Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8872/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 3A saylı evə pasport qeydiyyatına alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-46/2-İ-50xx/xx/2023 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən onun ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana qeydiyyata alınması qanuna müvafiq deyildir. İddiaçıya məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir.
3. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 3A saylı evə pasport qeydiyyatına alınmağına dair Binəqədi Rayon Polis İdarəsinin imtinası barədə hərəkətlərinin qanunsuz hesab edilərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 3A saylı evə pasport qeydiyyatına alınmağı barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X1 ilə 21 noyabr 1992-ci ildə nikaha daxil olmuşlar. Ailə qurduqları ilk gündən Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 3A saylı evdə yaşamışlar. Evləri əvvəllər bir otaqdan ibarət olmuşdur. Sonradan əlavə 2 otaq da tikmişlər. Yaşadıqları evdə əvvəllər yalnız əri H.İbrahimxəlilovun pasport qeydiyyatı olmuşdur. O isə qızının yaşadığı Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, dalan 1-də yerləşən 7C saylı evdə qeydiyyatda olmuşdur. Lakin 3A saylı evdə yaşamaqda davam etmişdir. Yaşadıqları evin torpaq sahəsinin sənədlərini 2005-ci ildə düzəltmişlər və Rəsulzadə bələdiyyəsi ilə əri Hafiz İbrahimxəlilov arasında torpağın alqısatqısına dair akt imzalanaraq evin yerləşdiyi torpaq sahəsi 3.378.000 (üç milyon üç yüz yetmiş səkkiz min) manata alınmışdır. Əri H.İbrahimxəlilov xx.xx.2021-ci ildə vəfat etmişdir. Hazırda o istəyir ki, 30 ildən çox müddətdə Rəsulzadə qəsəbəsində yaşadığı ЗА saylı evə pasport qeydiyyatına alınsın. Bu barədə o, Binəqədi rayon Pasport və Qeydiyyat bölməsinə müraciət etsə də, onlar məhkəmə orqanlarına müraciət etməyi tövsiyə etmişlər. O, müvafiq sənədləri, o cümlədən mənzilə köçürülməsi barədə Binəqədi Rayon Məhkəməsinin qətnaməsini pasport qeydiyyat bölməsinə təqdim etsə də, ona imtina barədə rəsmi cavab verilmişdir.
5. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. III. Tərəflərin mövqeyi
8. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
10. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. Hazırda iddiaçı cavabdehdən onun yaşadığı fərdi yaşayış evi üzrə qeydiyyata alınmasını xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
13. İddia mahiyyəti üzrə əsaslıdır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
14. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər.
15. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.
16. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
17. İş materialları ilə müəyyən olunur ki, iddiaçının hazırda qeydiyyata alınmaq istədiyi mübahisəli yaşayış sahəsi özbaşına tikilidir.
18. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
19. Lakin işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4999/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində yerləşən 3A saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “Belə ki, işin halları ilə təsdiq olunur ki, mübahisəli mənzildə tərəflərin yaşamaları işin mübahisələndirilməyən halıdır. Həmin ev dövlət qeydiyyatına alınmadığından tərəflərdən hər hansı birinin həmin evə münasibətdə əşya hüququ olmamış, onların yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Hal-hazırda cavabdeh həmin evdə yaşayaraq evə olan ehtiyaclarını təmin etmişdir. Belə olan halda cavabdeh mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. İddiaçının yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəblərə görə çıxması onun həmin sahədə yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz”.
20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4999/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
21. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı halda mübahisəli yaşayış sahəsinə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənəd təqdim etməsə də, onun mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4999/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsinə köçmək üçün əsas verən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi qiymətləndirilməlidir.
22. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli yaşayış sahəsi iddiaçının yaşayış yeri kimi tanınmış, onun həmin ünvana köçürülməsi barədə iddia təmin edilmişdir.
23. O da xüsusilə qeyd edilməlidir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir.
27. Beləliklə, göstərilənlərə əsasən məhkəmə iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 3A ünvanında yaşadığını, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin ünvanın iddiaçının yaşayış yeri kimi tanındığını nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin olunsun. İddiaçı xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova