Məhkəmə qərarları › İş №2-1(112)-8862/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8862/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8862/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, "xxxx" MMC-nin (icraçı) iddiaçı X3 (payçı) ilə bağladığı 4 sentyabr 2012-ci il tarixli 11 saylı müqaviləyə əsasən icraçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” ünvanında hündürmərtəbəli yaşayış evinin 2-ci blok 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75.46 kv.m olan 2 otaqdan ibarət mənzili payçıya verməyi, payçı isə 40.339.41 manat pul vəsaitini ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin direktoru Ə.Q.Cəfərov və baş mühasib tərəfindən təsdiq olunmuş maliyyə arayışında qeyd edilmişdir ki, iddiaçı müqaviləyə əsasən mənzilin 40.339.41 manat məbləğində dəyərini tam ödəmiş və heç bir borcu yoxdur. Bundan başqa, ona adıçəkilən mənzilin mülkiyyətçisi olmağı barədə 26 iyul 2012-ci il tarixli 011A nömrəli “çıxarış” adlı sənəd vermişdir. Sənəd "xxxx" MMC-nin möhürü və direktorun imzası ilə təsdiqlənmişdir. Həmin sənəddə qeyd olunmuşdur ki, "xxxx" MMC Gəncə prospekti, 29/35A ünvanında “Ələsgəroğlu-K” şirkətinə məxsus ərazidə hündürmərtəbəli binanın tikintisi və satışı ilə məşğul olur. Həmçinin, bu sənəd əsasında müəyyən olunur ki, iddiaçıya məxsus olan 2-ci blok, 1-ci -rərtəbə, ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzilin nömrəsi 90-dır. Hal-hazırda mənzil onun faktiki istifadəsində və sahibliyindədir. O, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, müvafiq “çıxarış” verilməsi üçün 25 iyun 2021-ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 2 iyul 2021-ci il tarixli məktubla mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. İmtinanın hüquqi əsası kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.9.2 və 8.0.10.1-ci maddələrinə istinad olunaraq bildirilir ki, sözügedən ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, adıçəkilən bina tam məskunlaşmış və qazlaşdırılmışdır. Həmçinin "xxxx" MMC-dən mənzil alan bina sakinlərinin bəzilərinin məhkəmə cərannın icrası qaydasında və ya digər əsaslar üzrə mənzil üzərində mülkiyyət hüququ ceydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Məhkəmə artıq bir neçə iş üzrə həmin binadakı mənzillər üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair qərarlar qəbul etniş və həmin qərarlar DƏDRX-in müvafiq ərazi idarələri tərəfindən icra olunaraq sakinkərə reyestrdən çıxarışlar verilmişdir. Bir halda ki, mövcud məhkəmə praktikası həmin binadakı mənzillər üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir, hüquqi müəyyənlik və prosessual qənaət prinsipləri baxımından onun (iddiaçının) eyni əsas üzrə eyni tələbi təmin edilməlidir. DƏDRX həmin məhkəmə qərarlarındakı hüquqi mövqeyi əsas götürərək onun mənzil üzərində mülkiyyət hüququnu qeydə almalıdır. «İnzibati icraat haqqında» AR Qanunun tələbləri də nəzərə alınmaqla, aşağıda qeyd edilən əsaslara görə onun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və müvafiq çıxarış verilməlidir. Belə ki, həmin Qanunun 10.1 və 10.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsıpləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş əsas prinsiplərindən biri bərabərlik hüququdur. Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə müvafiq olaraq hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa, Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Eyni zamanda, «İnzibati icraat haqqında» AR Qanununun 12-ci maddəsində qeyd edilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Beləliklə, hamının qanun və inzibati orqanlar qarşısında bərabərliyi onu tələb edir nzibati orqan eyni mühüm faktiki hallara malik olan müxtəlif işlərə eyni cür yanaşsın. Qeyd olunduğu kimi, onun (iddiaçının) mənzilinin yerləşdiyi binanın bəzi sakinlərinin mənzil üzərində mülkiyyət hüquqları qeydə alınmış və onlara reyestrdən çıxarışlar verilmişdir. Qeyd olunan bərabərlik prinsipinin tələblərinə görə ona da mənzil üzərində hüquqları qeydə alınan digər sakinlərlə eyni mövqe sərgilənməlidir. . «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati crzanlann inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 “A” ünvanında yerləşən binadakı mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarət bir inzibati praktika artıq formalaşmışdır. Mövcud inzibati praktika və bu praktikaya etimadın qanunla qorunması prinsipi də onun tələbinin təmin olunmasını şərtləndirir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29, 43-cü mnaddələrinə, AR Mülki Məcəllənin 17.1, 152.1-ci maddələrinə, İPM-in 2.1-ci maddəsinə əsaslanaraq, iddiaçının (İddiaçı) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 2-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona müvafiq reyestrdən çıxarışın verilməsi öhdəlyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanılanmış 2 iyul 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 75.46 kv.m olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 25 iyun 2021-ci il tarixli müraciətiə baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Həmin Qanununun 15-ci maddəsinin müddəalarına əsaslanaraq, ərizənin icrasından imtina edilir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və\ ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın əsaslı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəısinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin əvvəlki (15 dekabr 2-17-ci il tarixli 918-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan) tələblərinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Hazırkı inzibati məhkəmə icraatında sübut və dəlillər çərçivəsində işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında yerləşən hündürmərtəbəli bina "xxxx" MMC-yə məxsusdur və hazırkı İddiaçı "xxxx" MMC-yə həmin binanın 2-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzilin pay haqqını ödəmişdir. O, müvafiq sənədləri toplayıb həmin əmlaka mənzil kimi öz adına daşınmaz əmlakın dövlət reyesrində qeydiyyat aparılması xahişi ilə hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Binada digər şəxslərə müvafiq reyestrdən çıxarışlar verilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və sözügedən daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normaları, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, AR Mülki Məcəlləsinin 178.8-ci maddəsinin (əvvəlki redaksiyada), AR Mənzil Məcəlləsinin 112.1-ci maddəısinin və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinin tələblərinə əsasən hazırkı İddiaçı "xxxx" MMc-yə müvafiq pay haqqını ödəməklə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 2-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzilə mülkiyyət hüququ əldə etdiyindən, onun həmin daşınmaz əmlaklara mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq binada digər şəxslərə münasibətdə daşınmaz əmlaklara reyestrdən çıxarışların verildiyi, iddiaçının hüquqların isə qeydiyyata alınmaması «İnzibati icraat haqqında» AR Qanununun 12-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi” ilə uzlaşmır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 2-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 2-ci blok 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m olan 2 otaqdan ibarət mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar