Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8864/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏNETDİ: İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının kiçik həcmli koskdə meyvə-tərəvəz satışı ilə məşğul olduğu halda, Sosial Müdafiə Fondu tərəfindən onun barəsində tətbiq olunan qanunazidd cərimə sanksiyasının ləğv olunmasını və onların hərəkətlərinin qanunazidd hesab olunması xahiş etmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-3992/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi əvəz edilmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin **********841500 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ********** nömrəli VÖEN-lə balaca bir koskda meyvə-tərəvəz satışı ilə məşğuldur. Gündəlik əldə olunan cüzi gəlirlə özünü və Qarabağ müharibəsində həlak olmuş qardaşlarının ailələrinə imkanı daxilində maddi yardım edir. Eyni zamanda, dövlətə gəlir vergisi verir və dövlət məcburi sosial müdafiə vergisini qanunla müəyyən edilmiş formada ödəyir. 2019-cu ilin sonlarınadək meyvətərəvəz ticarəti ilə məşğul olduğu kiçik həcmli ticarət obyektini işlətdiyinə görə ayda 26 manat dövlət məcburi sosial müdafiə vergisini ödəyirdi. Hazırda isə ondan Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən hər ay 110 manat məcburi dövlət sosial sığorta haqqı ödəməyə məcbur edirlər ki, heç onun özünün o qədər təmiz gəliri olmur. Artıq məcburi dövlət sosial sığorta haqqının belə şişirdilmiş məbləğini ödəyə bilmədiyinə görə cəriməyə məruz qalmışdır. İddiaçı sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh iddia ərizəsi ilə əlaqədar məhkəməyə təqdim etdiyi münasibətində bildirmişdir ki, İddiaçı Həmdulla qızı (VÖEN: **********) cavabdeh Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondu tərəfindən tətbiq olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə cərimə ödənişinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmadığından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı öz ərizəsində həcmcə kiçik bir obyektdə meyvə-tərəvəz satışı ilə məşğul olduğunu, məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərini vaxtında etdiyini, lakin 2019-cu ilin sonlarından başlayaraq hər ay üçün 110 manat məbləğində ödəniş etməli olduğunu, sahibkarlıq fəaliyyətindən gəlir əldə edə bilmədiyindən həmin ödənişi etmək imkanının olmadığını, bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsinin əməkdaşları tərəfindən ona cərimə hesablandığını bildirmiş və həmin cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir. Yəni, iddiaçının iddia ərizəsində qeyd etdiyi dövrdə həmin yığımlara nəzarət Dövlət Sosial Müdafiə Fondunda olmamışdır. Bundan əlavə, iddia ərizəsində iddiaçıya hesablanmış cərimənin hansı dövlər üzrə hansı qərar və ya cari bəyannamə əsasında hesablandığı aydınlaşdırılmamış, onun hüquqlarının hansı formada pozulması əsaslandırılmamışdır. Məhkəmə tərəfindən iddiaya inzibati icraat qaydasında baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan iddia qeyri-mümkün hesab edilməlidir. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbinin müdafiə edərək, maddi vəziyyətinin pis olması səbəbindən cavabdehin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin **********841500 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2020-ci ilin 3cü rübü üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 195 manat məbləğində vergi və ya sığorta haqqı hesablanmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 538 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə edilmişdir. Qanunun 14-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən minimum aylıq əmək haqqına nisbətdə müəyyən edilmiş faizlərlə hesablanmış məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Odur ki cavabdehin qərarı qanuni və əsaslı oldugundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə baxılaraq cavabdehin məktubu ilə bildirilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 538 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə edilmişdir. Qanunun 14-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən minimum aylıq əmək haqqına nisbətdə müəyyən edilmiş faizlərlə hesablanmış məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. - İddiaçının xx.xx.2020-ci il tarixli **********650700 saylı müraciətinə cavab olaraq bildirilmişdir ki, “Sizin xx.xx.2018-ci ildən xx.xx.2020-ci iİ tarixə qədər MDSS-Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin MDSS hesablanmasının arayış formasında verilməsi barədə müraciətinizə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş idarəsində baxılmışdır. Bildiririk ki, müraciətinizlə əlaqədar uçot-baza məlumatlarına əsasən xx.xx.2018 -ci ildən xx.xx.2019-cu ilə qədər MDSS-Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər-Bakı şəhərində (0700) fəaliyyət kodu üzrə hesabatlar müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər və xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - Bakı şəhərində (0730) fəaliyyət kodu üzrə hesabatlar və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilə qədər muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsində (hesabatı) ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə göstəricilər aşağıdakı cədvəldə əksini tapmışdır. - Təqdim edilməmiş bəyannamələr barədə bildirişdən görünür ki, iddiaçıya 5 (beş) gün ərzində yaranmış kənarlaşma üzrə işçi sayı və (və ya) əmək haqqı məbləği göstərilməklə müvafiq bəyannamənin və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubunun təqdim edilməsi bildirilmiş, eyni zamanda cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubu göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının iddiaçıya vergi öhdəliklərini yenidən hesablamaq hüququnun oldugu izah edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin **********841500 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarından görünür ki, iddiaçıya 2020-ci ilin 3-cü rübü üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 195 manat məbləğində vergi və ya sığorta haqqı hesablanmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı forma¬da ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdakı maddələri bu işə tətbiq olunur: 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: 149.1.1. rezident müəssisələr; 149.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər; 149.1.3. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; 149.1.3-1. bu Məcəllənin 149.1.3-cü maddəsində göstərilən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti; 149.1.4. xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər; 149.1.5. sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları. 149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. 149.3. Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. 150.3.3. ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannaməni vergi orqanına: 150.3.3.1. bu Məcəllənin 150.1.3.-150.1.8-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq; 150.3.3.2. bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar. “Sosial sığorta haqqında” Qanun: Maddə 11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin **********841500 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2020-ci ilin 3-cü rübü üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 195 manat məbləğində vergi və ya sığorta haqqı hesablanmışdır. İddiaçı həmin qərarı qanunsuz hesab edərək, mübahisələndirmişdir. İddia tələbinin əsası kimi isə maddi imkanın pis olması ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli **********6938 nömrəli qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdehin əlaqəli məlumata əsasən - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən 2020-ci ilin 3-cü rübü (iyul, avqust və sentyabr ayları) ərzində iddiaçı tərəfindən işə götürülən şəxslərlə bağlanılmış əmək müqavilələrinin qüvvədə olmasına, muzdlu işdən və muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edilməsinə baxmayaraq, bu dövr üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) iddiaçı tərəfindən təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən iddiaçının vergi öhdəliklərinin yenidən hesablamaq hüququ yaranmışdır. Göründüyü kimi iddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklərini vaxtında icra etmədiyindən onun yuxarıda qeyd olunan məbləğdə məcburi dövlət sosial sığorta haqqı borcu yaranmışdır. İddiaçı vergi orqanı tərəfindən qəbul edilmiş həmin qərarla hesablanmış məbləğin qanunsuz və çox olduğunu bildirsə də, qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Həmçinin, məhkəmə tərəfindən müvafiq bəyannamənin cavabdehə təqdim edilməsi bağlı sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunsa da, iddiaçı bəyannamənin təqdim edilmədiyini bildirmişdir. Buna görə də, cavabdeh tərəfindən qərar qəbul edilərkən əlaqəli məlumatlardan istifadə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə (izahatı) qərarın ləgv edilməsini zəruri edən faktiki şərtləri ödəmir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin **********841500 saylı xx.xx.2020-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-8864/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8864/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver