Məhkəmə qərarları › İş №2-1(112)-888/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-888/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-888/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X8 işə cəlb edilməklə “ilkin qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X30 Ağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X8 işə cəlb edilməklə “ilkin qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X8 və Bakı şəhəri 19 saylı Notariat Ofisi işə cəlb edilməklə C2670 saylı, xx.xx.1963-cü il tarixli orderə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin X4 adına xx.xx.2016-cı il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında cavabdeh tərəfindən RX seriyalı, ******* nömrəli çıxarışın (qeydiyyat nömrəsi: **********) ləğv olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri – atası X9 və anası X17. O, 1963-cü ildən bu günə qədər yeganə yaşayış sahəsi olan ünvan 3 ünvanında yaşamışdır. Belə ki, atası Ağamurad Əliyevə o dövrdəki Azərbaycan SSR Bakı şəhər X11 xx.xx.1963-cü il tarixli C2670 nömrəli orderə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi istifadəsinə verilmişdir. Həmin orderə əsasən mərhum anası, onun mərhum qardaşı İddiaçı və mərhum nənəsi Xeyranisə tağıyevanın adları da, qeyd olunmuşdur. Bundan sonra 1964-cü ildə qardaşı Rasim dünyaya gəlmişdir. Beləliklə də, onlar ailə olaraq həmin mənzildə daimi olaraq məskunlaşmışlar. Bir neçə ildən sonra atası Ağamurad Əliyev işi ilə əlaqədar olaraq 1980-ci illərin sonlarında Rusiya Federasiyasına getmiş və geri qayıtmayaraq orada qalmışdır. Daha sonra nənəsi Tağıyeva Xeyranisə, qardaşı Rasim və anası rəhmətə gediblər. Beləliklə, onlar qardaşı Vaqiflə tək qalaraq həmin evdə yaşamağa davam etmişlər. Lakin, 2016-cı ilin may ayında qardaşı Mehparə Nəsirova ilə nikaha daxil olduqdan sonra baş vermiş bir sıra qanunsuzluqlar nəticəsində o, özünə aid olan özəlləşdirmə hüququndan qanunsuz olaraq mərhum olmuşdur. Qeyd edir ki, bu yaxınlarda yaşadığı mənzilin özəlləşdirilməsi məqsədilə lazımi sənədlərin toplanmasına başladığı dövrdə ona məlum olmuşdur ki, mərhum qardaşı Vaqif Əliyevin adına özəlləşdirilmişdir. Bununla əlaqədar olaraq ona hüquqi yardım göstərilməsi məqsədilə vəkillə müqavilə bağlamış və vəkilin verdiyi sorğuya cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli **********91 nömrəli cavab məktubuna əsasən məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixində daimi yaşadığı mənzil qardaşının adına ilkin qeydiyyata alınmışdır. Lakin, vəkil sorğusu ilə eyni zamanda özəlləşdirilməsi üçün əsas olmuş bütün sənədlərin surəti istənilsə də, onların verilməsindən imtina edilərək bildirilmişdir ki, yalnız məhkəmə vasitəsi ilə onlar tələb oluna bilər. Beləliklə, cavab məktubundan müəyyən olunmuşdur ki, özəlləşdirilmə xx.xx.1963-cü il tarixli, C2670 nömrəli orderə “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 294448 nömrəli xx.xx.2016-cı il tarixli arayışa və cavabdeh X1 razılıq ərizəsinə əsasən baş vermişdir. Amma qeyd edir ki, qardaşı Vaqif ölənə qədər ona bir söz deməmişlər ki, mənzilin özəlləşdirilməsi ilə məşğul olur və hətta çıxarış aldıqdan sonra bu haqda ona heç bir söz deyilməmişdir. Hesab edir ki, onun bu proseslərdən xəbəri olmamışdır. Çünki, belə olduğu təqdirdə ona məlumat verərdi. Nəsirova Mehparənin hansı yolla orderdə atasının adı ola-ola və onun xəbəri olmadan, yaşadığı mənzilə daimi pasport qeydiyyatına alınmışlar. Bu hüququ onlara kim vermişdir, bilinmir. Hətta onun bu nikahın bağlanılmasından belə xəbəri olmamışdır. Nə də ki, nikahın bağlanması ilə bağlı hər hansı bir toy mərasimi də, keçirilməmişdir. Ən maraqlısı odur ki, order sahibi ataları Ağamurad Əliyevin adına order (mənzil kirayəçisi) olsa da, o rəsmi olaraq mənzil kirayəçisi hesba edilsə də, həmin orderə əsasən onun qeydiyyatdan çıxarılması, eləcə də, onun ölümü haqqında sənəd olmadan, o, sağ ola-ola və həmin mənzildə daimi pasport qeydiyyatında ola-ola, orada daimi, fasiləsiz yaşamasına baxmayaraq cavabdeh saxta sənədlər əsasında bu özəlləşdirilməsini həyata keçirərək Vaqif Əliyevin adına mənzil üzrə ilkin qeydiyyatı həyata keçirmişdir. Halbuki, həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1982-ci il tarixli redaksiyasına, həm də “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən o, atasının ailə üzvü, eləcə də, orderdə adı olduğundan və həmin mənzildə pasport qeydiyyatında olduğundan orada daimi, fasiləsiz yaşamasına görə həmin mənzilin özəlləşdirilməsində iştirak etmək hüququ vardır. Təbii ki, o, da onun özəlləşdirilməsinə razılıq vermədiyi halda, onun özəlləşdirilməsi qanunsuz və yolverilməz idi. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

3. Məhkəmənin 2-1(112)-888/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri 19 saylı notariat ofisinin 3-cü şəxs qismində iştirakına xitam verilmişdir.

4. Məhkəmənin 2-1(112)-888/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi iş üzrə cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********55 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 134, 11 saylı mənzil Azərbaycan SSR Bakı şəhər X11 xx.xx.1963-cü il tarixli, C2670 nömrəli orderi əsasında X4 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixli, 2V-219 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil X2 adına özgəninkiləşdirilmişdir. Hazırda mənzil sonuncunun xüsusi mülkiyyətindədir.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbi barəsində tərəflərə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs X1 nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

11. 04 oktyabr 2002-ci il tarixli və xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamələrə əsasən X16 xx.xx.2002-ci il tarixdə, X13 isə xx.xx.1998-ci il tarixdə vəfat etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/2394-14 nömrəli məktuba əsasən bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Zivər Əliyevanın və Ağamurad Əliyevin adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamış, habelə Vaqif Əliyev adına Bakı şəhəri 19 saylı notariat ofisində vərəsəlik işi açılaraq xx.xx.2019-cu il tarixdə X5 (ünvan 3) vərəsəlik şəhadətnaməsinin verildiyi müəyyən edilmişdir.

13. 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı 02 avqust 2017-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Sözügedən ünvanda qeydiyyatda olan digər şəxslər, xx.xx.1961-ci il təvəllüdlü X8, xx.xx.1985-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X7r.

14. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2017-ci il tarixli 2595 nömrəli məktubla X6 ev verilməsi haqqında keçmiş 26 Bakı Komissarları Zavodu ZDS İK-nin (indiki Səbail rayon İH) arxiv fondu üzrə xx.xx.1963-cü il tarixli 23 saylı qərarının surəti təqdim edilmişdir.

15. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən nümunəsi təsdiq edilmiş kirayə müqaviləsinə əsasən həmin mənzilə dair X9 ilə xx.xx.1969-cu il tarixli kirayə müqaviləsi bağlanılmışdır.

16. Bakı şəhəri X11 İcraiyyə Komitəsi tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə dair X3 adına C26370 nömrəli xx.xx.1963-cü il tarixli order verilmişdir. Orderdə İddiaçı ailə üzvləri kimi X16, X14, İddiaçı və Xeyranisə Tağıyevanın adları qeyd edilmişdir.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********45 nömrəli məktubla ünvan 2 ünvanında yerləşən mənzilə dair bütün sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.2016-cı il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin vaxt 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2016-cı il tarixli arayışa əsasən sözügedən ünvanda yalnız X1 və X4 qeydiyyatda olması göstərilmişdir. X14 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil xx.xx.2019-cu il tarixdə X1 adına özəlləşdirilmişdir.

18. Məhkəmənin sorğusuna əsasən 32 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 032 nömrəli 25 noyabr 2022-ci il tarixli arayışa əsasən MKİS-də olan məlumata əsasən A.M.Şərifzadə küçəsi, ev 134, mənzil 11 hal-hazırda **********, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən X1 adınadır. Göstərilən mənzil əvvəl **********, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən X4 adına olub. xx.xx.2016-cı ildə ölüb. Hal-hazırda qeydiyyatda olanlar: 1961-ci il təvəllüdlü – X8, 1985-ci il təvəllüdlü – X10, 2013 – X15, 2017-ci il təvəllüdlü X18, 1960-cı il təvəllüdlü İddiaçı. Əvvəl qeydiyyatda olanlar: X14 – xx.xx.2016-cı ildə, xx.xx.2002-ci ildə, xx.xx.1998-ci ildə ölmüş X13 olmuşdur.

19. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-53/2-12175/2023 nömrəli məktuba əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsi, ev 134 ünvanında qeydiyyatda olmaqla VVİJQ 727202 seriyalı SSRİ X27 ilə təmin olunmuşdur. Müvafiq qaydalara əsasən vətəndaşlardan təhvil alınan pasportlar 1 ay müddətində akt əsasında yandırılaraq məhv edilir. xx.xx.2017-ci il tarixdə İddiaçı AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur.

20. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-71/2-Ə-418/2023 nömrəli məktuba əsasən o, xx.xx.1979-cu il tarixdə A.M.Şərifzadə küçəsi, ev 134, mənzil 11 ünvanından həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1981-ci il tarixdə hərbi xidmətdən tərxis olunduqdan sonra xx.xx.1981-ci il tarixdə yuxarıda qeyd oluann ünvana hərbi qeydiyyata alınmışdır. Hərbi qeydiyyata alındığı tarixdən son yaş həddinə çatana qədər hərbi uçot sənədində ünvanı A.M.Şərifzdə küçəsi, ev 134, mənzil 11 olduğu göstərilmişdir.

21. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/2-30121/23 nömrəli məktuba əsasən bildirilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

22. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

23. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

25. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

26. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

28. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, 26 Bakı Komissarları Zavodu ZDS İK-nin (indiki Səbail rayon İH) xx.xx.1963-cü il tarixli 23 saylı qərarına əsasən ünvan 5 ünvanında yerləşən mənzil X6 verilmişdir. Həmin mənzilə dair iddiaçının adına C26370 nömrəli xx.xx.1963-cü il tarixli order verilmişdir. Orderdə İddiaçı ailə üzvləri kimi X16, X14, İddiaçı və Xeyranisə Tağıyevanın adları qeyd edilmişdir. Eləcə də, həmin mənzilə dair iddiaçının mərhum atası X9 ilə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən nümunəsi təsdiq edilmiş xx.xx.1969-cu il tarixli kirayə müqaviləsi bağlanılmışdır. İddiaçı xx.xx.1981-ci il tarixdən sözügedən ünvanda qeydiyyatda olmasına (iş materiallarında olan kifayət qədər mötəbər sübutlara əsasən), orderdə adının olmasına, həmçinin həmin ünvanda yaşamasına baxmayaraq, mənzilin iddiaçının mərhum qardaşı X4 adına ilkin dövlət qeydiyyatına alınması zamanı forma 2 arayışında X4 adı qeyd olunmadığından, onun razılığı alınmamış, mənzildə qeydiyyatda yalnız X8 olduğundan yalnız onun razılığı alınaraq müvafiq özəlləşdirmə prosesi həyata keçirilmişdir.

29. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; (-); 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

31. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 127. İcarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır.

32. Hazırda qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.

34. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

35. Beləliklə mövcud qanunvericiliyin tələblərindən göründüyü kimi, mübahisəli mənzil özəlləşdirilən zaman həmin mənzildə yaşayan, mənzildə qeydiyyatı olan, mənzilə dair istifadə hüququ olan keçmiş icarədarın (iddiaçının atası X3) ailə üzvü olan iddiaçının razılıq ərizəsinin alınmalı olmalı olmasına baxmayaraq, cavabdehə təqdim edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışda yalnız X1 qeydiyyatı göstərilərək daşınmaz əmlakın özəlləşdirilməsi zamanı ərizəçi ilə birlikdə yaşayan (iddiaçı faktiki olaraq sözügedən ünvanda qeydiyyatda olmaqla yaşamışdır) şəxslərin, yəni hazırki halda iddiaçının razılıq ərizəsi alınmamışdır.

36. Göründüyü kimi, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyat qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından həmin qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.

37. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

38. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

39. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

40. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

42. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

43. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

45. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

47. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

48. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

49. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

50. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. C2670 saylı, xx.xx.1963-cü il tarixli orderə əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dair X4 adına xx.xx.2016-cı il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın (qeydiyyat nömrəsi: **********) ləğv olunması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar