Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8851/2023 04.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə aid texniki sənədlərdəki uyğunsuzluğun aradan qaldırılması və faktiki istifadəsində olan 0,14 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 2017-ci ildə ƏMDK yanında 4 saylı Ərazi İdarəsi (hazırda DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi) tərəfindən verilmiş texniki sənədlərdəki uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Daha sonra İddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,14 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə İddiaçı adına tərtib edilmiş **********21 reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”ndə düzəliş edilməklə (sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında olan fərq aradan qaldırılmaqla) yeni “Torpaq sahəsinin plan və ölçüsü”nun tərtib edilərək, İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017 ci ildə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən ********** N li Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Abşeron rayonu Quşçuluq sovxozu ərazisində 0.14 ha torpaq sahəsi istifadəsinə verilmişdir. Lakin o, bu torpaq sahəsinin 0.02 ha hissəsini digər bir şəxsin adına sənədləşdirmək istərkən ƏMDX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş həmin torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yerləşdiyi yer arasında uyğunsuzluq olmasını əsas gətirərək, imtina edilmişdir. O, dəfələrlə həmin idarədə əlaqədar şəxslərin qəbulunda olarkən sənədləşmənin onlar tərəfindən aparıldığını və əgər yanlışlıq varsa belə məsuliyyətin idarə əməkdaşlarının üzərində olduğunu bildirsə də onun torpaq üzərindəki hüquqları bərpa olunmamış və uyğunsuzluq aradan qaldırılmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli müraciətinə isə xx.xx.2022-ci il tarixli **********15 saylı cavab məktububda həmin torpaq sahəsinin sənəd üzrə yeri ilə naturada yerləşdiyi yer arasında 450 metr fərq olmasını əsas gətirərək sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsinin mümkün olmaması bildirilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 14 aprel 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı iddiaçının nümayəndəsinin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində xx.xx.2017-ci il tarixli, **********21 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı Sənan oğlunun icarəsində olan 0.14 ha torpaq sahəsindən notarial qaydada 0.02 ha hissəsi icarəyə verildikdən sonra qalan hissəsinə bölgü sxeminin tərtib edilməsi ilə baqlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 450 metr fərq mövcuddur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: ƏMDK yanında 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş AN seriyalı, 140045 №-li torpaq sahəsinin planı və ölçüsünün surətindən müəyyən olunur ki, Abşeron rayonu Abşeron quşçuluq sovxozu ərazisində (kənd təsərrüfatı təyinatlı torpaqlardan) 0,14 ha torpaq sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən (hüququn əvvəlki yüklülüyü-"xxxx" MMC) 0,14 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixli 2178 nömrəli icarə müqaviləsi və xx.xx.2017-ci il tarixli, 3M-35 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında (xx.xx.2010-cu il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə) İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat (reyestr № **********21) nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 916 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırımasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisi ünvanında yerləşən torpaq sahəsi üzərində icarə hüququ Daşınmaz əmlakın Dövlət reyestrində 916 nömrəli reyestr kitabının 29 vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin aşağıda qeyd olunan: **********44 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı icarəsində olan 0,14 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi idarənin istifadəsində olan elektron baza məlumatlarına əsasən hal-hazırda Abşeron rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşir. **********52 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu, Abşeron quşçuluq, sovxozu ərazisində yerləşən İddiaçı icarəsində olan xx.xx.2017-ci il tarixli, **********21 reyestr nömrəli, 0.14 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı: - iddiaçı X2 məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin yerinin (440) metr dəyişdirildiyi; - iddiaçının sənəd üzrə yerləşdiyi torpaq sahəsinin daş hasarla bir neçə hissəyə bölünərək başqa şəxslər tərəfindən istifadə olunduğu və sözügedən (sənəd üzrə) torpaq sahəsində başqa şəxsə məxsus fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Faktiki torpaq sahəsi digər şəxslərin istifadəsində olan sənəd üzrə torpaq sahələri üst-üstə düşür. DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin **********26 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş xx.xx.2017-ci il tarixli Dşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktınının surətindən müəyyən olunur ki, Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsi texniki sənəd üzrə 0,14 ha, hüquqmüəyyənedici sənəd üzrə 0,14 ha, faktiki 0,14 ha, torpaq sahəsinin yol və qonşularla sərhəd olduğu, icazəsiz tikililərin olmadığı, torpaq sahəsinin sərhəd nişanlarının şərti olduğu qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin **********83 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən, sözügedən torpaq sahəsi Abşeron rayonunun istifadəsində olmaqla, Bakı şəhəri inzibati ərazisinin hüdudları daxilində yerləşir. Ümumi sahəsi 0,14 hektar olan torpaq sahələrindən 0,02 hektar hissəsi notarial qaydada təsdiq edilmiş icarə hüquqlarının alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********15 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində olan 0.14 ha torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində xx.xx.2017-ci il tarixli, **********21 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onun icarəsində olan 0.14 ha torpaq sahəsindən notarial qaydada 0.02 ha hissəsi icarəyə verildikdən sonra qalan hissəsinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 450 metr fərq mövcuddur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. İddiaçı (nümayəndəsi vasitəsilə) xx.xx.2023-cü il tarixdə ərizə ilə DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, texniki sənədlərdə olan uyğunsuzluğun aradan qaldırılmaqla, İddiaçı faktiki istifadəsində olan 0,14 ha torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünü sənədində düzəlişlər edilməklə yenidən verilməsini xahiş etmiş, müraciəti cavabdeh inzibati orqan tərəfindən cavablandırılmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçıliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamə”nin 4-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 775 nömrəli Fərmanı ilə 2.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasınən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. - 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. - 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. - 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. - 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək cavabdeh inzibati orqanın fəaliyyət istiqamətlərinə aid edilmişdir. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,14 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə İddiaçı adına tərtib edilmiş **********21 reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”ndə düzəliş edilməklə (sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında olan fərq aradan qaldırılmaqla) yeni “Torpaq sahəsinin plan və ölçüsü”nun tərtib edilərək, İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8851/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8851/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver