Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-89/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Həsən-X5, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “mənzilin reyestr qeydiyyatının ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X3 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilərək binanın ehtiyat yanğın çıxış yolunda qanunsuz inşa edilmiş sənədlə 1, faktiki olaraq 3 (üç) otağa dair qeyd yazısının daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməklə Gülnarə Əhmədovanın yaşadığı ünvan 9 saylı evin 11 saylı mənzilinin yalnız (bir) otaqdan ibarət qeydə alınması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6, 11 saylı mənzilin mülkiyyətçisi X9 həmin ünvanda özbaşına inşa edilmiş əlavə tikililərə qanunsuz yolla çıxarış əldə etmişdir. Həmin qanunsuz tikililər yəni qanuni 1 otaqdan əlavə inşa edilmiş otaqlar yaşadığı binanın ehtiyat yanğın çıxış yolunu bağlamaqla tikilmişdir. Bundan sonra mülkiyyətçi 08 yanvar 2021-ci il tarixdə həmin tikililərə qanunsuz yolla çıxarış almışdır. Belə ki, Suraxanı rayon Məhkəməsində aparılan mülki iş üzrə həmin məhkəmənin 25 aprel 2022-ci il tarixli 2(010)- 63/2022 saylı qətnaməsi ilə, iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası keçirildiyi zaman iddiaçının mənzilinin əvvəl 1 otaqdan ibarət olması, hazırda isə faktiki olaraq 3 otaq təşkil etməsi müəyyən olunmuşdur. Belə ki, ekspert tərəfindən yerində ölçü işləri aparılarkən məlum olmuşdur ki, iddiaçının qanuni mülkiyyətində olan 1 otaqdan əlavə inşa edilmiş otaqlar yaşadığımız binanın ehtiyat yanğın çıxış yolunu bağlamaqla tikilmiş, sonradan həmin əlavə otaqlar da daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyəti kimi qeydə alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Əvvəla qeyd edir ki, həmin əlavə tikili özbaşına olmaqla qanunsuz inşa edilmiş və hesab edirəm ki, dövlət qurumlarını da aldadaraq həmin əlavə qanunsuz inşa edilmiş tikiliyə çıxarış alınmışdır. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı Qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6, 11 saylı mənzil 08 yanvar 2021-ci il tarixdən xüsusi mülkiyyət kimi X3 adına hüquqi qeydiyyatdan keçirilmişdir. Lakin işin faktiki halı odur ki, Gülnarə Əhmədova dövlət binasında əlavə özbaşına tikili aparmaqla özünə məxsus 1 otaqlı mənzili artıraraq və binanın ehtiyat yanğın çıxış yolunu bağlamaqla orada özünə tikinti aparmış və yaşayış yeri etmiş, sonradan həmin əlavə otaqlar da daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyəti kimi qeydə alınmışdır. Bildirir ki, Gülnarə Əhmədova tərəfindən özbaşına tikili barədə müvafiq dövlət qurumları, habelə Fövqəladə hallar nazirliyinin də rəyi mövcuddur ki, həmin tikili özbaşına və qanunsuz yolla tikilərək binanın yanğından mühafizə çıxışını bağlamışdır. Buna görə də həmin çıxarış ləğv edilməli və özbaşına inşa edilmiş tikinti sökülməli və binanın ümumi istifadəsində olan yol açılmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardad ilə iş üzrə iddia tələbi “ünvan 9 saylı evin 11 saylı mənzilinin (X9) reyestr qeydiyyatının binanın ehtiyat yanğın çıxış yolu ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10998/2022 saylı sərəncamın icrası ilə əlaqədar bildirilir ki, İddiaçı X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilərək binanın ehtiyat yanğın çıxış yolunda qanunsuz inşa edilmiş sənədlə 1, faktiki olaraq 3 (üç) otağa dair qeyd yazısının daşınmaz əmlakın dövlət reyestrindən ləğv edilməklə Gülnarə Əhmədovanın yaşadığı ünvan 9 saylı evin 11 saylı mənzilinin yalnız (bir) otaqdan ibarət qeydə alınması barədə öhdəliyin cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır.İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli, ********** daxilolma nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət araşdırılmış və daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi bağlı vətəndaşa **********09 saylı, xx.xx.2022- ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, qeyd olunan mənzil hal-hazırda X3 mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri- dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X16 Xidməti 4-cü ərazi X18 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 37/H-01012 saylı məktubdan görünür ki, Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və baxılması üçün X16 Xidmətində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, H-0019/2 nömrəli müraciət 4-cü ərazi X16 İdarəsinin əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı qeyd edilən ünvanda vətəndaş X13 tərəfindən yanğın zamanı ehtiyyat yanğın çıxış yolunun bağlanması və həmin sahəni yaşayış məqsədi ilə istifadə olunması müəyyən edilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə Suraxanı rayonu İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixli, xx/xx-01009 saylı məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X16 Xidməti 4-cü ərazi X18 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 37/H-01020 saylı məktubdan görünür ki, Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və baxılması üçün X16 Xidmətində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, H-0015 nömrəli müraciət 4-cü ərazi X16 İdarəsinin əməkdaşları tərəfindən araşdırılmışdır Araşdırma zamanı qeyd edilən ünvanda vətəndaş X13 tərəfindən yanğın zamanı ehtiyyat yanğın çıxış yolunun bağlanması və həmin sahəni yaşayış məqsədi ilə istifadə olunması müəyyən edilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti üzrə Suraxanı rayonu İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli, xx/xx-00286 saylı məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X16 Xidməti 4-cü ərazi X18 İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-00946 saylı məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən 18 saylı binanın 29 saylı mənzilində yaşayan İddiaçı tərəfindən idarəyə daxil olmuş xx.xx.2020-ci tarixli H-0026 saylı ərizəsi əsasında qeyd olunan ünvanda mövcud vəziyyəti səciyyələndirən akt tərtib edərək fotoşəkillər çəkilmişdir. Müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmışdır. Belə ki, ünvan 3 ünvanda yeriəşən18 saylı binanın ehtiyat çıxışlarından biri 1-ci mərtəbədə yaşayan vətəndaş Gülnarə Əhmədova tərəfindən yanğın zamanı insanların ehtiyyat təxliyyə yolunun bağlanması və həmin sahənin yaşayış məqsədilə istifadə olunması müəyyən edilmişdir. Beləliklə 1-ci mərtəbədə qeydiyyatda olan vətəndaş Gülnarə Əhmədova "Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları’nın tələblərini pozmuşdur. Vətəndaşın narahatlığını nəzərə alaraq, gələcəkdə yanğın partlayış və digər fövqəladə hallar zamanı yaşayış binasında sakinlərin sərbəst təxliyyəsini həyata keçirmək məqsədilə bağlanmış ehtiyyat çıxışının sökülərək hərəkətin bərpasını təmin etmək üçün müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 224 nömrəli xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi ünvanda yerləşən 18 saylı binanın 29 saylı mənzilində yaşayan İddiaçı tərəfindən idarəyə daxil olmuş xx.xx.2020-ci il tarixli H- 0026 saylı ərizəsi əsasında qeyd olunan ünvanda mövcud vəziyyəti səciyyələndirən akt tərtib edərək fotoşəkillər çəkilmişdir. Müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi ünvanda yerləşən 18 saylı binanın ehtiyat çıxışlarından biri 1-ci mərtəbədə yaşayan vətəndaş Gülnara Əhmədova tərəfindən yanğın zamanı insanların ehtiyyat təxliyyə yolunun bağlanması və həmin sahənin yaşayış məqsədilə istifadə olunması müəyyən edilmişdir. Beləliklə 1-ci mərtəbədə qeydiyyatda olan vətəndaş Gülnarə Əhmədova “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları” ın tələbləri pozmuşdur. Vətəndaşın narahatlığını nəzərə alaraq, gələcəkdə yanğın partlayış və digər fövqəladə hallar zamanı yaşayış binasında sakinlərin sərbəst təxliyyəsini həyata keçirmək məqsədilə bağlanmış ehtiyyat çıxışının sökülərək hərəkətinin bərpasının təmin etmək üçün müvafiq qaydada tədbir görülməsi üçün 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət edilmişdir. Yuxanda qeyd olunanlar tərəfimizdən nəzərə alınaraq qanunsuz hərəkətlərə son qoyulması və əlavə tikilisinin sökülməsi üçün cavabdeh müəyyən edilərək aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. Odur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1510/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi məlumat üçün göndərilir. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2021-ci il tarixli 248 nömrəli məktubundan görünür ki, Birliyə müvafiq layihə təqdim olunduğu və Suraxanı rayon İcra Hakimiyyətinin razılığı olacağı halda şəxsi vəsaitinizlə mövcud ölçülərdən çıxmamaq şərti ilə bərpa edilməsinə icazə verilə bilər. 137 saylı MKİS-nə tapşılır ki, vətəndaş Ə.Gülnarə tərəfindən müvafiq layihə təqdim olunana qədər hər hansı aparılacaq təmir-tikınti işlərinə ciddi nəzarəti təmin etsin. Azərbaycan Respublikasının Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1510/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mnzil- Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X6 qarşı təxliyyə çıxışının əvvəlki vəziyyətə qaytarılması və əlavə inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3956/2021 saylı qərardadından görünür ki, iddiaçı FHN-nin DYNX-nin 4-cü ərazi X18 İdarəsinin cavabdehlər X6 və X11 qarşı “təxliyyə çıxışının əvvəlki vəziyyətə qaytarılması və əlavə inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-10052/2021 saylı qərardadından görünür ki, cavabdeh İddiaçı tərəfidən verilmiş şikayət təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-1019/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-63/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X6 məxsus ünvan 4 ünvanında yerləşən mənzildə təmir işlərinin aparılmasına yaradılan maneələr cavabdehlər İddiaçı və X1 qadağan edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********02 saylı məktubundan görünür ki, X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 18, 11 saylı mənzilə dair çıxarışın və texniki pasportun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surətini göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 4 X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Bakı Şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin ÖM seriyalı, 031653 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev ev 18, mənzil 29 sənova Fatma Hüseynbala qızının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli 04/1037 saylı texniki pasportundan görünür ki, binanın yerləşdiyi torpaq sahəsinin sənəd üzrə torpaq sahəsi 0.099 ha, faktiki sahəsi 0.099 ha, tikintialtı sahə 0.099ha-dır. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 71/6 saylı xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, əsasən ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 11 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə X9 adına kirayə müqaviləsi bağlanmış və həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, Sual 1: ünvan 6 ünvanında yerləşən 11 saylı mənzilin ilkin hüquqmüəyyənedici sənədlərinə əsasən sahəsi neçə kv.m.dir? Cavab: Bildirilir ki, mənzil ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində binanın kapital divarları daxilində 1 otaq yaşayış sahəsi 23.0 kv.m, ümumi sahəsi 34,0 kv.m olmaqla ilkin qeydiyyata alınıb (əlavə tikililər istisna olmaqla).Sual 2: Həmin mənzilin xx.xx.2021-ci il tarixli 04/1037 inventar nömrəsi texniki pasportda (reyestr nömrəsi **********35-05101-093008) qeyd edilmiş 34.0 kv.m sahəsi binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunda inşa edilmişdirmi və ya həmin çıxış yolunu bağlayırmı? Cavab: Sözügedən mənzilə bitişik 50,0 kv.m yaşayış və köməkçi sahədən ibarət tikililər inşa olunub. Mənzilin və ona bitişik əlavə tikililərin yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunu bağlayıb-bağlamamasını dəqiqləşdirmək üçün müvafiq dövlət qurumlarına müraciət edilməsi və mənzilin yerləşdiyi binanın layihəsinin təqdim edilməsi məqsədəuyğundur. Sual 3: Mənzildə çıxarışda və texniki pasportda göstərilən 34.0 kv.m sahəsi olan mənzilə bitişik əlavə tikili varmı, olduğu halda yerləşmə yerinin və sahəsinin müəyyən edilməsi, olduğu halda həmin əlavə tikili binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunda inşa edilmişdirmi və ya həmin çıxış yolunu bağlayırmı? Cavab: Yuxarıda qeyd olunduğu kimi sözügedən mənzilə bitişik 50,0 kv.m yaşayış və köməkçi sahədən ibarət tikililər inşa olunub. Mənzilin və ona bitişik əlavə tikililərin yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunu bağlayıb-bağlamamasını dəqiqləşdirmək üçün müvafiq dövlət qurumlarına müraciət edilməsi və mənzilin yerləşdiyi binanın layihəsinin təqdim edilməsi məqsədəuyğundur. Sual 4: Binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolu hazırda bağlanmışdırmı, olduğu halda hansı tikili və ya tikililər ilə bağlanmışdır? Cavab: Qeyd olunan sualın cavabı 2-ci və 3-cü sualın cavab bəndində cavablanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 3- 18-2/2-3018/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi tapşırılmışdır. Həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə X4 Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün hazırda hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/27361/2024 saylı məktubundan görünür ki, Agentliyin “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssisi tərəfindən ünvan 7 ünvanında baxış keçirmişdir. Bununla əlaqədar tərtib olunmuş rəyi təqdim edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə bağlı mütəxəssis rəyindən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1827/2023 nömrəli qərardadın icrası ilə bağlı bildirilir ki, qərardadda qeyd edilən suallara ünvan 8 ünvanında yerləşən 11 saylı mənzilin ilkin hüquqmüəyyənedici və həmin mənzilin tikinti layihə sənədləri təqdim edilmədiyinə görə qoyulan sualları cavablandırmaq mümkün olmadı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 3-16-16/2-10/5360 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********35-05101-093008 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 5 ünvanında yerləşən 11 saylı mənzilin ümumi sahəsi 34,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci suallar üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin mütəxəssis rəyi və müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri təqdim edilmədiyindən bu suallar üzrə təhqiqat aparılmadı. 3-cü sual üzrə: ünvan 5 ünvanında yerləşən 11 saylı mənzildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********35-05101- 093008 reyestr nömrəli Çıxarış sənədində və tərtib edilmiş Texniki Pasport sənədində öz əksini tapmayan ümumi sahəsi 50 kv.m olan yaşayış və köməkçi tikililərin inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin 5- 20/2-447/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçünçü X9) qarşı “çıxarışın ləğv edilməsi və mənzilin yalnız bir otaqdan ibarət qeydə alınması öhdəliyinin qoylması” barədə iddia tələbinə dair 2-1(112)-346/2024 saylı iş məhkəmənin icraatında olduğundan yaranmış zərurətlə əlaqədar olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi ünvanında yerləşən 18 nömrəli binanın layihəsinin məhkəməyə təqdim edilməsi haqqında sorğuya Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, sorğuda qeyd olunanla bağlı Suraxanı RİH-də heç bir məlumat olmadığından sorğunun cavablandırılması imkan xaricindədir. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli 3-52-13/2-884/2024 saylı məktubdan görünür ki, vətəndaş İddiaçı iddia tələbinə dair 2-1(112)-346/2024 saylı inzibati iş üzrə məhkəmə sorğusuna baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 9 ünvanında yerləşən keçmiş yataqxana binası balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən bina və orada yerləşən 11 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyətinin 3-52/2-4242/2024 saylı 12.2024–cü il tarixli məktubundan görünür ki, ünvan 10 ünvanda yerləşən binanın layihəsinin məhkəməyə təqdim olunması barədə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, iş № 2-1(112)-346/2024 saylı məktuba baxılmışdır. Bildirilir ki, müraciətdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə məlumat verilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə məktub göndərilmişdir. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli 3-52-13-15/2-527/2024 saylı məktubundan görünür ki, icraatında olan inzibati işin araşdırılması ilə əlaqədar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 18 saylı binanın layihəsinin təqdim olunması ilə əlaqədar MKTD-ə ünvanladığı müraciət aidiyyəti üzrə 3 saylı XT MKTB-ə göndərilmişdir. Bununla əlaqədar olaraq müvafiq MKİS-nin arayış təqdim olunmuşdur. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 69 nömrəli məktubundan görünür ki, 137 saylı MKİS-in arxivində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində yerləşən 18 saylı binanın layihəsi yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********294 3-21-3-30/2-2294/2024 saylı məktubdan görünür ki, Müraciətlə əlaqədar olaraq mütəxəssis rəyi təqdim edilmişdir. Sual 1: ünvan 6 ünvanında yerləşən 11 saylı mənzilin ilkin hüquqmüəyyənedici sənədlərinə əsasən sahəsi neçə kv.m.dir? Cavab: mənzil ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində binanın kapital divarları daxilində 1 otaq yaşayış sahəsi 23.0 kv.m, ümumi sahəsi 34,0 kv.m olmaqla ilkin qeydiyyata alınıb (əlavə tikililər istisna olmaqla).Sual 2: Həmin mənzilin xx.xx.2021-ci il tarixli 04/1037 inventar nömrəsi texniki pasportda (reyestr nömrəsi **********35-05101-093008) qeyd edilmiş 34.0 kv.m sahəsi binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunda inşa edilmişdirmi və ya həmin çıxış yolunu bağlayırmı? Cavab: Sözügedən mənzilə bitişik 50,0 kv.m yaşayış və köməkçi sahədən ibarət tikililər inşa olunub. Mənzilin və ona bitişik əlavə tikililərin yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunu bağlayıb-bağlamamasını dəqiqləşdirmək üçün müvafiq dövlət qurumlarına müraciət edilməsi və mənzilin yerləşdiyi binanın layihəsinin təqdim edilməsi məqsədəuyğundur. Sual 3: Mənzildə çıxarışda və texniki pasportda göstərilən 34.0 kv.m sahəsi olan mənzilə bitişik əlavə tikili varmı, olduğu halda yerləşmə yerinin və sahəsinin müəyyən edilməsi, olduğu halda həmin əlavə tikili binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunda inşa edilmişdirmi və ya həmin çıxış yolunu bağlayırmı? Cavab: Yuxarıda qeyd olunduğu kimi sözügedən mənzilə bitişik 50,0 kv.m yaşayış və köməkçi sahədən ibarət tikililər inşa olunub. Mənzilin və ona bitişik əlavə tikililərin yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunu bağlayıb-bağlamamasını dəqiqləşdirmək üçün müvafiq dövlət qurumlarına müraciət edilməsi və mənzilin yerləşdiyi binanın layihəsinin təqdim edilməsi məqsədəuyğundur. Sual 4: Binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolu hazırda bağlanmışdırmı, olduğu halda hansı tikili və ya tikililər ilə bağlanmışdır? Cavab: Qeyd olunan sualın cavabı 2-ci və 3-cü sualın cavab bəndində cavablandırılmışdır. Sual 5: İddiaçının mənzilinin əvvəl, yəni binanın baş planına uyğun mövcud olmuş 1 otaqdan ibarət olması, hazırda isə faktiki olaraq 3 otaq təşkil etməsi müəyyən olunur? Cavab: Sözügedən mənzil ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində binanın kapital divarları daxilində 1 otaq yaşayış sahəsi 23.0 kv.m, ümumi sahəsi 34,0 kv.m olmaqla **********35-05101-093008 reyestr nömrəsi ilə X3 adına xüsusi mülkiyyət kimi ilkin qeydiyyata alınıb (əlavə tikililər istisna olmaqla). Mənzilə bitişik əlavə 50,0 kv.m yaşayış və köməkçi sahədən ibarət tikililər inşa edilib. Sual 6: Əgər belə bir hal varsa, iddiaçının qanuni mülkiyyətində olan 1 otaqdan əlavə inşa edilmiş otaqlar həmin binanın ehtiyat yanğın çıxış yolunu bağlamaqla tikilmişdir? Cavab: Qeyd olunan sualın cavabı 2-ci və 3-cü sualın cavab bəndində cavablandırılmışdır. Sual 7: Əgər belə bir hal varsa, qanuni 1 otağdan əlavə, sonradan həmin əlavə tikilmiş otağlar da daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır və əgər alınmışdırsa, hansı tarixdən qeydiyyata alınmışdır? Cavab: Qeyd olunan sualın cavabı 2-ci və 3-cü sualın cavab bəndində cavablandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya dair izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 4 X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Bakı Şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin ÖM seriyalı, 031653 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev ev 18, mənzil 29 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının tələbi X3 ünvan 9 saylı evin 11 saylı mənzilinin reyestr qeydiyyatının binanın ehtiyat yanğın çıxış yolu ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin mülkiyyətində olan ünvan 4 mənzil ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində binanın kapital divarları daxilində 1 otaq yaşayış sahəsi 23.0 kv.m, ümumi sahəsi 34,0 kv.m olmaqla ilkin qeydiyyata alınmışdır, lakin mənzilin reyestrdə qeydə alınmış sahəsindən əlavə mənzilə bitişik özbaşına tikililər də inşa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, Sual 1: ünvan 6 ünvanında yerləşən 11 saylı mənzilin ilkin hüquqmüəyyənedici sənədlərinə əsasən sahəsi neçə kv.m.dir? Cavab: Bildirilir ki, mənzil ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində binanın kapital divarları daxilində 1 otaq yaşayış sahəsi 23.0 kv.m, ümumi sahəsi 34,0 kv.m olmaqla ilkin qeydiyyata alınıb (əlavə tikililər istisna olmaqla).Sual 2: Həmin mənzilin xx.xx.2021-ci il tarixli 04/1037 inventar nömrəsi texniki pasportda (reyestr nömrəsi **********35-05101-093008) qeyd edilmiş 34.0 kv.m sahəsi binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunda inşa edilmişdirmi və ya həmin çıxış yolunu bağlayırmı? Cavab: Sözügedən mənzilə bitişik 50,0 kv.m yaşayış və köməkçi sahədən ibarət tikililər inşa olunub. Mənzilin və ona bitişik əlavə tikililərin yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunu bağlayıb-bağlamamasını dəqiqləşdirmək üçün müvafiq dövlət qurumlarına müraciət edilməsi və mənzilin yerləşdiyi binanın layihəsinin təqdim edilməsi məqsədəuyğundur. Sual 3: Mənzildə çıxarışda və texniki pasportda göstərilən 34.0 kv.m sahəsi olan mənzilə bitişik əlavə tikili varmı, olduğu halda yerləşmə yerinin və sahəsinin müəyyən edilməsi, olduğu halda həmin əlavə tikili binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunda inşa edilmişdirmi və ya həmin çıxış yolunu bağlayırmı? Cavab: Yuxarıda qeyd olunduğu kimi sözügedən mənzilə bitişik 50,0 kv.m yaşayış və köməkçi sahədən ibarət tikililər inşa olunub. Mənzilin və ona bitişik əlavə tikililərin yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunu bağlayıb-bağlamamasını dəqiqləşdirmək üçün müvafiq dövlət qurumlarına müraciət edilməsi və mənzilin yerləşdiyi binanın layihəsinin təqdim edilməsi məqsədəuyğundur. Sual 4: Binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolu hazırda bağlanmışdırmı, olduğu halda hansı tikili və ya tikililər ilə bağlanmışdır? Cavab: Qeyd olunan sualın cavabı 2-ci və 3-cü sualın cavab bəndində cavablanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə bağlı mütəxəssis rəyindən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1827/2023 nömrəli qərardadın icrası ilə bağlı bildirilir ki, qərardadda qeyd edilən suallara ünvan 8 ünvanında yerləşən 11 saylı mənzilin ilkin hüquqmüəyyənedici və həmin mənzilin tikinti layihə sənədləri təqdim edilmədiyinə görə qoyulan sualları cavablandırmaq mümkün olmadı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 3-16-16/2-10/5360 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********35-05101-093008 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 5 ünvanında yerləşən 11 saylı mənzilin ümumi sahəsi 34,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci suallar üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin mütəxəssis rəyi və müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri təqdim edilmədiyindən bu suallar üzrə təhqiqat aparılmadı. 3-cü sual üzrə: ünvan 5 ünvanında yerləşən 11 saylı mənzildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********35-05101- 093008 reyestr nömrəli Çıxarış sənədində və tərtib edilmiş Texniki Pasport sənədində öz əksini tapmayan ümumi sahəsi 50 kv.m olan yaşayış və köməkçi tikililərin inşa edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, işin məhkəmə araşdırması zamanı ünvan 5 ünvanına dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri mövcud olmadığından həmin binada yerləşən 11 nömrəli mənzilin xx.xx.2021-ci il tarixli 04/1037 inventar nömrəsi texniki pasportda (reyestr nömrəsi **********35-05101-093008) qeyd edilmiş 34.0 kv.m sahəsi binanın yanğın zamanı sakinlərin təxliyyəsi üçün nəzərdə tutulan çıxış yolunda inşa edilibedilməməsi və ya həmin çıxış yolunu bağlayıb-bağlaması ilə bağlı məsələyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin təqdim etdikləri mütəxəssis rəyləri, eləcə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi ilə aydınlıq gətirilməsi mümkün olmamışdır. Belə olan halda, üçüncü şəxsə məxsus mənzilin reyestr qeydiyyatına alınmış 34 kv.m təşkil edən hissəsinin binanın ehtiyat yanğın çıxış yolu ilə üst-üstə düşüb düşməsini müəyyən etmək işin materialları, iş üzrə tərtib edilmiş mütəxəssis və ekspet rəyləri ilə müəyyən edilməmişdir. Belə ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsi, 18 nömrəli binanın layihəsinin təqdim edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi və 137 saylı Mənzil Kommunal İstismar Sahəsinə sorğular göndərilsə də sözügedən binanın layihəsinin həmin qurumlarda mövcud olmadığı müəyyən edilmişdir. Sözügedən layihə iddiaçı tərəfindən də təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı tərəfindən təqdim edilən sübutlarla, eləcə də məhkəmə araşdlrması ilə X3 ünvan 9 saylı evin 11 saylı mənzilinin məhz reyestr qeydiyyatından keçmiş 34 kv.m hissədə binanın ehtiyat yanğın çıxış yolu ilə üst-üstə düşməsi öz təsdiqinin tapmır və sübuta yetirilmir, həmin reyestr qeydinin ləğvi ilə bağlı iddia təmin edilməməlidir. Əks yanaşma üçüncü şəxsin X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərmövcud zi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-89/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-89/2025
10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver