Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8877/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasını vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma vəzifəsinin Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci ildə Naftalan rayonunda doğulmuşdur. Atası hərbçi olduğu üçün müxtəlif rayonlarda yaşamalı olmuş, ona görə də təhsilini müxtəlif məktəblərdə almışdır. 2018-2019-cu illərdə Ağstafa rayonu, 049 nömrəli Hərbi Hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər Parlaq psixoloji və nitq inkişafı mərkəzində erqoteraspit vəzifəsində işləmiş, hazırda isə səhhətində yaranmış problemlərə görə işləyə bilmir. İddiaçı 2020-ci ildə 877 nömrəli Hərbi Hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında gedən döyüşlərdə iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İddiaçı Xocavənd rayonunda gedən döyüşlərdə sol gözündən yaralanmış və “Göz almasının digər xəstəlikləri. Miopiya diaqnozu" qoyulmuşdur, müddətsiz üçüncü dərəcə gözdən əlildir. İddiaçı evlidir və 1 azyaşlı övladı var. İddiaçı hazırda öz hesabına gözündə olan xəstəliyinə görə müalicə alır, işsizdir. Hazırda ünvan 1 ünvanında kirayədə yaşayır. İddiaçı Vətən Müharibəsi əlili kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmaq üçün cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubunda isə bildirilmişdir ki, «araşdırma zamanı iddiaçının xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ünvan 2 ünvanında yerləşən vətəndaş X5 məxsus ümumi sahəsi 309.90 kv.m olan 16 “C” nömrəli evdə 4 nəfər ailə tərkibi ilə qeydiyyatda olduğu və xx.xx.2023-cü il tarixdən Xətai rayonu, General Şıxlinski küçəsinə yerləşən ümumi sahəsi 64.90 kv.m olan 15 saylı evin 203 saylı mənzilinə daimi qeydiyyata alınaraq mənzil şəraitini süni şəkildə pisləşdirdiyi müəyyən edilmişdir». Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edilərək bildirilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı iddia ərizəsində Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. Araşdırma zamanı, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 2 ünvanında yerləşən vətəndaş X5 məxsus ümumi sahəsi 309.90 kv.m olan 16 “C” nömrəli evdə 4 nəfər ailə tərkibi ilə qeydiyyatda olduğu və xx.xx.2023-cü il tarixdən Xətai rayonu, General şıxlinski küçəsində yerləşən ümumi sahəsi 64.90 kv.m olan 15 saylı evin, 203 saylı mənzilinə daimi qeydiyyata alınaraq mənzil şəraitini süni şəkildə pisləşdirdiyi müəyyən edilmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vət. İddiaçı xahişinin.təmin edilməsinin imkan xaricində olduğu nəzərinə çatdırılmışdır. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini Sizdən xahiş edilir.
6. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Araşdırma zamanı, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 2 ünvanında yerləşən vətəndaş X5 məxsus ümumi sahəsi 309.90 kv.m olan 16 “C” nömrəli evdə 4 nəfər ailə tərkibi ilə qeydiyyatda olduğu və xx.xx.2023-cü il tarixdən Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən ümumi sahəsi 64.90 kv.m olan 15 saylı evin, 203 saylı mənzilinə daimi qeydiyyata alınaraq mənzil şəraitini süni şəkildə pisləşdirdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Yuxarıda qeyd olunanlar və qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçının xahişini təmin etmək imkan xaricindədir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında Arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (gözdən əlil) göz almasının digər xəstəlikləri. Miopiya diaqnozu ilə xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X3 və X1 adına son 5 il ərzində Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
9. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, azırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
10. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçının arvadına ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, azırda Fondun mövcud informasiya sistemlərində X2 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, ünvan 5 ünvanına (hazırda qeydiyyatda olduğu) qeydiyyata düşməyi planladıqda həmin mənzilin sahibi ölmüşdür və evə dair çıxarışın ev sahibinin arvadının adına keçməsi üçün zaman lazım olduğundan ailəsi ilə birlikdə müvəqqəti olaraq X5 məxsus ünvan 2, ev 16C ünvanındakı mənzilə qeydiyyata düşmüşdür. X7 isə iddiaçının arvadının qohumudur.
II. İddianın növü və mümkünlüyü
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə qeydiyyata alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir.
20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında Arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (gözdən əlil) göz almasının digər xəstəlikləri. Miopiya diaqnozu ilə xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
22. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
26. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
28. İş materiallarına əsasən müəyyən edilir: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X3 və X1 adına son 5 il ərzində Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, azırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçının arvadına ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, azırda Fondun mövcud informasiya sistemlərində X2 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
29. Cavabdeh orqan imtinanın və etirazın əsası olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edərək bildirmişdir ki, araşdırma zamanı iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 2 ünvanında yerləşən vətəndaş X5 məxsus ümumi sahəsi 309.90 kv.m olan 16 “C” nömrəli evdə 4 nəfər ailə tərkibi ilə qeydiyyatda olduğu və xx.xx.2023-cü il tarixdən Xətai rayonu, General şıxlinski küçəsində yerləşən ümumi sahəsi 64.90 kv.m olan 15 saylı evin, 203 saylı mənzilinə daimi qeydiyyata alınaraq mənzil şəraitini süni şəkildə pisləşdirdiyi müəyyən edilmişdir.
30. Bakı Şəhər Xalq Deputatları Sovetinin 08 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, ən azı son 7 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi qeydiyyatda olsunlar. Yaşayış müddəti Bakı şəhərində qeydiyyatın olması ilə müəyyən edilir. İddiaçının adına mülkiyyət hüququ əsasında torpaq sahəsi olmasına və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 ili tamam olmadığına görə müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır.
31. Məhkəmə bununla bağlı qeyd edir ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Cavabdeh qurumun imtina üçün müvafiq əsası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1988-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi).
32. Məhkəmə nəzərə alır ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi).
33. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
34. Məhkəmə qeyd edir ki, müvafiq normanın (Mənzil Məcələssinin 52-ci maddəsinin) hazrki mübahisəyə tətbiq edilməsi üçün iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etməsi üçün həyata keçirdiyi niyyətli hərəkəti olmalıdır. Belə ki, qanunvericiliyin məzmunundan görünür ki, şəxs məhz yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnun əldə edilməsi üçün niyyətli (qəsdən həyata keçirilmiş) hərəkətə yol verdiyi təqdirdə həmin andan etibarən 5 il ərzində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma hüququnu itirir.
35. Bununla bağlı məhkəmə müəyyən edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, ünvan 5 ünvanına (hazırda qeydiyyatda olduğu) qeydiyyata düşməyi planladıqda həmin mənzilin sahibi ölmüşdür və evə dair çıxarışın ev sahibinin arvadının adına keçməsi üçün zaman lazım olduğundan ailəsi ilə birlikdə müvəqqəti olaraq X5 məxsus ünvan 2, ev 16C ünvanındakı mənzilə qeydiyyata düşmüşdür, X7 isə iddiaçının arvadının qohumudur (cavabdeh tərəfindən müvafiq faktı təkzib edən hər hansı sübut təqdim edilməmişdir).
36. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
37. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
38. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrasına dair” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər.
39. Məhkəmə nəzərə alır ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Odur ki, iddiaçının fərdi vəziyyəti nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qanuni gözləntisi var və cavabdehin qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur.
40. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva