Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8912/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X11 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı “icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı (bundan sonra - İddiaçı) xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1803/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin (ASC «Xalq» Bankına mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində istifadədə olan 0,102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 10-cu mərtəbəsində 131,54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 (həmin ünvanın nömrəsinin hazırda 62 olaraq nəzərə alınması ilə) nömrəli mənzildən X9 və X5 məcburi çıxarılması) cavabdeh Yasamal Rayon İcra Şöbəsi tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ASC “Xalq” Bankı xx.xx.2019-cu il tarixli 674/96 saylı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X3, X2, X6 və X1, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxlərin 1 (bir) ay müddətində Banka mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində istifadədə olan 0,0522 ha torpaq sahəsində yerləşən 38 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 66,8 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzildən, cavabdehlər X9 və X5 isə 1 (bir) ay müddətində mülkiyyət hüququ ilə ASC “Xalq’' Bankına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində istifadədə olan 0,102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu mərtəbəsində 131,54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 nömrəli mənzildən çıxarılmalarını xahiş etmişdir. Eyni zamanda X10, X9 və X13 da öz növbəsində cavabdehlər ASC ”Xalq" Bankına, "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın yekunları barədə protokolların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsini tələb etmişlər. Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(005)-1803/2019 nömrəli qətnaməsi ilə Bankın iddia tələbləri təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçılar apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icra icraatına başlanılmışdır. İcra sənədi könüllü icra üçün müəyyən edilmiş müddətdə borclular X14 və X9 tərəfindən yerinə yetirilməmişdir. Bundan sonra iddiaçı tərəfindən Yasamal Rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixli BO-XO- 29.3.2022- 005 saylı məktubla müraciət edilmiş və icra sənədinin icrası xahiş edilmişdir. Lakin Yasamal Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli xx/xx-172926/17 saylı məktubla icra sənədinin icrasının qeyri-mümkünlüyü bildirilmişdir. Səbəb kimi Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində istifadədə olan 0,102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu mərtəbəsində 39 nömrəli mənzilin mövcud olmaması göstərilmiş və ünvanın dəqiqləşdirilməsi üçün müvafiq iddia ilə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Bununla bağlı iddiaçı tərəfindən İcra Şöbəsinə lazımi sənədlər (ünvanların eyniliyi barədə) təqdim edilmiş, lakin İcra Şöbəsi yenidən icra sənədinin icrasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131.54 kv.metr olan 39 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 1803/2019 saylı qətnaməsindən görünür ki, ASC «Xalq» Bankın iddia tələbi təmin edilmiş, cavabdehlər X9, X7, X10, X15 və X1, onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin 1 (bir) ay müddətində mülkiyyət hüququ ilə ASC «Xalq» Bankına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində istifadədə olan 0,0522 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 66,8 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzildən, cavabdehlər X9 və X5 1 (bir) ay müddətində mülkiyyət hüququ ilə ASC «Xalq» Bankına məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində istifadədə olan 0,102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu mərtəbəsində 131,54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 nömrəli mənzildən çıxarılması, mənzilllərin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC «Xalq» Bankına təhvil verilməsi qət edilmiş, X4, X3 və X8 cavabdehlər ASC «Xalq» Bankına, "xxxx" MMC-nə qarşı, Bakı şəhəri, Nərimanov rayonu İcra və Probasiya şöbəsi mübahisə predmeti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə hərracın yekunları barədə protokolların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli xx/xx-172926/17 saylı məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1803/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdə icra icraatı başlanılmış, icra sənədi üzrə tələb könüllü icra üçün müəyyən edilmiş müddətdə borclular X14 və X9 tərəfindən yerinə yetirilməmişdir. İcra sənədinin icrası ilə əlaqədər olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 nömrəli binanın 10-cu mərtəbəsində olarkən müəyyən edilmişdir ki, həmin mərtəbədə 39 nömrəli mənzil yoxdur. Binanın mühafizəçisi bildirmişdir ki, qeyd olunan binada 4A nömrəli giriş yoxdur, 39 saylı mənzil isə 3-cü mərtəbədə yerləşir. Bununla bağlı boşaldılmalı mənzilin ünvanının (nömrəsinin) dəqiqləşdirilməsi üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1803/2019 saylı qətnaməsinin icraya yönəldilməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunması üçün tədbirlər görülməməklə hərəkətsizlik edildiyini bildirir və buna görə də həmin məhkəmə qərarının icra olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017- ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1. icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin (hərəkətsizliyin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır;
2. icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra -- Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün nəzərə alınmalıdır ki, Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən Qanun deyil, Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələri çıxış edirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. İcra qurumunun fəaliyyəti zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göstərilənlərə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Oxşar hüquqi mövqe yuxarı instansiya məhkəmələrinin qərarlarında da öz əksini tapmışdır. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qərarın icra edilməməsindən narazı olmaqla icra məmurunun hərəkəsizliyini mübahisələndirir, hansı ki, İddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə icra sənədinin icrası qaydasında həyata keçirilən fəaliyyətlə bağlıdır. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisəyə inzibati mübahisə kimi ayrıca iddia qaydasında inzibati məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 3alahova