Məhkəmə qərarları › İş №2-1(112)-888/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-888/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-888/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X17 X16 İdarəsinə (X16 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X17 X16 İdarəsinə (X16 üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2018-ci ildən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx xxxx 1961-ci ildə Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur, 1977-ci ildə əmək fəaliyyətinə başlamışdır.İddiaçı xx.xx.1977ci ildə “Naxçıvansutikinti” tresti TQİ-nə fəhlə peşəsinə işə qəbul edilmiş, hərbi xidmətə çağırılması ilə əlaqədar xx.xx.1980-ci ildə işdən azad edilmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə “Naxçıvansutikinti” tresti TQİ-nə qaynaqçı peşəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə “NST” trestinə çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə “Naxçıvan” MKİ-nə qaynaqçı peşəsinə işə qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə “Şərur suberteyizan quyuları istehslalı idarəsinə” elektro mantyor peşəsinə işə qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə 3 saylıTütünçülüksovxozunaqaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cıildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə ARRTTB-nə çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.1997-ci ildə elektrik qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. xx.xx.2003-cü ildə Azəravtonəqliyyat DX-nə elektrik qaynaqçısı peşəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmişdir. xx.xx.2004-cü ildə “MSG” şirkətinə qaynaqçı peşəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. xx xxxx 2006-ci ildə “Xəzərdəniznefiqaztikinti” trestinin 2 saylı X1 filialına əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2007-ci il tarixdə “Xəzərdəniznefiqaztikinti” trestinin Gürcüstan Respublikasındakı Nümayəndəliyinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2007-ci il tarixdə “Neftqaztikinti” trestinin 2 saylı X9 əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2015-ci il tarixdə “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti Quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və hazırda da həmin peşədə işləyir.İşin faktiki hallarından göründüyü kimi,iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi əmək stajı yaranmış və həmin stajın 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci maddəsinə (ümumi peşələr) əsasən zərərli şəraitdə qaynaqçı peşəsi üzrə toplamışdır. Lakin buna baxmayaraq, cavabdeh orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Halbuki iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verən bütün zəruri sənədləri, o cümlədən əmək stajını təsdiq edən əmək kitabçası cavabdeh orqana təqdim edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh orqan imtinaya əsas kimi qaynaqçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalaların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını göstərmişdir. Cavabdeh orqan qaynaqçı peşəsinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası”nın təyin olunmasına əsas verə bilən peşə olub-olmadığını ümumiyyətlə araşdırmamışdır. Cavabdeh orqanın bu qənaətə gəlməsi tam əsassızdır. Çünki güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət edən zaman iddiaçı əmək kitabçasını da təqdim etmişdir. Əmək kitabçasında iddiaçınınhansı illərdə, hansı müəssisədə, hansı peşədə işləməsi öz əksini tapmışdır. Göründüyü kimi qeyd olunan hallar və onları təsdiq edən sübutlar onu deməyə əsas verir ki, cavabdeh orqanın sözügedən imtinası qanuni və əsaslı deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il siğorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaları yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün xx.xx.2019-cu il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş xx xxxx 1978-ci il tarixli əmək kitabçasında qeyd olunan xx.xx.1977 - xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində “İliçsutikinti” Quraşdırma İdarəsində qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi peşə yuxarıda qeyd olunan Siyahı üzrə göstərilməmişdir. Eyni zamanda xx.xx.1996 - xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Respublikası Rayonlararası X20”ndə və xx.xx.2003 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azəravtonəqliyyat”xxxx“Şəhərlərarası və X21 Avtonəqliyyat Müəssisəsi”ndə işləməyi arxiv arayışlarında təsdiq edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Əmək və X13 Nazirliyi yanında Dövlət X17 X16 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********1 saylı məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İdarəyə təqdim etdiyiniz xx xxxx 1978-ci il tarixli İT-İ № ******* nömrəli əmək kitabçanızda qeyd olunan xx.xx.1977-xx.xx.1980-cı il tarixləri arasındakı dövr ərzində “İliçsutikinti” Quraşdırma İdarəsində işlədiyiniz qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda xx.xx.1996-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Respublikası Rayonlararası X20”ndə və xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövrərzində “Azəravtonəqliyyat”xxxx“Şəhərlərarası və X21 Avtonəqliyyat Müəssisəsi”ndə işləməyiniz arxiv arayışları ilə təsdiq edilməmişdir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DövlətNeft X3 xx xxxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixində (əmr № 62/k, xx.xx.2006-cı il)“Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı X1 filialına əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş,xx.xx.2007-ci il tarixində (əmr № 42/k, xx.xx.2007-ci il) əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 8 ay 1 gün (səkkiz ay bir gün) təşkil edir. İddiaçı xx.xx.2007-ci il tarixində (əmr № 45/k, xx.xx.2007-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin Gürcüstan Respublikasındakı Nümayəndəliyinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixində (əmr № 99/k, xx.xx.2007-ci il) əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 2 ay 6 gün (iki ay altı gün) təşkil edir.İddiaçı xx.xx.2007-ci il tarixində (əmr № 19-k, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 2 saylı X11 əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixində (əmr № 481/k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 8 il 4 ay 3 gün (səkkiz il dörd ay üç gün) təşkil edir.İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000366, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 4 il 7 gün (dörd il yeddi gün) təşkil edir.İddiaçı əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 13 il 2 ay 17 gün (on üç il iki ay on yeddi gün) təşkil edir. İş materiallarında olan Şərur rayon dövlət arxivinin 11/342 saylı xx.xx.2019-cu il tarilxi arxiv arayışından görünür ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan keçmiş İliç rayon X22 İdarəsinin əmr kitablarında İddiaçı xx.xx.1977-ci il tarixli 42 №-li əmrlə idarəyə 2-ci dərəcəli fəhlə qəbul edilməsi, xx.xx.1979-cu il tarixli 25 №-li əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilməsi, hərbi xidmətə getdiyindən xx.xx.1980-ci il tarxli 51 №-li əmrlə işdən azad edilməsi göstərilmişdir. İddiaçı xx.xx.1982-ci il tarixli 110 №-li əmrlə İliç rayon Su X11 6-cı dərəcəli elektrik qaynaqçısı qəbul edilməsi, xx.xx.1989-cu il tarixli 58 №-li əmrlə ərizəsinə əsasən işdən azad edilməsi göstərilmişdir. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçıxx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə “Naxçıvansutikinti” tresti İliç Su X11 fəhləpeşəsinə qəbul edilib, xx.xx.1979-cu ildə xx.xx.1980-cı ilədək qaynaqçı peşəsinə qəbul edilib, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək “Naxçıvansutikinti” tresti TQİ-nə qaynaqçı, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək “NST” trestinə çilingər, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək “Naxçıvan” MKİ-nə qaynaqçı, xx.xx.1991-ci ildənxx.xx.1992-ci ilədək “Şərur suberteyizan quyuları istehslalı idarəsinə” elektro mantyor, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək 3 saylı Tütünçülük sovxozuna qaz qaynaqçısı, xx.xx.1996-cı ildən Azərbaycan Respublikası Rayonlararası TəmirTikinti Birliyinə çilingər, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək əl ilə elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək Azəravtonəqliyyat DK-nə Şəhərlərarası və X5 Müəssisəsi mexaniki təmir sexinə əl ilə elektrik qaynaqçısı, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək “X14” şirkətinə qaynaqçı, xx.xx.2006-ci ildən xx.xx.2007-ci ilədək “Xəzərdəniznefiqaztikinti” trestinin 2 saylı X1 filialına elektrik qaynaqçısı, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi “Xəzərdəniznefiqaztikinti” trestinin Gürcüstan Respublikasındakı Nümayəndəliyinə elektrik qaynaqçısı, xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi “Neftqaztikinti” trestinin 2 saylı X9 elektrik qaynaqçısı (xx.xx.2008-ci ildə əl ilə qaynaqda elektrik qaynaqçısı adlandırılıb) peşəsində işləmiş, xx.xx.2015-ci il tarixdən hal hazıra kimi “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti Quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsində çalışır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsi tərəfindən Məhkəməyə ünvanlanmış xx xxxxx 2020 tarixli məktubunda qeyd edilir: Məhkəmə araşdırması ilə əlaqədar olaraq, İliç rayon X22 İdarəsinin mövcud olubolmaması və fəaliyyət müddəti barədə məlumat verilməsinə dair xx.xx.2020-ci il tarixli, 2- 1(112)-888/2020 nömrəli məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır.Bununla əlaqədar bildiririk ki, sorğunuz araşdırılmış, lakin qeyd edilən müəssisə barədə Əmlak Məsələləri Dövlət Komitəsində hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sorğunuzla əlaqədar bildirir ki, dövlət reyestrində 3 saylı Tütünçülük Sovxozu, Azərbaycan Respublikası Rayonlararası X20, “Azəravtonəqliyyat”xxxx“Şəhərsalma və X21 Avtonəqliyyat Müəssisəsi” adlı hüquqi şəxslərin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Dövlət Bakı şəhəri X19 üzrə Baş İdarəsi tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir: Məlumatların təqdim edilməsi ilə əlaqədar müraciətlərinizə Bakı şəhəri X19 Departamentində baxılmışdır. Bildiririk ki, xx.xx.2020-ci il tarixə olan vergi ödəyicilərinin dövlət reyestrində 3 saylı Tütünçülük Sovxozu, Azərbaycan Respublikası Rayonlararası X20, “Azəravtonəqliyyat”xxxxx“Şəhərsalma və X21 Avtonəqliyyat Müəssisəsinin vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə Azəravtonəqliyyat Dövlət Konserninin tabeliyində olmuş Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında yerləşən Şəhərlərarası və X5 müəssisəsinin bazasında “X12” açıq səhmdar cəmiyyəti yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2002-cı il tarixində başa çatdırılaraq xüsusi mülkiyyətə keçmişdir. Eyni zamanda bildiririk ki, 3 saylı Tütünçülük Sovxozu və Azərbaycan Respublikası Rayonlararası X20 adında hazırda fəaliyyət göstərən və ya ləğv edilmiş dövlət təşkilatı və İddiaçı müraciətinizdə göstərilən müəssisələrdə işləyib-işləməməsi ilə bağlı Xidmətdə hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin yanında Dövlət X17 X2rşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə 2-1(112)-888/2020 saylı inzibati iş üzrə 3 saylı Tütünçülük Sovxozu, Azərbaycan Respublikası Rayonlararası X20, “Azəravtonəqliyyat”xxxx“Şəhərsalma və X21 Avtonəqliyyat Müəssisəsi”nin mövcud olubolmaması və İddiaçı həmin müəssisələrdə işləyib-işləməməsi ilə bağlı məlumatın təqdim edilməsi barədə məktubunuza İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar, adıçəkilən müəssisələr ilə bağlı sənədlər İqtisadiyyat Nazirliyinin Aparatının arxivinə saxlanca təhvil verilməmişdir. Eyni zamanda, məktubunuzda göstərilən məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********256300 nömrəli, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********80 nömrəli məktubları Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Məhkəməyə ünvanlanmışxx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sorğunuzla əlaqədar bildirir ki, dövlət reyestrində Rayonlararası İstehsalat X20nin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə 11170 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmçinin dövlət reyestrində 3 saylı Tütünçülük Sovxozu, “Azəravtonəqliyyat”xxxx“Şəhərsalma və X21 Avtonəqliyyat Müəssisəsi” adlı hüquqi şəxslərin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci ildə “Naxçıvansutikinti” tresti İliç Su X11 fəhlə peşəsinə qəbul edilib, xx.xx.1979-cu ildə xx.xx.1980-cı ilədək qaynaqçı peşəsinə qəbul edilib, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək “Naxçıvansutikinti” tresti TQİ-nə qaynaqçı, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək “NST” trestinə çilingər, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək “Naxçıvan” MKİ-nə qaynaqçı, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Şərur suberteyizan quyuları istehslalı idarəsinə” elektro mantyor, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək 3 saylıTütünçülük sovxozuna qaz qaynaqçısı, xx.xx.1996-cı ildən Azərbaycan Respublikası Rayonlararası X18 çilingər, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək əl ilə elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək Azəravtonəqliyyat DK-nə Şəhərlərarası və X5 Müəssisəsi mexaniki təmir sexinə əl ilə elektrik qaynaqçısı, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək “X14” şirkətinə qaynaqçı, xx.xx.2006-ci ildən xx.xx.2007-ci ilədək “Xəzərdəniznefiqaztikinti” trestinin 2 saylı X1 filialına elektrik qaynaqçısı, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi “Xəzərdəniznefiqaztikinti” trestinin Gürcüstan Respublikasındakı Nümayəndəliyinə elektrik qaynaqçısı, xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi “Neftqaztikinti” trestinin 2 saylı X9 elektrik qaynaqçısı (xx.xx.2008-ci ildə əl ilə qaynaqda elektrik qaynaqçısı adlandırılıb) peşəsində işləmiş, xx.xx.2015-ci il tarixdən hal hazıra kimi “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma Bölümünün 2 saylı Tikinti Quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsində çalışır. İddiaçı xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi əmək stajının yarandığını və həmin stajın 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci maddəsinə (ümumi peşələr) əsasən zərərli şəraitdə qaynaqçı peşəsi üzrə topladığını qeyd edir. Lakin əmək kitabçasında göstərilən “Naxçıvansutikinti” tresti İliç X4ynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Dövlət Bakı şəhəri X19 üzrə Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktublarda göstərilmişdir ki, əmək kitabçasında qeyd olunan 3 saylı Tütünçülük sovxozu, Azərbaycan Respublikası Rayonlararası X20, AzəravtonəqliyyatxxxxŞəhərlərarası və X5 Müəssisəsi adlı hüquqi şəxslərin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Qeyd olunanlar nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan azdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X17 X16 İdarəsinə (X16 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar