Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8906/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "tutulmuş məbləğin geri qaytarılması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qanunsuz olaraq onun pensiyasından tutulmaların aparılmasının dayandırılması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Qanunsuz olaraq əvəzləşdirmə yolu ilə onun pensiyasından tutulan cəmi 2800,81 manatın ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyaçısıdır. DSMF-nun Suraxanı rayon Şöbəsi tərəfindən 30 iyul 2015-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi ona pensiya təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra Mərkəzi Filialı) tərəfindən 2022-ci ilin dekabr və 2024-cü ilin yanvar ayında aparılan yenidən hesablama zamanı 01 yanvar 2024-cü il tarixindən mənə aylıq pensiya ödənişi 3943,11 manat məbləğində müəyyən edilərək, internetdə “e-sosial" proqramında şəxsi kabineti və Mərkəzi Filialın ona göndərdiyi məktubda göstərilmişdir. Lakin 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar-fevral aylarında təyin edilən pensiyası ona tam məbləğdə ödənilməmişdir. Yəni, xx.xx.2015 və xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 81065,21 manat ödənilməli olduğu halda, həmin dövr üzrə ona ümumilikdə 3943,11 manat artıq pul vəsaiti hesablanaraq ümumilikdə 77122,10 manat əmək pensiyası ödənilmişdir. İndeksləşdirilmə ilə əlaqədar 1 yanvar-mart 2024-cü il tarixdən hesablanmaqla əmək pensiyası 4328,81 məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 872,00 manat fərq məbləğ hesablanan pensiyadan tutulmuşdur. Nəticədə həmin illər üzrə ümumilikdə 2800.81 manat əskik pul vəsaiti ödənilmişdir. Ona gör də əskik ödənmənin səbəbinin ona bildirilməsi üçün xx.xx.2024-cü il tarixdə, 4 saylı DOST Mərkəzinə gedərək əmək pensiyasından tutulmaların səbəbini öyrəndikdə xx.xx.2023-cü il tarixli məktub ona təqdim edildi və bildirildi ki, bu məktubu poçt vasitəsi ilə sizə göndərmişik lakin mən o, məktubu almamışam. Həmin məktubun surətində məktubu göndərən şəxsin (direktor Şahin Əliyev) imzası yoxdur. Göndərildiyi deyilən cavabı isə dəfələrlə oxumağına baxmayaraq anlamaq mümkün deyil. Ona gör də əskik ödənmənin səbəbinin ona bildirilməsi üçün xx.xx.2024-cü il tarixdə 4 saylı DOST Mərkəzinə əmək pensiyasından tutulmaların səbəbini anlaşılan formada cavb verilməsi, əmək pensiyasın yenidən hesablanması barədə rəsmi ərizə təqdim etmişdir. Ərizəmə xx.xx.2024-cü il tarixdə cavab verilsədə lakin, şablon formada birinci məktubun surəti ilə eyni cavabı almışdır. 4 saylı DOST Mərkəzində ona təqdim edilən məktubda göstərilir ki, "Mərkəzi Filal” tərəfindən pensiya işim yoxlanarkən müəyyən edilib ki, xx.xx.2015-xx.xx.2019-cu il tarixlər arası və 2023cü ilin fevral ayından etibarən qanunveriliciyə uyğunlaşdırılaraq 3892,81 manat müəyyən edilmişdir. Həmçinin ona ümumilikdə 1928.84 manat artıq ödənilmiş pul vəsaiti hesablanıb. Nəticədə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində. 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə ümumilikdə 1928,84(3943,1 1-715,91-1286,40-11,96) manat artıq vəsait ödənilib. "Mərkəzi Filial” tərəfindən 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar-fevral aylarında pensiyasına olan artım, ona heç bir məlumat verilmədən çıxılaraq büdcəyə bərpa edilmişdir. Həmin məktubda həmçinin bildirilir ki, indeksləşdirilmə ilə əlaqədar 1 yanvar-mart 2024-cü il tarixdən hesablanmaqla əmək pensiyası 4328,81 məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar-mart ayları üzrə ödənilməli olan 872,00 manat fərq məbləğ hesablanan pensiyadan tutulmuşdur. Beləliklə də “Mərkəzi Filal" tərəfindən 2022-ci il dekabr, 2024-cü ilin yanvar-mart aylarında ona ödənilən pensiyalardan cəmi 2800.81 manat (3943,11-715.91- 1286,40-11,96- 436-436 manat) pul tutulmuşdur. Məktubda 3943,11 manat artıq ödənilən puldan 2364,81 manatın tutulması göstərilməklə qalan 1579 manat artıq ödənilmiş pul vəsaitinin də pensiyasından tutulması üçün yazılı razılıq təqdim etməyi xahiş edilmişdir. Cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində ona artıq hesbalanıb ödənilmiş cəmi 2364,81 manat pul vəsaitinin onun razılığı alınmadan və məhkəmə qərarı olmadan 1579 manatın hazırda pensiyasından tutulması qanun pozuntusu olmaqla, onun mülkiyyət hüququnu ciddi şəkildə pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən 30 iyul 2015-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib (işləyən əmək pensiyaçısı kimi), prokurorluq orqanlarından azad olması ilə əlaqədar 15 avqust 2019-cu il tarixindən yenidən hesablanıb. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 15 avqust 2019-cu il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1595,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 717,75 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 519,08 manat olmaqla orta aylıq əmək haqqı 2961,83 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 29 il 14 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (2961,83 manat) 80 faizi-2369,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 77122,10 manat əmək pensiyası ödənilməli olduğu halda, xx.xx.2019-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində 81065,21 manat ödənilib. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 3943,11 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2099,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 944,55 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 683,16 manat olmaqla orta aylıq əmək haqqı 3856,71 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 29 il 14 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3856,71 manat) 80 faizi-3085,37 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında ona 2369,46 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya ödənilməli olan 715,91 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 3393,91 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 3892,81 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, ona cari ilin yanvar ayı üzrə 3892,81 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 2606,41 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 1286,40 manat pul vəsaiti hesablanıb. Əlavə olaraq bildiririk ki, 2022-ci il üçün maddi yardım üzrə iddiaçıya ödənilməli olan 11,96 manat pul vəsaiti müəyyən edilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, 2022-ci ilin dekabr və cari ilin yanvar ayları üzrə ümumilikdə 1928,84 (3943,11 -715,91 -1286,40- 11,96) manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildiririk ki, indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla iddiaçının əmək pensiyası 4328,81 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 436,00 manat fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, ona ödənilməli olan 436,00 manat pul vəsaiti iddiaçıya artıq ödənilmiş 1928,84 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 1492,84 (1928,84-436,00) manat vəsait isə cari ilin mart ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək pensiyadan tutulma barədə hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş 3943 manat 11 qəpik artıq vəsaitin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İddiaçıya aid pensiya işinə dair sənədlərin surətindən görünür ki: -DSMF Suraxanı rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli 878 nörməli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən prokurorluq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarxli qərarına əsasən İddiaçı hazırki pensiya məbləği 1398 manat 94 qəpik, yenidən hesablanmış pensiya məbləği 2488 manat 14 qəpik təşkil edir. Yenidən hesablanmanın səbəbi: prokurorluq orqanlarında qulluq keçməsinı xitam verilməsi. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarına əsasən İddiaçı hazırki pensiya məbləği 2488 manat 14 qəpik, vəzifə maaşı 1595,00 manat, ixtisas dərəcəsinə görə əlavə 130,0 manat, qulluq stajına görə 45% olmaqla 717,75 manat, mükafata görə 1950 faiz olmaqla 519,08 manat. Yenidən hesablanmış pensiya məbləği 2369 manat 46 qəpik təşkil edir. Yenidən hesablanmanın səbəbi: invertarizasiya (artıq ödəmə). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B-164573/2023 nömrəli artıq ödənilmiş pul vəsaiti haqqında məktubunda bildirmişdir ki, sizə Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən 30 iyul 2015-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib (işləyən əmək pensiyaçısı kimi), prokurorluq orqanlarından azad olmağınız ilə əlaqədar 15 avqust 2019-cu il tarixindən yenidən hesablanıb. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki. 15 avqust 2019-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 1595,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 717,75 manat, rütbəyə görə əlavəniz 130,00 manat, digər növ əlavələriniz 519,08 manat olmaqla orta aylıq əmək haqqınız 2961,83 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 29 il 14 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (2961.83 manat) 80 faizi-2369,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, sizə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 77122,10 manat əmək pensiyası ödənilməli olduğu halda, xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 81065,21 manat ödənilib. Buna görə də sizə həmin dövr üzrə ümumilikdə 3943,11 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 2099,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 944,55 manat, rütbəyə görə əlavəniz 130,00 manat, digər növ əlavələriniz 683,16 manat olmaqla orta aylıq əmək haqqınız 3856,71 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 29 il 14 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (3856,71 manat) 80 faizi- 3085,37 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında sizə 2369,46 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə sizə ödənilməli olan 715,91 manat pul vəsaiti hesablanıb. "Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cu maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 3393,91 manat. 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 3892,81 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, sizə cari ilin yanvar ayı üzrə 3892,81 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 2606,41 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə sizə ödənilməli olan 1286,40 manat pul vəsaiti hesablanıb. Əlavə olaraq bildiririk ki, 2022-ci il üçün maddi yardım üzrə sizə ödənilməli olan 11,96 manat pul vəsaiti müəyyən edilib. Qeyd olunanlara əsasən, sizə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində, 2022-ci ilin dekabr və cari ilin yanvar ayları üzrə ümumilikdə 1928,84 (3943,11-715,91-1286,40- 11,96) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-75153/2024 nömrəli Artıq ödənilmiş pul vəsaiti və pensiyanın sığorta hissəsi haqqında məktubunda bildirmişdir ki, sizə Fondun Suraxanı rayon şöbəsi tərəfindən 30 iyul 2015-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib (işləyən əmək pensiyaçısı kimi), prokurorluq orqanlarından azad olmağınız ilə əlaqədar 15 avqust 2019-cu il tarixindən yenidən hesablanıb. Aparılan araşdırma nəticəsində pensiya məbləğiniz 2023- cü ilin fevral ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 3892,81 manat müəyyən edilib, həmçinin sizə ümumilikdə 1928,84 manat artıq ödənilmiş pul vəsaiti hesablanıb. Əmək pensiyanızın yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında sizə 21 iyul 2023- cü il tarixli 3-17-1/2-B-164573/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Eyni zamanda bildiririk ki, indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla əmək pensiyanız 4328,81 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 436,00 manat fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilməli olan 436,00 manat pul vəsaiti sizə artıq ödənilmiş 1928,84 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 1492,84 (1928,84-436,00) manat vəsait isə cari ilin mart ayından etibarən hissə- hissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, əmək pensiyanız 4328,81 manat məbləğində aşağıdakı tərkibdən ibarətdir: -əmək pensiyasının sığorta hissəsi-1068,68 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz-2866,60 manat; -maddi yardım-393,53 manat. Göründüyü kimi, prokurorluq orqanlarından azad olmağınız ilə əlaqədar pensiyanız hesablanarkən həmin tarixədək topladığınız pensiya sığorta kapitalınız nəzərə alınmaqla pensiyanızın sığorta hissəsi müəyyən edilib. -X5 Sistemindən görünür ki, xx.xx.2024-cü il tarixli pensiya ödənişindən 432.88 manat, xx.xx.2024-cü il tarixli pensiya ödənişindən 432.88 manat, xx.xx.2024-cü il tarixli pensiya ödənişindən 432.88 manat, xx.xx.2024-cü il tarixli pensiya ödənişindən 436 manat tutulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-231144/24 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Fondun Suraxanı rayon şöbəsi tərəfindən 30 iyul 2015-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib (işləyən əmək pensiyaçısı kimi), prokurorluq orqanlarından azad olmağı ilə əlaqədar 15 avqust 2019-cu il tarixindən yenidən hesablanıb. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı 15 avqust 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1595,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 717,75 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 519,08 manat olmaqla orta aylıq əmək haqqısı 2961,83 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.8.2-ci maddəsinə əsasən 29 il 14 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (2961,83 manat) 80 faizi-2369,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, ona xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 77122,10 manat əmək pensiyası ödənilməli olduğu halda, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 81065,21 manat ödənilib. Buna görə də, İddiaçı həmin dövr üzrə ümumilikdə 3943,11 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar İddiaçı 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2099,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 944,55 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 683,16 manat olmaqla orta aylıq əmək haqqısı 3856,71 manat təşkil-etmişdir? Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin Qanunun 20.8.2-ci maddəsinə əsasən 29 il 14 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3856,71 manat) 80 faizi-3085,37 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında ona 2369,46 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə İddiaçı ödənilməli olan 715,91 manat pul vəsaiti hesablanıb. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 3393,91 manat, 29cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 3892,81 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, adıçəkilən şəxsin 2023-cü ilin yanvar ayı üzrə 3892,81 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 2606,41 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona ödənilməli olan 1286,40 manat pul vəsaiti hesablanıb. Maddi yardım üzrə də 2022-ci il üçün İddiaçı ödənilməli olan 11,96 manat pul vəsaiti müəyyən edilib. Eyni zamanda bildiririk ki, indeksləşdirilmə ilə əlaqədar cari ilin fevral ayinda 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla İddiaçı əmək pensiyası 4328,81 manat məbləğində müəyyən edilib. Həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 436,00 manat fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ödənilməli olan 2450,27 (715,91+1286,40+11,96+436,00) manat pul vəsaiti ona artıq ödənilmiş 3943,11 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 1492,84 (3943,11-2450,27) manat vəsait isə cari ilin mart ayından etibarən hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya Fondun Suraxanı rayon şöbəsi tərəfindən 30 iyul 2015-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmiş, prokurorluq orqanlarından azad olmağı ilə əlaqədar 15 avqust 2019-cu il tarixindən pensiyası yenidən hesablanmışdır. Sonuncu dəfə iddiaçının pensiyası xx.xx.2022ci il tarxli **********9 nömrəli qərarla yenidən hesablanmış və bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən ona xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 77122,10 manat əmək pensiyası ödənilməli olduğu halda, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 81065,21 manat ödənilmiş, buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 3943,11 manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. Yenidən hesablama zamanı iddiaçıya ödənilməli olan 2450,27 (715,91+1286,40+11,96+436,00) manat pul vəsaiti ona artıq ödənilmiş 3943,11 manat pul vəsaitindən çıxılmış, qalan artıq ödənilmiş 1492,84 (3943,11-2450,27) manat vəsait isə cari ilin mart ayından etibarən hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Hazırkı iş üzrə iddiaçı ondan tutulmuş 3943,11 manat pul vəsaitinin geri qaytarılmasını mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubunda, məhkəmə sorğusuna cavab və eləcə də iddiaya etirazda iddiaçıya verilməli olan məbləğdən əvvəlki səhv hesablama zamanı artıq vəsait kimi müəyyən etdiyi məbləğin çıxıldığını, eləcə də qalan artıq ödənilmiş 1492,84 vəsaitin isə 2024-cü ilin mart ayından etibarən hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasından tutularaq büdcəyə bərpa edildiyini bilavasitə bildirmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu iddiaçıdan onun aylıq əmək pensiyasından artıq ödənilmiş hesab etdiyi məbləğin tutulmasına razılığının alınması ilə bağlı müraciət deyil, artıq ödənilmiş hesab etdiyi məbləğdən pul vəsaitinin əmək pensiyasından tutulmanın (əvəzləşdirmənin) aparıldığı, qalan məbləğin isə tutulaqda davam etdiyi barədə “məlumat”dır. Üstəlik həmin “məlumat məzmunlu” məktubuna inzibati orqanın qəbul etdiyi artıq ödənilmiş məbləğin tutulması haqqında qərarı da əlavə olaraq göndərilməmişdir. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların və əvəzləşdirmənin aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. Belə olan halda, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulma barədə hərəkətləri qanuni hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilibödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində tutma barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin pensiyanın tuulması ilə bağlı faktiki xarakterli hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə baş verdiyindən həmin hərəkətlər qanunsuz hesab olunmalı və tutulmuş vəsait iddiaçıya qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, X1 pensiya məbləğindən tutulmuş 1502,69 manat pul vəsaitinin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı pensiyasından tutulma barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı pensiyasından tutulmuş 3943 manat 11 qəpik pul vəsaitinin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8906/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8906/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver