Məhkəmə qərarları › İş №2-1(112)-8868/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8868/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8868/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə qarşı “qərarın ləğv edilməsi”nə dair iddia ərizənin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2022-ci-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardımetmək vəzifəsinə uyğun olaraq iddiaçıya 07 iyun 2022-ci il tarixdə məktub ünvanlanaraq, iddia ərizəsinin məzmunununn X2 Xidmətinin ******* nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə inzibati cərimə tutulması qaydasında icraata başlamaq haqqında qərarının ləğv edilməsindən ibarət olduğu və buna müvafiq olaraq qeyd edilən tələbə (şikayətə) baxılması isə İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydalara əsasən Ümumi Məhkəmələrin səlahiyyətinə aid edildiyi müəyyən edildiyindən, qeyd edilən tələbə (şikayətə) baxılmasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydalara əsasən Ümumi Məhkəmələrin səlahiyyətinə aid olduğu iddiaçının nəzərinə çatdırılsa da, lakin iddiaçı tərəfindən hər hansı hərəkət olunmamışdır. Ərizənin mümkünlüyü ilə bağlı məhkəmə iclası 26 iyul 2022-ci il tarixə təyin edilmiş, tərəflərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakları olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı X2 Xidmətinin ******* nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə borclu İddiaçı 4000 manat məbləğində inzibati cərimənin tutulmasına dair icraata başlamaq haqqında qərarı mübahisələndirərək sözügedən qərarın ona göndərilmədiyi, onun iştirakı olmadan qərar qəbul edildiyi, borcy tam şəkildə deyil, hissə-hissə ödəməyə imkanının çatdığını bildirərək qeyd olunan səbəblərdən sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mahiyyəti üzrə inzibati xəta barədə qərarlarının ləğv edilməsindən ibarət olduğundan inzibati icraat qaydasında baxıla bilməz. Belə ki, inzibati xəta barədə qərarlarının ləğv edilməsi barədə şikayətlərə baxılması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydalara əsasən Ümumi Məhkəmələrin səlahiyyətinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət – prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanları (vəzifəli şəxsləri) müəyyən edən 40.0-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququnu tənzimləyən 126.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət - səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilik inzibati xəta haqqında işlərin ümumi məhkəmələrdə mübahisələndirilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 13, 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə qarşı qərarın ləğv edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar