Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8905/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçılar X7, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X11) “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar X13, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X8 məhkəməyə müraciət edərək, ünvan 1 ünvanından 3-cü şəxs X6 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi tələbini irəli sürmüşdürlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il tarixli 69/11 saylı əvvəlki Şaumyan rayonunun (indiki Xətai rayonunun) rəhbərliyi tərəfindən verilmiş sərəncama əsasən X12 ailə başçısı kimi X14 isə ailə üzvü qismində xx.xx.1985-ci ildən özləri tikdiyi evə rəsmi pasport qeydiyyatına düşmüşlər. Sonradan ailəsinin digər üzvləri də daimi pasport qeydiyyatına düşmüşlər. X1 qeyri-rəsmi həyat yoldaşı X11 onun Xətai rayonu A.Qurban küçəsi 25/19 ünvanında yerləşən mənzilə 1991-ci ildə gəlin gələndən sonra müvafiq sənədlərlə bəlli olmuşdur ki, 2005-ci ildən iddiaçılardan xəbərsiz Xətai rayonu MKTB-nin 66 saylı MKİS-dən mövcud tikilinin eskizini MİKS-in rəhbərliyinə çəkdirib, onların ünvanının, yəni ünvan 2avə etdirməklə özü üçün süni və ya saxta uydurma ünvan, yəni ünvan 3nvan eskizi əsasında qaçqın statusundan sui-istifadə edərək mövcud tikilini qanunsuz olaraq iddiaçıların xəbəri olmadan sənədləşdirib özü üçün mülkiyyət etmək istəmişdir. Xətai Rayon Məhkəməsinin 2-214/2005 saylı xx.xx.2005-ci il tarixli Qətnaməsi ilə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1MK- 854/2006 saylı qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2-214/2005 saylı xx.xx.2005-ci il tarixli Qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. 3-cü şəxs X11 xx.xx.2006-cı ildə Bakı şəhər İcra Hakimiyyəti Aparatının mənzil məsələləri üzrə ictimai komissiyaya müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 149 №-li xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatanının mənzil məsələləri üzrə ictimai komisiyasının 5a №-li xx.xx.2006-cı il tarixli “Protokoldan çıxarış” əsasında X10 Xətai rayonu, A.Qurban küçəsi 25/19A ünvanında yerləşən özbaşna tikiliyə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin yerilməsi nəzərə aınmışdır. Lakin sonradan “Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2006-cı il tarixli, 412 saylı fərmanı ilə 2001-ci il 22 avqust tarixli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması probleminin həlli haqqında” 562 №-li Fərmanının 7-ci və 8-ci bəndləri qüvvədən düşmüşdür” X10 ünvan 4 ünvanında yerləşən özbaşına tikiliyə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsi öz müsbət həllini tapmamışdır. Azərbayacan Respublikası DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinin 11/9055 №141RX saylı xx.xx.2006-cı il tarixli məktubla X10 rəsmi cavab verilmişdir ki, Bakı şəhər İcra hakimiyyətinin sərəncamı qüvvədən düşdüyünə görə xx.xx.2006-cı il tarixli “Protokoldan çıxarış” icrasının mümkün olmaması qeyd edilmişdir. 3-cü şəxs Ə.Cəlilova Səbail rayon Məhkəməsində Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırmış, Ə.Cəlilovanın iddiası təmin edilməmişdir. Həmin bu məhkəmə işlərində 3-cü şəxs X6 qeyri-rəsmi əri isə iddiaçının qardaşı 3-cü şəxs X14 arvadı Cəlilova Əzizəyə nümayəndəlik etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 1MK-1041/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən 3-cü şəxs X21 Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti versə də Ali Məhkəmənin Mülki kollegiyası 6k-970/07 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. Bir sözlə 3-cü şəxs Ə.Cəlilovanın heç bir iddiası təmin edilməmişdir və sonda heç bir hüquqi əhəmiyyət kəsb etməyən “Protokoldan çıxarış” sənədi ilə Xətai RPİ-nin X5 tərəfindən qanunsuz olaraq Xətai rayonu, A.Qurban küçəsi 25/19A ünvanına pasport qeydiyyatına götürülmüşdür. 3-cü şəxs X11 rəsmi qaydada Azərbayacan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli məktubla rəsmi məlumatlandırılmasına baxmayaraq, Xətai rayon A.Qurbanov küçəsi 25/19 ünvanını ilə ünvan 5anı əldə etmiş və iddiaçılara bəlli olmayan yolla həmin o sözügedən saxta, süni, uydurma ünvana pasport qeydiyyatına düşmüşdür. Hesab edilir ki, 3-cü şəxs X2 RPİ-nin X3 vəzifəli şəxsinin qanunsuz hərəkəti nəticəsində pasport qeydiyyatına götürülmüşdür. Bütün bunları 3-cü şəxs Cəlilova Əzizə hansı yolla etməsi onlara məlum deyil. 3-cü şəxs X11 faktiki olaraq iddiaçıya məxsus ünvan 7 ünvanda yerləşən mənzili özününküləşdirmək məqsədilə qaçqın statusundan suiistifadə edib iddiaçılara məxsus 1982-1984-cü illərdə tikilmiş mövcud özbaşına tikilini ələ keçirmək məqsədilə qanunsuz yolla pasport qeydiyyatına düşmüşdür. 3-cü şəxs Ə.Cəlilovanın ünvan 8 ünvanına pasport qeydiyyatının ləğv edilməsinə dair ərizə 3-13- 55/2-8- 9315 saylı xx.xx.2024-cü il tarixli məktubla cavablandırılmışdır. ünvan 9 ünvanı iddiaçıların mülkiyyətində olan yaşayış evindən fərqli yaşayış sahəsi deyil. Mübahisəsi gedən yaşayış sahəsi ümumi tikili olmaqla iddiaçıların hamısına məxsusdur. Qeyd edilən ünvan özbaşına tikili olsa da, həmin tikili uzun müddət bir ünvanla, yəni ünvan 10, həmin yaşayış sahəsinə 25/19A ünvanın verilməsi isə 2006-cı ildən sonra mümkün olmuşdur. 20 ildən uzun müddət ərzində eyni ünvan olan yaşayış sahəsindən saxtalaşdırılaraq 25/19A ünvanı ayrılmışdır. Bu da inzibati icraatın etimad hüququn qorunması prinsipini pozur. Digər tərəfdən, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 saylı fərmanın 3.3-cü bəndində qeyd edilən sahiblik anlayışına onların sahibliyi də daxildir. AR MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyi hüquqi cəhətdən təmin edilmiş imkandır. İddiaçılar uzun illərdir mübahisə predmeti olan yaşayış sahəsinə sahiblik edirik. 3-cü tərəf cavabdeh tərəflə sıx əlaqəyə girib qanunun tələbini pozmaqla 2008-ci ildə pasport qeydiyyatına düşmüşdür. Yəni, ünvanını verilməsini əsassız olması iddia ərizəsində qeyd etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestrindən aldıqları və iddia ərizəsinə əlavə edilmiş məktubun surətindən görünür. Bu hissədə işə baxan məhkəmə subyektiv hüquqa istinad edə bilməz. Bu baxımdan iddiaçıların sahib kimi mənzillə bağlı iddia irəli sürmək hüququqları təmin edilməlidir. Digər tərəfdən, İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə protokolun 1-ci bəndində mülkiyyət hüququnun müdafiəsi təsbit edilib. Həmin konvensiyaya görə mülkiyyət hüququna həm də əşyaya sahiblik edənin gələcəkdə əmlaka əldə edəcəyi mülkiyyət hüququ ilə bağlı real gözləntiləri də daxildir. Həmin müddəa iddiaçıların mübahisəsinə tətbiq edilsə, onların mülkiyyət hüququ gözləntisi hazırda iddia verməyini əsaslı edir. Belə ki, gələcəkdə qeyd edilən yaşayış sahəsinə mülkyyət hüququ əldə etdikdə iddiası təmin edilərsə, əldə edəcəkləri paylar çox olacaq. Bu baxımdan hazırda iddia iddiaçılar üçün maraqlıdır və icraata götürülərək araşdırılmalıdır.
3. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25/19A ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
4. Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Tərəflərə şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
9. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
10. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıların üçüncü şəxsi qeydiyyatdan çıxarmaq istədikləri ünvan - ünvan 12lakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
13. Göründüyü kimi, iddiaçılar qeyd olunan fərdi yaşayış evinin onlara məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildirlər. Ona görə də iddia mümkün sayılmamalıdır.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva