Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-890/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vəkili və nümayəndəsi X1, İddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X6, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X17 iştirakları ilə, İddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “**********154512 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) fəaliyyətə başladığı müddətdən etibarən daima vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə “Artıq ödənilmiş vergiləri, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanı təşkilatına müraciət etmişdir. Bundan sonra Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergi orqanına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********140131 saylı xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə avqust 2017-iyul 2020 səyyar vergi yoxlaması təyin edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Halbuki, Vergi Məcəlləsinin 179.1-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Vergi orqanı dispozitiv normaya uyğun olaraq yoxlama keçirmişdir. İmperativ normaya istinad belə etməmişdir. Halbuki, dispozitiv normada subyekt üçün davranış qaydası müəyyən edilsə də, digər hərəkət imkanları da tanınır. İmperativ metodda isə subyektin davranışı dəqiq tənzimlənir. Əgər subyekt buna əməl etmirsə, sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Bu metod cinayət hüququ üçün xarakterikdir. Məsələn: “daxil edilə bilər” ifadəsinin dispozitiv “daxil edilməlidir” imperativ normadır. Vergi orqanı Vergi Məcəlləsinə uyğun olaraq pulu 20 gün ərzində qaytarmalı olduğu halda, növbədənkənar səyyar vergi yoxlaması keçirməklə qanunsuz, əsassız yoxlama keçirmiş, vaxtı uzatmış, əsassız olaraq əlavə vergi hesablanması aparmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 saylı qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə Qaydaların 4.8-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Qeyd edilən qaydalara uyğun olmayaraq, növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, 1 il 3 ay uzadılmış, sonda isə əsassız olaraq qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən davam edən növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müxtəlif qərarları ilə dayandırılmışdır. Tələb edilən sənədlər mütəxəssisə təqdim edilmişdir. Bundan əlavə, səyyar vergi yoxlamasının keçirildiyi ərəfədə **********5141650 saylı xx.xx.2020-ci il tarixli ekspertizanın təyin edilməsi haqqında Qərara əsasən yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən idxal olunmuş (Azərbaycan Respublikasında heç bir idxal olmamışdır) xammaldan istehsal olunan hazır məhsulların miqdarı və təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Əzizov Etibar ekspert kimi dəvət olunmuşdur. Ekspert yoxlamaya xx.xx.2021-ci il tarixli rəyin təqdim edilməsinin mümkün olunması barədə məktub təqdim etmişdir. xx.xx.2021-ci il tarixli **********140171 saylı növbədənkənar səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Bu akt hesabatlara uyğun deyil. Belə ki, bu iş üzrə ekspertiza belə rəy təqdim edilməsində çətinlik çəkmişdir. Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır. Qeyd edilənlərlə bağlı qəbul edilmiş növbədənkənar səyyar vegi yoxlaması aktı, orda qetyd edilən hesablamanın aprılması və sanksiyaların tətbiq edilməsi ilə razı deyil. Səyyar vergi yoxlaması aktına baxılma haqqında 01 saylı xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Həmin protokola görə Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü - 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. 49.1-2. Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. Qeyd edilən maddənin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən qərar təqdim edilmədən, elektron qaydada göndərilmədən, şəxsi hesab vərəqəsinə 799 466,82 manat əlavə vergi hesablama aparılmış, 399 773,43 manat maliyyə sanksiyaları tətbiq etmişlər. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********395700 saylı tələbnamə göndərmişdir. Bütün qeyd edilən sənədlərdən sonra xx.xx.2022-ci il tarixdə isə xx.xx.2022-ci il tarixli **********154512 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar elektron sistem üzərindən göndərilmişdir. Bu qərarla, həmin qərarın çıxarılması üçün əsas olmuş “Səyyar vergi yoxlaması”nda qeyd edilənlərlə razı deyil. Yoxlama ərəfəsində bütün zəruri sənədlər, alğı-satqı sənədləri, invoyslar yoxlamaya təqdim edilmişdir. Vergi Məcəlləsinə, qanuna uyğun olaraq alğı-satqı həyata keçirilmiş, vergi ödəmələri qanuna müvafiq olaraq ödənilmişdir. Mübahisələndirilən vergi borcu ilə bağlı cavabdeh tərəfindən cəmiyyətin banklarda olan hesablaşma hesablarına sərəncam qoyulmuş, sərəncamın qoyulması müəssisənin dövriyyəsinin məhdudlaşdırılmasına, təsərrüfat subyekti kimi normal iqtisadi fəaliyyətlə məşğul olmasına, dövlət və digər təşkilatlar qarşısında öhdəliyinin yerinə yetirilməsinə mane olmaqla fəaliyyətini iflic vəziyyətinə salmışdır. Hal-hazırda şirkətdə işçilər çalışır. Bundan əlavə, müəssisənin əməkdaşlıq etdiyi təchizat şirkətləri var. Dövlətə vergi, su, elektrik xərci ödəyir. “Paşa Bank” qarşısında öhdəliyi var. Qeyri-qanuni əlavə vergi hesablanması müəssisənin digər tərəfdaşlarının qarşısında öhdəliklərinin yerinə yetirlməməsi və müflis olması deməkdir. Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə azadlığından istifadə etməklə müqavilələr bağlanmış və icra olunmuş, hesabatlar vaxtlı-vaxtında verilmiş, vergi ödənişləri də ödənilmişdir. İlk öncə, yoxlamanın istinad etdiyi dövr üzrə Azərbaycan Respublikasında heç bir ixraca məhsul verməmişdir. Bunun əsas götürülməsi qeyriqanunidir. Bu göstərici əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Pandemiyanın bu ərəfəsində bu növdə əlavə vergi hesablanması və qərar qəbul edilmədən sanksiya tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Vergi Məcəlləsinin prosessual müddəaları, vergi ödəyicisi kimi hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisadi məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq, məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. İlk növbədə göstərilən hallar növbədənkənar səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş qərarların ləğvi üçün əsaslardan biridir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun vergi orqanı tərəfindən sübuta yetirilməməsi vergi ödəyicisinin göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan qeyd edilənlərə əməl etmədən, lazımi araşdırma aparmadan, vergi ödəyicisinə münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İİ bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ var. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə və ya məhkəməyə) verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçı iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, vergi orqanı vergi və inzibati qanunvericiliyə uyğun olaraq Vergi Məcəlləsinin 24.0.10-cu maddəsi ilə qeyd edilmiş vəzifə öhdəliklərini yerinə yetirmək əvəzinə artıq ödənilmiş vergi məbləğlərini qaytarmaqdan yayınmaq məqsədi ilə qanunsuz vergi hesablamışdır. Bunu 2 fakt təsdiq edir. Keçirilmiş vergi yoxlamaları vergi orqanının öz təşəbbüsü ilə deyil, Vergi Məcəlləsinin 15.1.4-ci maddəsinə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə təqdim etdiyi ərizə əsasında başlanılmış və keçirilmişdir. Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) üzrə 428,594.79 manat, "xxxx" MMM (**********) üzrə 3,817,686.82 manat və "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) üzrə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizələrlə 856,254.50 manatın geri qaytarılması xahiş olunmuşdur. Beləliklə, ortada hər 3 təşkilat üzrə cəmi 5,102,546.11 manat pul məbləğində artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması tələbi var. Hər 3 təşkilatda növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və bütün bu yoxlamaların nəticəsində eyni tarixdə tərtib edilmiş və eyni şəxs tərəfindən aparılmış yoxlama aktları ilə qanunsuz olaraq vergi hesablanmışdır. Hərçənd ki, artıq ödəmələrin geri qaytarılmasını gözləyirdi. Həmçinin, hər 3 şirkətin şəxsi hesab vərəqəsindən və bank hesablarından müvafiq qaydada silinmələr aparılıb: "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) - xx.xx.2022-ci ildə qəbul edilmiş qərar iddiaçıya göndərilmədən xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 870,912.20 manat silinmişdir. Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (**********) - şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 227,445.53 manat, kartdan 2,671.58 manat silinmişdir. "xxxx" MMM (**********) - xx.xx.2022-ci ildə şəxsi vərəqədən artıq ödəmə hissəsindən 4,044,453.64 manat silinmiş, 268 827.59 manat, vergi ödəyicisinin depozit hesabından 10 409.70 manat silinmişdir. Şirkətlər qrupuna daxil olan 3 şirkətdən əsassız olaraq cəmi 5,424,720.24 manat silinmişdir. Yuxarıaşağı artıq ödəmə məbləği tam olaraq silinmişdir. Vergi orqanı əvvəllər də artıq ödənilmiş vergi məbləğlərinin qaytarılmasına dair ərizələrimizi müxtəlif bəhanələrlə təmin etmirdi. Belə ki, müvafiq yoxlama aktı və vergi orqanının xx.xx.2022-ci il tarixli Qərarında istinad edilən Rusiya Federasiyasının "X35" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında" ərizəsi əsasında keçirilmiş xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş artıq ödəmə məbləği 2.014.350.04 bu günədək ödənilməmişdir, əksinə 1.864.930.70 manat məbləğ guya tələb etmə müddəti keçdiyinə görə qanunsuz silinmişdir. Bununla bağlı vergi orqanının qanunsuzluğu və tələbinin düzgünlüyü Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir. Göründüyü kimi, çıxarılmış məhkəmə qərarlarından sonra vergi orqanı onun qrupuna aid olan şirkətlərlə bağlı öz aləmində belə qənaətə gəlmişdir ki, artıq ödəməni geri qaytarmaqdan imtina etmək üçün "Tələb etmə müddətinin keçməsi" bəhanəsi artıq işləmir, vergi yoxlaması keçirib qanunsuz vergi hesablamaqla artıq ödəmə borcunu silməyə məcburdurlar. Vergi Məcəlləsinin 59.3-cü maddəsinə görə, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”n 6.1-ci bəndinə görə, vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə uyğun olaraq, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati icraat haqqında” Qanunun 90-cı maddəsinə uyğun olaraq, inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər. Vergi Məcəlləsinin 3.8-cı maddəsinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 3.1-cı maddəsinə görə, vergi haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergi Məcəlləsinin 3.6-cı maddəsinə görə, vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz. “İnzibati icraat haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq, inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yoxlamanın təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı Vergi Məcəlləsi, “İnzibati icraat haqqında” Qanun və “X3 yoxlamaların tənzimlənməsi və sahibkarlarin maraqlarının müdafiəsi haqqında” Qanun, “Sahibkarliq sahəsində aparılan X15 reyestrinin forması və aparılması qaydası” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanın tələbləri kobud şəkildə pozulmuşdur. Vergi yoxlamasının müddətinə dair məcburi tələblər vergi orqanı tərəfindən pozulmuşdur. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə, növbəti səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. İddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan Vergi Məcəlləsinə görə bu müddət təqvim tarixi ilə hesablanırdı. Vergi Məcəlləsinə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, yoxlama müddəti iş günü kimi müəyyən edilmiş və bu dəyişiklik xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla, hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. xx.xx.2020-ci ildən başlayan növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2021-ci ilədək, qeyd edilmiş qanunvericiliyə zidd olaraq 457 gün ərzində davam etmişdir. Vergi yoxlamalarının X3 X15 reyestrinə daxil edilməsi haqqında qanunvericilik kobud şəkildə pozulmuş və vəzifə saxtakarlıqları edilmişdir. Bundan əlavə, cavabdeh orqan xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı X3 X15 Reyestrinə daxil edilmiş, yoxlama dövrünü xx.xx.2020xx.xx.2020-ci il qeyd etmiş, bundan sonra xx.xx.2021-ci ilə qədər növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi müddətlərini dəfələrlə qanunsuz olaraq artırma və dayandırma üsulları ilə uzatmışdır. Hətta arada xx.xx.2020-ci ildə qanunsuz olaraq artırılmış yoxlama müddətləri bitsə də, yalnız 1 ay 1 həftə keçdikdən sonra xx.xx.2021-ci ildə yenidən yoxlamalar qanunsuz olaraq təyin edilmişdir. Maraqlı məqam ondan ibarətdir ki, xx.xx.2021-ci ildə DVX-nın Vergi Auditi Baş İdarəsi 1 gün öncə verdiyi yoxlama haqqında qərarı ləğv etmişdi. Lakin buna rəğmən vergi yoxlamasının artırılması barədə X3 X15 Reyestrinə saxtakarlıq edilərək guya yoxlamanın artırılması barədə məlumat daxil edilmişdir. Ardıyca 3 dəfə yoxlama aşağı vergi qurumunun qərarları ilə xx.xx.2021-ci ilədək dayandırıbmış və bu barədə qanunsuz olaraq sistemə məlumatlar əlavə edilmişdir. Başqa sözlə daha üstün vergi qurumu yoxlamanın uzadılmasını qanunsuz saysa da. Aşağı vergi orqanı saxtakarlıq etmişdir. xx.xx.2021 ci il tarixli səyyar vergi yoxlama aktı tərtib edilməsinə baxmayaraq, yoxlamalar bundan sonra Yoxlama Reyestrinə daxil edilmədən qanunsuz aparılmışdır. Bundan sonra, xx.xx.2021-ci il tarixdə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bu qərara əsasən xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlama aktı tərtib edilmişdir. Bundan sonra, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixdə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bu qərara əsasən xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlama aktı tərtib edilmişdir. Hər iki qərar, yəni xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar X3 X15 reyestrinə ümumən daxil edilməmişdir. X3 X15 reyestrinə yoxlayıcı şəxslər X14 və X25 qeyd edilsə də, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə səyyar vergi yoxlamasının keçirilməsi müvafiq olaraq X21 və X18 həvalə edilmişdir. Bu yoxlayıcıların da adları X15 reyestrinə daxil edilməmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 48.9-ci bəndinə görə, səyyar vergi yoxlaması aktı yoxlayıcılar və yoxlanılan vergi ödəyicisinin rəhbəri (səlahiyyətli nümayəndəsi) və ya fərdi sahibkar tərəfindən imzalanır. “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 1.6-cı maddəsinə görə X15 reyestrində qeydə alınmadan aparılan səyyar vergi yoxlamalarının hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 4.0-cı maddəsinə görə səyyar vergi yoxlamasını keçirən yoxlayıcıların müvafiq vəzifələri vardır: 4.0.1. Azərbaycan Respublikasının Konstitusiyasının, Vergi Məcəlləsinin, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin, digər əlaqəli normativ hüquqi aktların və bu Qaydaların tələblərinə ciddi riayət etmək. “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 6.3-cü maddəsinə görə, səyyar vergi yoxlaması X15 reyestrində qeydiyyata alınmalıdır. Nəticədə yoxlama aktlarının hər üçünün adı X15 reyestrinə daxil edilməmiş X24 imzalamışdır. Niyə görə digər şəxslər imza atmaqdan boyun qaçırmışlar? Niyə görə ekspert rəy verməkdən yayınmışdır? Ortada olan rəsmi fakt ondan ibarətdir ki, yoxlama aktlarını buna səlahiyyəti olmayan şəxs imzalamışdır. Bu da “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun, “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Vergi Məcəlləsinin 2.4.8-ci maddəsinə və “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-ci maddəsinə görə, adı qeyd edilmiş Qanun vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) üçün də məcburi qüvvəyə malikdir. X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə görə, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X15 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1565/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Qanunverici vergi yoxlamasının iki növünü qeyd etdiyi üçün əlavə vergi yoxlaması dedikdə yoxlama müddəti uzadılmış səyyar vergi yoxlaması başa düşülür və qəbul edilmiş “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar əsasında məhz səyyar vergi yoxlaması aktı tərtib olunur. Həmçinin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi zamanı baxışın, xronometrajın və inventarizasiyanın keçirilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi və vergi orqanının hüquqlarına aid edilmiş hərəkətlərin edilməsi istisna olunmur. Bundan başqa, “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********011400 saylı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə (hüquqi aktların dövlət reyestrinin qeydiyyat nömrəsi **********1400) təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 6.9-cu bəndinə əsasən səyyar vergi yoxlaması vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının təsərrüfat subyektində (obyektində), təsərrüfat subyekti (obyekti) olmadığı halda isə vergi orqanının müəyyən etdiyi yerdə həyata keçirilir. Həmçinin həmin Qaydalarla “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarın forması təsdiq edilmişdir. Həmin təsdiq olunmuş formanın 2-ci bəndində göstərilmişdir ki, “Əlavə səyyar vergi yoxlamasının müddəti ____ gün müəyyən edilsin.” qeydindən də görünür ki, əlavə vergi yoxlaması adlandırılmış nəzarət tədbiri dəqiq olaraq göstərilməklə müddəti artırılan səyyar vergi yoxlamasıdır ki, Azərbaycan Respublikasının Prezidentinin 383 saylı xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı maddəsinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir: (Maddə 602) X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması: 602.1. X3 X15 reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 602.2. X3 X15 reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına, yəni: 602.2.1. X3 X15 reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə; 602.2.2. X3 X15 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatın həmin səbəblər göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə; 602.2.3. yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdıra tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 602.3. Bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən "X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, vergi yoxlaması xx.xx.2020-ci il tarixdə bitsə də, onun müddəti qanunsuz olaraq dayandırılmışdır. Əvvəla, Məcəllənin 38.7-ci maddəsi yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının 9 aydan çox olmamaqla dayandırılması hallarını müəyyən edir. İş materiallarına əlavə olunmuş yoxlama reyestrindən çıxarış və müvafiq qərarlara uyğun olaraq 5 dəfə vergi yoxlaması dayandırılmışdır. Belə ki, hər 5 dayandırma qərarında Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə, yəni səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halına istinad olunmuş və buna əsasən yoxlama dayandırılmışdır. Qeyd edilən halda müvafiq qanun pozuntuları edilmişdir: (1) vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halını təsdiqləyən hər hansı fakt yoxdur; (2) müvafiq qərarlar əsaslandırılmamışdır, belə ki, hətta rəhbər əmək qabiliyyətini itirsə belə, bunun yoxlamanın nəticələrinə təsiri qeyd edilməli və nəyə görə dayandırma barədə qərar verilməsinə ehtiyac olduğu əsaslandırılmalıdır; (3) Vergi Məcəlləsinin 38.7.2-ci maddəsi ilə dayandırmanın əmək qabiliyyəti bərpa olunanadək maksimal müddəti təyin olunmuşdur, deməli dayandırma qərarının müddəti özbaşına yox, müvəqqəti olaraq əmək qabiliyyətini itirilməsi barədə müvafiq təsdiqləyici sənəddə qeyd edilmiş əmək qabiliyyətinin itirilmə müddətinə əsasən müəyyən edilməli idi. İkincisi, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. İş materiallarına əlavə əlavə olunmuş yoxlama reyestrindən çıxarışa əsasən aydın şəkildə görmək olur ki, Prezidentin Fərmanı ilə təsdiq edilmiş bu tələb də pozulmuşdur. Belə ki, dayandırılma barədə qərar və məlumat yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl reyestrə daxil edilməli idi. Dayandırma barədə qərar isə 1 gün gecikmə ilə sistemə daxil edilmişdir. Üçüncüsü, vergi orqanın təşəbbüsü ilə ekspertizanın keçirilməsi barədə qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Lakin vergi orqanı yoxlama reyestrinə həmin ərəfədə dayandırma etməmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək iki dəfə mütəxəssis dəvəti və ya ekspertiza keçirilməsi ilə bağlı yoxlamanın dayandırılmasını reyestrə daxil etmişdir. Halbuki bu hissədə uyğunsuzluq var. xx.xx.2021-ci il tarixdə hansı mütəxəssisis və ya ekspertizanın keçirilməsinin nəticəsi yoxdur. Burada onu da qeyd etmək lazımdır ki, əslində 3 dəfə tərtib edilən vergi yoxlaması aktları Vergi Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq tərtib olunmalı və daha sonra Vergi Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən müvafiq prosedurlara əməl edilməli idi. İşin hallarından aydın olur ki, bu maddələrin tələbləri bilərəkdən pozulmuşdu. Müvafiq olaraq, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Bu da “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun, “X3 X15 reyestrinin forması və aparılması qaydası” haqqında Əsasnamənin tələblərinə ziddir. “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3.1-ci maddəsinə görə, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X15 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.5-ci maddəsinə əsasən yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama aktını imzalamış yoxlayıcılar yoxlama aktına və yoxlama suallarının siyahısına daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Cəmiyyətdə keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan cavabdeh tərəfindən qəbul edilmiş mübahisə predmeti qanunsuz inzibati aktın hüquqi əsası yoxdur və bu baxımdan məhkəmədə mübahisələndirilir. “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.5-2-ci bəndinə görə, yoxlayıcı orqandan asılı olmayan səbəblərdən reyestrdə qeydiyyata alınmış yoxlama ilə baälı hər hansı dəyişiklik bas verərsə, yoxlamanın başlama tarixinə ən geci 1 gün qalmış (yoxlayıcı ilə baälı dəyişiklik bas verdikdə isə yoxlama basa çatanadək) zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və va onun vəzifəsini icra edən səxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək. Reyestrdə yerləşdirilməsi ücün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X15 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Ən nəhayət, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 7.3-cü maddəsinə görə, yoxlayıcı yüksək peşəkarlıq tələblərinə cavab verməlidir. Yoxlayıcı orqana işə qəbul olunmuş şəxslər yoxlamaya buraxılmamışdan əvvəl yoxlama prosedurlarına dair təlim keçməlidirlər. Təlim yoxlayıcı orqan tərəfindən yoxlayıcıların peşəkarlığının artırılması məqsədi ilə ildə ən azı bir dəfə təşkil edilir. Yoxlamanın kobud qanun pozuntuları ilə keçirilməsi, onun nəticələrinə dair aktın və qərarın olduqca qeyri-peşəkarcasına və qanunvericiliyin maddi və prosessual tələblərinə zidd olaraq tərtib edilməsi, həmçinin elementar iqtisadi və hüquqi əsaslandırmaların mövcud olmaması, yoxlayıcıların yoxlama sahəsində bilik, təcrübə və vərdişlərinə ciddi şübhələr yaratmışdır. Məhz bu məqsədlə, İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətlidə olan işi üzrə yoxlayıcı Anar Mollayevin yoxlama sahəsində təcrübəsi və habelə müvafiq təlimlərdə iştirak edib-etməməsi barədə təsdiqləyici sənədlər tələb olunmuşdur. Təəssüff ki, müsbət cavab verilməmişdir. Anar Mollayev məhkəmə baxışı zamanı bildirmişdir ki, o, vergi yoxlaması sahəsinə nisbətən yeni gəlmişdir, əvvəllər uzun müddət digər vergi sahələrində işləmişdir. Hər hansı sertifikatının (bu sahəyə gələndə keçdiyi təlim və illik təlimlər barədə) olub-olmaması sulanı isə, ümumən cavabsız qoymuşdur. Vergi Məcəlləsinin 2.4.8-ci maddəsinə və X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 2.2-ci maddəsinə görə, adı qeyd edilmiş Qanun vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) üçün də məcburi qüvvəyə malikdir. Həmin Qanunun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X15 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi və vergi yoxlaması materiallarına baxılması ilə bağlı məcburi tələblər Vergi orqanı tərəfindən pozulmuşdur. Qeyd edək ki, xx.xx.2020-ci il tarixdən başlayan növbədənkənar səyyar vergi yoxlaması əslində, xx.xx.2021-ci il tarixdə bitmişdir və ona görə həmin tarixdən Vergi Məcəlləsinə uyğun prosedurlar icra edilməli idi. Bununla belə vergi orqanının ssenarisi ilə getsək, onda vergi yoxlaması xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin xx.xx.2021-ci il tarixdə əlavə vergi yoxlaması 30 iş günü müəyyən edilsə də, həmin qərar reyestr məlumatlarında yoxdur. Həmçinin xx.xx.2021-ci il tarixdə əlavə vergi yoxlaması tədbirlərin 30 iş günü ərzində keçirilməsi barədə qərar qəbul edilsə də, həmin qərar da reyestrə əlavə edilməmişdir. xx.xx.2021-ci il tarixdə artıq heç bir yoxlama reyestrində qeydiyyatı olmayan yoxlamalar üzrə qanunsuz səyyar vergi yoxlama aktı tərtib edilmişdir. Bu aktın əsasında tələbnamə göndərilmiş və xx.xx.2022-ci il tarixli vergi ödəyicisinin şəxsi vərəqəsində olan artıq ödəmədən 227 445,53 manat, kartdan 2 671,58 manat silinmişdir. Bütün qeyd edilən sənədlərdən, pulun silinməsindən sonra xx.xx.2022-ci il tarixdə isə xx.xx.2022-ci il tarixli **********154512 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı elektron sistem üzərindən göndərilmişdir. Göründüyü kimi, iddiaçıya müvafiq qərar (inzibati akt) müvafiq silinmələr edildikdən sonra göndərilmişdir. Hərçənd ki, “İnzibati icraat haqqında” Qanuna görə, (maddə 64.1.) inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmçinin Vergi Məcəlləsinə görə, 49.4-cü maddəsinə görə, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Göründüyü kimi, silinmələr yalnız tələbnamə göndərilməklə, lakin vergi ödəyicisinə qərarın surəti təqdim olunmadan, başqa sözlə inzibati akt qüvvəyə minmədən edilmişdir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 65.2-ci maddəsi ilə müəyyən etdiyi vergi borclarının alınması üzrə məcburi tələbləri pozulmuşdur. Belə ki, vergi orqanı vergi borcu ilə bağlı ilkin olaraq, bildiriş göndərməli və bank hesablarına və ƏDV depozit hesablarındakı vəsaitlərə borcun 105 faizi məbləğində dondurulma sərəncamı qoya bilər. Bizim halda isə vergi orqanı birbaşa silinmələr həyata keçirib, habelə absurd olsa da, mənfəət vergisi üzrə qanunsuz olaraq müəyyən etdiyi vergi borcunu ƏDV depozit hesabında olan vəsait hesabına qanunsuz olaraq silmişdir (Vergi Məcəlləsi; maddə 65.3.2). Vergi Məcəlləsinin 2.4.8-ci maddəsinə və “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-ci maddəsinə görə, adı qeyd edilmiş Qanun vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) üçün də məcburi qüvvəyə malikdir. Həmin Qanunun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X15 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 2.5. Vergi yoxlaması aktının və məsuliyyətə cəlb edilmə i/ə bağlı aktın əsaslandırılması ilə bağlı Vergi Məcəlləsi, İnzibati icraat haqqında Qanunun tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və va həll etdiyi məsələlər dəqiq göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt vazılı səkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və va rədd edən sübutiarı-lıabela..iımb.ati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüauqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və avdın səkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar va sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluqunu sübut etməlidir. Vergi Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli **********011400 saylı qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydalarının 48 və 49-cu maddələrindən müvafiq çıxarışları diqqətə çatdırılmalıdır: 48.3. səyyar vergi yoxlaması aktı tərtib edilərkən yoxlama prosesində aşkar olunmuş vergi qanunvericiliyinin pozulması halları və yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 48.4. vergi qanunvericiliyinin pozulması faktları yoxlama aktında dəqiq, aydın, ardıcıllıqla, sübutlara istinad edilməklə əks etdirilməlidir. 48.5. yoxlama zamanı vergi pozuntuları faktlarının təsdiq edilməsi üçün sübutlara aşağıdakılar aiddir: 48.5.1. ilkin sənədlər, hesabatlar, hesablamalar və qərarın çıxarılmasına əsas verən digər sənədlər; 48.5.2. vəzifəli şəxslərin (səlahiyyətli nümayəndələrinin), yoxlanılan vergi ödəyicisinin digər işçilərinin və fərdi sahibkarın yazılı formada verdikləri izahatları; 48.5.3. yoxlamaya cəlb edilmiş mütəxəssislərin, ekspertlərin rəyləri; 48.5.4. vergi qanunvericiliyinin pozulmasının bilavasitə obyekti olan sənədlər, mallar, digər əmlak və əmtəə-material ehtiyatları; 48.5.5. pozuntunun törədilməsində istifadə edilən sənədlər və eyniləşdirilmə vasitələri; 48.5.6. pozuntunun əlamətini özündə əks etdirən və ya bu pozuntunun aşkara çıxarılmasına, pozuntunu törətmiş şəxsin, həmçinin pozuntunun faktiki vəziyyətinin müəyyən edilməsinə xidmət edən digər sübutlar. 48.6. sübut kimi əldə edilmiş əlaqəli məlumatlar (sifarişçi təşkilatlarla bağlanmış müqavilələr, onlara təqdim edilmiş invoyslar, bank çıxarışları və sair) akta əlavə edilməlidir. 48.7. sübutlar böyük həcmdə olduqda və ya müəyyən səbəbdən onları akta əlavə etmək mümkün olmadıqda, bu halda yoxlayıcı bu predmetləri ətraflı xarakterizə etməklə, onların yerləşdiyi ünvanı göstərməklə arayış tərtib edir. Arayış vergi ödəyicisinin rəhbəri, fərdi sahibkar, onların baş mühasibi (olduğu halda) və yoxlayıcı tərəfindən imzalanmalı və akta əlavə olunmalıdır. 49.4. yoxlama zamanı aşkar edilmiş vergi hüquq pozuntularının sənədli təsdiqi və ya pozuntu hallarının olmaması barədə məlumatlar səyyar vergi yoxlaması aktının əsas hissəsində qeyd edilməlidir. 49.5. Səyyar vergi yoxlaması aktının əsas hissəsindəki materiallar aşağıdakı tələblərə cavab verməlidir: 49.5.1. aktda əks olunan faktlar, həyata keçirilmiş yoxlamanın nəticəsi tam və dəqiq olmalı, subyektivliyə yol verilməməlidir; 49.5.2. aktda əks olunmuş hər bir vergi hüquq pozuntusu faktlarla əsaslandırılmalı, vergi hüquq pozuntusunun növü, onun mahiyyəti, onun törədilməsi vəziyyəti və üsulları, vergi hüquq pozuntusuna aid edilən vergi dövrü dəqiq qeyd edilməlidir; 49.5.3. vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannamələrində vergilərin hesablanması və ödənilməsi ilə bağlı göstəricilərlə, yoxlama zamanı faktiki müəyyən edilmiş göstəricilər arasındakı fərqin yaranma səbəbləri tam açıqlanmalıdır; 49.5.4. vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinin pozulması hallarına istinad edilməklə törədilmiş hüquq pozuntuları öz mahiyyətinə görə təsnifləşdirilməlidir; 49.5.5. mütəxəssislərin, ekspertlərin rəyləri, əlaqəli şəxslərin izahatları, həmçinin vergi nəzarəti həyata keçirilən zaman tərtib edilmiş izahat və protokollara əsasən aşkar edilmiş pozuntular tam açıqlanmalıdır; 49.5.6. yoxlama zamanı aşkar edilmiş hər bir vergi pozuntusu faktı dəqiq və hərtərəfli açıqlanmalıdır; 49.5.7. aktda pozuntuların aşkar olunmasına aid edilən bütün məlumatlar əks olunmalıdır; 49.5.8. aktda əks olunan ifadələr ikili məna kəsb etməməli, mürəkkəb cümlələrdən ibarət olmamalı və məlumatlar qısa, dəqiq, aydın və ardıcıl olmalıdır; 49.5.9. yoxlamanın nəticələrinə və predmetinə aid olmayan məlumatlar aktda əks etdirilməməlidir; 49.5.10. aktda ifadə olunan məlumatlar sistemli olmalı, yoxlama prosesində aşkar edilmiş pozuntular aktda bölmələr, bəndlər, vergi növləri üzrə vergi dövrlərinə uyğun törədilmiş hüquq pozuntularının xarakterindən asılı olaraq qruplaşdırılmalıdır; 49.5.11. aşkarlanmış pozuntu faktları qruplaşdırılaraq (siyahı, cədvəl və ya məlumat formasında) akta əlavə olunmalıdır; 49.5.12. əlavələrdə vergi qanunvericiliyinə əməl edilməməsinin hansı hesabat dövründə olması, qeyri-qanuni əməliyyat aparılmış gün, sənədin nömrəsi, əməliyyatın mahiyyəti, pozuntunun məbləği və pozulmuş qanunvericilik aktı qeyd edilməlidir; 49.5.13. əlavələr yoxlayıcılar və yoxlanılan vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkar (onların səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanmalıdır; 49.5.14. hər bir verginin yoxlanıldığı dövr göstərilməklə ayrı-ayrı vergilərə və digər vergi hüquq pozuntularına dair sənədlərlə təsdiq olunmuş faktlar və ya belə faktın olmaması və bəyannamələrin Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə verilməsi haqqında məlumatlar göstərilməlidir. Bütün bu tələblərin müfəssəl şəkildə qanunvericiliklə müəyyən edilməsi onunla bağlıdır ki, əvvəla, qanunvericiliklə vergi və inzibati pozuntuları sübut etmək vəzifəsi vergi orqanının üzərinə qoyulmuşdur, digər tərəfdən sahibkarların yoxlama zamanı hüquqlarının müdafiəsi dövlətin əsas vəzifələrindəndir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun maddəsinə 4.2.2-ci maddəsinə görə, sahibkarın təqsirsizlik prezumpsiyası yoxlamaların əsas prinsiplərindən biri kimi qeyd edilmişdir. Yoxlama aktı və müvafiq qərardan görünür ki, qeyd edilmiş tələblərin heç biri gözlənilməmişdir. Bunlardan bəzilərini misal olaraq gətirmək olar: Aktda və Qərarda qeyd edilmişdir ki, iddiaçının bəyannamənin xərclər hissəsində malın dəyərini qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslərdən alınmış mallar hesabına bazar qiymətindən 2,986,393.27 manat çox göstərməsi müəyyən edilmişdir. Burada konkret olaraq müqayisə edilən qiymət kimi məhz hansı qiymətin bazar qiyməti olduğu qeyd edilmir. Bu məqsədlə, yoxlama aktında və qərarda Vergi Məcəlləsinin 14.9-cu maddəsinin “malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir”ə istinad edilsə də, bazar qiyməti olaraq, vergi ödəyicisi və oxşar fəaliyyətlə məşğul olan digər şirkətin tutuşdurulan qiymətləri, bu qiymətlərin hansı zaman kəsiyində müqayisə edildiyi, hər iki şirkətin hansı müqavilələri, hansı konkret əməliyyatları, malları və s. məlumatlar (yəni heç bir məlumat) qeyd edilməmişdir. Bu nümayəndəliyin səyyar vergi yoxlaması dövründə hazır məhsulların miqdarı və təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilmiş, buna baxmayaraq, hətta ekspert belə qiyməti müəyyən edə bilməmişdir. Bu hal RAM BNT LTD MMM (**********) təkrarlanmışdır. Başqa sözlə, vergi orqanının vergi ödəyicisinin qiymətlərinə şübhəsi yarandığına görə yoxlama təyin olunub, qiymətləri ekspertizaya cəlb olunub, ekspert rəy verməkdən imtina edib və bu iş üzrə vergi özü "Bazar qiyməti" təyin edib və özünün təyin etdiyi "qiyməti" (Yoxlama aktları əlavə olunsun) digər vergi yoxlamasında istifadə edib. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin 3cü abzasına görə, Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur, cavabdeh bunun əksini etmiş və öz şübhələrini vergi ödəyicisinin əleyhinə şərh etmiş və onun bu yanaşması müvafiq qərarla da təkrarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Malların alışı yalnız sənəd üzərində həyata keçirilməsi və faktiki olaraq mal Azərbaycan Respublikasından kənara çıxarılmaması ilə bağlı – bütün mallar emal rejimi xüsusi gömrük rejimi aldında idxal olunmuş və həmin rejimdə də ölkədən kənara ixrac edilmişdir. Yoxlama aktında və qərarda qeyd edilir ki, ““X36” Məhdud Məsuliyyətli Cəmiyyəti malların qiymətini şişirdərək Rusiya Federasiyasının Pera X31 Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə invoysla təqdim etmişdir.” Yenə də, qeyri-peşəkar ifadə olaraq, “qiymətləri şişirtmə” ifadəsindən istifadə olunur. Heç deyilmir ki, hansı bazar qiymətinə əsasən qeyd edilən alış qiymətlərinin şişirdilməsi aşkar edilmişdir? Əslində isə vergi müfəttişi bazar qiymətini müəyyən etmək əvəzinə ixrac gömrük bəyannamələrində qeyd edilmiş emal məqsədi ilə emal rejimində müvəqqəti idxal edilmiş xammalın qiymətləri əsasında elə qənaətə gəlir ki, qiymətlər şişirdilmişdir. Bu yanaşma ilə bazar qiymətlərinin tətbiq edilməsi, habelə gömrük fəaliyyəti ilə bağlı qanunvericiliyə ziddir. Belə ki, əgər Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin invoys qiymətləri şübhə doğururdusa, nəyə görə eyni vergi müfəttişi tərəfindən və eyni tarixdə verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Kasxim” X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin qiymətləri bazar qiyməti əsasında yenidən hesablanarkən yoxlama aktlarında Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin invoys qiymətləri əsas götürülürdü? Digər tərəfdən Gömrük Məcəlləsinin 197-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli “Malların daxildə emal xüsusi gömrük rejimi altında yerləşdirilməsi Qaydaları"nın 2.1.1-ci maddəsinə görə, ixrac məqsədi ilə emal olunmaq üçün ölkəyə idxal olunmuş xammal, hansı ki, ölkə ərazisində bazar dəyəri yoxdur, fiziki olaraq ölkəyə gətirilib və çıxarılıb (necə ki, tranzit rejimində olduğu kimi), necə bazar qiyməti olaraq əsas götürülə bilər? Gömrük Məcəlləsinə görə, bu rejimdə idxal olunmuş mal ilə bağlı heç bir rüsum və vergi tutulmur və heç bir gömrük ticarət siyasəti tətbiq edilmir. Yəni dövlət üçün bu malların qiyməti heç bir əhəmiyyət kəsb etmir, yalnız daxil olan miqdar həcmində mallar ixrac olunmalıdır. Bununla bağlı Nazirlər Kabinetinin 25 sentyabr 2013-cü il tarixli “Emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat norması və orta hasilat normasının müəyyənləşdirilməsi” Qaydasında var. Həmçinin Gömrük Məcəlləsindən də aydın olur ki, gömrük nəzarəti malların miqdarı ilə bağlı əhəmiyyət kəsb edir. Ümumən, gömrük rüsum və vergi tutulmayan reiimdə daxilində yalnız formal xarakter daşıyan qiymətlər əsasında gömrük bəyannamələrində əks olunmuş qiymət necə bazar qiyməti ola bilər? Aktda və Qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi güzəştli vergi vergi tutulan ölkədə təsis edilmiş şəxslərlə birbaşa və dolayısı ilə edilən ödənişlər ödəmə mənbəyindən 10% dərəcə ilə vergiyə cəlb olunduğunu nəzərə alaraq Səyyar vergi yoxlaması ilə əlavə vergi hesablamışdır. Halbuki hesablama aparılmış dövrə Polymer-Trade LTD şirkətinin qeydiyyata alındığı ölkə "Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017 -ci il tarixli Fərmanı ilə siyahıda yer almır. Polymer-Trade LTD şirkəti ödənişlərin icra olunduğu tarixdə, artıq başqa yurisdiksiyada fəaliyyət göstərirdi, digər yurisdiksiyada onun fəaliyyətinə xitam verilmişdir. Akt və Qərarda qeyd edilmişdir ki, qarşılıqlı asılı şəxslərdən aldığı mallara görə öpdənilmiş xarici valyutaların manata nisbətən mənfi və müsbət məzənnə fərqinə görə 1.612.930.49 manat gəlirlərin azaldılması müəyyən olunmuşdur. Belə ki, bu zaman izah olunmamışdır ki, bu rəqəm hardan əmələ gəlib, 2-cisi, bu vergi qoymadan qarşılıqlı əlaqəli münasibətlərin nə kimi təsiri var. Ən nəhayət, məhkəmənin sorğusuna belə Cavabdeh bu məsələ ilə bağlı heç bir izahat verməmişdir. Həmçinin bu məqam qanunsuz olaraq yenidən müəyyənləşdirilmiş bazar qiymətinin nəticəsi olaraq yaranmış pul kütləsi əsasında ehtimal edilir. Bazar qiyməti isə qanunsuz olaraq tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Müvafiq olaraq, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati İcraat haqqında” Qanunun 67-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Vergi orqanı Vergi Məcəlləsinin 14-cü maddəsinin tətbiqi zamanı kobud qayda pozuntularına yol vermiş, bazar qiymətinin müəyyən olunma ardıcıllığı və prosedurlarını pozmuşdur və nəticədə qanunsuz vergi hesablamışdır. Belə ki, Vergi Məcəlləsi bazar qiymətinin vergi orqanı tərəfindən müəyyən edilməsi ilə bağlı sərt tələblər təsbit etmişdir. Birincisi, bazar qiymətinin, əksi sübut olunmazsa, bağlanmış müqavilə əsasında müəyyən edilməsi prezumpsiya əks etdirilmişdir. İkincisi, tətbiq olunacaq bazar qiymətinin sübut edilməsi vergi orqanının üzərinə qoyulmuşdur. Üçüncüsü, bazar qiymətinin tətbiq edilməsi halları konkret müəyyən edilmişdir. Dördüncüsü, bazar qiyməti müəyyən edilərkən müqayisə edilən əməliyyatlarla bağlı müddət məhdudiyyətləri qoyulmuşdur. Beşincisi, bazar qiyməti təyin olunarkən Vergi Məcəlləsinin 14-cü maddəsində müəyyən olunan mərhələlərə əməl olunmalıdır. Altıncısı, istifadə olunan məlumatların mənbəyi açıq olmalıdır. Ən nəhayət, qarşlıqlı əlaqəli şəxslər arasında əməlliyyat müstəsna halda nümunə kimi əsas götürülməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Lakin bazar qiymətinin tətbiqinin vergi ödəyicisinin əmlak hüquqlarına təsir edən tədbir olduğunu nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu analoji məsələyə aid xarici konstitusiya mühakiməsi təcrübəsində olan mövqeyi diqqətəlayiq hesab edir ki, "... hüququn ümumi prinsiplərindən irəli gələrək qanunla əmlaka aid sahiblik, istifadə və sərəncam hüquqlarının, eləcə də sahibkarlıq fəaliyyəti azadlığının və müqavilə azadlığının məhdudlaşdırılması ədalətlilik tələblərinə cavab verməli, adekvat, mütənasib, müvafiq və konstitusiya əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin fərdi və ümumi hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün zəruri olmalı, ümumi və abstrakt xarakter daşımamalı, geriyə şamil edilməməli və konstitusiya hüququnun əsas mahiyyətinə zərər vurmamalı, yəni müvafiq konstitusiya normalarının əsas məzmununun həddini və tətbiqini məhdudlaşdırmamalıdır" (Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin Plenumunun 01 aprel 2003-cü il tarixli qərarının əsaslandırıcı hissəsinin 2-ci bəndinin beşinci abzası və 6-cı bəndi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentiə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanm təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş verginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlikdə adekvat tədbir olacağını ifadə etmişdir (Hentrich Fransaya qarşı qeyd olunan qərar, § 47). Belə ciddi əsasların mövcudluğunu təsdiq edə bitəcək sübut etmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır. Həmin normaya müvafiq olaraq bazar qiyməti mal (iş, xidmət) satılanadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu məqsədlə malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir (Vergi Məcəlləsinin 14.9-cu maddəsi). Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, müvafiq qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin mallann (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati İcraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7- ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcu olduğu nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Həmçinin, qaldırılmış məsələ Avropa Şurasına üzv olan digər ölkələrdə də analoji qaydada həll olunmuş və bu barədə müvafiq ölkələrin məhkəmə təcrübəsi artıq formalaşmışdır. Məsələn, Fransa Respublikasının Kassasiya Məhkəməsi 19 dekabr 2000ci il tarixli qərarında hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, təyin edilmiş məbləğ və ya qiymətləndirilmə onun bazar qiymətindən aşağı olduqda, müvafiq tutulmaların müəyyən edilməsinə əsas olmuş məbləğ və ya qiymətləndirilmənin yenidən hesablanmasını mümkün edən Vergi Prosessual Məcəlləsinin L.17-ci maddəsi yenidən qiymətləndirilmə məqsədilə vergi orqanlarına yalnız bazar qiymətinə istinad etməsi üçün kifayətedici hüquqi əsas təşkil edir. Lakin hər bir halda, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları iiə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, §44). Bundan irəli gələrək, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati İcraat haqqında” Qanunun 6.1-ci maddəsinin müddəasının nəzərə alınmaqla əsaslandırılması tələb edilir. Yoxlanılan şəxs həmin inzibati hərəkətlə razılaşmadıqda, o cümlədən yeni ekspertizanın keçirilməsini tələb etməklə bazar qiymətinin düzgün hesablanmadığını və ya tətbiq edilmiş bazar qiyməti ilə razılaşaraq, ondan xüsusi və fərdi səbəblərdən kənara çıxdığını iddia etdikdə, öz mövqeyini əsaslandırmaqla Vergi Məcəlləsinin 62, 63 və "İnzibati icraat haqqında" Qanunun 72-ci maddəsinə müvafiq olaraq yuxarı vergi orqanına və ya məhkəməyə şikayət prosedurundan istifadə edə bilər. Məhkəmə mübahisəsi çərçivəsində yoxlanılan şəxsin bu hüquqları vergi orqanını tətbiq edilmiş bazar qiymətinin düzgünlüyünü sübut etmək vəzifəsindən azad edə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məsələnin şərh edilən qaydada həlli, bir tərəfdən, Konstitusiyanın 73-cü maddəsinin tələb etdiyi kimi, qanunla müəyyən olunmuş vergiləri ödəmək öhdəliyinin şərtsiz icrasının təmin edilməsinə və vergi ödəyicilərinin bağladıqları müqavilələrin qiymətinin bazar qiymətinə uyğun hesablanması üçün şəraitin yaradılmasına xidmət edir, digər tərəfdən isə, bu istiqamətə yönəlmiş vergi orqanlarının hərəkətlərinin qanunsuziuğunu və əsassızlığını məhkəmə qaydasında sübut etmək imkanını Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq vergi ödəyicisinə təqdim edir. Qərardan da göründüyü kimi, əks hal sübuta yetirilmirsə, tərəflərin əməliyyatda təsbit etdikləri qiymət elə bazar qiyməti kimi qəbul edilir. Bunun əksi yalnız 14-cü maddə ilə müəyyən edilən şərtlər və ardıcıllıqla icra oluna bilər. Yoxlama aktı və qərarı sadəcə baxmaqla, aydın şəkildə görünür ki, bu yoxlama zamanı və qərar çıxarılarkən 14-cü maddəyə istinad edilsə də, onun heç bir tələbi və mərhələləri gözlənilməmişdir. Hər hansı konkret əməliyyatın müqayisəsi aparılmamış, müqayisə tarixləri göstərilməmiş, bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən amillərin olub-olmaması, hansı şəxsin qiymətlərinin nəyə əsasən standart kimi götürülməsi və s. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.3-cü maddəsi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ var. İddiaçının iddia ərizəsinə əlavədə qeyd etdiyi bildirdiyi dəlillərlə bağlı olaraq, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər və Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama 9 aydan çox olmamaqla dayandırıla (təxirə salına) bilər. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Həmçinin iddiaçı səyyar vergi yoxlamanın nəticələri ilə razılaşmayaraq aktı imzalamaqdan imtina etmişdir. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. **********154512 saylı xx.xx.2022-ci il tarixli məsuliyyət qərarı xx.xx.2022-ci il tarixdə elektron qaydada vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********140131 saylı xx.xx.2020-ci tarixli qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh tərəfindən yoxlama müddətinin artırılması, dayandırılması və özündə yoxlama müddətinin artırılmasını ehtiva edən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarları reyestrə daxil etməməklə qanunun tələblərini pozmuşdur. İddiaçının qeyd olunan dəlilini, eyni zamanda, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinin və “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci və 3.4-cü bəndlərinin tələblərinin pozulması ilə bağlı ərizəsində əsaslandığı digər dəlillər qeyd olunan səbəblərə görə əsassızdır: Vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın X3 X15 reyestrində qeydiyyatdan keçirilməsi, yoxlama müddətinin artırılması, dayandırılması (təxirə salınması) və əlavə yoxlama tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun və "X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktında ətraflı qeyd olunmuş, məhkəməyə təqdim edilmiş və həmin sənədlər sübut kimi iş materiallarında mövcuddur. “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 383 saylı xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Prezidentinin 1299 saylı xx.xx.2017-ci il tarixli fərmanı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) 1.4-cü bəndinə əsasən “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********140131 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə X3 X15 reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY201496746; xx.xx.2020-ci il). Əlavə yoxlama tədbirlərinin keçirilməsi ilə bağlı, Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edə bilər. Belə ki, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə, səyyar vergi yoxlaması zamanı yoxlama aktındakı çatışmazlıqların aradan qaldırılması üçün əlavə araşdırma həyata keçirmək hüququ var. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin tələbindən də göründüyü kimi, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yəni, vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən həmin Qanunun müddəalarının təsiri altına düşmür. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar”lar çıxarılarkən müvafiq məlumatların reyestrdə əks olunmaması ilə bağlı isə, Əsasnamədə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə məlumatların reyestrə daxil edilməsi ilə bağlı birbaşa müddəalar mövcud deyil. Yalnız Əsasnamənin 3.4.18-ci bəndində qeyd olunmuşdur ki, yoxlamanın nəticəsi barədə məlumatlar Reyestrə daxil edilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə yoxlamanın son nəticəsi kimi qiymətləndirilməməlidir və reyestrə yoxlamanın son nəticəsi barədə məlumatlar daxil edilməlidir. Bundan əlavə, faktiki olaraq yoxlamanın nəticəsi barədə məlumatlar Əsasnamənin 5.1-ci bəndinə uyğun olaraq, sahibkarlıq subyektinə təqdim edilən reyestrdən çıxarışda əks etdirilməli məlumatlar sırasında yer almamışdır. Göründüyü kimi, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi yoxlamanın son nəticəsi hesab olunmur. Eyni zamanda, yoxlamanın davamı barədə məlumatların reyestrə daxil edilməsi, habelə hər iki məlumatın (həm yoxlamanın son nəticəsi, həm də yoxlamanın davamı barədə məlumatların), ümumiyyətlə, sahibkarlıq subyektinə təqdim edilən reyestrdən çıxarışda əks etdirilməsi Əsasnamədə nəzərdə tutulmamışdır. Əlavə olaraq, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanun”un 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X15 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmçinin, Əsasnamənin 1.5-ci bəndində qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, X3 hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Mövcud praktika bütün hallarda səyyar vergi yoxlaması yalnız reyestrdə qeydə alındıqdan və xüsusi yoxlama kodu verildikdən sonra keçirilir, digər məlumatlar isə reyestrdə artıq qeydiyyata alınmış yoxlama ilə bağlı daxil edilən əlavə informasiya kimi qiymətləndirilməlidir. Belə ki, Əsasnamənin 4.8-ci bəndinə əsasən reyestrdə qeydiyyata alınan hər bir yoxlamaya xüsusi alqoritm əsasında vahid və təkrarlanmayan yoxlama kodu verilir. Eyni zamanda, Əsasnamənin 2-ci hissəsində reyestrin aparılması prinsipləri göstərilmiş və yoxlamanın reyestrdə qeydiyyata alınması və reyestrdəki məlumatların daxil edilməsi, dəyişdirilməsi və silinməsi ayrıca hallar kimi nəzərdə tutulmuşdur. Habelə, praktiki olaraq da bir sıra məlumatların reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı əlavə informasiya kimi daxil edildiyi aydın şəkildə görünür. Bu baxımdan hesab edilir ki, bir sıra məlumatlar əlavə informasiya xarakterli olduğu üçün onların bəzi istisna hallarda hər hansı səbəbdən (texniki xəta, diqqətsizlik və s.) reyestrdə daxil edilməməsi hərfi məna rəhbər tutulmaqla, normativ hüquqi aktların tələblərinin pozulması hesab edilməməlidir (çünki ümumilikdə yoxlamanın reyestrdə qeydiyyata alınması və reyestrdə məlumatların daxil edilməsi, dəyişdirilməsi və silinməsi tələblərinə əməl olunur, sadəcə məlumatların daxil edilməsində texniki xəta nəticəsində natamamlıq mövcud ola bilər) və bu cür halların baş verməsi yoxlamaların hüquqi nəticəsinə təsir etmir. Ali Məhkəmənin 2-1(102)- 1041/2021 saylı xx.xx.2021-ci il tarixli iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə qərarında qeyd olunmuşdur ki, “Əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə” Qərarın reyestrə daxil olunması barədə tələbə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin tələbindən də göründüyü kimi, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar. reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yəni vergi orqanının Vergi Məcəlləsinin 49.1.3-cü maddəsi ilə ona verilmiş səlahiyyətindən istifadə etməklə səyyar vergi yoxlaması aktında mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerlərə getmədən, səyyar vergi yoxlaması zamanı əldə olunmuş sənədlər əsasında səyyar vergi yoxlaması aktındakı çatışmazlıqların və səyyar vergi yoxlaması ilə vergi ödəyicisindən əldə olunmuş sənədlər arasında olan uyğunsuzluqların aradan qaldırılması üçün əlavə araşdırmanın həyata keçirilməsi “X3 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən həmin Qanunun müddəalarının təsiri altına düşmür. Həmçinin, vergi yoxlamasının dayandırılması və yoxlama müddətlərinin artırılmasına dair qərarların hər biri reyestrdən çıxarışa əlavə olunmuşdur. İddiaçının dəlilləri ilə bağlı olaraq, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi qanunvericiliyinin təhlili nəticəsində formalaşmış olan hüquqi mövqeyə əsasən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyində nəzərdə tutulmuş prosessual müddətlə bağlı heç bir pozuntuya yol verilməmiş, yəni Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri tərəfindən pozulmamışdır. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan sonuncu maddəyə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilmiş olarsa, aydın olacaqdır ki, vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı olacaqdır. Belə olan halda 30 gün ifadəsi təqvim günü kimi qəbul edilsə, o zaman 30 gün ərzində olan qeyri-iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır Nəzərə alınsa ki, vergi orqanı üçün 5 günlük iş həftəsi müəyyən edilmişdir ki, bu halda da qeyri-iş günləri hesab edilən bayram günlərini hətta nəzərə almasaq belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə, yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Halbuki qanunverici orqan Vergi Məcəlləsinin 38.2-ci maddəsində günlərdə ifadə olunan müddəti təyin edərkən həmin günləri yoxlamanın həyata keçirilməsi üçün imkan müddəti kimi müəyyən etmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunur ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Bu normanın təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması ancaq 30 gün ərzində davam etməlidir. Həmçinin, xüsusi olaraq qeyd edilməlidir ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələyə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-6/2020 saylı 15 yanvar 2020-ci il tarixli Qərarı mövcuddur. Həmin qərarda qeyd edilmişdir ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Vergi Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddənin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Bu baxımdan qeyd edilir ki, vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması səyyar vergi yoxlaması üçün müəyyən edilmiş müddətlərdə aparılmış və prosessual pozuntuya yol verilməmişdir. İddiaçı iş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********154512 saylı xx.xx.2020-ci il tarixli Qərara nəzər yetirmədən əsassız olaraq, inzibati aktın (qərarın) yazılı şəkildə tam olaraq əsaslandırmadığını qərarda qeyd etmişdir. Həmin Qərara nəzər yetirilsə, əlavə vergi məbləğlərinin hesablanması qaydasının (düsturunun), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaətin aydın şəkildə qərarda öz əksini tapması görünər. Bununla əlaqədar, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş 2-1(102)-604/2017 saylı xx.xx.2017-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edir. Qərarda qeyd olunur: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir. Həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürməklə, vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarlar ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır." Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Bakı Vergilər Departamentinə (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş 2-1(102)-510/2017 saylı xx.xx.2017-ci il tarixli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin qeyd olunan qərarındakı mövqeyi İlə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən hüquqi mövqeyindən də bəlli olduğu kimi, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərarlar üzrə hesablamaların əsasları səyyar vergi yoxlaması aktında ətraflı öz əksini tapır. Formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək zəruridir ki, iddiaçının vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın əsaslandırılmaması barədə dəlili əsaslı deyil. Vergi hesablamaları ilə bağlı hissədə, vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin tədiyyəçisi olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilendən kisələrin) ixracı və satışı ilə məşğul olmuşdur. Mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama metoduna əsasən aparılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamənin xərclər hissəsində malın dəyərini qarşılıqlı surətdə asılı olduğu qeyri-rezident şəxslərdən alınmış mallar hesabına bazar qiymətindən 2 986 393,27 manat çox göstərməsi müəyyən edilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı Polymer-Trade LTD (qeyri-rezident müəssisə) RAM BNT LTD (VÖEN **********) şirkətinə polipropilendən kisələrin istehsalı üçün xammal göndərmiş və onun əvəzində hazır mal almışdır. Malların alışı yalnız sənəd üzərində həyata keçirilmiş və faktiki olaraq Azərbaycan Respublikasından kənara çıxmamışdır. Həmin mallar Polymer-Trade LTD tərəfindən qiyməti şişirdilərək, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (**********) invoyslə təqdim edilmiş və nümayəndəlik öz növbəsində həmin hazır malları digər xarici ölkələrə RAM BNT LTD şirkətinin adından ixrac etmişdir. Eyni zamanda, müəyyən olunmuşdur ki, Polymer-Trade LTD (qeyri-rezident müəssisə), RAM BNT LTD və Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qarşılıqlı surətdə əlaqəli şəxslərdir. Bunları nəzərə alaraq, həmin əməliyyatlar Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi kimi qiymətləndirilmiş və malın dəyəri azaldılmışdır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; Həmin Məcəllənin 23.1.6-1-ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstərici əsas götürülməklə, vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında, qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında, o cümlədən Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında aparılan əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində (2017, 2018, 2019-cu illər) qarşılıqlı surətdə asılı olduğu rezident və qeyri- rezident şəxslərdən aldığı mallara görə ödənilmiş xarici valyutaların manata nisbətən müsbət və mənfi məzənnə fərqinə əsasən 1 612 930,49 manat gəlirlərinin azaldılmasını, xərclər hissəsində malın dəyərini qarşılıqlı surətdə asılı olduğu qeyri-rezident şəxslərdən alınmış mallar hesabına bazar qiymətindən 2 986 393,27 manat çox göstərməsi müəyyən edilmişdir, Yoxlama ilə Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbləri nəzərə alınaraq 2017-ci il üzrə gəlirlər müsbət və mənfi məzənnə fərqlərinə əsasən 445 299,43 manat azaldılmış, xərclər hissəsində malların dəyərindən (sətir 221,4) 950 041,53 manat azaldılmışdır. Müəssisənin 2017-ci il üzrə yoxlama ilə gəlirləri 6 372 414,25 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 5 498 638,49 manat, vergiyə cəlb olunan mənfəəti 873 775,76 manat, mənfəət vergisi 174 755,15 manat olması müəyyən edilmişdir. Müəssisənin təqdim etdiyi 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində mənfəət vergisinin 73 806,73 manat olmasını nəzərə alaraq, 100 948,42 manat əlavə vəsaitin hesablanması, 2018-ci il üzrə gəlirlər müsbət və mənfi məzənnə fərqlərinə əsasən 2 284 739,5 manat artırılmış, xərclər hissəsində malların dəyəri (sətir 221.4) 763 990,13 manat azaldılmışdır. 2018-ci il üzrə yoxlama ilə gəlirlər 6 703 954,96 manat gəlirin əldə edilməsi ilə bağlı xərcləri 6 161 861,05 manat, vergiyə cəlb olunan mənfəəti 542 093.91 manat, mənfəət vergisinin 108 418,78 manat olması müəyyən edilmişdir. Müəssisənin təqdim etdiyi 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində 2 506 635,72 manat zərərin olmasını nəzərə alaraq, 108 418,78 manat əlavə vəsaitin hesablanması, 2019-cu il üzrə gəlirlər müsbət və mənfi məzənnə fərqlərinə əsasən 226 509,58 manat, xərclər hissəsində malların dəyəri (sətir 221.4) 1 272 361,6 manat azaldılmışdır. Müəssisənin 2019-cu il üzrə yoxlama ilə gəlirləri 7 740 428,59 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 6 098 855,94 manat, vergiyə cəlb olunan mənfəəti 1 641 572,65 manat, mənfəət vergisi 328 314,53 manat olması müəyyən edilmişdir. Müəssisənin təqdim etdiyi 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində mənfəət vergisinin 119 144,13 manat olmasını nəzərə alaraq, 209 170,4 manat əlavə vəsaitin hesablanması olmaqla ümumilikdə 418 537,6 manat mənfəət vergisi hesablanmışdır. ÖMV üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən qarşılıqlı surətdə asılı olduğu və güzəştli vergi tutulan ölkədə təsis edilmiş qeyri-rezident şəxslərə 3 809 292,35 manat vəsait ödənilmişdir. Vergi Məcəlləsinin 125-1 və 13.2.16.14-1-ci maddələrinə əsasən vergi ödəyicisi güzəştli vergi tutulan ölkədə təsis edilmiş şəxslərə birbaşa və dolayısı ilə edilən ödənişlər ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb olunduğunu nəzərə alaraq, səyyar vergi yoxlaması ilə 2019-cu il İİİ rüb üzrə ödənilmiş 707 088,7 manata görə 70 708,87 manat, 2019-cu il İV rüb üzrə ödənilmiş 980 366,8 manata görə 98 036,68 manat, 2020-ci il İİ rüb üzrə ödənilmiş 2 121 836,85 manata görə 212 183,69 manat olmaqla, ümumilikdə 380 929,24 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillə bağlı, qeyri-rezident təsis və qeydiyyat yerini deyil, hüquqi ünvanını dəyişmişdir. Belə ki, qeyri-rezident 2004-cü ildə Virgin Adalarında qeydiyyata alınmış, daha sonra 2019-cu ildə fəaliyyətini X7 davam etdirməyə dair sertifikat əldə etmişdir. Bu da onu deməyə əsas verir ki, qeyri-rezidentin qeydiyyat yeri dəyişdirilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də, vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.3-cü maddəsi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçının iddia ərizəsində bildirdiyi dəlillərlə bağlı olaraq, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama 9 aydan çox olmamaqla dayandırıla (təxirə salına) bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Həmçinin, iddiaçı səyyar vergi yoxlamanın nəticələri ilə razılaşmayaraq aktı imzalamaqdan imtina etmişdir. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. **********154512 saylı xx.xx.2022-ci il tarixli məsuliyyət qərarı xx.xx.2022-ci il tarixdə elektron qaydada vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi **********140131 saylı xx.xx.2020 tarixli qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki: Mənfəət vergisi üzrə vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin tədiyyəçisi olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilendən kisələrin) ixracı və satışı ilə məşğul olmuşdur. Mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama metoduna əsasən aparılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamənin xərclər hissəsində malın dəyərini qarşılıqlı surətdə asılı olduğu qeyri-rezident şəxslərdən alınmış mallar hesabına bazar qiymətindən 2 986 393,27 manat çox göstərməsi müəyyən edilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı Polymer-Trade LTD (qeyri-rezident müəssisə) RAM BNT LTD (VÖEN **********) şirkətinə polipropilendən kisələrin istehsalı üçün xammal göndərmiş və onun əvəzində hazır mal almışdır. Malların alışı yalnız sənəd üzərində həyata keçirilmiş və faktiki olaraq, Azərbaycan Respublikasından kənara çıxmamışdır. Həmin mallar Polymer-Trade LTD tərəfindən qiyməti şişirdilərək, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (**********) invoyslə təqdim edilmiş və nümayəndəlik öz növbəsində həmin hazır malları digər xarici ölkələrə RAM BNT LTD şirkətinin adından ixrac etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, Polymer-Trade LTD (qeyri-rezident müəssisə), RAM BNT LTD və Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qarşılıqlı surətdə əlaqəli şəxslərdir. Bunları nəzərə alaraq, həmin əməliyyatlar Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi kimi qiymətləndirilmiş və malın dəyəri azaldılmışdır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; Həmin Məcəllənin 23.1.6-1-ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstərici əsas götürülməklə, vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında, qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyrirezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında, o cümlədən Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında aparılan əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində (2017, 2018, 2019cu illər) qarşılıqlı surətdə asılı olduğu rezident və qeyri- rezident şəxslərdən aldığı mallara görə ödənilmiş xarici valyutaların manata nisbətən müsbət və mənfi məzənnə fərqinə əsasən 1 612 930,49 manat gəlirlərinin azaldılmasını, xərclər hissəsində malın dəyərini qarşılıqlı surətdə asılı olduğu qeyri-rezident şəxslərdən alınmış mallar hesabına bazar qiymətindən 2 986 393,27 manat çox göstərməsi müəyyən edilmişdir, Yoxlama ilə Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbləri nəzərə alınaraq 2017-ci il üzrə gəlirlər müsbət və mənfi məzənnə fərqlərinə əsasən 445 299,43 manat azaldılmış, xərclər hissəsində malların dəyərindən (sətir 221,4) 950 041,53 manat azaldılmışdır. Müəssisənin 2017-ci il üzrə yoxlama ilə gəlirləri 6 372 414,25 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 5 498 638,49 manat, vergiyə cəlb olunan mənfəəti 873 775,76 manat, mənfəət vergisi 174 755,15 manat olması müəyyən edilmişdir. Müəssisənin təqdim etdiyi 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində mənfəət vergisinin 73 806,73 manat olmasını nəzərə alaraq, 100 948,42 manat əlavə vəsaitin hesablanması, 2018-ci il üzrə gəlirlər müsbət və mənfi məzənnə fərqlərinə əsasən 2 284 739,5 manat artırılmış, xərclər hissəsində malların dəyəri (sətir 221.4) 763 990,13 manat azaldılmışdır. 2018-ci il üzrə yoxlama ilə gəlirlər 6 703 954,96 manat gəlirin əldə edilməsi ilə bağlı xərcləri 6 161 861,05 manat, vergiyə cəlb olunan mənfəəti 542 093.91 manat, mənfəət vergisinin 108 418,78 manat olması müəyyən edilmişdir. Müəssisənin təqdim etdiyi 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində 2 506 635,72 manat zərərin olmasını nəzərə alaraq, 108 418,78 manat əlavə vəsaitin hesablanması, 2019-cu il üzrə gəlirlər müsbət və mənfi məzənnə fərqlərinə əsasən 226 509,58 manat, xərclər hissəsində malların dəyəri (sətir 221.4) 1 272 361,6 manat azaldılmışdır. Müəssisənin 2019-cu il üzrə yoxlama ilə gəlirləri 7 740 428,59 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 6 098 855,94 manat, vergiyə cəlb olunan mənfəəti 1 641 572,65 manat, mənfəət vergisi 328 314,53 manat olması müəyyən edilmişdir. Müəssisənin təqdim etdiyi 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində mənfəət vergisinin 119 144,13 manat olmasını nəzərə alaraq, 209 170,4 manat əlavə vəsaitin hesablanması olmaqla ümumilikdə 418 537,6 manat mənfəət vergisi hesablanmışdır. ÖMV üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən qarşılıqlı surətdə asılı olduğu və güzəştli vergi tutulan ölkədə təsis edilmiş qeyri-rezident şəxslərə 3 809 292,35 manat vəsait ödənilmişdir. Vergi Məcəlləsinin 125-1 və 13.2.16.14-1-ci maddələrinə əsasən vergi ödəyicisi güzəştli vergi tutulan ölkədə təsis edilmiş şəxslərə birbaşa və dolayısı ilə edilən ödənişlər ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb olunduğunu nəzərə alaraq, səyyar vergi yoxlaması ilə 2019-cu il İİİ rüb üzrə ödənilmiş 707 088,7 manata görə 70 708,87 manat, 2019-cu il İV rüb üzrə ödənilmiş 980 366,8 manata görə 98 036,68 manat, 2020-ci il İİ rüb üzrə ödənilmiş 2 121 836,85 manata görə 212 183,69 manat olmaqla, ümumilikdə 380 929,24 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillə bağlı, qeyri-rezident təsis və qeydiyyat yerini deyil, hüquqi ünvanını dəyişmişdir. Belə ki, qeyri-rezident 2004-cü ildə Virgin Adalarında qeydiyyata alınmış, daha sonra 2019-cu ildə fəaliyyətini X7 davam etdirməyə dair sertifikat əldə etmişdir. Bu da onu deməyə əsas verir ki, qeyri-rezidentin qeydiyyat yeri dəyişdirilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də, vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. X3 X15 reyestrindən KY201496746 saylı çıxarışa əsasən cavabdeh tərəfindən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2017 – xx.xx.2020-ci il dövr üzrə plandankənar yoxlamanın aparılması qərara alınmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********221700 saylı xx.xx.2023-cü il tarixli məktubla Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) barəsində qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın verilməsinə əsas olmuş inzibati icraat materiallarının təsdiq edilmiş surətləri göndərilmişdir. Cavabdehin “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********149050 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə **********140171 saylı xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində (VÖEN **********) keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəyyən edilən müddət bitmişdir. Vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə xx.xx.2022-ci il tarixdə saat 11:00-da baxılacaqdır. Göstərilənlərlə əlaqədar, iddiaçının və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyətlərini təsdiq edən etibarnamə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə gələrək iştirak etmək xahiş olunmuşdur. Əgər üzrlü səbəb olmadan iştirak təmin edilməzsə, yoxlamanın materiallarına və digər sənədlərə iştirakı olmadan baxılacaqdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2022-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 572,021.31 manat, o cümlədən: vergilər üzrə 572,021.31 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 0.00 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu var. Səyyar vergi yoxlaması aktına baxılma haqqında 01 saylı xx.xx.2022-ci il tarixli protokola əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********140131 saylı xx.xx.2020-ci il tarixli Qərarı əsasında Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində (VÖEN **********) xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması, və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılaraq nəticəsi **********140171 saylı xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində mənfəət vergisinin 418 537,6 manat azaldılması aşkar olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 209 268,8 manat maliyyə sanksiyasının tətbiq edilməsi, ödəmə mənbəyində tutulan verginin 380 929,24 manat azaldılması aşkar olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış və yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 190 464,63 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi Məcəlləsinin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan gəlməmişdirsə, yoxlamanın materiallarına vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru **********140171 saylı xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə razılaşmamış, lakin vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 39.5-ci maddəsində göstərilmiş müddət ərzində aktın imzalanmamasının səbəbləri izah edilməmiş, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə yazılı surətdə etiraz bildirilməmişdir. Vergi orqanı tərəfindən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılmasında iştirakın təmin edilməsi məqsədi ilə **********999800 saylı xx.xx.2022-ci il tarixli keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə dəvət məktubu göndərilmiş, lakin səyyar vergi yoxlaması aktına baxılma prosesində Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) üzrlü səbəb olmadan iştirak etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsi haqqında məktubda bildirilmişdir ki, vergilər, onlara hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə hesablanmış, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə ödənilməmiş borcu ilə əlaqədar müvafiq qaydada bildirişin göndərilməsinə baxmayaraq bu borc dövlət büdcəsinə ödənilmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən əmlakının siyahıya alınmasına dair qərar qəbul edilmişdir. Qərarın icrası məqsədi ilə Vergi Məcəlləsinin həmin maddəsinə əsasən “Vergi ödəyicisinin aktivləri barədə məlumat” forması göndərilərək, bu forma üzrə məlumatların 10 gün ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Məlumatların təyin edilmiş müddət ərzində təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.2-ci maddəsi ilə 100,0 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixə olan dövlət büdcəsinə 1 003 770 manat olmaqla ümumilikdə 1 003 770 manat məbləğində borcunun mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, qısa müddət ərzində dövlət büdcəsinə ödənilməsi tövsiyə olunur. 03/22 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, 2017-ci, 2018-ci, 2019cu, 2020-ci maliyyə illərində nümayəndəlik idxal-ixrac əməliyyatları ilə məşğul olmamış, gömrük sistemində idxal və ixrac əməliyyatları barədə göstəricilər yoxdur. Özünə məxsus ticari markası adı altında sifariş əsasında "xxxx" MMM-də hazırlanmış müxtəlif təyinatlı məhsulların Azərbaycan Respublikası ərazisində alğı-satqısı ilə məşğul olmuşdur. Həmçinin xaricdə (Azərbaycan Respublikası ərazisindən kənar) xüsusi təyinatlı məhsulun alğı-satqısı ilə də məşğul olmuşdur. Bütün bunlar Əsasnamədə qeyd edilmişdir. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********154512 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 799 466,84 manat əlavə hesablama, 399 773,43 manat maliyyə sanksiyası vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. **********395700 saylı vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnaməyə əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" xx.xx.2022-ci il tarixli **********154512 saylı qərar əsasında müvafiq maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: Əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları: 799466.82 Azərbaycan manatı, 00 ABŞ dolları. Vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: 399773,43 Azərbaycan manatı, 0.00 ABŞ dolları. Vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlannın vaxtında ödənilməraəsinə görə hesablanmış faizlər: 0.00 Azərbaycan manatı, 00 ABŞ dolları. Büdcəyə ödənilməli olan cəmi məbləğ 1199240.25 Azərbaycan manatı və 0.00 ABŞ dolları təşkil etmişdir. Qeyd olunanlar nəzərə alınaraq büdcəyə ödənilməli olan 1199240.25 Azərbaycan manatı və 0.00 ABŞ dolları vəsait 5 gün müddətində yerli xəzinə orqan(lar)ının hesablarına ödənilməlidir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********140131 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasan vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Avqust 2017 - İyul 2020. Yoxlamanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin ictimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi 3-cü dərəcəli müfəttiş X19, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin ictimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X22 tapşırılmışdır. Yoxlamanın müddət 30 iş gunü müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2022-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 977,430.56 manat, o cümlədən: vergilər üzrə 571.937.67 manat, maliyyə sanksiyaları üzrə 399.773.43 manat, faizlər üzrə 5,719.46 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu var. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********149050 saylı xx.xx.2021-ci il tarixli qərara əsasən **********140171 saylı xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyünün daxil olmuş sənədlər əsasında yenidən araşdırılması qərara alınmışdır. RAK X4 xx.xx.2019-cu il tarixli fəaliyyətin davam etdirilməsi haqqında sertifikatı ilə təsdiq edilmişdir ki, Ras Aİ X28 X12 Nizamnaməsi 2018-ci ilə uyğun olaraq fəaliyyətin davam etdirilməsi ilə bağlı bütün tələblərə əməl olunmuşdur. xx.xx.2004-cü il tarixdə Britaniyanin Vircin adalarında təsis edilmiş Polymer Trade LTD-nin fəaliyyəti xx.xx.2019-cu il tarixdə Beynəlxalq Biznes Şirkəti kimi qeydiyyatdan keçmiş BƏƏ, RAK X5 davam etdirilir. X3 X15 reyestrindən KY201496746 saylı xx.xx.2020-ci il tarixli çıxarışa əsasən cavabdeh tərəfindən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2017 – xx.xx.2020-ci il dövr üzrə plandankənar yoxlamanın aparılması qərara alınmışdır. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********141143 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********141638 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə keçirilən xx.xx.2020ci il tarixli **********141143 saylı səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********146216 saylı xx.xx.2021-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında **********146982 saylı xx.xx.2021-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə keçirilən **********146216 saylı xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında **********146985 saylı xx.xx.2021-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında **********145409 saylı xx.xx.2021-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərarın ləğv edilməsi haqqında **********877300 saylı xx.xx.2021-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində aparılan səyyar vergi yoxlaması zamanı çıxarılmış **********145409 saylı xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərar ləğv edilmişdir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********149050 saylı xx.xx.2021-ci il tarixli qərara (qərar reyestrdə qeydiyyatdan keçməmişdir) əsasən **********140171 saylı xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən araşdırılmışdır. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 30 iş günü müəyyən edilmişdir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********151781 saylı xx.xx.2021-ci il tarixli qərara (qərar reyestrdə qeydiyyatdan keçməmişdir) əsasən **********140171 saylı xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı üzrə hesablanmış vergilərin düzgünlüyü daxil olmuş sənədlər əsasında yenidən araşdırılmışdır. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 30 iş günü müəyyən edilmişdir. Ekspertizanın təyin edilməsi haqqında **********141650 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən istehsal sahəsi üçün ekspertiza təyin edilmişdir. Ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti dəvət edilmişdir. Ekspert qarşısında xx.xx.2017-xx.xx.2020-ci il tarixədək olan dövrdə Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin tapşırığı ilə idxal olunmuş xammaldan istehsal edilən hazır məhsulların miqdarı və real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən cavabdehə ünvanlanmış MB14-0798 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qiymətləndirmə şirkəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında xx.xx.2020-ci il tarixli bağlanmış müqaviləyə əsasən "xxxx" qiymətləndirmə şirkətinin mütəxəssis(lər)i qarşısında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin tapşırığı ilə idxal olunmuş xammaldan istehsal edilən hazır məhsulların miqdarını və real bazar qiymətini müəyyənləşdirmək sualı qoyulmuşdur. Mütəxəssis(ekspert) araşdırması zamanı nəticə əldə etmək mümkün olmamışdır. Buna səbəb, vergi ödəyicisinin lazım olan sənədləri təqdim etməməsidir. Düzgün sənədlərin təqdim edilməsi üçün tərəfindən qarşı tərəfə bu barədə edilən müraciəti və sorğusuna baxmayaraq sorğu cavabsız qalmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə **********142244 saylı xx.xx.2020-ci il tarixli qərara əsasən səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********140131 saylı xx.xx.2020-ci il tarixli qərara müvafiq əlavə edilmişdir: Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin ictimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X19, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X21 tapşırılmışdır. X23 Ərazisi BVİ X29, 2004 – fəaliyyətin dayandırılması haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, Polymer – Trade LTD xx.xx.2019-cu il tarixdə BVİ Biznes Şirkəti kimi X13 fəaliyyətini dayandırmışdır. RAK X8 Redomisiliasiya fəaliyyətin bərpası haqqında xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən 2018-ci il Ras Aİ X28 X9 Qaydalarına müvafiq olaraq fəaliyyətin bərpası ilə bağlı bütün tələblər yerinə yetirilmişdir. xx.xx.2004-cü il tarixdə Britaniyanin Vircin adalarında təsis edilmiş Polymer Trade LTD beynəlxalq biznes şirkəti kimi xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və BƏƏ, RAK X5 fəaliyyətini davam etdirir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə **********144050 saylı xx.xx.2021-ci il tarixli qərara əsasən səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********140131 saylı xx.xx.2020-ci il tarixli qərara müvafiq əlavə edilmişdir: Səyyar vergi yoxlamasının keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin ticarət sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X18 tapşırılmışdır. RAK X4 stabil fəaliyyət haqqında xx.xx.2020-ci il tarixli sertifikatla (X16) təsdiq edilmişdir ki, 2018-ci il Ras Aİ X28 X9 Qaydalarına müvafiq olaraq bütün tələblər yerinə yetirilmişdir. Beynəlxalq biznes şirkəti olan Polymer Trade LTD şirkəti xx.xx.2019-cu il tarixdən 2018-ci il RAKİCC X10 müvafiq olaraq fəaliyyətini layiqincə davam etdirmişdir. Şirkət 2018-ci il RAKİCC X10 müvafiq olaraq bütün ödənişləri və cərimələri ödəmişdir və xx.xx.2021-ci il tarixdə illik yenilənməyə hazırdır. Şirkətin adının reyestrdən silinməsi və ya şirkətin fəaliyyətinə son qoyulması ilə bağlı RAK X4 qeydiyyat orqanına heç bir sənəd, məhkəmə icraatı və ya bildirişlər təqdim edilməmişdir. X4 qeydiyyat orqanında saxlanılan sənədlərə müvafiq olaraq şirkət mövcudluğu ilə yanaşı həm də stabil fəaliyyətdədir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərara əsasən Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 799 466,82 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanılmış və həmin iş icraata qəbul edilərək ibtidai araşdırma aparılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “**********154512 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Mübahisələndirilən qərar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2017-xx.xx.2020-ci illəri əhatə edən dövrün növbədən kənar səyyar vergisi yoxlaması keçirilmişdir: - xx.xx.2021-ci il tarixdə **********140171 nömrəli Səyyar vergi yoxlaması Aktı tərtib edilmişdir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********149050 nömrəli xx.xx.2021-ci il tarixli qərara əsasən daxil olmuş sənədlərin düzgünlüyünün yerində araşdırılması üçün əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir; - xx.xx.2021-ci il tarixdə **********140171 nömrəli Səyyar vergi yoxlaması Aktı tərtib edilmişdir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********151781 nömrəli qərara əsasən daxil olmuş sənədlərin düzgünlüyünün yerində araşdırılması üçün əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir. - xx.xx.2021-ci il tarixdə **********140171 nömrəli Səyyar vergi yoxlaması Aktı tərtib edilmişdir. Nəticədə vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********154512 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil etməsindən və iddiaçının qeyd edilən dəlilləri mübahisələndirməsindən asılı olmayaraq məhkəmə öz xidməti vəzifəsinə görə mübahisələndirilən inzibati aktın qanunun tələblərinə uyğun inzibati icraatın nəticəsində qəbul edilməsini yoxlamalıdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən: 1.2. X3 X15 reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə X3 hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əlavə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi haqqında qərarın reyestrdə qeydə alınması ilə bağlı məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-738/2022 saylı işindəki hüquqi mövqeyinə uyğundur. İş materiallarında olan “X3 X15 reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar qeydiyyatdan keçsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə **********149050 nömrəli xx.xx.2021-ci il tarixli və **********151781 nömrəli xx.xx.2021-ci il tarixli qərarlar reyestrdə qeydiyyatdan keçməmişdir. Vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının X3 X15 reyestrində qeydə alınmalı olması ilə bağlı dəlili ondan ibarət olmuşdur ki, “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməməsi kiçik prosessual pozuntudur ki, bu pozuntu işin mahiyyətinə təsir etməməlidir. Məhkəmə bu mövqe ilə bağlı qeyd edir ki, X3 yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyetrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər. Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır. Vergi orqanı “X3 X15 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyetsrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. Digər tərəfdən Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə (qeyd edilən hallar Məcəllədə sadalanır), lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Lakin hazırki işdə faktiki olaraq xx.xx.2020-ci il tarixli qərarla başlayan yoxlama 15 aydan sonra yekunlaşmış və yekun akt xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən iddiaçının digər dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, X3 X15 reyestrinə yoxlayıcı şəxslər X14 və X25 qeyd edilsə də, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə səyyar vergi yoxlamasının keçirilməsi müvafiq olaraq X21 və X18 həvalə edilmişdir. Bu yoxlayıcıların da adları X15 reyestrinə daxil edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edilməklə yanaşı, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı pozuntulara da yol verilmişdir və bununla bağlı iddiaçının bildirdiyi dəlillər əsaslıdır. İddiaçının qərarın ləğvi üçün əsasları aşağıdakılardır: - Cavabdeh tərəfindən iddiaçının bəyannamənin xərclər hissəsində malın dəyərinin bazar qiymətindən 2986393,27 manat çox göstərməsi qeyd edilsə də, bazar qiymətinin müəyyən edilməməsi; - Cavabdeh tərəfindən bazar qiymətini müəyyən etmək əvəzinə ixrac gömrük bəyannamələrində qeyd edilmiş emal məqsədi ilə emal rejimində müvəqqəti idxal edilmiş xammalın qiymətləri əsasında qiymətlərin şişirdilməsi göstərilməsi; Cavabdeh tərəfindən iddiaçının bəyannamənin xərclər hissəsində malın dəyərini qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslərdən alınmış mallar hesabına bazar qiymətindən 2986393,27 manat çox göstərməsi müəyyən edilmişdir. Lakin konkret olaraq müqayisə edilən qiymət kimi məhz hansı qiymətin bazar qiyməti olduğu qeyd edilməmişdir. Bu məqsədlə, yoxlama aktında və qərarda Vergi Məcəlləsinin 14.9-cu maddəsinin “malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir”ə istinad edilsə də, bazar qiyməti olaraq, vergi ödəyicisi və oxşar fəaliyyətlə məşğul olan digər şirkətin tutuşdurulan qiymətləri, bu qiymətlərin hansı zaman kəsiyində müqayisə edildiyi, hər iki şirkətin hansı müqavilələri, hansı konkret əməliyyatları, malları və s. məlumatlar (faktiki olaraq heç bir məlumat) qeyd edilməmişdir. Səyyar vergi yoxlaması dövründə hazır məhsulların miqdarı və təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilmiş, ekspert bazar qiyməti müəyyən edə bilməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin 3-cü abzasına görə, Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Bundan başqa, malların alışı yalnız sənəd üzərində həyata keçirilməsi və faktiki olaraq mal Azərbaycan Respublikasından kənara çıxarılmaması ilə bağlı – Mallar emal rejimi xüsusi gömrük rejimi aldında idxal olunmuş və həmin rejimdə də ölkədən kənara ixrac edilmişdir. Yoxlama aktında və qərarda qeyd edilir ki, ““X36” Məhdud Məsuliyyətli Cəmiyyəti malların qiymətini şişirdərək Rusiya Federasiyasının Pera X31 Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə invoysla təqdim etmişdir.” Vergi orqanı bazar qiymətini müəyyən etmədən ixrac gömrük bəyannamələrində qeyd edilmiş emal məqsədi ilə emal rejimində müvəqqəti idxal edilmiş xammalın qiymətləri əsasında qiymətlərin şişirdilməsi qənaətinə qənaətə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən dəvət olunmuş ekspert tərəfindən malların bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmamış, bu səbəbdən ekspert tərəfindən bazar qiyməti ilə əlaqədar rəy verilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, əks hal sübuta yetirilmədiyi üçün, tərəflər arasındakı müqavilə qiyməti bazar qiyməti kimi qəbul edilməlidir (Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən). Məhkəmə hesab edir ki, bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmadığı, bu səbəbdən ekspert tərəfindən bazar qiyməti ilə əlaqədar rəy verilmədiyi halda vergi ödəyicisinin vergidən yayınma sxemi əsasında gəlirlərini azaltması qənəati əsaslı hesab edilə bilməz. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən, vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 23.1.6-1-ci maddəsinə əsasən, vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək vergi orqanlarının hüquqlarıdır. Odur ki, qeyd edilən hissədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh qurum tərəfindən sübut edilməmişdir. Vergi Məcəlləsindən: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.3. vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi; 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair xx.xx.1952-ci il tarixli (1 saylı) Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları iiə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, §44). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, Vergi qanunvericiliyi ilə qanunvericinin hüquq pozuntusu kimi qəbul etdiyi əməllərin xarakteri, cəzalandırılan və cəzalandırılmayan əməllərin arasındakı sərhəd dəqiq müəyyən edilməlidir ki, bu məsələ hər hansı hüquq tətbiqedicinin subyektiv mülahizəsinə, o cümlədən vergi orqanı vəzifəli şəxsinin mülahizəsinə buraxılmasın. Vergi pozuntuları tərkiblərinin qeyri-müəyyənliyi hüquq məsuliyyətinin əsas prinsipi olan qanunçuluq prinsipinə ziddir. Odur ki, iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalı və nəticələri aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********154512 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova