Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8898/2021 27.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq X3 və X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 9, mənzil 54-dən daimi pasport qeydiyyatından çıxarılması ohdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbinin dəqiqləşdirərək, iddiaçının mülkiyyətində olan ünvan 1-dən X3 və X4 daimi pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Hazırlıq icraatının gedişində məhkəmənin qərardadı ilə X8 və X4 qanuni nümayəndəsi olan anaları X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətindədir. X15 xx.xx.2006-cı il tarixində X7 ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş, onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Anara adlı qızları və xx.xx.2010-cu il təvəllüdlü İnara adlı qızları doğulmuş, oğlu ilə gəlini arasında olan münasibətlər kəskinləşdiyi üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü Anaranın və xx.xx.2010-cu il təvəllüdlü İnaranın anaları X5 yanında qalmaları qət edilmişdir. Artıq 5 ildən çoxdur ki, iddiaçının keçmiş gəlini X7, həm də onun uşaqları mülkiyyətində olan Bakı şəhəri, Tağızadə küçəsi, ev 7, mənzil 125-də yaşamırlar. İddiaçı X5 mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsi barədə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3508/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək X5 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilmişdir. Eyni zamanda Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)- 4477/2015 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü Anaranın və xx.xx.2010-cu il təvəllüdlü İnaranın anaları X5 yanında qalmaları müəyyən edilmişdir. İddiaçı X3 və X6 mülkiyyətində olan mənzildən daimi pasport qeydiyyatından çıxarılmaları üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması iddiaçının vəkili və nümayəndəsinə təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan məhkəmə iclaslarının onun nümayəndəsi olmadan keçirilməsini və işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: -İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o ünvan 1 ünvanında qeydiyyatdadır. -İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx/xx/2017 qeydiyyat tarixli, qeydiyyat nömrəsi ******* olan, ********** reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 tam mülkiyyət hüququ uzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2015ci il tarixli 2(006)-4477/2015 saylı qətnaməsindən görünür ki, iddiaçının oğlu X14 oglu ilə X7 arasında 02 dekabr 2006-cı il tarixdə Səadət Sarayında (Bakı nikah evi) bağlanmış nikah pozulmuş, onların azyaşlı övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 anaları X5 yanında qalmaları müəyyən edilmişdir. - İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3508/2019 saylı qətnaməsindən görünür ki, iddiaçının cavabdeh Kazımova (Əhmədova) Ziba Sabir qızına qarşı mənzildən istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilmişdir. -İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 19 may 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin ünvan 1 ünvanından yaşayış yeri uzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. -İş materiallarına əlavə edilmiş ASAN 1 tərəfindən verilmiş DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 1-də xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Belə ki, daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyata alınmışdır. İddiaçının X15 xx.xx.2006-cı il tarixində X7 ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş, onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü Anara adlı qızları və xx.xx.2010-cu il təvəllüdlü İnara adlı qızları doğulmuş, oğlu ilə gəlini arasında olan münasibətlər kəskinləşdiyi üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü Anaranın və xx.xx.2010-cu il təvəllüdlü İnaranın anaları X5 yanında qalmaları qət edilmişdir. Artıq 5 ildən çoxdur ki, iddiaçının keçmiş gəlini X7, həm də onun uşaqları iddiaçının mülkiyyətində olan mənzildə yaşamırlar. İddiaçı X5 mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsi barədə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 3508/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək X5 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilmişdir. Eyni zamanda Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)- 4477/2015 saylı qətnaməsi ilə uşaqların analarının yanında qalmaları müəyyən edilmişdir. Lakin uşaqların iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi azyaşlı uşaqların mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, uşaqların faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaları formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanından X3 və X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanından X3 və X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-8898/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8898/2021
27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver