bakı Ali Hərbi Dənizçilik Məktəbində təhsil almış, xx.xx.1992-ci ildən xx.xx.2011-ci il tarixədək Hərbi Dəniz Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0543 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1996-cı ildə verilmiş Vİİ-JQ seriyalı 306372 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 xx.xx.1996-cı il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində və X2 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuşlar. İş materiallarında olan 2 saylı Bakı şəhəri «ASAN Xidmət» Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 05/1514/69 nömrəli arayışın surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2019-cu ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1. Arvadı X5 – xx.xx.1973; 2. Uşaq X1 - xx.xx.1998; 3. Uşaq X2 - xx.xx.2000. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində məlumat yoxdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.2011-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir, xx.xx.2011-ci il tarixdə ehtiyata buraxılmışdır, yəni 19 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının hərbi xidmətdən ehtiyata buraxıldıqdan 8 il sonra müraciət etdiyinə görə müraciətin təmin edilməsindən imtina etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə qeyd edir ki, göstərilən normalarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə alınmaları üçün onların müvafiq inzibati orqana müraciət etmələri müəyyən müddətlə məhdudlaşdırılmamışdır. Qanunvericilikdə 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğu qeyd edilmişdir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçının ailə üzvləri aşağıdakı şəxslərdən ibarətdir: arvadı X5 (xx.xx.1973-cü il təvəllüdlü), qızı X1 (xx.xx.1998-ci il təvəllüdlü), oğlu X2 (xx.xx.2000-ci il təvəllüdlü). Göründüyü kimi, iddiaçının qızı və oğlu yetkinlik yaşına çatmışlar. Qeyd olunanlar iddiaçının yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Lakin iddiaçı onun ailə üzvləri ilə birlikdə mənzilə növbəsinə götürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının qızı və oğlu yetkinlik yaşına çatdıqları üçün onun yalnız arvadı X5 ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının ailə üzvü - arvadı X5 ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı ailə üzvü - arvadı X5 ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-885/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-885/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver