Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-886/2021 12.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «sərəncamın ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə və üçüncü şəxs Bakı ŞİH-ə qarşı «sərəncamın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, ərizəsi əsasında Bakı şəhəri Nəsimi RİH-in 1989 saylı xx xxxxxxx 1996 cı il sərəncamı ilə ailə üzvlərilə yaşadığı 1956-cı ildə tikilmiş Nəsimi rayonu, Leninqrad prospekti 11B (M.Yusifbəyli 11B) saylı evə dörd nəfər ailə üzvi ilə pasport qeydiyyatına alınmışdır. Həmin həyət evinin ümumi sahəsi 285.1 kv.m olmuş və BTİ tərəfindən iddiaçının adına texniki pasport hazırlanıb verilmişdir. Köhnə evlərin sökülüb yerində çoxmərtəbəli bina tikintisi ilə bağlı o, yaxını olan Əliyeva Aidə Əliş qızının iştirakı ilə sahibi olduğu yuxarıda ünvanı qeyd edilən ərazidə bina tikən xxxx MMC-yə təhvil verməyi razılaşmışdır. Həmin müqavilə və ərizə əsasında bu həyət evini torpaq meydança sahəsi ilə birlikdə 2014-cü ildə xxxx MMC-yə təhvil verməyə razılaşmış və təhvil vermişdir. Eyni zamanda evin boşaldılması və evə aid olan sənədlərin Əliyeva Aidə Əliş qızının iştirakı xxxx MMC-yə təhvil verilməsində qurumun nümayəndələri iştirak etmişlər. Bu həyət sahəsi və evlə bağlı onun adına hüquqmüəyyənedici sənədlər olduğu halda və həyət evinin üzərində Züleyxa Süleymanova adlı şəxs tərəfindən əsassız iddialar qaldırmaqla, Nəsimi RİH-ə düzgün olmayan faktlar təqdim etməklə Nəsimi RİH-dən öz xeyrinə sərəncamlar əldə edildiyini uzun müddət bilməmişdir. Həmin sərəncamların etibarnamə əsasında təmsilçilik hüququ verdiyi Əliyeva Aidə Əliş qızı və vəkillər tərəfindən aidiyyatı məhkəmələrdə mübahisələndirmə qaydasında ləğv edilərək hüquqlarının müdafiəsinə dair qərarlar qəbul olunmuşdur. Belə ki, 2019-cu ilin sonunda aparılan məhkəmə çəkişmələrindən Nəsimi RİH-in xx xxxxxxxx 2019-cu il tarixli 156 saylı sərəncamı ilə Nəsimi RİH-in xx xxxx 2014-cü il tarixli sərəncamının ləğv edilməsi ona məlum olmuşdur. Belə ki, aparılan məhkəmə çəkişmələri üzrə AR Ali Məhkəməsinin 2- 1(102)-406/2019 saylı x xxx 2019-cu il tarixli qərarı ilə Nəsimi RİH başçısının xx xxxx 2014-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmişdir. Nəticədə onun (hazırkı iddiaçının) hüquqlarının pozulmasına səbəb olan X1 Nəsimi rayon, Leninqrad pr 11B (N.Yusifbəyli) ünvanında həyət evinə qanunsuz yiyələnməsinə əsas verən Nəsimi RİH-in xx xxxx 2012-ci il tarixli 185 saylı sərəncamının ləğv edilməsinə dair xx xxxx 2014-cü il tarixli 116 saylı sərəncamının hüquqi qüvvəsi bərpa edilmişdir. Lakin Nəsimi RİH tərəfindən yenidən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli sərəncamla AR Ali Məhkəmənin qanuni etibarlı saydığı xx xxxx 2014-cu il tarixli 116 saylı sərəncam ləğv edilməklə artıq onun adına olmuş və qanuni surətdə xxxxa təhvil verilmiş, sökülmüş, mövcud olmayan əmlaka Z.Süleymanovanın adına verilmiş Nəsimi RİH-in xx xxxx 2012-ci tarixli 185 saylı sərəncamı təkrar qanunsuz tanınmışdır. «İnzibati icraat haqqında» AR Qanununun 64.4cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsinin olmadığı müəyyən edilir. Həmin Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki hüquqi əhəmiyyətli səbəblərdən icraatı mümkün olmayan inzibati akt etibarsız sayılır. Belə ki, qeyd olunan Nəsimi rayonu, Leninqrad pr 11B (N.Yusifbəyli 11B) ünvanındakı evin və yerləşdiyi ümumi sahəsi 285.8 kv.m olan qanuni əsaslarla üzərində sahiblik və istifadə hüququ 1996-cı ildən dövlətin icra hakimiyyəti orqanları tərəfindən ona (iddiaçıya) və ailəsinə əvəzsiz bağışlanmış, mülkiyyət hüquqları əsasında məxsus olduğu tanınmışdır. Həmin həyət evini mülkiyyətçiyə bərabər hüquqlarla öz iradəsi ilə əvəzli qaydada ədalətli kompensasiya almaq hüququndan istifadə edərək xxxx MMC-yə təhvil vermişdir. Odur ki, həmin evə sahiblik və istifadə hüququ baxımından hüquqları pozulmaqla Züleyxa Süleymanovanın adına verilmiş AR Konsitutisiyasina, «Normativ hüquqi aktlar haqqında» AR Konsitutisiya Qanununa, «İnzibati icraat haqqında» AR Qanununa zidd sərəncamlar qəbul edildiyi və verildiyi andan hüquqi nəticə çatmayan etibarsız aktlardır. Həmin sərəncamların o cümlədən xx xxxxxxxx 2019-cu il tarixli 56 saylı Nəsimi RİH-in sərəncamının etibarsız sayılması və ləğv edilməsi barədə Nəsimi RİH-ə və Bakı ŞİH-nə yazılı ərizə verilmişdir. «Torpaq islahatı haqqında» AR Qanununa və AR Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanının 1-ci bəndinə əsasən istifadəni təsdiq edən sənədlərlə istifadə etdikləri ölçüdə torpaq sahələri əvəzsiz olaraq vətəndaşların mülkiyyətə verilir. Belə ki, mübahisələndirilən torpaq sahəsinin üzərində qeyd olunan qanunvericilik aktları əsasında İddiaçı 1956-cı ildə inşaa edilmiş xx xxxxxxx 1996-ci il tarixli Nəsimi RİH-in 1989 saylı sərəncamı ilə qeydiyyata alındığı ünvan 1 Leninqrad prospekti), 11B ünvanında yerləşən, x xxxx 1995-ci il tarixli texniki pasport əsasında ümumi sahəsi 285.8 m2 olan həyət evinin qanuni sahibi və istifadəçisi tanınmaqla, eyni zamanda bu sahənin də əvəssiz mülkiyyətçisi sayılır. Belə olduğu halda İddiaçı bu ünvanda hüquqlarını təsdiq edən hüquqverici sənədlər qüvvəsində olduğu təqdirdə, eyni ünvanda olan üst-üstə düşən həyət evinə Züleyxa Süleymanovanın adına verilmiş Nəsimi RİH-in yalnış hüquqi aktlarının (sərəncamların) «İnzibati icraat haqqında» AR Qanununun 65-ci maddəsinə əsasən etibarsız sayılmasının əsasları mövcuddur. Apellasiya şikayətinə əlavə edilən ekspertiza rəyində İddiaçı sahibliyində və istifadəsində olmuş, xxxx MMC-ə müqavilə əsasında əvəzli verilmiş Nəsimi rayon N.Yusifbəyli küç 11B ünvanında yerləşən həyət meydançası ilə ümumi sahəsi 285.8 kv.m olmuş həyət evi, hazırda Züleyxa Süleymanova tərəfindən mübahisələndirilən 275.1 kv.m sahə ilə eynilik təşkil edən və üst-üstə düşən təxminən 10 kv.m fərqli olan eyni ərazi olduğu müəyyən edilir. İş materiallarında olan sərəncamdan bəlli olur ki, Bakı ŞİH-in sərəncamı ilə həmin ərazi xxxx MMC-yə çoxmərtəbəli bina tikilməsi üçün icarəyə verilmişdir. Həmin həyət evini qanuni sahib olaraq, Əliyeva Aidə ilə birgə torpaq meydançası ilə birlikdə xxxx MMC-yə əvəzli qaydada verməsi imzalanmış müqavilə ilə təsdiq olunur. Ali Məhkəmənin x xxx 2019-cu il tarixli qərarı ilə Z.Süleymanova tərəfindən mübahisələndirilmiş inzibati işdə Bakı şəhəri Nəsimi RİH-in xx xxxx 2014 cü il tarixli 116 saylı sərəncamı etibarlı sayılmışdır. Göstərilənlərə və İPM-in müddəalarına əsaslanaraq, Bakı şəhəri Nəsimi RİH-in xx xxxxxxxx 2019-cu il tarixli 156 saylı sərəncamının (etibarsız sayılaraq) ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Nəsimi RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsində işin faktiki hallarını təhrif etmiş, artıq uzun illərdir davam edən məhkəmə qətnamələrinə toxunmadan özünə aid olan və hal-hazırda heç bir hüquqi əhəmiyyətə malik olmayan sərəncamı əsas götürərək iddia irəli sürür. Mübahisəli sahə ünvan 3 ünvanında yerləşən ev və həyıtyanı torpaq sahəsinə aiddir. Nəsimi RİH xx xxxxxxxx 2019-cu il tarixli 156 saylı sərəncamı qəbul edərək X1 ərizəsini, işin faktiki hallarını və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini nəzərə almışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı hələ 2006-cı ildə X1 əri X12 ilə Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 11B ünvanına dair razılıq əldə etmiş, X10 mülkiyyətində olan Bakı şəhəri, Atatürk pr. 27 ünvanındakı 35 saylı mənzilini və 105.000 ABŞ dolları məbləğində pulunu alaraq evi ona vermişdir. X10 mülkiyyətində olan ev xx xxxxxx 2007-ci il tarixli çıxarış əsasında İddiaçı oğlu X9 adına keçirilmişdir. Elə həmin ildə İddiaçı razılığı ilə X12 arvadı X3 iki azyaşlı uşağı ilə birlikdə N.Yusifbəyli küçəsi, ev 11B ünvanına qeydiyyata alınmışlar. İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvandan qeydiyyatdan çıxmışlar. X4 əri ilə birlikdə evi əsaslı şəkildə təmir etdirərək, yenidən qurmuşdur. Bu səbəbdən də ona Nəsimi RİH başçısı tərəfindən xx xxxx 2012-ci il tarixli 185 saylı sərəncam verilmişdir. 2014-cü ilin əvvəllərində X10 bacısı Züleyxanın baldızı Əliyeva Aidə Əliş qızı xx xxxxxx 2014-cü il tarixdə mülkiyyətində olan ünvan 5 ünvanına qeydiyyata alınarkən, texniki səhv üzündən 11 A əvəzinə 11 B yazılmışdır. x xxxx 2014-cü il tarixdə həmin texniki səhv aradan qaldırılmış və Əliyeva Aidə Əliş qızının şəxsiyyət vəsiqəsində ünvan “11A” kimi göstərilərək yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Bu bir ay müddət ərzində texniki səhvdən istifadə edən Əliyeva Aidə Əliş qızı sərəncam almaq üçün Nəsimi RİH-ə müraciət etmişdir. RİH başçısının x xxxxxx 2014-cü il tarxli 13 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 11B ünvanında 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 47,7 kv.m, köməkçi sahəsi 63,2 kv.m, ümumi sahəsi 110,9 kv.m olan fərdi yaşayış evi Əliyeva Aidə Əliş qızının adına hüquqi qeydiyyatdan keçirilmişdir. Nəsimi RİH başçısının xx xxxx 2014-cü il tarixli 116 saylı sərəncamına əsasən X1 adına verilmiş Bakı şəhəri Nəsimi RİH başçısının xx xxxx 2012-ci il tarixli 185 saylı sərəncamı ləğv edilmişdir. Bundan sonra tərəflər arasında məhkəmə mübahisələri başlamış və aşağıdakı məhkəmə aktları qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3309/2014 saylı x xxxx 2014-cü il tarixli qərarı ilə X1 iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 11B ünvanında yerləşən 275,1 kv.m torpaq sahəsinin onun adına qeydiyyata alınması və texniki pasportun verilməsi öhdəliyi DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3309/2014 saylı x xxxxxx 2014-cü il tarixli qərardadı ilə “xxxx” MMC-nin vəsatəti təmin edilərək və məhkəmənin 2-1(81)-3309/2014 saylı x xxxx 2014-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və “xxxx” MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 11B ünvanındakı evə və evin yerləşdiyi torpaq sahəsinə dair müəyyən hərəkətləri etməkdən çəkinmək vəzifəsinin DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması və həmin İdarənin mübahisə predmeti olan mülkə dair müəyyən hərəkətlərin edilməsinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2014-cü il tarixli qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3309/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmiş və xx xxxxxx 2014-cü il tarixli qərardad ləğv edilmişdir. “xxxx” MMC yenidən məhkəməyə ərizə ilə müraciət edərək DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı reyestrdən çıxarışın və çıxarışdan irəli gələn nəticələrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3309/2014 saylı xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə “xxxx” MMC-nin ərizəsi qismən təmin edilmiş, x xxxx 2014-cü il tarixli məhkəmə qərarının icrasına dönüş edilmiş, Bakı şəhəri, N.Yusifbəyli küçəsi, 11B ünvanında yerləşən 275,1 kv.m torpaq sahəsinə dair DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli ******* saylı reyestrdən çıxarış ləğv edilmiş, ərizə qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-547/2015 saylı xx xxxxx 2015-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Əliyeva Aidə Əliş qızının üçüncü şəxs qismində cəlb edilməsinin əsas səbəbi isə işdə olan və qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5102/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli qətnaməsidir. Belə ki, Əliyeva Aidə Əliş qızı məhkəmədə X2 və qeyrilərinə qarşı əqdin bağlanmış hesab ediməsi, istifadə hüququnun tanınması, mənzilə köçürülmə və çıxarışın etibarsız sayılması tələbinə dair iddia qaldırmışdır. Rayon Məhkəməsinin 2(006)-5102/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə Əliyeva Aidə Əliş qızının iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1359/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Əliyeva Aidə Əliş qızının apellyasiya şikayəti təmin edilməmiş və xx xxxxxxx 2014-cü il tarixli qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx xxxx 2016-cı il tarixli qərarı ilə Əliyeva Aidə Əliş qızının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1225/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə Əliyeva Aidə Əliş qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-547/2015 saylı xx xxxxx 2015-ci il tarixli qərardadı ləğv edilmiş, Əliyeva Aidə Əliş qızının inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxx 2014-cü il tarixli qərarından onun tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2878/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərarı ilə X1 apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4474/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsinin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Bakı ŞİH başçısının xx xxxx 2012-ci il tarixli 185 nömrəli sərəncamının etibarsız hesab edilməsinə dair Bakı şəhəri Nəsimi RİH başçısının xx xxxxxx 2017-ci il tarixli 36 saylı sərəncamının etibarsız sayılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə X1 Bakı şəhəri Nəsimi RİH-ə qarşı x xxxxxx 2014-cü il tarixli 13 saylı və xx xxxx 2014-cü il tarixli 116 saylı sərəncamların etibarsız sayılması barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilərək, Bakı şəhəri Nəsimi RİH-in x xxxxxx 2014-cü il tarixli 13 saylı və xx xxxx 2014-cü il tarixli 116 saylı sərəncamları etibarsız hesab olunmuşdur. Ali Məhkəmənin x xxx 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi RİH başçısının xx xxxx 2014-cü il tarixli 116 saylı sərəncamının etibarsızlığının tanınmasına aid hissədə ləğv edilmiş, x xxxxxx 2014-cü il tarixli 13 saylı sərəncamın etibarsızlığının tanınmasına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3309/2019 saylı x xxxx 2019-cu il tarixli qərarından Əliyeva Aidə Əliş qızı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Məhkəmə aktları ilə müəyyən edilir ki, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 11B ünvanına nə Əliyeva Aidə Əliş qızının, nə “xxxx” MMC-nin, nə də İddiaçı aidiyyəti yoxdur. Bu səbəbdən də Bakı şəhəri Nəsimi RİH X1 ərizəsi əsasında qanuni və ədalətli sərəncam vermişdir. Yəni xx xxxxxxxx 2019-cu il tarixli 155 nömrəli sərəncama əsasən məhkəmə qərarının icrası ilə əlaqədar Nəsimi RİH başçısının x xxxxxx 2014-cü il tarixli 13 saylı sərəncamı ləğv edilmişdir. Nəsimi RİH başçısının xx xxxxxxxx 2019-cu il tarixli 156 saylı sərəncamı ilə xx xxxx 2014-cü il tarixli 116 saylı sərəncam ləğv edilmişdir. Sərəncamlar qəbul edildikdən sonra həmin sərəncamın mövcudluğu barədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı qəbul edilərkən tərəfin məlumatı olmuş, həmçinin Əliyeva Aidə Əliş qızının təşəbbüsü və israrı ilə İddiaçı inzibati-iqtisadi məhkəmənin həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi və Nəsimi RİH başçısının 156 saylı sərəncamının ləğvi barədə ərizə vermiş və 2-1(81)-3309/2014 saylı x xxxx 2020-ci il tarixli qərardadı ilə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Artıq bu iş üzrə məhkəmə qərarları mövcuddur. Ona görə də İddiaçı əriizəsinin icraata qəbulundan imtina edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə və İPM-in 47.2-ci maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etrazın məzmununa uyğun izahat verdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 38.1-ci naddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iş üzrə müəyyən etdiyi aşağıdakı iki xüsusatı diqqətə çəkir: - İddiaçı hazırkı iddianı 2020-ci ilin aprel ayında qaldırmaqla Bakı şəhəri Nəsimi RİH başçısının xx xxxxxxxx 2019-cu il tarixli sərəncamın mübahisələndirilməsi üzrə qanunla nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Buraxılmış prosessual müddətin bərpasına gəldikdə isə, bununla bağlı iddiaçı vəsatət (ərizə) verməmiş, eləcə də onun bu barədə hər hansı dəlili olmadığından, məhkəmə müddətin bərpası üzrə vəsatət təqdim olunması üçün iddiaçıya müvafiq tövsiyə verilməsinə zərərət görməmişdir. - İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 11B ünvanındakı əmlakla bağlı Bakı şəhəri Nəsimi RİH başçısının xx xxxxxxxx 2019-cu il tarixli 156 nömrəli sərəncamının (xx xxxx 2014-cü il tarixli 116 saylı sərəncamın ləğv edilməsi barədə) mübahisələndirilməsi üzrə hazırda subyektiv hüququ mövcud deyil. Bu hal iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3309/2014 saylı x xxxx 2020-ci il tarixli qərardadı ilə də təsdiqini tapır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə sonda belə qənaətə gəlir ki, hazırkı iddia mümkün sayıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-886/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-886/2021
12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver