Məhkəmə qərarları › İş №2-1(112)-890/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-890/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-890/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Üçüncü şəxsin nümayəndələri X1 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Baş Prokurorluğu, Maddi-texniki təminat şöbəsi, Maliyyə sektorunun baş məsləhətçisi vəzifəsində işləyir) və X2 (Binəqədi rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Baş Prokurorluğu, Kadrlar İdarəsinin prokuroru vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “prokurorluq işçisi pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrdən hazırki dövrədək əsas və əlavə ödənişlərin ödənilməsinin təmin edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrdən hazırki dövrədək əsas və əlavə ödənişlərin ödənilməsinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1959-cu il tarixdə Salyan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1978-ci il tarixdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1984-cü il tarixdə hüquqşünaslıq ixtisası üzrə həmin fakültəni bitirmişdir. Əmək fəaliyyətinə 08.01.1976-cı ildə başlamışdır. 03 aprel 1984-cü il tarixədək müxtəlif vəzifələrdə çalışmışdır. 03 aprel 1984-cü il tarixdən 06 avqust 1991-ci il tarixədək Azərbaycan Respublikası Prokurorluğunun arxiv müdiri vəzifəsində çalışmışdır. 12 may 2010-cu il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 12 may 2010-cu il tarixli 10/34-11/141-k nömrəli əmri ilə prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 27 dekabr 1996-cı il tarixli 521/1/a nömrəli əmri ilə verilmiş kiçik ədliyyə müşaviri xüsusi rütbəsindən məhrum edilməmişdir. İddiaçının prokurorluq orqanlarında qulluq stjaı 18 il 09 ay 06 gün olaraq hesablanmışdır. 28 may 2019-cu ildə onun 60 yaşı tamam olmuşdur. İddiaçı ona prokurorluq işçisi pensiyasının təyin edilməsi və həmin hüququn yarandığı dövrdən hazırki dövrədək əsas və əlavə ödənişlərin ödənilməsi əlaqədar Azərbaycan Respublikası DSMF-nun tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 fevral 2021-ci ildə müraciət etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq 15 mart 2021-ci il tarixli **********9 saylı məktubu ilə bildirmişdir ki, İddiaçı prokurorluq orqanlarında qulluğuna “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin yeddinci abzasına, həmin Qanunun 34-cü maddəsinin 9-cu abzasına və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən xitam verildiyindən prokurorluq orqanları əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, prokurorluq orqanlarında yaşa görə əmək pensiyası hüququn yaranması üçün heç də prokurorluq orqanlarında qulluq keçmiş şəxslərin 35 il mütləq həmin orqanda qulluq etməsi şərtləndirilmir. Əvvəllər başqa yerdə çalışmış şəxslər hansı ki, daha sonra prokurorluq orqanlarına işə qəbul olunmuşlar, prokurorluq orqanlarının əməkdaşlarına yaşa görə əmək pensiyası hüququnu əldə etmək üçün 17 il 06 ayını prokurorluq orqanlarında qulluq etmələri kifayətdir. 35 illik qulluq stajı prokurorluq orqanlarında qulluq keçmə haqqında haqqında Azərbaycan Respublikası Qanunun 32.4cü maddəsindən göründüyü kimi yaş həddi çatanadək pensiya hüququ yaradır və pensiya yaçına çatanadək öz xahişləri ilə quluq keçməyə xitam verilə bilər. Yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrindən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Prokurorluq orqanlarında qulluq keçmiş şəxslər 60 yaşı tamam olana kimi həmin orqanda çalışmasa belə (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) əgər qulluq stajı buna imkan verirsə, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddinə çatdıqda yaşa görə (60 yaş) əmək pensiyası təyin olunmalı şəxslərin dairəsinə düşür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü, 9.4.1-cü və 9.4.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Üçüncü şəxsin nümayəndələri məhkəmə iclаsındа ayrı-ayrılıqda izahat verərək, qəbul ediləcək qərarın məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişlər. Məhkəmə işddə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməməlidir. İş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, 01.08.1976-ci ildən 20 noyabr 1976ci ilədək və 28.06.1977-ci ildən 01.11.1977-ci ilədək SSRİ-nın 50 il adına pambıq sovxozunda fəhlə, 01.11.1977-ci ildən 15.11.1977-ci ilədək Neftçala Kolxozlararası Tikinti İdarəsində fəhlə, 16.11.1977-ci ildən 12.08.1980-ci ilədək Neftçala rayon xalq məhkəməsinin dəftərxana katibi, 13.08.1980-ci ildən 04.04.1984-cü ilədək “Cənubmuğanmeliosutikinti” Tİ-də hüquqməsləhətçisi, 03.04.1984-cü ildən 12.05.2010-cu il tarixədək Azərbaycan Respublikası Prokurorluğunda işləmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh orqan tərəfindən 22.02.2021-ci il tarixdə qəbul edilmiş ərizənin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, prokurorluq işcisinin prokurorluqda qulluq olmasının yaş həddi ilə bağlı pensiyasının təyin edilməsi və 2019-cu il 28 may tarixindən hazırki dövrədək əsas və əlavə ödənişlərin ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış “prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” 15.03.2021-ci il tarixli, **********9 nömrəli məktuba əsasən bildirilmişdir ki, iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin yeddinci abzasına, həmin Qanunun 34-cü maddəsinin doqquzuncu abzasına və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən xitam verildiyindən iddiaçıya prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin baxımından mümkün deyil. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun 06 iyul 2021-ci il tarixli, 10/04-1341 nömrəli məktubu ilə prokurorluq orqanlarında xidmət etmiş İddiaçı barəsində olan “İntizam məsuliyyətinə cəlb etmə barədə” 19.01.2010-cu il tarixli, 10/08-11/15-K nömrəli və 12.05.2010-cu il tarixli, 10/34-11/14-K nömrəli əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 29 iyul 2017-ci il tarixli, 11/781 nömrəli arayışına əsasən İddiaçı 03 aprel 1984-cü il tarixdən 06 avqust 1991-ci il tarixədək Azərbaycan Respublikası Prokurorluğunun arxiv müdiri vəzifəsində işləmiş, 06 avqust 1991-ci il tarixdən 12 may 2010-cu il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 12 may 2010cu il tarixli 10/34-11/141-k nömrəli əmri ilə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci bəndinə və 34-cü maddəsinin 9-cu bəndinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 26.1.7-ci maddəsinə əsasən prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 27 dekabr 1996-cı il tarixli 521-1/a nömrəli əmri ilə İddiaçı kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçı prokurorluq orqanlarında qulluq stajı 18 il 09 ay 06 gün təşkil edir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 26.07.2017-ci il tarixli, 171465 nömrəli arayışına əsasən göstərilmişdir ki, İddiaçı may 2005-ci ildən 14 fevral 2006-cı il tarixədək Nərimanov rayon prokurorluğunun prokuror-kriminalisti, 14 fevral 2006-cı ildən aprel 2010-cu il tarixədək Binəqədi rayon prokurorluğunun prokuror-kriminalisti vəzifələrdə işləmiş, illər üzrə aşağıdakı kimi mükafatlar və maddi yardımlar almışdır: 2005 - sentyabr ayı 100% əmək haqqı həcmində mükafat, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım; 2006 – mart ayı 100% əmək haqqı həcmində mükafat, sentyabr ayı 100% əmək haqqı həcmində mükafat; 2007 – mart ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım, iyul ayı 200% məzuniyyətə çıxarkən əmək haqqı həcmində müavinət; 2008 – mart ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım, noyabr ayı 200% məzuniyyətə çıxarkən əmək haqqı həcmində müavinət; 2009 – mart ayı 100%, sentyabr ayı 100%, dekabr ayı 100% əmək haqqı həcmində maddi yardım, avqust ayı 200% məzuniyyətə çıxarkən əmək haqqı həcmində müavinət; 2010 – mart ayı 100% əmək haqqı həcmində maddi yardım. İddiaçıya məxsus 955428 nömrəli diploma əsasən, İddiaçı 1978-ci ildə S.M.Kirov adına qırmızı əmək bayraqlı ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1984-cü ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 04 iyul 1984-cü il tarixli qərarı ilə ona hüquqşünas ixtisası verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 03 sentyabr 2021-ci il tarixli, 10/04- 1623 nömrəli məktubuna əsasən İddiaçı Azərbaycan SSR prokurorunun 03.04.1984-cü il tarixli, 111 nömrəli əmri ilə Azərbaycan Respublikası Prokurorluğunda işə qəbul edilərək Respublika Prokurorluğu arxivinin müdiri vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Baş prokurorunun 06.08.1991-ci il tarixli, 421 nömrəli əmri ilə İddiaçı tutduğu vəzifədən azad olunaraq Azərbaycan Respublikası Prokurorluğunun Vətəndaşların qəbulu və məktubların baxılması şöbəsinin prokuroru vəzifəsi üzrə stajor, 16.06.1992-ci ildən 01.01.1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluğunun Vətəndaşların qəbulu və məktubların baxılması şöbəsinin prokuroru, 01.01.1993-cü ildən 01.12.1993-cü ilədək Azərbaycan Respublikası Baş Prokurorluğu Katibliyi vətəndaşların qəbulu və şikayətlər şöbəsinin prokuroru, 01.12.1993-cü ildən 31.03.1994-cü ilədək Azərbaycan Respublikası Baş Prokurorluğu Vətəndaşların qəbulu şöbəsinin prokuroru, 31.03.1994-cü ildən 22.11.1996-cı ilədək Azərbaycan Respublikası Baş Prokurorluğunun Ərizə, şikayətlərin baxılması və vətəndaşların qəbulu idarəsinin prokuroru, 22.11.1996-cı ildən 08.07.1999-cu ilədək Salyan rayon prokurorunun müavini, 11.11.1999-cu ildən 12.03.2001-ci ilədək Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi, 14.03.2001-ci ildən 14.02.2006-cı ilədək Bakı şəhəri Nərimanov rayon prokurorluğunun prokuror-kriminalisti, 14.02.2006-cı ildən 12.05.2010-cu ilədək Bakı şəhəri Binəqədi rayon prokurorluğunun prokuror-kriminalisti vəzifələrində işləmişdir. Prokurorluq orqanlarında qulluq edən prokurorluq işçilərinə 1991- 1997-ci illərdə qulluq illərinin güzəştlə hesablanması və xidmət müddətinin bir gününün iki gün kimi sayılması barədə hər hansı bir normativ hüquqi akt olmamışdır. “SSRİ Prokurorluğu haqqında” 30.11.1979-cu il tarixli Qanunda “arxiv müdiri” vəzifəsinin prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi hesab edilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdur. Həmçinin 07.12.1999-cu il tarixdə qəbul edilərək hazıradək qüvvədə olan “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 3-cü bəndinə əsasən prokurorluq işçiləri dedikdə prokurorlar, prokurorların müstəntiqləri və prokurorluğun stajorları nəzərdə tutulur. Azərbaycan Respublikası Baş Prokurorluğunun iddiaçıya ünvanladığı 21 sentyabr 2021-ci il tarixli, 10/04-1750 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyanın 11.09.2006-cı il tarixli iclasında iddiaçının uzunmüddətli xidmətə görə əlavə haqq almaq üçün stajı 15 il 01 ay 05 gün təşkil etməsi müəyyən edilmiş və iddiaçıya 45 faiz məbləğində əlavə haqq 06.08.2006-cı il tarixdən hesablanmışdır. İddiaçı iddia tələbinin təmin edilməsi məqsədilə məhkəməyə əlavə olaraq əmək kitabçasının və hərbi biletinin surətini təqdim etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İddiaçı prokurorluq orqanlarında qulluq etmiş şəxs olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Prokurorluq orqanlarında qulluq etmiş şəxslərin əmək pensiyası hüququnun yaranması əsasları, təyin edilməsi şərtləri “Əmək pensiyaları haqqında“, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının normalarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən, bu Qanun "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmiş anlayışlara əsasən prokuror - Azərbaycan Respublikasının baş prokuroru, bütün tabe prokurorlar, prokuror müavinləri, prokurorun böyük köməkçiləri, prokuror köməkçiləri, idarə, şöbə rəisləri, rəislərin müavinləri, idarə, şöbələrin böyük prokurormetodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, prokurorları və prokurorkriminalistləri; prokurorluq işçiləri dedikdə isə - prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları başa düşülür. Həmin Qanunun 32.2.-ci maddəsinə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Həmin Qanunun 32.4-cü maddəsinə uyğun olaraq, yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən, prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçının 28 may 2019-cu il tarixdə 60 yaşı tamam olmuş, bu tarixə onun prokurorluq orqanlarında qulluq stajı 18 il 09 ay 06 gün, ümumi stajı isə 33 il 2 ay 8 gün təşkil edir. Göründüyü kimi iddiaçının ümumi stajı güzəştli şərtlərlə pensiyanı təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş (35 il)stajından az təşkil edir. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən(əmrlərdən) məlum olduğu kimi iddiaçının prokurorluq orqanlarında qulluğuna xitam yaşa görə, yəni 60 yaşına çatması əsası ilə 2019-cu ildə deyil, 2010-cu ildə prokurorluq orqanlarından xaric edilməsi səbəbi ilə baş vermişdir. Halbuki “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2. – ci maddəsinə əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə iddiaçya prokurorluq orqanlarında qulluğa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi üçün qanunvericilikdə göstərilmiş əsaslar mövcud deyil. Belə olan halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsidən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq işçisi pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrdən hazırki dövrədək əsas və əlavə ödənişlərin ödənilməsinin təmin edilməsi barədə iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü, 68-ci, 69-cu, 85 –ci, 110-ci mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq işçisi pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrdən hazırki dövrədək əsas və əlavə ödənişlərin ödənilməsinin təmin edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar